» » » Əmək pensiyaları ilə bağlı qanunda dəyişikliklər edildi

Əmək pensiyaları ilə bağlı qanunda dəyişikliklər edildi

posted in: Qanun, Xəbər | 0
birbank biznes

Əmək pensiyaları ilə bağlı qanunda dəyişikliklər edildi.


Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Maddə 1. “ Əmək pensiyaları haqqında ” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012, № 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289, № 10, maddə 1776, № 12 (I kitab), maddə 2193; 2018, № 5, maddə 865, № 12 (I kitab), maddə 2504; Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1482-VQD nömrəli və 19 fevral tarixli 1515-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 19.1.4-cü və 19.1.6-cı maddələr ləğv edilsin;

2. 19.3-cü maddədə “19.1.6-19.1.8-ci” sözləri “19.1.7-19.1.8-ci” sözləri ilə əvəz edilsin.

Maddə 2. Bu Qanun 2019-cu il aprelin 1-dən tətbiq edilir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 aprel 2019-cu il.

Mənbə: president.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.