Nəzarət-kassa aparatlarının elektron uçotu ilə bağlı qayda təsdiqlənib

posted in: Vergi, Xəbər | 0

Nəzarət-kassaNəzarət-kassa aparatlarının elektron uçotu ilə bağlı qayda təsdiqlənib.

Vergilər Nazirliyinin təsdiq etdiyi “Nəzarət-kassa aparatlarının elektron uçotunun aparılması qaydası” Vergi Məcəlləsinin 24.0.6-cı maddəsinə əsasən hazırlanıb və nəzarət-kassa aparatlarının (NKA) vergi orqanında uçota alınması və uçotdan çıxarılması qaydasını müəyyən edir.

NKA malların təqdim edilməsi (xidmətlərin göstərilməsi) zamanı aparılan pul hesablaşmalarının qeydiyyatında istifadə edilən, hesablaşmalar zamanı aparılan əməliyyatlar barədə məlumatların toplanması, emal edilməsi, saxlanması və internet bağlantısı yaranan kimi ötürülməsini təmin edən, Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan avadanlıqdır. İstifadəçi NKA-nı əldə etmək üçün operatora müraciət edərək onunla müqavilə bağlayır.

Operator təqdim edilən NKA-ya istifadəçi və onun təsərrüfat subyekti (obyekti) barədə məlumatları daxil edir və NKA operatorlarının internet portalında (e-kassa.gov.az) nəzarət-kassa aparatının uçota alınması haqqında ərizə formasının uçotla bağlı müvafiq xanalarını dolduraraq vergi orqanına göndərir. Ərizəyə istifadəçi ilə operator arasında bağlanmış müqavilənin PDF formatı da əlavə edilməlidir.

Daxil edilən məlumatlar əsasında NKA-nın quraşdırıldığı təsərrüfat subyekti (obyekti) üzrə istifadəçinin uçotda olub-olmaması, NKA barədə məlumatın Vergilər Nazirliyinin elektron informasiya sisteminə daxil edilib-edilməməsi, onun digər təsərrüfat subyektində qeydiyyatda olub-olmaması yoxlanılır.

Məlumatlarda kənarlaşma aşkar edilmədikdə, interaktiv rejimdə Vergilər Nazirliyinin elektron informasiya sistemindən operatorun portalda olan elektron kabinetinə sertifikat faylı göndərilir. Operator nəzarət mexanizmi qurğusuna (NMQ) sertifikat faylını daxil edir və bu barədə akt tərtib edərək portal üzərindən Vergilər Nazirliyinə təqdim edir.

Qaydaya əsasən, NKA-nın aktivləşməsi üçün istifadəçi Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında olan elektron kabinetinə daxil olaraq qaydanın 2.4-cü bəndində qeyd edilən aktın nömrəsini sistemə daxil edir və aktın məzmunu ilə tanış olduqdan sonra onu gücləndirilmiş elektron imza ilə təsdiq edir.

Bundan sonra sistem tərəfindən hazırlanan NKA-nın qeydiyyat vərəqəsi istifadəçinin elektron kabinetinə göndərilir. Qeydiyyat vərəqəsi istifadəçinin müraciəti əsasında kağız formasında da verilə bilər. Qeydiyyat vərəqəsi təsdiqləndikdə NKA, eyni zamanda NMQ aktivləşir. Sənəddə qaydaya əlavə edilən bildirişlərin nümunələri də əksini tapıb.

Qayda ilə ətraflı tanış olmaq üçün faylı yükləyin:  Nəzarət kassa aparatlarının elektron uçotunun aparılması Qaydası (93 downloads )

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

 

Baş mühasibə ali təhsil lazımdırmı və ya kurslar kifayətdir? (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

Baş mühasibBaş mühasib üçün ali təhsil lazımdırmı və ya kurslar kifayətdir?

2-ci hissə ( 1-ci hissəni buradan oxuya bilərsiniz)

Ali təhsil ümumiyyətlə lazımdırmı? Və ya gələcək fəaliyyət üçün təməl ola biləcək, insanın özünün isə daha təhsilli həmkarlarının  köməyilə zamanla  müəyyən “peşəkar incəlikləri” mənimsəyən peşə kursları kifayətdur?

Sizin dostlarınızın əksəriyyətinin öz ixtisasları üzrə işləməmələrinin başlıca səbəblərindən biri beşillik təhsil ərzində əldə etdikləri böyük həcmli bilik və anlayışlardır. Özü də bütün bu biliklər məhz, seçim edilən ixtisasa fokuslaşır.

Amma, bu biliklərin sayəsində insan çox asanlıqla müəyyən qohum peşələrə yiyələnə bilər. Elə götürək, adi “mühasib” peşəsini, hansı ki, onu iqtisadi ixtisaslardan ən darıxdırıcı olanı hesab edirlər. Bəli, razılaşın ki, mühasib peşəsi heç də şən, maraqlı və yeni peşə kimi fərqlənmir.

