Vakansiya: Mühasib axtarılır – Ballı

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

vakansiya MühasibVakansiya: Mühasib / İşəgötürən: Ballı

Əmək Haqqı: 500 – 600 AZN

Ümumi məlumat

  • Şəhər: Bakı
  • Yaş: 22 – 35 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Gülnar xanım
  • Telefon: (070) 315-04-04
  • E-mail: info@balli.az / info@finstaff.az
  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Elanın bitmə tarixi: 30.05.2019
Vakansiya barədə məlumat

– Mal-materialların uçotunun aparılması
– 1C əməliyyatlarının aparılması
– Aylıq maliyyə hesabatlarının hazırlanması (Balans hesabatı, Mənfəət və zərər hesabatı, Cash flow)
– Dövlət orqanlarına hesabatların göndərilməsi (Vergi bəyannamələri, DSMF, Statistika)
– Əmək haqqının hesablanması, dövlət büdcəsinə ödəmələrin həyata keçirilməsi
– Debitor və kreditor hesablaşmaların aparılması
– Bank əməliyyatlarının həyata keçirilməsi, Ödəniş tapşırıqları və ya internet banking vasitəsilə ödənişlərin həyata keçirilməsi
– E-qaimə, hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
– Digər mühasibat işlərinin yerinə yetirilməsi
– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
– İş qrafiki: I-V günlər, 09:30-dan 18:30-dək, VI günlər 10:00-dan 16:00-dək


Teleqram kanalımıza üzv olun


Mühasib üçün  tələblər

– Yalnız xanım namizədlər
– Ali iqtisadi təhsil
– Müvafiq sahədə minimum 2 il iş təcrübəsi
– MS Office(xüsusilə Excel), 1C 7.7, 8.2 üzrə biliklər,
– e-gov,e-taxes və digər portallardan istifadə etmək
– Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti
– Vergi və əmək qanunvericiliyi barədə biliklər

Uyğun olan namizədlər öz CV-lərini info@balli.az / info@finstaff.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur, mövzu hissəsinə “Mühasib” qeydi zəruridir.

Mənbə: kadr.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Baş mühasibə ali təhsil lazımdırmı və ya kurslar kifayətdir? (1-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

Baş mühasib üçün ali təhsil lazımdırmı və ya kurslar kifayətdir?

1-ci hissə

 

Ali təhsil, ümumiyyətlə, lazımdırmı? Və ya gələcək fəaliyyət üçün təməl ola biləcək, insanın özünün isə daha təhsilli həmkarlarının  köməyilə zamanla  müəyyən “peşəkar incəlikləri” mənimsəyən peşə kursları kifayətdir?

 

Dünya birliyinin inkişafı ilə adamların həyatı daha çox puldan asılı olmağa başlayıb. Pulların miqdarı bu və ya digər formada sizin maddi rifahınızı göstərir. Məlum olduğu kimi, həmişə və hər yerdə fiziki əmək deyil, əqli əmək daha çox dəyərləndirilir. Bu gün üçün vəziyyət mütləq şəkildə dəyişilməz qalmaqdadır.

Müasir fiziki iş demək olar ki, tamamilə dəyərsizləşib. Bu müəssisələr, zavodlar, xidmət sahələri, tikintidə texnologiyaların daimi inkişafı və adamların bu texnologiyalar ilə əvəz olunması ilə əlaqəlidir. İntellektual əmək isə məhz, ondan bilik və bacarıqla istifadə olunmaqla, əksinə, müasir insanın başlıca gəlir mənbəyinə çevrilib. Hazırda hər bir insan bilik bazasını faktiki olaraq məktəbdə əldə edir. Lakin, ixtisasla bağlı biliyi müxtəlif yollarla almaq olur. Bunlardan ən məşhurları ali təhsil və peşə kurslarıdır.

Ali təhsil – “ştampı” Sizin muzdlu əməkdaş kimi gözətçi və ya satıcıdan başlamış, baş mühasib və ya qəzet redaktoruna kimi istənilən sahədə işə düzəlmək şansını əhəmiyyətli şəkildə yüksəldir. Əminəm ki, Sizin tanışlarınız arasında xeyli adam ali təhsillidir, amma, onların hamısı beş il təhsil aldıqları ixtisas üzrə işləyirlərmi? Yəqin ki, yox… Bəli, elələri də vardır ki, universiteti və ya institutu bitirdikdən sonra ixtisasları üzrə işə düzəliblər və zəif şəkildə olsa da karyerada yüksəlməklə, öz sevimli işləri ilə məşğul olurlar.

Tanışlarınızın bir hissəsi isə bu və ya digər səbəblərdən (vakansiya olmayıb, yüksək məvaciblə təmin olunmayıb) öz ixtisasları üzrə çalışmırlar, onlar da müəyyən karyera yüksəlişinə nail olublar və stabil əməkhaqqı alırlar. Təbii ki, peşə kurslarını bitirə və yüksək maaşla tamdəyərli işlərdə çalışanlar da olmamış deyil. Deməli,  onda belə bir sual otalığa çıxır: ümumiyyətlə, ali təhsil (hansı sahədə omasından asılı olmayaraq) lazımdırmı? Və ya müəyyən peşə kursları yetərlidir?

Ali təhsil almaq üçün bayaq qeyd olunduğu kimi beş ilə yaxın zaman lazımdır. Kurslar isə öz növbəsində 3-6 ay çəkir. Beləliklə, kursları seçməklə sizin ixtiyarınızda faktiki olaraq əlavə 4 il vaxt qalır. Digər tərəfdən, bir çox tələbələr hələ təhsil dövründən işləməyə başlayırlar.

