» » » Xoşbəxt insanların uğur formulaları (4-cü hissə)

Xoşbəxt insanların uğur formulaları (4-cü hissə)

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

Xoşbəxt insanların uğur formulaları


Nigel Cumberland
Heç bir şeyə təəssüflənməyin. xoşbəxt insanların daha 99 qaydası

 

Nigel Cumberland -ın  sözügedən kitabının tərcüməsini saytımızın oxucularına təqdim edirik.

Kitab sizləri müəyyən etdiyiniz yolda qarşınıza çıxan çətinlikləri dəf etməkdə kömək edəcək və sizləri uğurlara ruhlandıracaq. Kitab yüz fəsildən ibarətdir, hər bir fəsil – ideya sizə uğura çatmaqda yardım edəcək: öncə problemlər sadalanır, ardınca isə onları necə həll etməklə bağlı məşğələlər.

4-cü hissə (3-cü hissəni buradan oxuya bilərsiniz)

Emosional intellektinizi göstərin

Həyatın 10 faizi sizinlə baş verənlərdən və 90 faizi – sizin buna necə reaksiya verməyinizdən ibarətdir.

Çarlz Svindoll  

Siz nə vaxtsa düşünülməmiş reaksiyalarınıza, həmən qəzəbləndiyinizə, paxıllıq etdiyinizə və ya tez qıcıqlandığınıza görə özünüzü qınamısınız? Emosiyalarınıza nəzarəti itirmək sizin həyat uğurlarınızı kökündən məhv edə bilər. Uğurlu və uğursuz insanlar arasında fərq bəzən elə bunda gizlənir.

Zəif emosional intellektin təzahürlərini bizlər çox yerdə müşahidə edirik: kimsə avtobusda söyüş söyür, kimsə ötənlərin gözü qarşısında uşağının üstünə qışqırır, kimsə pis sözlərlə rəisini təhqir edir və işdən çıxmaq barədə ərizəni üstünə tullayır…

Buna baxmayaraq, emosional intellekt – harmonik həyatı təşkil edən bir zərurətdir. Bu yaxşı valideyn, partnyor və ya həmkar olmaq bacarığının əsasıdır. Və əksinə – düşünülməmiş reaksiya bir anda uğurlu karyera, nikah, ailə və ya şəxsi biznesi yerlə-yeksan edə bilər.

Həyatda özünə uğuru təmin etmək üçün, heç kimin məyus etmək, kədərə qərq etmək və qorxutmaq lazım deyil. Bundan ötrü isə emosiyalara nəzarət etməyi öyrənmək lazımdır. Hətta özünüzdən çıxdığınız anlarda belə qəzəbin şiddətinə uymayın, hər şeyi dərk edərəkdən, özünüz üzərində nəzarəti itirmədən edin. Düşünülməmiş reaksiyaları özünüzə yaxın buraxmayın. Axı, həmişə qəfil emosional davranışlarınıza görə üzr istəyərək yaşamaq olmaz.

Özünüzü digər bir adamın yerinə qoyub və situasiyaya onun gözləri ilə baxmaq – bu yüksək emosional intellekt və inkişaf etmiş empatiyanın əlamətidir. Özlərini başqasının yerinə qoymağı bacaran insanlar nadir hallarda özlərinə nəzarəti itirirlər və bu onlara həyatın gətirdiyi hər bir şeyin öhdəsindən gəlməkdə kömək edir.

Emosional intellektharmonik həyatın vacib bir komponentidir.

Fəaliyyət üçün təlimat

Reaksiya verməzdən öncə pauza edin

Baş verənlərə anında və avtomat kimi reaksiya verməyin, axı siz buna görə təəssüflənə bilərsiniz. Həmin dəqiqələrdə, reaksiya verməzdən öncə, hətta düşüncənizdə belə fasilə verməyə çalışın.

Bir neçə saniyə ərzində heç nə deməyin və əgər ayaq üstə dayanmısınızsa, əyləşin, axı biz oturduqda daha təmkinli və sakit oluruq. Hətta  sizdən anında reaksiya gözləsələr belə, vaxtı uzatmağa çalışın və təxminən belə söyləyin: “Düşünmək üçün mənə bir az vaxt verin”.


Teleqram kanalımıza üzv olun


Bizim həddindən artıq emosional reaksiyalarımız – yorğunluq, ifrat iş və ya stressin nəticəsidir. Məşqçi kimi insanlara kömək edərkən, mən onlara problemləri düşünmədən yatmağı və həmin məsələlərə ertəsi günü reaksiya verməyi məsləhət görürəm. Misal üçün, kiməsə xoşagəlməz məktub yola salmaq istəyirsinizsə və bu sizə çox çətin gəlirsə, ən yaxşısı qaralama şəklini hazırlamaq və bir neçə gün gözləmək lazımdır, məktubu göndərməzdən öncə yazdığınızı oxuyib, bir daha düşünmək üçün özünüzə müəyyən zaman ayırın.

Başqalarına qarşı həssas olun

Digərlərinin özünü necə hiss etdiyini və başqalarının sənə nə demək istədiyini başa düşmək – maraqlı qabiliyyətdir. Bizlər bu cür qabiliyyətə məxsus belə insanları uzun müddət xatırlayırıq və məhz, buna görə onları sevirik. Sizi hansı davranış modeli ruhlandırır?

Həqiqətən səmimi olmaq – o demək deyil ki, nəhayət başqa bir insanı başa düşə biləcəksən. Sadəcə bu anlyışı başa düşməyə can atmaq lazımdır. Təbii, öz vaxtını bir başqasına həsr etmək, ona diqqət ayırmaq, onların özünü necə hiss etdiyini və hər şeyin öhdəsindən gəlib-gəlmədiklərini soruşmaq müəyyən cəhdlər tələb edir. Heç vaxt yaxın adamlarınızı yaddan çıxarmayın. Onları dəyərləndirin. Uşaqlar, valideynlər, həmkarlarla söhbətləşmək üçün vaxt tapın.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.