Gələcəyin mühasibatlığı (4-cü hissə)

posted in: Xəbər | 0

gələcəyin mühasibatlığıGələcəyin mühasibatlığı

4-cü hissə

Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz.

Gələcəyin mühasibatlığı necə olacaq? Mən onu tamamilə aydın görürəm.

Amma, başlanğıcda qeyd etdiyimiz, qaçaqmalçılıq məhsulu satmaq istəyən müəssisənin satıcısına bu kömək etməyəcək: qaçaqmalçılıq mallarının satışı üzrə müqavilə qeydiyyatdan keçə bilməyəcək və eləcə də satınalma əməliyyatını da qeydiyyatdan keçirmək mümkün olmayacaq.

Kollasiya – bir qədər də geniş anlamda götürsək, bu, ümumi və vahid kompüter uçotudur – o, qaçaqmalçılığı kökündən məhv edir.

Bəli, bilirəm ki, qaçaqmalçılıq məhsulunu əldən-ələ ötürmək olar, pulları isə belə deyək, konsultasiya və ya vasitəçilik xidmətinə görə almaq olar. Bu imkanın qarşısını almaq üçün mülki qanunvericiliyi təkmilləşdirmək lazımdır ki, bu da heç bir “maddi” əsaslandırma olmadan istənilən məbləğdə pul ödəməyə imkan verir. Amma, xatırladıram: tapşırığın şərtləri odur ki, mal alıcısı sadəcə maddi örtük deyil, qeydiyyatdan keçmiş leqal məhsul almağı arzu edir.

Kollasiyanın nəzarət imkanları bununla bitmir: uçot düzgün qurulduqda təmin olunmamış sövdələşmələr, sadəcə, qeydiyyata alınmır!

Təminatsız olaraq heç bir şeyə əsaslanmayan öhdəlikləri başa düşürəm. Məsələn, bir həftə sonra bir milyon rubl verməyi vəd edirsiniz, amma, pulunuz yoxdur və yaxın gələcəkdə gözlənilmir. Hazırda pulun mövcud olmadığını necə yoxlamaq olar, aydındır – bank hesabındakı qalığa görə – amma, yaxın vaxtlarda pulun gözlənilmədiyini necə yoxlamaq olar? Digər öhdəliklər üzrə. “Bir həftə ərzində gözlənilir” nə deməkdir? Yalnız onu bildirir ki, siz bir şəxsin və ya müəssisənin kreditoru olduğunuzu, həftənin sonuna qədər sizə müəyyən bir məbləğ verməyi öhdələrinə götürmüşlər.

Əgər göstərilən məbləğ bir milyon rubl təşkil edirsə, yəni, həftənin sonuna qədər sizə bir milyon rubl verməlidirlər. Lakin bir həftə sonra, bundan əvvəl deyil – sizin bu bir milyonu birinə vəd etmək hüququnuz var, əks halda əməliyyat qeydiyyatdan keçməyəcəkdir. Öhdəliklərin əmələ gəlməsini nəzərdə tutan əqdlər borclunun ehtimal edilən ödəniş zamanı lazımi məbləğə malik olub-olmamasından asılı olaraq qeydə alınır.

Başa düşürəm ki, İT menecerlər üçün mənim mülahizələrim yaddır və inandırıcı səslənmir. Amma əmin edirəm ki, söhbət – nə çox, nə də az – müflisliyin avtomatik xəbərdar edilməsindən gedir. Əgər öhdəliyin icrasının ehtimal olunan anında zəruri məbləğə və ya zəruri əşyalara malik deyilsə (malik olmamalıdır), bunu heç kəs öhdəsinə götürə bilməz. Lakin sistem dəyərlərin itirilməsi ilə nəticələnən fövqəladə hadisələr və təbii fəlakətləri nəzərdə tutmağı təmin edə bilməz.

Müəssisə maddi bir şeyə malik idi və onlara öhdəlik verirdi, lakin zəlzələ nəticəsində dəyərlər məhv edildi və bunun nəticəsində borc ödənilmədi. Lakin öhdəliklərin qərəzli olması-bilərəkdən yerinə yetirilməyəcək bir şey vəd etmək imkanı-tamamilə istisna olunacaq.