Bütün hallarda kursu seçənlərin zamanı daha çox olur. Amma, ali məktəbi bitirən insanın bilik baqajı kursları bitirənlərinkindən əhəmiyyətli şəkildə daha təməlli olur. Və bu təkcə profilli dərslərə aid deyil! Dərs fənlərinin inteqrasiyası,  ilk baxışda onların uyğunsuzluğu və faydasızlığı,  bilik sistemini onunla əlaqələrin və müstəqilliyin dərk edilməsi, biliklərin inkişafı, xüsusi və ümumi səlahiyyətlərin formalaşdırılması ilə təmin edir.


Teleqram kanalımıza üzv olun


Məlumdur ki, gələcək peşəsini seçərkən həmişə gənc bir adam öz qabiliyyətlərini tənqidi şəkildə qiymətləndirə bilər, bundan daha az isə həmin qabiliyyətlər və istəklər arasında tam əlaqəni müəyyənləşdirə bilər. Bununla belə, gənc adamlarda gələcək həyatları ilə bağlı ilk təəssürat isə məhz, məktəbdə formalaşır.

Bundan əlavə, məktəbdə həm də insanın əxlaq prinsipləri, həyat obrazı və onun vərdişləri, iqtisadi və siyasi baxışlarının əsasları formalaşır. İnsan gələcəkdə məhz, bu cür təsəvvürləri rəhbər tutur. Bu da gələcək seçim zamanı fövqəladə dərəcədə mühüm rol oynayır. Məktəbi bitirdikdən sonra bir çox adamlar oxumağa başlayır, bir müddət keçdikdən sonra isə “lazımi” peşəni seçmədiklərini başa düşür və oxumağı atırlar.

Nəticə isə sərf edilmiş pullar və zaman olur. Ali məktəbdə “ikinci şans” əldə etmək isə həm maliyyə, həm də zaman planında çox baha başa gəlir. Əgər müəyyən peşə kursunu seçmisinizsə və onu bitirdikdən sonra bunun sizə uyğun bir peşə olmadığını anladıqda. Siz ali məktəblə müqayisədə çox az şey itirirsiniz.

Adətən bu cür uğursuzluğun nəticəsi çox vaxt dostların, sinif yoldaşlarının, qohumların və xüsusilə də valideynlərin obyektiv olmayan təsirləri nəticəsində ortaya çıxır. Axı, əksər vaxtlarda məhz, valideynlər uşaqlarının arzu və istəklərinə məhəl qoymadan, öz əqidələrini rəhbər tutaraq, onların seçimini əsaslandırılmamış istiqamətə yönəldirlər. Özü də bu zaman gənc adamlar öz istəklərini o dərəcədə qarışdırırlar ki, heç də həmişə istədikləri şeyə razılıq vermirlər.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Fiziki şəxsin fəaliyyətinin müvəqqəti dayandırılması

posted in: Vergi, Xidmət, Xəbər | 0

fizikiXidmətin adı: Fiziki şəxsin fəaliyyətinin müvəqqəti dayandırılması

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 16.3-cü maddəsi

– Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

– Vergilər nazirinin31.01.2013-cü il tarixli 1317040100078200 nömrəli əmri ilə təsdiq edilmiş “Fəaliyyətini dayandırmış vergi ödəyiciləri üzrə nəzarətin gücləndirilməsi Qaydaları”

Xidmətin göstərildiyi yer

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri, ünvanlı xidmət zamanı (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri

İcra müddəti: 2 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Fiziki şəxsin fəaliyyətinin  dayandırılması haqqında bildiriş (e-qutuya  göndərilir)

Elektronlaşdırma səviyyəsi

Tam elektronlaşıb (bax 2.4.2-e nömrəli xidmətə)

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Auditorlar Palatası Moskvada keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak edib

posted in: Xəbər | 0

konfransAuditorlar Palatası Moskvada keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak edib.

Auditorlar Palatasının sədri Vahid Novruzov və Maliyyə və təşkilatı – texniki təminat idarəsinin rəisi, Auditorlar Palatası Şurasının üzvü Vəli Rəhimov Rusiyanın “Sodrujestvo” özünü tənzimləyən Auditor Təşkilatları Assosiasiyası (CRO AAC) tərəfindən Moskva şəhərində keçirilmiş beynəlxalq elmi-praktik konfransda iştirak edib.


Teleqram kanalımıza üzv olun


Palatadan verilən məlumata görə, V.Novruzov tədbir çərçivəsində təşkil olunan “Avrasiya regionu ölkələrində auditin, mühasibat uçotunun və beynəlxalq maliyyə hesabatı standartlarının tətbiqinin inkişafının aktual məsələləri” adlı beynəlxalq elmi-praktik konfransda “İqtisadiyyatın kölgələşməsinin azaldılmasında auditin rolu” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirdə iştirak edən xarici ölkələrin audit qurumlarının nümayəndələri ilə işgüzar görüşlər keçirilib və təcrübə mübadilələri aparılıb.

Sonda V.Novruzov Rusiyanın “Sodrujestvo” özünü tənzimləyən Auditor Təşkilatları Assosiasiyasının İdarə Heyətinin 2019-cu il 24 aprel tarixli 394 nömrəli qərarı ilə “Audit sahəsindəki xidmətlərinə görə” medalı ilə təltif edilib.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.