NKA-nın qeydiyyat məlumatlarının dəyişdirilməsi

posted in: Vergi, Xidmət, Xəbər | 0

NKA – nın qeydiyyat məlumatlarının dəyişdirilməsi

Xidmətin adı: NKA – nın qeydiyyat məlumatlarının dəyişdirilməsi (məlumat dəyişikliyi EMQ və ENL ilə əlaqədar olduqda)

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “Nəzarət-kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) haqqında ərizə”

– dəyişikliyi təsdiq edən sənəd

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 34-cü maddəsi

– Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

Xidmətin göstərildiyi yer

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, ünvanlı xidmət zamanı (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri

İcra müddəti: 2 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– NKA vərəqəsi (e-qutuya  göndərilir)

Elektronlaşdırma səviyyəsi: 

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

250 manat məvaciblə, İş təcrübəsi olmayan təcrübəçi tələb olunur

Təcrübəçi vakansiyaVakansiya: Maliyyə üzrə Təcrübəçi / Şirkət: Mazarina Trade Company

Əmək haqqı: 250 AZN (ilk 3 ay) Növbəti aylardan artan əməkhaqqı

Təcrübəçi üçün tələblər

Ali iqtisadi təhsill (Maliyyə,Mühasibat uçotu və audit üstünlük veriləcək)
İş təcrübəsi tələb olunmur
Yaş 21-25
MS Office (xüsusən excel) bilikləri
Gərgin iş tempində işləmək bacarığı, əzmkarlıq, problem həll etmə qabiliyyəti

 

Vakansiya barədə məlumat

– Maliyyə direktorunun tapşırıqlarını yerinə yetirmək
– Məlumatların sistemə daxil edilməsi və s.
– Maya dəyərinin hesablanmasında iştirak

İş Qrafiki

Saat: 09:00 – 18:00
İstirahət günü: Şənbə və Bazar günləri
İşə qəbul olunacaq işçi sayı : 1 nəfər

CV-nizi mövzu hissəsində  “Maliyyə üzrə təcrübəçi” qeyd edərək cv@mazarina.az / info@finstaff.az email ünvanına göndərə bilərsiniz.

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bu halda Əmlak vergisi hesablanmalıdır?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Bu halda Əmlak vergisi hesablanmalıdır?


Teleqram kanalımıza üzv olun


Sual:

Müəssisə öz fəaliyyəti üzrə əmlakların alqı-satqısı ilə məşğuldur. Bu məqsədlə müəssisə tərəfindən satış məqsədi ilə əmlak alınır və bu əmlaklar satış məqsədi ilə saxlanılan digər aktivlər hesabına qeydə alınır. Hesabat ilində bu əmlaklara əmlak vergisi hesablanmalıdırmı? Xahiş edirəm Vergi Məcəlləsinin maddələrinə əsasən izah edəsiniz.

Cavab:

Müəssisələr əsas vəsaitlərin Vergi Məcəlləsinin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.

Eyni zamanda əsas vəsaitlər dedikdə, istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər nəzərdə tutulur.

Sorğunuzda qeyd olunan satmaq məqsədi ilə alınmış malların əsas vəsait kimi uçota alınmadığını və amortizasiya hesablanmadığını nəzərə alaraq, həmin mallara görə əmlak vergisi ödənilmir.

Əsas: Vergi Məcəlləsinin 13.2.17-ci198.2-ci202-ci maddələri.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1600 AZN əmək haqqı ilə Auditor tələb olunur

vakansiya AuditorAuditor vəzifəsi üzrə vakansiya elan olunur.


Teleqram kanalımıza üzv olun


Vakansiya: Auditor / İşəgötürən: Caspident

Əmək Haqqı: 1300 – 1600 AZN

Ümumi məlumat

  • Şəhər: Bakı
  • Yaş: 25 – 45 yaş
  • Cins: Fərqi yoxdur

 

  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Aydan xanım
  • Telefon: (050) 563-71-72
  • E-mail: aidan@azimplant.net / info@finstaff.az
  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Elanın bitmə tarixi: 25.05.2019
Vakansiya barədə məlumat

– İllik Audit Planlarının tərtibi
– Audit yoxlamaları nəticəsində şirkət siyasətinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirmək
– Audit yoxlamalarının nəticələri haqqında hesabat və rəy hazırlamaq
– İş vaxtı: Bazar ertəsi – şənbə günü, (09:00-dan 18:00-dək)

Auditor üçün tələblər

– Təhsil: Ali
– İş təcrübəsi: 3 ildən artıq
– 25 – 35 yaş
– Maliyyə menecmenti, hüquq, audit, daxili nəzarət, idarəetmə sahəsində minimum 3 il iş təcrübəsi
– İş ilə əlaqədar olaraq bölgələrə səfər etmə imkanı.

CV-ləri aidan@azimplant.net mailine atmağınız xahiş olunur. Fotosuz CV-lərə baxılmır.

Mənbə: kadr.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.