Ekspert: “Otelçilik biznesi üçün xüsusi vergi rejimi tətbiq olunması prosesə təsir edər”

posted in: Vergi, Xəbər | 0

Ekspert: “Otelçilik biznesi üçün xüsusi vergi rejimi tətbiq olunması prosesə təsir edər”


Teleqram kanalımıza üzv olun


otelçilik biznesi vergi rejimi

“Əgər biz kütləvi turist axınını istəyiriksə o zaman anlamalıyıq ki, onlar varlı deyil orta təbəqəyə aid olan şəxslərdir”.

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyib.

S.Dübəndinin sözlərinə görə, bu səbəbdən də daha ucuz otellərə ehtiyac var:

“Biz Monako, İsveçrə kimi lüks turizmlə məşğul olmuruq. Adlarını çəkdiyimiz ölkələr az turist qəbul edir, amma bu turistlər varlı qismi təşkil edir. Çalışırıq ki, turistlərin kütləvi səfəri ilə məşğul olaq. Bunu dövlət də belə istəyir, strateji yol xəritələrində də bu cür göstərilir.

Həmçinin çalışırıq ki, burada mövsümiliyi aradan götürək və turistlər yay-qış gəlsin. Turist olmayanda otellərin xərcləri çox olur. Kommunal xərcləri, işçilərin əməkhaqqılarını və s. ödəməkdə çətinlik çəkir. Azərbaycanda biznesin inkişafı üçün son illər çox böyük işlər görülür. Xüsusən də KOBİA və Fondun yaradılmasını demək olar.

Amma təəssüf ki, hələ də otelçilik biznesi üçün xüsusi imtiyazları görmürük. Burada aşağı vergi yükü olan xüsusi vergi rejimi, dövlət yaxud bələdiyyə balansında olan torpaqların satış yaxud icarə məsələlərinə diqqət yetirilsə yaxşı olar”.

Ekspert bildirib ki, bir sıra regionlarda yüksək təbəqə üçün nəzərdə tutulan otellər var:

“Biz həmçinin turistlər üçün yeni məhsullar, yeni turlar təşkil etməliyik. Bəzən turistlər 2-3 gündən sonra getməyə yer tapmır. Bunun üçün həm də alış.-veriş mərkəzlərinin, safari parklarını və aqua-parkların da səviyyəsini qaldırmaq lazımdır. Biz çalışmalıyıq ki, ölkəyə ilk dəfə gələn turisti qayıdan turistə çevirək”.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

İşsizlikdən sığorta haqqı

posted in: Vergi, Xəbər | 0

İşsizlikdən sığorta haqqı.


Teleqram kanalımıza üzv olun


2019-cu il yanvarın 1-dən işsizlikdən sığorta haqlarının hesablanması və ödənilməsi sahəsində yığım funksiyası və nəzarət dövlət vergi orqanlarının səlahiyyətlərinə aid edilib.

Qanunvericiliyin tətbiqi ilə bağlı vergi ödəyicilərindən daxil olan bəzi sorğularda işsizlikdən sığorta haqqının hesablanması zamanı işçilərə ödənilən sosial ödənişlərin məbləğlərinin, işçilərə dəymiş zərərin əvəzinin ödənilməsinin, habelə sığortaedənin işçilərinin yeməklə təmin edilməsi ilə bağlı üçüncü tərəfə ödədiyi vəsaitin işsizlikdən sığorta haqqına cəlb olunub-olunmaması məsələləri öz əksini tapır. “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən, işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizidir.

Əmək ödənişi – fiziki şəxslərin muzdlu işlə bağlı gəliri hesab olunmaqla özündə əməkhaqqını və bu işdən alınan hər hansı ödəməni və ya faydanı cəmləşdirir. Əmək Məcəlləsinin 154-cü maddəsinin müddəalarına əsasən, əməkhaqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına görə, əməkhaqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əməkhaqqının əsas hissəsidir.

Əməkhaqqına əlavə əmək – şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədilə işçinin tarif (vəzifə) maaşına, əməkhaqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat – əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədilə əməkhaqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Göründüyü kimi, işsizlikdən sığorta haqqı sığortaolunanın əməkhaqqından, yəni işəgötürən tərəfindən sığortaolunana (işçiyə) pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusundan ibarət məbləğdən hesablanır. İşəgötürən tərəfindən işsizlikdən sığorta haqqı sığortaolunanın əməyin ödəniş fondundan – muzdlu işdən əldə edilən gəlirlərindən hesablanır.

Qeyd olunanlara əsasən, əməkhaqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial və kompensasiya xarakterli ödənişlər (təhsil haqqı, mənzil kirayəsi, iş yerində verilən yeməklərin dəyəri və s.) işçinin işsizlikdən sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir. Sığortaedən tərəfindən ödənilən sığorta haqqı ilə sığortaolunanın ödədiyi sığorta haqqı məbləğləri fərqli ola bilər.

Misal:
İşçinin aylıq vəzifə maaşı – 800 manat;
İşçinin mükafatı – 200 manat;
İşəgötürənə olan borcun bağışlanmasından gəliri – 150 manat.

