» » » Auditorlar Palatası Moskvada keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak edib

Auditorlar Palatası Moskvada keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak edib

posted in: Xəbər | 0
birbank biznes

konfransAuditorlar Palatası Moskvada keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak edib.

Auditorlar Palatasının sədri Vahid Novruzov və Maliyyə və təşkilatı – texniki təminat idarəsinin rəisi, Auditorlar Palatası Şurasının üzvü Vəli Rəhimov Rusiyanın “Sodrujestvo” özünü tənzimləyən Auditor Təşkilatları Assosiasiyası (CRO AAC) tərəfindən Moskva şəhərində keçirilmiş beynəlxalq elmi-praktik konfransda iştirak edib.


Teleqram kanalımıza üzv olun


Palatadan verilən məlumata görə, V.Novruzov tədbir çərçivəsində təşkil olunan “Avrasiya regionu ölkələrində auditin, mühasibat uçotunun və beynəlxalq maliyyə hesabatı standartlarının tətbiqinin inkişafının aktual məsələləri” adlı beynəlxalq elmi-praktik konfransda “İqtisadiyyatın kölgələşməsinin azaldılmasında auditin rolu” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirdə iştirak edən xarici ölkələrin audit qurumlarının nümayəndələri ilə işgüzar görüşlər keçirilib və təcrübə mübadilələri aparılıb.

Sonda V.Novruzov Rusiyanın “Sodrujestvo” özünü tənzimləyən Auditor Təşkilatları Assosiasiyasının İdarə Heyətinin 2019-cu il 24 aprel tarixli 394 nömrəli qərarı ilə “Audit sahəsindəki xidmətlərinə görə” medalı ilə təltif edilib.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.