Taksi sürücülərinin vergi və sosial sığorta öhdəlikləri

posted in: Vergi, Xəbər | 0

Taksi sürücülərinin vergi və sosial sığorta öhdəlikləri.


Teleqram kanalımıza üzv olun


taksi vergi və sosial sığorta

 

Azərbaycanda şəxsi avtomobili ilə taksi xidməti göstərən fiziki şəxslər öz fəaliyyətlərini qanuniləşdirmək üçün mütləq “Fərqlənmə nişanı” almalıdırlar. Bunun üçün onlar vergi orqanlarında qeydiyyata durmaqla VÖEN əldə etməlidirlər. Qanunvericiliyə əsasən, fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan avtomobillə taksi xidməti göstərilməsi fərdi sahibkarlıq fəaliyyəti sayıldığından, belə vətəndaşlar vergi ödəyicisi sayılırlar. Həmin şəxslər həm də əldə etdikləri gəlirlərdən sosial sığorta haqqı ödəməlidirlər.

Vergi məsələləri üzrə ekspert, Azərbaycan Kooperasiya Universitetinin dosenti Ədalət Əsədov mövzunu şərh edərkən bildirib ki, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə ölkə daxilində taksi xidməti göstərən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Taksi ilə sərnişin daşınmasını həyata keçirən vergi ödəyiciləri üzrə sadələşdirilmiş verginin 1 ədəd nəqliyyat vasitəsi üçün aylıq məbləği 9 manatdır.

VÖEN əsasında şəxsi avtomobili ilə taksi xidməti göstərənlər üçün sadələşdirilmiş verginin məbləği Nazirlər Kabinetinin müəyyən etdiyi əmsallar nəzərə alınmaqla hesablanır. Bu əmsallar xidmətin göstərildiyi ərazidən asılı olaraq, aşağıdakı kimi müəyyən edilir:

  • Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında – 2,0;
  • Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (VM-in 220.6.1-ci maddəsində göstərilənlər istisna olmaqla) – 1,5;
  • Digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında – 1,0.

Beləliklə, Bakı şəhərində taksi xidməti göstərən şəxslərin ödəməli olduqları verginin aylıq məbləği 18 manat (9 manat x 2 = 18 manat) təşkil edir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri, Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, bu fəaliyyətə görə vergi orqanlarına bəyannamə vermirlər.

Taksi xidməti göstərən subyektlər bu nəqliyyat vasitəsi üçün növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar. “Fərqlənmə nişanı” vergi ödəyicisinin nəqliyyat siyasətini həyata keçirən müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş formada ərizəsinə əsasən, iki iş günündən gec olmayaraq verilir.

Hüquqi şəxs yaratmadan taksi xidməti göstərən fiziki şəxslər hesablanmış vergini tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra “Fərqlənmə nişanı” almaq hüququ qazanırlar.

Taksi xidməti göstərən fiziki şəxslərin vergi və sosial sığorta öhdəliklərinə gəlincə, 2019-cu il yanvarın 1-dən etibarən sahibkarlıq fəaliyyəti üzrə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar, yəni VÖEN əsasında işləyənlərin məcburi dövlət sosial sığorta ayırmalarında bəzi dəyişiklik edilib.

Dəyişikliyə əsasən, mülkiyyətində və ya istifadəsində olan avtomobil nəqliyyatı ilə taksi xidməti göstərən fiziki şəxslər 2020-ci il yanvarın 1-dək minimum əməkhaqqının 20 faizi miqdarında sosial sığorta haqqı ödəməlidirlər. Gələn il yanvarın 1-dən isə həmin şəxslərin ödəyəcəyi məcburi dövlət sosial sığorta haqqının məbləği minimum əməkhaqqının 25 faizi miqdarında olacaq.

Bu isə o deməkdir ki, hazırda ölkə ərazisində fərdi avtomobili ilə taksi xidməti göstərən şəxslər ayda 36 manat (180*20 faiz =36 manat), gələn il isə minimum əməkhaqqının məbləği 180 manat səviyyəsində qalacağı təqdirdə, 45 manat (180*25 faiz = 45 manat) məcburi sosial sığorta haqqı ödəməli olacaqlar.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Qiymətləndiricilərin vergiyə cəlb olunması

posted in: Vergi, Xəbər | 0

Qiymətləndiricilərin vergiyə cəlb olunması.


Teleqram kanalımıza üzv olun


Sadələşdirilmiş verginin ödəyici olmaq hüququna malik olanların siyahısında qiymətləndiricilər də var.

Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmayan və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200 min manat və ondan az olan şəxslər bu kateqoriyaya aid edilir.

Məcəlləyə edilmiş son dəyişikliklərdən sonra sadələşdirilmiş verginin dərəcəsi 2 faizə endirilib. Beləliklə, qiymətləndirmə xidməti ilə məşğul olan hüquqi və fiziki şəxslər də yeni güzəştlərdən yararlana biləcəklər.

Qanunverciliyə əsasən, vergi ödəyicilərinə qiymətləndirmə xidmətləri göstərən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməzlər. Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə görə, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulmuş şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) bu siyahıya aiddir.

Qeyd edək ki, hazırda Azərbaycanda 200-dən artıq qiymətləndirmə şirkəti fəaliyyət göstərir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda qeyri-neft sektoru üzrə vergi daxilolmaları artıb

posted in: Vergi, Xəbər | 0

Azərbaycanda qeyri-neft sektoru üzrə vergi daxilolmaları 18% artıb.


Teleqram kanalımıza üzv olun


Bu ilin I rübündə Vergilər Nazirliyi dövlət büdcəsinə 1 672,9 milyon manat vergi mədaxil edib.

Bununla da proqnoza 110,4% əməl olunub, ötən ilin eyni dövrü ilə müqayisədə 16,5% və yaxud 236,4 milyon manat çox vəsait toplanıb.

Ödənilən vergilərin 30,9%-i neft sektorunun, 69,1%-i qeyri-neft-qaz sektorunun payına düşüb. Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları artaraq 18,3% olub.

Vergi daxilolmalarında qeyri-dövlət sektorunun xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6% artaraq 76,5%-ə çatıb. Qeyri-neft-qaz sektorunun özəl bölməsındən vergi ödəmələri 20,6% artıb, onun qeyri-neft vergilərində xüsusi çəkisi 76,7%-ə, cəmi vergi daxilolmalarında xüsusi çəkisi 53%-ə yüksəlib.

Regionlardan vergi daxilolmaları artaraq 168,4 milyon manat təşkil etməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,3% çox olub. Bu zaman mərkəzləşdirilmiş daxilolmalar nəzərə alınmadan, regionların daxili potensialı üzrə daxilolmaların məbləği daha böyük çox – 40,4% artıb. Regionlardan daxilolmaların cəmi vergi daxilolmalarında xüsusi çəkisi isə 10,1%-ə yüksəlib.

2019-cu ilin əvvəlindən məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta üzrə daxilolmaların yığılması Vergilər Nazirliyinin funksiyalarına aid edilib. Cari ilin 1-ci rübünün yekunlarına görə, məcburi dövlət sosial sığortası üzrə daxilolmalar 582,1 milyon manat olmaqla 110,8%, işsizlikdən sığorta üzrə daxilolmaların məbləği 22,8 milyon manat olmaqla 117,3% icra olunub.

2019-cu ilin I rübündə qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayı 25 536 (3 270 hüquqi şəxs, 22 266 fiziki şəxs) olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 25,5% çoxdur. Qeydiyyatdan keçmiş vergi ödəyicilərinin 52,2%-i regionların payına düşüb.

Hesabat dövründə 11 232 təsərrüfat subyekti (obyektinin) qeydiyyatdan keçib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 73,2% çox olub. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 4.033 olub ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 4,8 dəfə çoxdur.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Hüquqi şəxsin filialının, nümayəndəliyinin uçot məlumatlarının online dəyişdirilməsi

posted in: Vergi, Xidmət, Xəbər | 0

Xidmətin adı: Hüquqi şəxsin filialının, nümayəndəliyinin uçot məlumatlarının online dəyişdirilməsi

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– VN tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 33, 34-cü maddələri

– AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri

– NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”

– VN Kollegiyasının 07.10.2013-cü il tarixli 1317050000005500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hüquqi şəxsin filialının, nümayəndəliyinin uçot məlumatlarının online dəyişdirilməsi” elektron xidməti üzrə inzibati reqlament”

Xidmətin göstərildiyi yer

İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)

Müraciəti emal edən struktur vahidi

VN-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və İnformasiya texnologiyaları mərkəzi

İcra müddəti

Dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– ərizənin icraya qəbul edilməsi barədə bildiriş

Elektronlaşdırma səviyyəsi

Tam elektronlaşıb (əlaqə məlumatlarının və fəaliyyət növlərinin dəyişdirilməsi üzrə)

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.