Bu halda işsizlikdən sığorta haqqının hesablanması aşağıdakı qaydada həyata keçirilir:

Sığortaolunan (işçi) tərəfindən ödənilən – 1000*0,5% = 5 manat;
Sığortaedən (işəgötürən) tərəfindən ödənilən – 1150*0,5% = 5,75 manat.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda mühasiblər üçün Konfrans keçiriləcək

posted in: mühasib, muhasibat, Xəbər | 0

konfransAzərbaycanda mühasiblər üçün Konfrans keçiriləcək

“1C” firması “Mühasiblər və iqtisadçılar üçün “1C” Konfransında” Azərbaycan Respublikasında “1C”-in ən böyük tədbirində iştirak etməyə dəvət edir.

Tədbir 17 may 2019-cu il “Hilton Baku” mehmanxanasında keçəcək  vergi və uçot üzrə olan aktual məsələlərə, həmçinin Azərbaycan üçün “1C Müəssisə” həllərinin inkişafının son yeniliklərinə həsr olunacaq.

Mühasibləri, iqtisadçıları, rəhbərləri və biznesin sahibkarlarını iştirak etməyə dəvət edirik.

Tədbirin əsas hadisəsi Azərbaycan Respublikasının Vergilərinin Nazirliyinin ekspertlərinin, mühasibat və vergi hesabı üzrə mütəxəssislərinin ən böyük auditor şirkətlərinin nümayəndələrinin  2019-cu ildə vergi hesabında dəyişikliklər haqqında məruzələri olacaq.

“1C” firmasının Azərbaycan üçün standart həllərinin partnyor-istehsalçıları  “1C” həllərinin funksional imkanları haqqında , həmçinin vergi qanunvericiliyinin dəyişikliklərinin əks olunması haqda danışacaqlar.

Biznesin müxtəlif sahələrinin avtomatlaşdırması əhəmiyyətlidir, buna görə tədbir proqramında “1C” həllərinin istifadəçilərindən real keyslər olacaq, onlar “1C Müəssisə” sisteminin məhsullarından, istifadəylə müxtəlif proseslərin avtomatlaşdırmasının xüsusiyyətlərindən danışacaqlar.

Həmçinin “1С həllərin vernisajı” təşkil ediləcək, hansı ki, Konfransın iştirakçılarına canlı “1C: Müəssisə” sisteminin proqram məhsullarının işini görməyə, həmçinin “1C” firmasının partnyorlarıyla avtomatlaşdırmanın müxtəlif suallarını müzakirə etməyə imkan verəcək.

Konfrans – da iştirak üçün 1caz.az saytında formanı doldurmaq lazımdır.

Tədbirdə iştirak 25 AZN.

DİQQƏT!!! Erkən qeydiyyat və 6 may 2019-cu ilə qədər iştirakın dəyərinin ödənişi zamanı, tədbirdə iştirakın güzəştli dəyəri 15 AZN təşkil edəcək.

Konfransda iştirak üzrə əlavə suallarınız yaranarsa email-ə  (1c@1caz.az) və ya +994 12 480 16 03/33 nömrələrə  müraciət etmək xahiş olunur.

Mənbə: iticket.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Barter əməliyyatlarının əvəzləşdirilməsi

posted in: Vergi, Xəbər | 0

barter” Barter əməliyyatları “nın əvəzləşdirilməsi.


Teleqram kanalımıza üzv olun


Vergi Məcəlləsinin 161.2-ci maddəsinə görə, vergi ödəyicisi vergi tutulan əməliyyatın əvəzində mal, iş və ya xidmət alırsa, yaxud almağa hüququ varsa, bu malların, işlərin və ya xidmətlərin ƏDV nəzərə alınmadan bazar dəyəri (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) vergi tutulan əməliyyatın dəyərinə daxil edilir.

Sərbəst auditor Altay Cəfərov bildirib ki, bu maddə mahiyyət etibarilə barter əməliyyatları üçün nəzərdə tutulub. Yəni iqtisadi subyektlər bir il ərzində təqdim etdiyi malları, işləri və xidmətləri borc əvəzi əvəzləşdirir.

Belə əməliyyatlarda ƏDV-nin hesablanması Vergi Məcəlləsinin 161.1.-ci maddəsinə uyğun olaraq, vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisindən başqa, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. Burada maraqlı məqam budur ki, əvəzləşmədə malların, işlərin və xidmətlərin bazar dəyəri əsas götürülür.

Misal:
Tutaq ki, “AA” MMC-nin anbarında maya dəyəri 800 manat olan mallar vardır və bu malları EQH, e-VHF ( 1.000+180 (18% ƏDV) ilə “VV” MMC-yə satıb. Razılaşmaya əsasən, “VV” MMC vəsait ödəməyəcək və “AA” MMC üçün işlər görəcəkdir. İlkin olaraq belə başa düşülür ki, vergiyə cəlb olunan əməliyyatın dəyəri 1.000 manatdır.

Amma, əslində, tam belə deyildir. Burada vergi orqanları tərəfindən “VV” MMC-nin təqdim etdiyi işlərin dəyəri araşdırılmalıdır. “VV” MMC həmin işlərin təqdim edilməsində tam ixtisaslaşmadığına və faktiki pul vəsaiti olmadığına, eləcə də “AA” MMC-dən aldığı mallar onun digər fəaliyyətində çox vacib olduğuna görə, işləri xeyli aşağı qiymətə barterlə verib.

Normal halda həmin işlərin bazar dəyərini 2.000 manat (ƏDV-siz) qəbul etsək, onda vergiyə cəlb edilən əməliyyatın dəyəri 1.000 manat yox, 2.000 manat olacaqdır. Odur ki, belə məsələlərdə vergi ödəyiciləri çox diqqətli olmalıdırlar.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.