Mühasib – bu o insandır ki, proqrama məlumatlar daxil edir, hansısa formada onları emal edir, sonra isə elementar hesabatlar hazırlayır. Elə görünə bilər ki, bu cür alqoritmik məsələlərin öhdəsindən kursları bitirməklə və ya hətta bitirmədən belə, asanlıqla gəlmək olar. Və bu da düzdür!

Lakin, baş mühasib peşəsi – bu tamamilə başqa bir şeydir! Siz təhlil edirsiniz, yoxlayırsınız, məsləhət verirsiniz, kömək edirsiniz, cavabdehlik daşıyırsınız! Və bütün bunlar baş mühasib vəzifəsinə daxil olan öhdəliklərin heç də hamısı deyil. Ədalətli olaraq, baş mühasibi direktordan sonra müəssisədə ikinci şəxs sayırlar. Axı, müəssisənin işlərinin nəticəsinə görə onlar ümumi məsuliyyət daşıyırlar. Bütün maliyyə məsuliyyəti faktiki olaraq baş mühasibin üzərinə düşür. Onların köməkçiləri isə demək olar ki. heç bir məsuliyyət daşımırlar.

Hesab edirsiniz ki, mühasibat kurslarından sonra belə bir vəzifənin öhdəsindən gələ bilərsiniz? Bizə elə gəlir ki, xeyr! Siz təkcə sözügedən istiqamətdə sizin səviyyədə olan adamlar tərəfindən tərtib olunmuş hesabatları təhlil etməyəcəksiniz, həm də onların qeyri-standart suallarını cavablandırmalı olacaqsınız ki, nə siz, nə də onlar həmin kurslarda belə sualların cavabları ilə rastlaşmamısınız.

Baş mühasib peşəsi barədə həm zarafat, həm də ciddi olaraq J.B. Kolber belə yazıb: “Vergitutma incəsənəti ondan ibarətdir ki, diri qazın lələklərini elə qoparmaq lazımdır ki, o, mümkün qədər az fısıldasın. Baş mühasibin başlıca vəzifəsi, dövlətə sahibkarı yolmaqdan ötrü elə imkan verməlidir ki, sonuncuya çox ağrı düşməsin, dövlət elə etməlidir ki, həm lələklər qalsın və həm də dövlət tərəfindən heç bir irad olmasın”.

Adətən lazımi qədər bilik bazası və müəyyən peşəkar vərdişlər, onların müvafiq mobilliyi və çevikliyi olmadan yüksək səviyyəli mühasib olmaq mümkün deyil. Bu gün baş mühasib – bu mühasib, maliyyəçi, menecer, iqtisadçı, bəzi məsələlər üzrə hətta hüquqşünasdır. Aydındır ki, bu cür keyyfiyyətləri qatışığı  yalnız ali təhsil aldıqdan və ya yuxarıda deyilən sahədə bir çox kompleks kursları bitirdikdən sonra əldə etmək olar. Mümkündür ki, həmin kurslar mahiyyətinə görə ali təhsili tam şəkildə əvəz edə bilər. Amma, bunun bir mənası varmı? Axı, belədə həmin kurslar ali təhsilin sadə analoqları olacaq.


Teleqram kanalımıza üzv olun


Ali təhsil müəssisəsinə daxil olmaq və ya peşə kurslarının seçimi ilə bağlı qərar verərkən, insanın ambisiyaları, onun səyləri də az əhəmiyyət kəsb etmir. Bu zaman ən yüksək perspektiv – müəssisə rəhbəri olmaqdır, kurslar üçün isə perspektiv kimi çox vaxt icraçı personal olmaq qalır.

Amma, bu hələ o demək deyil ki, ali təhsil aldıqdan sonra sizin əməkhaqqınız daha yüksək olacaq. Bu məsələ daha çox özünürealizə və özünüinkişaf ilə əlaqəlidir Kimlər üçün isə bu hətta əməkhaqqı səviyyəsindən də əhəmiyyətlidir, başqaları üçün isə bu, ümumiyyətlə, mövcud deyil.

Əsas məsələyə qayıdaq: Baş mühasibə ali təhsil lazımdırmı?

Bəlkə mühasibat uçotu ilə bağlı kurslar kifayətdir? Şübhəsiz ki, hə, çünki kursları bitirdikdən sonra da baş mühasib olmaq mümkündür, amma, buna qədər uzun müddət onun köməçiçisi kimi işləmək lazım gələcək. Bundan əlavə, istənilən halda bəxt də üzünüzə  gülməlidir, bəxt, qismət ilə razılığa gəlmək isə həmişə çətin olur…

Bu istənilən peşəyə aiddir! Şübhəsiz ki, kurslar və ya ali təhsil seçimi zamanı çox şey insandan, onun xarakterindən, əqli səviyyəsindən, vərdişlər və bacarıqlarından daha çox asılıdır. Biri beşillik təhsil ərzində, digərinin üç ay ərzində kurslarda əldə etdiyi faydalı məlumatlardan da az informasiya əldə edə bilər. Belə vəziyyətdə beş il ərzində təhsilə sərf edilən zaman və qeyri-məqsədyönlü məsrəflər yalnız itki sayılacaq.

