Bu halda Əmlak vergisi hesablanmalıdır?
Teleqram kanalımıza üzv olun
Sual:
Müəssisə öz fəaliyyəti üzrə əmlakların alqı-satqısı ilə məşğuldur. Bu məqsədlə müəssisə tərəfindən satış məqsədi ilə əmlak alınır və bu əmlaklar satış məqsədi ilə saxlanılan digər aktivlər hesabına qeydə alınır. Hesabat ilində bu əmlaklara əmlak vergisi hesablanmalıdırmı? Xahiş edirəm Vergi Məcəlləsinin maddələrinə əsasən izah edəsiniz.
Cavab:
Müəssisələr əsas vəsaitlərin Vergi Məcəlləsinin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.
Eyni zamanda əsas vəsaitlər dedikdə, istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər nəzərdə tutulur.
Sorğunuzda qeyd olunan satmaq məqsədi ilə alınmış malların əsas vəsait kimi uçota alınmadığını və amortizasiya hesablanmadığını nəzərə alaraq, həmin mallara görə əmlak vergisi ödənilmir.
Əsas: Vergi Məcəlləsinin 13.2.17-ci, 198.2-ci, 202-ci maddələri.
Mənbə: taxes.gov.az