» » » Baş mühasibə ali təhsil lazımdırmı və ya kurslar kifayətdir? (1-ci hissə)

Baş mühasibə ali təhsil lazımdırmı və ya kurslar kifayətdir? (1-ci hissə)

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

Baş mühasib üçün ali təhsil lazımdırmı və ya kurslar kifayətdir?

1-ci hissə

 

Ali təhsil, ümumiyyətlə, lazımdırmı? Və ya gələcək fəaliyyət üçün təməl ola biləcək, insanın özünün isə daha təhsilli həmkarlarının  köməyilə zamanla  müəyyən “peşəkar incəlikləri” mənimsəyən peşə kursları kifayətdir?

 

Dünya birliyinin inkişafı ilə adamların həyatı daha çox puldan asılı olmağa başlayıb. Pulların miqdarı bu və ya digər formada sizin maddi rifahınızı göstərir. Məlum olduğu kimi, həmişə və hər yerdə fiziki əmək deyil, əqli əmək daha çox dəyərləndirilir. Bu gün üçün vəziyyət mütləq şəkildə dəyişilməz qalmaqdadır.

Müasir fiziki iş demək olar ki, tamamilə dəyərsizləşib. Bu müəssisələr, zavodlar, xidmət sahələri, tikintidə texnologiyaların daimi inkişafı və adamların bu texnologiyalar ilə əvəz olunması ilə əlaqəlidir. İntellektual əmək isə məhz, ondan bilik və bacarıqla istifadə olunmaqla, əksinə, müasir insanın başlıca gəlir mənbəyinə çevrilib. Hazırda hər bir insan bilik bazasını faktiki olaraq məktəbdə əldə edir. Lakin, ixtisasla bağlı biliyi müxtəlif yollarla almaq olur. Bunlardan ən məşhurları ali təhsil və peşə kurslarıdır.

Ali təhsil – “ştampı” Sizin muzdlu əməkdaş kimi gözətçi və ya satıcıdan başlamış, baş mühasib və ya qəzet redaktoruna kimi istənilən sahədə işə düzəlmək şansını əhəmiyyətli şəkildə yüksəldir. Əminəm ki, Sizin tanışlarınız arasında xeyli adam ali təhsillidir, amma, onların hamısı beş il təhsil aldıqları ixtisas üzrə işləyirlərmi? Yəqin ki, yox… Bəli, elələri də vardır ki, universiteti və ya institutu bitirdikdən sonra ixtisasları üzrə işə düzəliblər və zəif şəkildə olsa da karyerada yüksəlməklə, öz sevimli işləri ilə məşğul olurlar.

Tanışlarınızın bir hissəsi isə bu və ya digər səbəblərdən (vakansiya olmayıb, yüksək məvaciblə təmin olunmayıb) öz ixtisasları üzrə çalışmırlar, onlar da müəyyən karyera yüksəlişinə nail olublar və stabil əməkhaqqı alırlar. Təbii ki, peşə kurslarını bitirə və yüksək maaşla tamdəyərli işlərdə çalışanlar da olmamış deyil. Deməli,  onda belə bir sual otalığa çıxır: ümumiyyətlə, ali təhsil (hansı sahədə omasından asılı olmayaraq) lazımdırmı? Və ya müəyyən peşə kursları yetərlidir?

Ali təhsil almaq üçün bayaq qeyd olunduğu kimi beş ilə yaxın zaman lazımdır. Kurslar isə öz növbəsində 3-6 ay çəkir. Beləliklə, kursları seçməklə sizin ixtiyarınızda faktiki olaraq əlavə 4 il vaxt qalır. Digər tərəfdən, bir çox tələbələr hələ təhsil dövründən işləməyə başlayırlar.

Bütün hallarda kursu seçənlərin zamanı daha çox olur. Amma, ali məktəbi bitirən insanın bilik baqajı kursları bitirənlərinkindən əhəmiyyətli şəkildə daha təməlli olur. Və bu təkcə profilli dərslərə aid deyil! Dərs fənlərinin inteqrasiyası,  ilk baxışda onların uyğunsuzluğu və faydasızlığı,  bilik sistemini onunla əlaqələrin və müstəqilliyin dərk edilməsi, biliklərin inkişafı, xüsusi və ümumi səlahiyyətlərin formalaşdırılması ilə təmin edir.


Teleqram kanalımıza üzv olun


Məlumdur ki, gələcək peşəsini seçərkən həmişə gənc bir adam öz qabiliyyətlərini tənqidi şəkildə qiymətləndirə bilər, bundan daha az isə həmin qabiliyyətlər və istəklər arasında tam əlaqəni müəyyənləşdirə bilər. Bununla belə, gənc adamlarda gələcək həyatları ilə bağlı ilk təəssürat isə məhz, məktəbdə formalaşır.

Bundan əlavə, məktəbdə həm də insanın əxlaq prinsipləri, həyat obrazı və onun vərdişləri, iqtisadi və siyasi baxışlarının əsasları formalaşır. İnsan gələcəkdə məhz, bu cür təsəvvürləri rəhbər tutur. Bu da gələcək seçim zamanı fövqəladə dərəcədə mühüm rol oynayır. Məktəbi bitirdikdən sonra bir çox adamlar oxumağa başlayır, bir müddət keçdikdən sonra isə “lazımi” peşəni seçmədiklərini başa düşür və oxumağı atırlar.

Nəticə isə sərf edilmiş pullar və zaman olur. Ali məktəbdə “ikinci şans” əldə etmək isə həm maliyyə, həm də zaman planında çox baha başa gəlir. Əgər müəyyən peşə kursunu seçmisinizsə və onu bitirdikdən sonra bunun sizə uyğun bir peşə olmadığını anladıqda. Siz ali məktəblə müqayisədə çox az şey itirirsiniz.

Adətən bu cür uğursuzluğun nəticəsi çox vaxt dostların, sinif yoldaşlarının, qohumların və xüsusilə də valideynlərin obyektiv olmayan təsirləri nəticəsində ortaya çıxır. Axı, əksər vaxtlarda məhz, valideynlər uşaqlarının arzu və istəklərinə məhəl qoymadan, öz əqidələrini rəhbər tutaraq, onların seçimini əsaslandırılmamış istiqamətə yönəldirlər. Özü də bu zaman gənc adamlar öz istəklərini o dərəcədə qarışdırırlar ki, heç də həmişə istədikləri şeyə razılıq vermirlər.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.