Digər tərfdən, üçaylıq kursu bitirən şəxs, qənaət etdiyi vaxt və vəsaitlərlə birlikdə həm də ali təhsilli, amma, uğursuz bir adamla müqayəsədə daha yaxşı bir işə də düzələ bilər. Ona görə, seçim məsələsi ölçülü-biçili olmalı, dəqiq düşünülməlidir. Ekspertlərin fikrincə, ixtisaslı, keyfiyyətli mütəxəssis olmaq üçün yüksək ali təhsil zəruridir.

Istənilən ciddi müəssisədə işə qəbulla bağlı əsas şərtlərdən biri ali təhsil barədə diplomun olmasıdır. Həmin diplom nə qədər prestijlidirsə, sizin nüfuzlu bir vəzifəyə və buna müvafiq yüksək maaşlı işə qəbul olunmaq şansınızı daha böyükdür. Kurslardan sonra isə siz yalnız sertifikat alırsınız ki, bu da ali məktəblərin diplomu ilə müqayisədə az dəyərləndirilir.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Hüquqi şəxsin fəaliyyətinin online dayandırılması

posted in: Vergi, Xidmət, Xəbər | 0

Xidmətin adı: Hüquqi şəxsin fəaliyyətinin online dayandırılması

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– VN tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza (VN-nin Çağrı Mərkəzi (195-1) vasitəsilə həyata keçirildikdə Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən verilmiş gücləndirilmiş elektron imza)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 16.3, 24.0.2 və 24.0.6-cı maddələri

– AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri

– NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”

– VN Kollegiyasının 07.09.2016-cı il tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş

“ Hüquqi şəxsin fəaliyyətinin online dayandırılması ” elektron xidməti üzrə inzibati reqlament”

Xidmətin göstərildiyi yer

İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az), VN-nin Çağrı Mərkəzi (195-1)

Müraciəti emal edən struktur vahidi

VN-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və İnformasiya texnologiyaları mərkəzi

İcra müddəti

İnternet Vergi İdarəsi Portalı vasitəsilə -dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla) VN-nin Çağrı Mərkəzi vasitəsilə – 5-7 dəqiqə

Xidmətin nəticəsində təqdim edilən sənədlər

İnternet Vergi İdarəsi Portalı vasitəsilə – fəaliyyətin dayandırılması haqqında bildiriş (e-qutuya göndərilir)

VN-nin Çağrı Mərkəzi vasitəsilə – SMS (mobil telefona göndərilir), əməliyyat tarixçəsi (e-qutuya göndərilir)

Elektronlaşdırma səviyyəsi

İnternet Vergi İdarəsi Portalı vasitəsilə -tam elektronlaşıb, VN-nin Çağrı Mərkəzi vasitəsilə – qismən elektronlaşıb

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Hansı işçilər öz arzularına uyğun vaxtda əmək məzuniyyətinə çıxa bilərlər?

posted in: sual-cavab, Xəbər | 0

əmək məzuniyyəti

Hansı işçilər öz arzularına uyğun vaxtda əmək məzuniyyəti götürə bilər?

Sual: 

Hansı işçilər öz arzularına uyğun vaxtda əmək məzuniyyətinə çıxa bilərlər?

Cavab: 

Ölkəmizin əmək qanunvericiliyində 14 yaşınadək iki və daha çox uşağı olan, yaxud sağlamlıq imkanları məhdud uşağı olan qadınlara, 16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma əmək məzuniyyətinin onların öz arzusuna uyğun olan vaxt üçün təyin edildiyi əksini tapır.


Teleqram kanalımıza üzv olun


Həmçinin hərbi qulluqçunun arvadı (əri), əlillər, müharibə veteranları, Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı radioaktiv şüalanmaya məruz qalaraq sağlamlığı pozulmuş və ya şüalanma xəstəliyinə düçar olmuş şəxslər, yaşı on səkkizdən aşağı olan işçilər, işləməklə yanaşı təhsil alan şəxslər də arzularına uyğun olaraq onlar üçün ilin əlverişli vaxtında əmək məzuniyyətinə buraxılırlar.

Azərbaycan xalqı qarşısında xüsusi xidmətlər göstərmiş vətəndaşlara da özləri müəyyən etdikləri vaxtda məzuniyyətə çıxmaq hüququ verilir.

Müəssisədə işlədiyi müddətdən asılı olmayaraq işçinin arzusu ilə əmək məzuniyyəti arvadının hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu dövrdə verilə bilər.

Mənbə: www.mlspp.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.