Mühasibat uçotunu öyrənənlər üçün zəruri olan 13 addım (2-ci addım)

posted in: Məqalə, Xəbər | 0

2-ci addım

Bankların vergi idarələrindən fərqini bilmək

Banklar – bütün pul əməliyyatlarının həyata keçirildiyi müəssisələrin hesablaşma hesablarının açıldığı müəssisələrdir.

Banklar müəssisənin (hüquqi şəxslərin) bu hesablaşma hesablarına və fiziki şəxslərin hesablarına xidmət edirlər. Yəni, bankın resursları (fəaliyyəti zamanı onların maliyyə mənbələri) müəssisələrin, fərdlərin (onların müştərilərinin) puludur.

Elə bu pulları da onlar vəsaitlərə ehtiyac duyan digər müəssisələrə müvəqqəti olaraq kredit kimi verirlər. Buna görə, böyük miqdarda pul vəsaitləri olan müştəriləri onları tərk etdikdə, banklar  iflas edirlər.

Vergi komitəsi – bu isə tamamilə başqa bir şeydir. O, dövlət orqanıdır. Bu, maliyyə institutudur, dövlətin ürəyidir. Vergi orqanı vergilər haqqında Qanuna (Vergi kodeksi) müvafiq olaraq, ölkənin bütün hüquqi, fiziki şəxslərindən vergi toplayır.

Vergilər – ordunun, ölkə hökumətinin saxlanması üçün zəruri olan vəsaitlərin əsas mənbəyini təşkil edir, ölkənin müdafiə potensialını, sosial sahəni, təhsili və s. maliyyələşdirilməsini təmin edir. Yəni, vergilər ölkənin həyat qabiliyyətini təmin edir. Bu səbəbdən vergilər – qanundur. Bu istənilən hüquqi və fiziki şəxsin öhdəliyidir.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Hüquqi şəxsin fəaliyyətinin online dayandırılması

posted in: Vergi, Xidmət, Xəbər | 0

online hüquqiXidmətin adı: Hüquqi şəxsin fəaliyyətinin online dayandırılması

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– VN tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza (VN-nin Çağrı Mərkəzi (195-1) vasitəsilə həyata keçirildikdə Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən verilmiş gücləndirilmiş elektron imza)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 16.3, 24.0.2 və 24.0.6-cı maddələri

– AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri

– NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”

– VN Kollegiyasının 07.09.2016-cı il tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş

“ Hüquqi şəxsin fəaliyyətinin online dayandırılması” elektron xidməti üzrə inzibati reqlament”

Xidmətin göstərildiyi yer

İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az), VN-nin Çağrı Mərkəzi (195-1)

Müraciəti emal edən struktur vahidi

VN-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və İnformasiya texnologiyaları mərkəzi

İcra müddəti

İnternet Vergi İdarəsi Portalı vasitəsilə -dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla) VN-nin Çağrı Mərkəzi vasitəsilə – 5-7 dəqiqə

Xidmətin nəticəsində təqdim edilən sənədlər

İnternet Vergi İdarəsi Portalı vasitəsilə – fəaliyyətin dayandırılması haqqında bildiriş (e-qutuya göndərilir)

VN-nin Çağrı Mərkəzi vasitəsilə – SMS (mobil telefona göndərilir), əməliyyat tarixçəsi (e-qutuya göndərilir)

Elektronlaşdırma səviyyəsi

İnternet Vergi İdarəsi Portalı vasitəsilə -tam elektronlaşıb VN-nin Çağrı Mərkəzi vasitəsilə – qismən elektronlaşıb

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda 20 şirkət ləğv edildi

posted in: Xəbər | 0

şirkətAzərbaycanda 17 yerli, 3 xarici şirkət ləğv edildi.


Teleqram kanalımıza üzv olun


“MURAD-MK” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1402547181

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov, ev 4,mənzil 21 ünvanına bilərlər.


 

“FİRUZƏ-AF” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1401705651

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov, ev 30 ünvana bildirə bilərlər.


BƏRGÜŞAD FİRMASI

VÖEN: 4600013821

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ5000, Sumqayıt şəhəri, məhəllə 21, ev Y/X 19, mənzil 4 ünvanına bildirə bilələr.


“AZEN” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 2000955111

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 34, mənzil 4 ünvanına bildirə bilərlər.


“VOOD GROUP KENNY UK LİMİTED” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALI

VÖEN: 1001297301

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələbini Bakı şhər, Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 10-cu mərtəbə, 57-ci ofis ünvanına bildirə bilərlər.


“E-TICKET” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1404523331

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 40, mənzil 63 ünvanına bildirə bilərlər.


“TORCA” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1503781981

Ləğv olunduğunu elan edir.Kreditorlar iki ay ərzində tələblərini AZ1033 Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası ev 852, mənzil 0 ünvanına bildirə bilələr.


