» » » Baş mühasibə ali təhsil lazımdırmı və ya kurslar kifayətdir? (2-ci hissə)

Baş mühasibə ali təhsil lazımdırmı və ya kurslar kifayətdir? (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

Baş mühasibBaş mühasib üçün ali təhsil lazımdırmı və ya kurslar kifayətdir?

2-ci hissə ( 1-ci hissəni buradan oxuya bilərsiniz)

Ali təhsil ümumiyyətlə lazımdırmı? Və ya gələcək fəaliyyət üçün təməl ola biləcək, insanın özünün isə daha təhsilli həmkarlarının  köməyilə zamanla  müəyyən “peşəkar incəlikləri” mənimsəyən peşə kursları kifayətdur?

Sizin dostlarınızın əksəriyyətinin öz ixtisasları üzrə işləməmələrinin başlıca səbəblərindən biri beşillik təhsil ərzində əldə etdikləri böyük həcmli bilik və anlayışlardır. Özü də bütün bu biliklər məhz, seçim edilən ixtisasa fokuslaşır.

Amma, bu biliklərin sayəsində insan çox asanlıqla müəyyən qohum peşələrə yiyələnə bilər. Elə götürək, adi “mühasib” peşəsini, hansı ki, onu iqtisadi ixtisaslardan ən darıxdırıcı olanı hesab edirlər. Bəli, razılaşın ki, mühasib peşəsi heç də şən, maraqlı və yeni peşə kimi fərqlənmir.

Mühasib – bu o insandır ki, proqrama məlumatlar daxil edir, hansısa formada onları emal edir, sonra isə elementar hesabatlar hazırlayır. Elə görünə bilər ki, bu cür alqoritmik məsələlərin öhdəsindən kursları bitirməklə və ya hətta bitirmədən belə, asanlıqla gəlmək olar. Və bu da düzdür!

Lakin, baş mühasib peşəsi – bu tamamilə başqa bir şeydir! Siz təhlil edirsiniz, yoxlayırsınız, məsləhət verirsiniz, kömək edirsiniz, cavabdehlik daşıyırsınız! Və bütün bunlar baş mühasib vəzifəsinə daxil olan öhdəliklərin heç də hamısı deyil. Ədalətli olaraq, baş mühasibi direktordan sonra müəssisədə ikinci şəxs sayırlar. Axı, müəssisənin işlərinin nəticəsinə görə onlar ümumi məsuliyyət daşıyırlar. Bütün maliyyə məsuliyyəti faktiki olaraq baş mühasibin üzərinə düşür. Onların köməkçiləri isə demək olar ki. heç bir məsuliyyət daşımırlar.

Hesab edirsiniz ki, mühasibat kurslarından sonra belə bir vəzifənin öhdəsindən gələ bilərsiniz? Bizə elə gəlir ki, xeyr! Siz təkcə sözügedən istiqamətdə sizin səviyyədə olan adamlar tərəfindən tərtib olunmuş hesabatları təhlil etməyəcəksiniz, həm də onların qeyri-standart suallarını cavablandırmalı olacaqsınız ki, nə siz, nə də onlar həmin kurslarda belə sualların cavabları ilə rastlaşmamısınız.

Baş mühasib peşəsi barədə həm zarafat, həm də ciddi olaraq J.B. Kolber belə yazıb: “Vergitutma incəsənəti ondan ibarətdir ki, diri qazın lələklərini elə qoparmaq lazımdır ki, o, mümkün qədər az fısıldasın. Baş mühasibin başlıca vəzifəsi, dövlətə sahibkarı yolmaqdan ötrü elə imkan verməlidir ki, sonuncuya çox ağrı düşməsin, dövlət elə etməlidir ki, həm lələklər qalsın və həm də dövlət tərəfindən heç bir irad olmasın”.

Adətən lazımi qədər bilik bazası və müəyyən peşəkar vərdişlər, onların müvafiq mobilliyi və çevikliyi olmadan yüksək səviyyəli mühasib olmaq mümkün deyil. Bu gün baş mühasib – bu mühasib, maliyyəçi, menecer, iqtisadçı, bəzi məsələlər üzrə hətta hüquqşünasdır. Aydındır ki, bu cür keyyfiyyətləri qatışığı  yalnız ali təhsil aldıqdan və ya yuxarıda deyilən sahədə bir çox kompleks kursları bitirdikdən sonra əldə etmək olar. Mümkündür ki, həmin kurslar mahiyyətinə görə ali təhsili tam şəkildə əvəz edə bilər. Amma, bunun bir mənası varmı? Axı, belədə həmin kurslar ali təhsilin sadə analoqları olacaq.


Teleqram kanalımıza üzv olun


Ali təhsil müəssisəsinə daxil olmaq və ya peşə kurslarının seçimi ilə bağlı qərar verərkən, insanın ambisiyaları, onun səyləri də az əhəmiyyət kəsb etmir. Bu zaman ən yüksək perspektiv – müəssisə rəhbəri olmaqdır, kurslar üçün isə perspektiv kimi çox vaxt icraçı personal olmaq qalır.

Amma, bu hələ o demək deyil ki, ali təhsil aldıqdan sonra sizin əməkhaqqınız daha yüksək olacaq. Bu məsələ daha çox özünürealizə və özünüinkişaf ilə əlaqəlidir Kimlər üçün isə bu hətta əməkhaqqı səviyyəsindən də əhəmiyyətlidir, başqaları üçün isə bu, ümumiyyətlə, mövcud deyil.

Əsas məsələyə qayıdaq: Baş mühasibə ali təhsil lazımdırmı?

Bəlkə mühasibat uçotu ilə bağlı kurslar kifayətdir? Şübhəsiz ki, hə, çünki kursları bitirdikdən sonra da baş mühasib olmaq mümkündür, amma, buna qədər uzun müddət onun köməçiçisi kimi işləmək lazım gələcək. Bundan əlavə, istənilən halda bəxt də üzünüzə  gülməlidir, bəxt, qismət ilə razılığa gəlmək isə həmişə çətin olur…

Bu istənilən peşəyə aiddir! Şübhəsiz ki, kurslar və ya ali təhsil seçimi zamanı çox şey insandan, onun xarakterindən, əqli səviyyəsindən, vərdişlər və bacarıqlarından daha çox asılıdır. Biri beşillik təhsil ərzində, digərinin üç ay ərzində kurslarda əldə etdiyi faydalı məlumatlardan da az informasiya əldə edə bilər. Belə vəziyyətdə beş il ərzində təhsilə sərf edilən zaman və qeyri-məqsədyönlü məsrəflər yalnız itki sayılacaq.

Digər tərfdən, üçaylıq kursu bitirən şəxs, qənaət etdiyi vaxt və vəsaitlərlə birlikdə həm də ali təhsilli, amma, uğursuz bir adamla müqayəsədə daha yaxşı bir işə də düzələ bilər. Ona görə, seçim məsələsi ölçülü-biçili olmalı, dəqiq düşünülməlidir. Ekspertlərin fikrincə, ixtisaslı, keyfiyyətli mütəxəssis olmaq üçün yüksək ali təhsil zəruridir.

Istənilən ciddi müəssisədə işə qəbulla bağlı əsas şərtlərdən biri ali təhsil barədə diplomun olmasıdır. Həmin diplom nə qədər prestijlidirsə, sizin nüfuzlu bir vəzifəyə və buna müvafiq yüksək maaşlı işə qəbul olunmaq şansınızı daha böyükdür. Kurslardan sonra isə siz yalnız sertifikat alırsınız ki, bu da ali məktəblərin diplomu ilə müqayisədə az dəyərləndirilir.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.