Məşğulluq altsistemi fəaliyyətə başlayacaq.
Teleqram kanalımıza üzv olun
Yaxın günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq” altsistemi fəaliyyətə başlayacaq.
Nazirlikdən verilən məlumata görə, altsistemdə vakansiyalar, işsiz və işaxtaranlara dair məlumatlar əksini tapacaq. Vətəndaşlar məşğulluq mərkəzlərinə gəlmədən altsistemdəki müvafiq vakansiya üzrə istənilən vaxt elektron qaydada müraciətlərini edə biləcəklər.
“Məşğulluq” altsistemində qeydiyyatdan keçmək üçün “e-sosial” və ya “e-gov.az” portalı vasitəsilə sistemə daxil olmaq, “İşaxtaranlar” pəncərəsinin müraciət bölməsində FIN kodunu yazmaqla şəxsi kabinet yaratmaq lazımdır.
Daha sonra “Fərdi məşğulluq” bölməsində vakansiya siyahısı ilə tanış olmaq mümkün olacaq. Siyahıda peşəsinə, əmək bacarığına, istəyinə uyğun vakansiya tapmayan vətəndaşlar üçün altsistemdə aktiv məşğulluq layihələri də yer alacaq. Burada özüməşğulluq proqramı iştirakçılarının hər birinin şəxsi kabineti yaradılacaq.
Mənbə: vergiler.az