Braziliyanın vergi auditi Neymarın əmlakını bloklayıb

posted in: Vergi, Xəbər | 0

Braziliyanın vergi auditi Neymarın əmlakını bloklayıb.

Braziliyanın vergi orqanları ölkənin futbol yığmasının hücumçusu Neymarın əmlakının bir hissəsini bloklayıb.

Bu barədə “Folha de S.Paulo” qəzeti oyunçunun vəkili Markus Nedera istinadən bildirib.

“Blok təminat ölçüsü ilə bağlı tədbirdir. Bu, normal təcrübədir. Əmlak əvvəlki kimi sahibinə aiddir”, – deyə nəşr hüquqşünasa istinadən bildirib.

Braziliyanın hakimiyyət orqanları milli komandanın hücumçusundan “Santus” klubundan İspaniyanın “Barselona”sına keçid zamanı 69 milyon real (təxminən 17,5 milyon dollar) məbləğində vergi ödənişindən boyun qaçırmasından şübhələnir.

Teleqram kanalımıza üzv olun


Bununla əlaqədar olaraq futbolçunun ailəsinə aid “Cessna Citation 680” təyyarəsinə, “Eurocopter France 130 B4” vertolyotuna, həmçinin şirkətlərin paylarına həbs qoyulub.

Daha əvvəl “Pari Sen-Jermen”in braziliyalı hücumçusu Neymar paytaxt klubunun penaltilər seriyasında “Renn”ə məğlub olduğu futbol üzrə Fransa Kubokunun final matçından sonra mükafatlandırma zamanı azarkeşlə dalaşıb.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əmək müqaviləsi ilə bağlı qaydalarda dəyişiklik edildi

posted in: Qanun, Xəbər | 0

Əmək müqaviləsi ilə bağlı qaydalarda dəyişiklik edildi.


“ Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi  bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1448-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 458 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 738; 2015, № 5, maddə 651, № 6, maddə 780) aşağıdakı dəyişikliklər edilsin:

1. Adından və birinci hissəsindən “gücləndirilmiş elektron imza vasitəsilə” sözləri çıxarılsın və “işəgötürənə” sözündən sonra “və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə” sözləri əlavə edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar” üzrə:

2.1. adından və 1.1-ci bəndindən “gücləndirilmiş elektron imza vasitəsilə” sözləri çıxarılsın və “işəgötürənə” sözündən sonra “və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə” sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

“2.1-1. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanılması elektron informasiya sistemində Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır.”;

2.3. 3.2-ci bəndə “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin” sözlərindən əvvəl “Bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və” sözləri əlavə edilsin;

2.4. 4.4-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.5-ci bənd əlavə edilsin:

“4.5. Bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə elektron qaydada məlumat göndərilir.ˮ;

2.5. Qaydalara 1-8 nömrəli əlavələrin adlarından “gücləndirilmiş elektron imza vasitəsilə” sözləri çıxarılsın və “işəgötürənə” sözündən sonra “və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə” sözləri əlavə edilsin.

Azərbaycan Respublikasının
Baş Naziri     Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Sahibkarlar üçün maliyyə resurslarına dair tədbir keçiriləcək

posted in: Xəbər | 0

Sahibkarlar üçün maliyyə resurslarına çıxış imkanlarına dair online tədbir keçiriləcək.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə mayın 2-də sahibkarlar üçün növbəti online maarifləndirici tədbir keçiriləcək.

KOBİA-dan verilən məlumata görə, budəfəki maarifləndirici tədbir sahibkarların maliyyə resurslarına çıxış imkanları və bu sahədə göstərilən xidmətlərə həsr olunacaq.

Azərbaycan Dövlət İqtisad Universitetinin “UNEC Extern” mərkəzinin texniki imkanlarından istifadə edilməklə təşkil olunacaq online tədbirdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu, Maliyyə Bazarlarına Nəzarət Palatası, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, İpoteka və Kredit Zəmanət Fondu, Azərbaycan Banklar Assosiasiyası, eləcə də ölkəmizdə fəaliyyət göstərən bir sıra bankların nümayəndələri sahibkarların suallarını cavablandıracaq.

Tədbirə ölkənin istənilən yerindən internet vasitəsilə (kompüter və mobil telefondan istifadə olunmaqla) qoşulmaq mümkündür. online tədbir KOBİA-nın Facebook səhifəsi vasitəsilə birbaşa yayımlanacaq.

KOBİA-nın Bakı, Sumqayıt və Gəncə şəhərləri, Masallı, Quba, Qusar, Xaçmaz, Siyəzən-Şabran, Yevlax, Qəbələ, Abşeron və Füzuli rayonları üzrə KOB dostları online tədbirə qoşulmaq istəyən sahibkarlara hər cür dəstək göstərəcək.

Online maarifləndirici tədbirə qoşulmaq üçün daha ətraflı məlumatı bu linkdən əldə etmək olar: http://smb.gov.az/news/sahibkarlar-ucun-maliyy-resurslarina-cixis-imkanlarina-dair-onlayn-tdbir-kecirilck

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Dövlət rüsumu haqqında qanuna dəyişiklik edilib

posted in: Qanun, Xəbər | 0

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12 (I kitab), maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015, № 12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 10, maddə 1605, № 11, maddələr 1753, 1776, 1780, 1790, № 12, maddələr 2006, 2051; 2017, № 3, maddələr 337, 341, № 5, maddə 742, № 6, maddə 1028, № 7, maddə 1308, № 8, maddə 1506, № 12 (I kitab), maddə 2265; 2018, № 3, maddə 405, № 4, maddələr 639, 647, № 7, maddələr 1415, 1444, № 8, maddə 1675, № 12 (I kitab), maddə 2489; Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1434-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.0.22-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.0.23-cü maddə əlavə edilsin:

“2.0.23. könüllü dövlət daktiloskopik və genom qeydiyyatının aparılması.”.

2. Aşağıdakı məzmunda 33-6-cı maddə əlavə edilsin:

“Maddə 33-6. Könüllü dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına görə tutulan dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər                                               Dövlət rüsumunun məbləği

33-6.1. Könüllü dövlət daktiloskopik qeydiyyatının aparılması              20 manat

33-6.2. Könüllü dövlət genom qeydiyyatının aparılması                        250 manat

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 mart 2019-cu il.

Mənbə: president.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.