Gələcəyin mühasibatlığı (5-ci hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

QHT işçilərinin əmək haqqından 14% gəlir vergisi tutulmalıdır?

posted in: sual-cavab, Xəbər | 0

gəlir vergisiSual: Mənim sualım Qeyri Hökumət Təşkilatları ilə bağlıdır. İlk növbədə bilmək istərdim QHT-lər dövlət yoxsa qeyri-dövlət sektoruna aiddir? Bir QHT müəyyən layihələrin həyata keçirilməsi məqsədi ilə həm dövlətdən həm də digər QHT-lərdən maliyələşir. Dövlət tərəfindən maliyələşən zaman onun işçilərinin əmək haqqından 14% gəlir vergisi tutulmalıdırmi? Həmçinin DSMF ödənişləri hesablaması dövlət sektoruna görəmi hesablanmalıdır?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan müddəalarına əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi 7 il müddətinə güzəştli dərəcələrlə hesablanır.

“Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları” (bundan sonra – Meyarlar) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Meyarların 2.2-ci bəndinə əsasən dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər və vergi ödəyicisi olan fiziki şəxslər qeyri-dövlət sektoruna aid edilir.

Bildiririk ki, dövlət orqanının elan etdiyi tenderdə qalib olmuş Qeyri Hökumət Təşkilatı ilə  tərəflər arasında bağlanmış müqaviləyə əsasən xidmətlərin göstərilməsi və işlərin görülməsinə görə qrantın ayrılması dövlət büdcəsindən maliyyələşmə hesab edilmir. Buna əsasən Qeyri Hökumət Təşkilatı qeyri-dövlət sektoru hesab edilir və  işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi Vergi Məcəlləsinin 101.1-1-ci maddəsində qeyd olunan cədvələ uyğun olaraq güzəştli dərəcələrlə hesablanır.

Müvafiq olaraq həmin şəxslərin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manat və az olarsa məbləğin 3 faiz, 200 manatdan çox olduqda 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci maddələri, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

Mənbə: taxes.gov.az


Bax:


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Gələcəyin mühasibatlığı (3-cü hissə)

posted in: Xəbər | 0

Gələcəyin mühasibatlığı

3-cü hissə

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.

Gələcəyin mühasibatlığı necə olacaq? Mən onu tamamilə aydın görürəm.

Bu şərtlər altında gözəl kollasiya imkanları ortaya çıxır. Mühasibat uçotunda nadir hallarda istifadə olunan bu termin bütün iştirak edən tərəflərdə əməliyyatın eyni vaxtda və razılaşdırılmış əks olunması deməkdir. Hal-hazırda bir-biri ilə bir araya sığmayan proqram və müxtəlif şəxslər tərəfindən tətbiq olunan alternativ uçot üsullarına görə mühasibat uçotunda kollasiyaya əməl olunmur. Bu əməl olunmama nahaqdan deyil, müəyyən əhəmiyyətə görə baş verir: mühasibat sistemlərində tərəflərin məlumatlarının uyğunsuzluğu, çox vaxt qeyri-qanuni maliyyə fırıldaqlarını ört-basdır edir.

Firmalar üçün xəyali olanlar  – yalnız təsəvvürdə mövcud olanlar – nədir və nə üçün istifadə olunur, bunu hamı bilir. Belə ki, kompüter uçotuna xas olan əqdlərin avtomatik qeydiyyatı yüz faiz kollasiyaya çatmağa imkan verir. Bu isə mühasibata əvvəllər görünməmiş nəzarət funksiyalarını, xüsusilə də maddi dəyərlərə tətbiq olunmanı vəd edir.

