Bu halda ƏDV öhdəliyi necə hesablanır?
Teleqram kanalımıza üzv olun
Sual:
Qeyri-rezident müəssisələrə internet üzərindən İT xidməti göstəririksə ƏDV öhdəliyi necə hesablanır?
Cavab:
Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən kompüter, internet və digər elektron şəbəkələr, elektron poçt və digər oxşar vasitələrlə xidmətlərin göstərilməsi, yaxud bu cür şəbəkələrdən və ya xidmətlərdən istifadə hüququnun verilməsi xidmətləri zamanı xidmətlərin göstərildiyi yer işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer hesab olunur.
Sorğunuzda qeyd olunan xidmətlər rezident müəssisə tərəfindən qeyri-rezident şəxslərə gösətildiyini nəzərə alaraq, həmin xidmətlərin ixracı hesab olunur və ƏDV – yə 0 dərəcə ilə cəlb olunur.
Mənbə: taxes.gov.az