LAN LAVV CHAMBERS LLP” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALI

VÖEN: 1403778921

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələbini AZ 1022, Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə ev 102 A ünvanına bildirə bilərlər.


“HORECA-AZ GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1305525931

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1006, Bakı şəhəru, Yasamal rayonu, Tağı Şahbazi küçəsi, ev 102A, mənzil 12 ünvanına bildirə bilələr.


“HORECA-AZ DİSTRİBUTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1305738151

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1006, Bakı şəhəru, Yasamal rayonu, Tağı Şahbazi küçəsi, ev 102A, mənzil 12 ünvanına bildirə bilələr.


“HORECA-AZ HOSPİTALİTY” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1305738021

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1006, Bakı şəhəru, Yasamal rayonu, Tağı Şahbazi küçəsi, ev 102A, mənzil 12 ünvanına bildirə bilələr.


“BROOKE HOUSE FOUNDATİON” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1702314681

Ləğv olunduğunu elan edir.


“AEGION CORROSION PROTECTION HOLDINGS LIMITED” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALI

VÖEN: 1304175491

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 37, Demirchi Tower 16-cı mərtəbə ünvanına və ya Vusala.Gasimova@bakertilly.az elektron ünvanına bildirə bilərlər.


“Youth Development Centre” MMC
VÖEN: 1902222931

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı səhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 68, mənzil 27 ünvanına bildirə bilərlər.


RUSLAN MƏNZİL TİKİNTİ KOOPERATİVİ

VÖEN: 2900193241

Ləğv olunduğunu elan edir.


“BAKU İNTERNATİONAL LANGUAGE CENTER” MMC

VÖEN: 1002716681

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, Mikayıl Mikayılov küçəsi, ev 11A, mənzil 14 ünvanına bildirə bilələr.


“RAHAT MƏNZİL” MTK

VÖEN: 2002749921

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələbini AZ 1027, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, məhəllə 2964, ev 4 ünvanına bildirə bilərlər.


“BLOSSOM HOUSE” MMC

VÖEN: 1402643371

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələbini Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 9 ünvanına bildirə bilərlər.


“BLOSSOM PROPERTY” MMC

VÖEN: 1402642171

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələbini Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 9 ünvanına bildirə bilərlər.


“CORN CROUP OF COMPANİES” MMC

VÖEN: 1003332041

Ləğv olunduğunu elan edir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ekspert: “Otelçilik biznesi üçün xüsusi vergi rejimi tətbiq olunması prosesə təsir edər”

posted in: Vergi, Xəbər | 0

Ekspert: “Otelçilik biznesi üçün xüsusi vergi rejimi tətbiq olunması prosesə təsir edər”


Teleqram kanalımıza üzv olun


otelçilik biznesi vergi rejimi

“Əgər biz kütləvi turist axınını istəyiriksə o zaman anlamalıyıq ki, onlar varlı deyil orta təbəqəyə aid olan şəxslərdir”.

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyib.

S.Dübəndinin sözlərinə görə, bu səbəbdən də daha ucuz otellərə ehtiyac var:

“Biz Monako, İsveçrə kimi lüks turizmlə məşğul olmuruq. Adlarını çəkdiyimiz ölkələr az turist qəbul edir, amma bu turistlər varlı qismi təşkil edir. Çalışırıq ki, turistlərin kütləvi səfəri ilə məşğul olaq. Bunu dövlət də belə istəyir, strateji yol xəritələrində də bu cür göstərilir.

Həmçinin çalışırıq ki, burada mövsümiliyi aradan götürək və turistlər yay-qış gəlsin. Turist olmayanda otellərin xərcləri çox olur. Kommunal xərcləri, işçilərin əməkhaqqılarını və s. ödəməkdə çətinlik çəkir. Azərbaycanda biznesin inkişafı üçün son illər çox böyük işlər görülür. Xüsusən də KOBİA və Fondun yaradılmasını demək olar.

Amma təəssüf ki, hələ də otelçilik biznesi üçün xüsusi imtiyazları görmürük. Burada aşağı vergi yükü olan xüsusi vergi rejimi, dövlət yaxud bələdiyyə balansında olan torpaqların satış yaxud icarə məsələlərinə diqqət yetirilsə yaxşı olar”.

Ekspert bildirib ki, bir sıra regionlarda yüksək təbəqə üçün nəzərdə tutulan otellər var:

“Biz həmçinin turistlər üçün yeni məhsullar, yeni turlar təşkil etməliyik. Bəzən turistlər 2-3 gündən sonra getməyə yer tapmır. Bunun üçün həm də alış.-veriş mərkəzlərinin, safari parklarını və aqua-parkların da səviyyəsini qaldırmaq lazımdır. Biz çalışmalıyıq ki, ölkəyə ilk dəfə gələn turisti qayıdan turistə çevirək”.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.