Təsəvvür edin ki, müəssisə qaçaqmalçılıq məhsulu alıb və onu realizə etmək istəyir. Bəs bunu necə etmək istəyir? Məhsula görə pul almaq üçün, həmin məhsula rəsmi olaraq yiyələnmək lazımdır (bu şərtlə ki, alıcı malı qanuni yolla almaq istəyir): mühasibat sistemi rəsmi məlumatlara görə mövcud olmayan malların satışını təşkil edə bilməz.

Məhsulun guya həqiqətən mövcud olmayan firmadan alınması ilə bağlı uydurma qaimə yazmaq isə, kollasiya prinsipinə riayət olunmaqla mümkün olmayacaq. Xüsusi olaraq bu məqsədlə bir firma qeydiyyatdan keçirə bilərsiniz, amma saxta firmanın məhsulu haradan alınacaq?

Aydındır ki, o yalnız bu məhsulun həqiqətən malik olduğu satıcıdan əldə edilə bilər: ya özü onu istehsal etməlidir, ya da real satıcıdan alınmalıdır. Nəticədə, hər şey məhsulun istehsalçısına söykənir. Onunla razılaşmaq mümkün olmayacaq. Çünki istehsalçı mal istehsal edən materialların müəyyən sayını alır: istehsalçı, hətta istənilən halda, aldığı materialdan daha çox mal sata bilməz, – uçot sistemi buna icazə verməyəcək. Bu mənada, yalnız mədən müəssisələri bəzi manipulyasiya imkanlarına malik olur. Hansı ki, kənardan heç bir resurs almadan, bunların istənilən sayda “təbiətdən” əldə olunduğuna dair “göydən götürmə” rəqəmlər yaza bilər.


Gələcəyin mühasibatlığı (4-cü hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

KOBİA: Sahibkara ziyan vuran məmurlar maliyyə kompensasiyası ödəməlidir

posted in: Xəbər | 0

KOBİA: Sahibkara ziyan vuran məmurlar maliyyə kompensasiyası ödəməlidir

maliyyə kompensasiyası“Bu gün mikro sahibkar varsa, bunun mikro idxalı, mikro ixracı, mikro rüsumu, mikro hesabatlılığı olmalıdır. Bu gün biz mikro sahibkarların bir sıra məsələlər üzrə dövlət qarşısında öhdəliklərini ağır hesab edirik. Bunların bir çoxunun tamamilə ləğvinə və yaxud azalmasına gələcək dövrlərdə can atacağıq”.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədrinin müşaviri Zaur Qardaşov “Sahibkarların I beynəlxalq onlayn forumu – Bakı 2020”də bildirib.

O deyib ki, təəssüf hissilə qeyd etməliyəm ki, KOBİA öz resurslarının 70%-indən çoxunu maraqların qorunmasına sərf edir: “Yəni, bunlar sahibkarlara digər dövlət qurumları və müəssisələr tərəfindən göstərilən xidmətlərdən narazılıqla bağlı olan müraciətlərdir. Bu məsələ ciddi həllini tapmalıdır. Ən başlıcası burda beynəlxalq yanaşma tətbiq edilməlidir. Bu istiqamətdə görəcəyimiz işlər 24 saatlıq Apelyasiya Şuralarının yaradılmasıdır. Kommersiya Məhkəmələri yaradıldı. Lakin biz əldə etmək istədiyimiz nəticələrdən biri də budur ki, sahibkarın gündəlik kiçik bir narazılığı ilə bağlı hər hansı dövlət müəssisəsi və dövlət qurumu tərəfindən daha çox tələb edilən sənəd və prosedurla bağlı sahibkarın şikayəti 24 saat ərzində təmin edilsin və bu müddət ərzində Şura və məhkəmə qərar çıxarsın.

Biz bilirik ki, bu gün məmurun hərəkəti və yaxud hərəkətsizliyi ilk növbədə sahibkara mənəvi ziyanla yanaşı, maddi ziyan vurur. Bu cür maddi ziyanın cavabı elə maddi məsuliyyət olmalıdır. Daha çox tələb edilən sənəd, süründürməçilik, vaxt itkisi sahibkara cavab olaraq maliyyə kompensasiyası ilə əvəz edilməldir”.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun