1500 manat əmək haqqı ilə Baş Mühasib tələb olunur

vakansiya Baş MühasibVakansiya: Baş Mühasib / İşəgötürən: BSC Consulting Outsourcing Company

Əmək haqqı: 1200 – 1500 AZN

Ümumi məlumat

  • Şəhər: Bakı
  • Yaş: 30 – 45 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: HR Department
  • E-mail: hr@bsc-group.az / info@finstaff.az
  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Elanın bitmə tarixi: 01.06.2019
Vakansiya barədə məlumat

– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Vergi, əmək qanunvericiliyini mükəmməl bilməli
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– Balansın çıxarılması
– DSMF və işsizlik hesabatlarının hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək

İş barədə məlumat

– Peşəkar, mehriban komandada iş
– Etibarlı şirkətdə karyera
– Professional və maddi yüksəliş üçün perspektiv
– İş qrafiki: 9.00-18.00

Teleqram kanalımıza üzv olun

Baş Mühasib üçün tələblər

– Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir)
– 1C 8.2 v 8.3 proqramında sərbəst işləmək təcrübəsi (İstehsal və satış və s.)
– Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirilmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək
– Excell proqramında yüksək səviyyədə işləmə bacarığı
– Stresədavamlı, tələbkar, məsuliyyətli və işgüzar
– Problemləri təhlil və həll etmə bacarığı
– Azərbaycan dili mükəmməl,rus dili biliyi arzuolunandır

Maraqlanan şəxslər xahiş olunur CV-lərini hr@bsc-group.az / info@finstaff.az ünvanına göndərsinlər.

Mənbə: kadr.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat Uçotu kurslarının həftə sonu qrupu start götürür!

Mühasibat Uçotu Kursları start götürür.

Mühasibat Uçotu Kursları

Mühasibat Uçotu kursları üçün qeydiyyatdan keçməyə tələsin.
Mühasibatlığı bizimlə öyrənin.

– Öyrəndiyiniz nəzəri biliklər iş prosesində köməyinizə çatmırsa,
– Hər yerdə praktika tələb etsələr də bu praktikanı harda və necə qazanacağınızı bilmirsinizsə,
– MƏCƏLLƏLƏR və digər MÜHASİBATLIQ təlimatlarını oxumaq və başa düşmək çətin gəlirsə, biz sizi yeni start götürəcək xüsusi MÜHASİBATLIQ KURSUNA dəvət edirik.

Qrupda dərslər iştirakçılara fərdi yanaşma prinsipi ilə təşkil edilir. Bizə qoşulun ki, interaktiv metodla, asan dildə və real sənədlərlə işləmək imkanını sizin üçün əlçatan edək!

Mühasibatlığın 0-dan başlayaraq praktiki şəkildə tədris olunduğu kurs proqramında

– beynəlxalq mühasibatlıq nəzəriyyəsi,
– vergi və DSMF hesabatlarının tərtib olunması,
– müxabirləşmələrin asan və yaddaqalan metodlarla mənimsənilməsi,
– elektron portallarda (Elektron qaimələrin yazılması, əmək müqaviləsinin elektron qeydiyyatı və s.) işləmək qaydaları öyrədilir.

Bundan əlavə olaraq, kursun praktika hissəsində siz rəsmi sənədlərlə praktiki işləmək imkanı əldə edəcəksiniz.

Kursun ümumi müddəti 52 saat, həftədə 1 dəfə (bazar günü), 4 saat (coffee-break olmaqla), səhər saat 10:00-dan 14:00-a qədər keçirilir.

5 may tarixində Ödənişsiz ilk sınaq dərsi keçiriləcək və sınaq dərsi 2 saat davam edəcək. (səhər saat 10:00-dan 12:00-a qədər).

Ödənişli kurs isə 12 may tarixindən etibarən başlayacaq.

Qeyd: Sınaq dərsinə gələnlərin şəxsiyyət vəsiqəsini gətirməsi vacibdir.

Kursda iştirak etmək üçün aşağıdakı linkə daxil olub qeydiyyat formunu doldurmağınız xahiş edilir.

https://muhasibat.typeform.com/to/rVdkcz

Əlaqə vasitələri:

Telefon: (050) 225-81-05 / (012) 598-37-98

Email: info@muhasibat.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Obyektlərin yenidən uçota alınması qaydası təsdiq edilib

posted in: Qanun, Vergi, Xəbər | 0

uçota alınmaObyektlərin yenidən uçota alınma qaydası təsdiq edilib.

Vergilər Nazirliyi Kollegiyasının təsdiq etdiyi “Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması qaydası” Vergi Məcəlləsinin 34.3-1-ci maddəsinə uyğun hazırlanıb və təsərrüfat subyektinə malik olan vergi ödəyicilərinin yenidən uçota alınması qaydalarını müəyyən edir.

Bu qayda ən azı bir təsərrüfat subyekti (obyekti) olan vergi ödəyicilərinə aiddir. Qaydanın müddəaları mərkəzləşdirilmiş qaydada uçota alınmış vergi ödəyicilərinə şamil edilmir.

Yeni qaydaya əsasən, vergi ödəyicisinin bir obyekti olduqda və həmin təsərrüfat subyekti vergi ödəyicisinin olduğu yerdən kənarda yerləşdikdə, sahibi obyektin olduğu ünvan üzrə bu Qaydanın 1.3-cü bəndinə uyğun olaraq verilən rəy əsasında yenidən uçota alınır.

Vergi ödəyicisinin obyekti vergi uçotundan çıxarıldıqda, həmin vergi ödəyicisi olduğu yer üzrə yenidən uçota alınmalı və bu barədə növbəti ayın 20-dək Maliyyə Nazirliyinə məlumat təqdim edilməlidir.

İki və daha çox obyekti olan vergi ödəyicisi İqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınmalıdır. Mərkəzin yerləşdiyi ünvan üzrə yenidən uçota alınma vergi ödəyicisinin müraciəti və ya vergi orqanının təşəbbüsü ilə həyata keçirilir.

Qaydanın 1.3-cü bəndinə əsasən, obyekt sahibi olan vergi ödəyicilərinin yenidən uçota alınması Vergilər Nazirliyinin təhlil strukturunun iyun ayının 5-dək verdiyi rəy əsasında Vergilər Nazirliyi tərəfindən vergi ilindən sonrakı ilin yanvar ayında həyata keçirilir. Verilən rəydə qeyd edilən vergi ödəyiciləri barədə məlumatlar Maliyyə Nazirliyi ilə razılaşdırılmış formada rəyin alındığı ilin iyun ayının 15-dək Maliyyə Nazirliyinə təqdim edilməlidir. Qaydaya əlavə edilən bildiriş də təsdiq edilib.

Qayda ilə ətraflı tanış olmaq üçün faylı yükləyin:  Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması Qaydası (68 downloads )

Mənbə: taxes.gov.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əmək pensiyaları ilə bağlı qanunda dəyişikliklər edildi

posted in: Qanun, Xəbər | 0

Əmək pensiyaları ilə bağlı qanunda dəyişikliklər edildi.

Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Maddə 1. “ Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012, № 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289, № 10, maddə 1776, № 12 (I kitab), maddə 2193; 2018, № 5, maddə 865, № 12 (I kitab), maddə 2504; Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1482-VQD nömrəli və 19 fevral tarixli 1515-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 19.1.4-cü və 19.1.6-cı maddələr ləğv edilsin;

2. 19.3-cü maddədə “19.1.6-19.1.8-ci” sözləri “19.1.7-19.1.8-ci” sözləri ilə əvəz edilsin.

Maddə 2. Bu Qanun 2019-cu il aprelin 1-dən tətbiq edilir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 aprel 2019-cu il.

Mənbə: president.az