» » » Gələcəyin mühasibatlığı (5-ci hissə)

Gələcəyin mühasibatlığı (5-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

gələcəyin mühasibatlığıGələcəyin mühasibatlığı

5-ci hissə

Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz.

Gələcəyin mühasibatlığı necə olacaq? Mən onu tamamilə aydın görürəm.

Nəticə

Mühasibat uçotunun əsl kompüterləşdirilməsinin nəticələrini hesablamaq asandır. Bunlardan ən başlıcası, mühasiblərə aşağıdakı mühasibat funksiyalarının itməsi səbəbindən onların bugünkü anlayışına olan ehtiyacın aradan qalxmasıdır:

  • kağız sənədlər yazmaq və kompüterin məlumat bazasında sənədləri qeydiyyata almaq. Bu barədə məlumat verilib;
  • mühasibat hesabatlarını tərtib etmək. Mühasibatlıq vahid məlumat bazasında aparıldığı zaman başqa hansı hesabatlar var?! Bazaya daxil ol və əgər müvafiq hüquqlara maliksənsə, sorğunu generasiya et. Kimdənsə mühasibat hesabatanı tərtib etməyi xahiş etmək, kopüterdəki düymələri basmaq üçün xüsusi adam tutmaq kimi məntiqsiz bir şeydir.  Bəli, axı, kimin ağlına belə bir fikir gələ bilərdi ki, mühasibat hesabatının tərtib edilməsi üçün düyməyə basmaq və bir saniyə gözləmək lazım gələcək – bundan ötrü isə məlumat bazasında standart qeydlərin və müvafiq olaraq, mühasibat hesabatının tərtib edilməsi üçün gərək olan alqoritm standartlarının olması yetərlidir;
  • mühasibat normativlərindən baş çıxarmaq. Əslində, heç bir normativ və ya belə desək, tənzimləyici qalmayacaq: ümumkompüter uçotunda o kimə lazımdır – standart mühasibat proqramının azsaylı hazırlayıcıları və terminalların sazlanması üzrə mütəxəssislərə?
Məhz belədir: avtomat turniketlər biletləri inkar etdiyi kimi, kompüter uçotu da mühasibləri inkar edir. Tam kompüterləşdirilmiş cəmiyyətdə heç bir mühasib, eləcə də onların mövcudluğu ilə bağlı auditorlar və vergi işçiləri olmayacaq. Mühasiblərin yox olması nəticəsində, auditorların da audit aparmasına ehtiyac qalmayacaq. Eləcə də pul tranzaksiyalarının keçirilməsi zamanı vergilər avtomatik hesablanacaq və avtomatik olaraq alınacaq. Bu səbəbdən vergi orqanına da lüzum qalmayacaq.

Qeydiyyat qeydlərinin avtomatik daxil edilməsi zamanı yeganə düzgün və mümkün həll nədir: tərəflər sövdələşmə haqqında razılığa gəlirlər, vergilər də müvafiq olaraq dövlətin xeyrinə avtomatik olaraq, proqrama daxil edilmiş alqoritmlər əsasında tutulur!

Verginin hesablanmasında yanılmaq və ya ödənilməli olan məbləğin köçürülməməsi vergi ödəyicisi tərəfindən texniki cəhətdən mümkün deyildir.

Bax, gələcəyin mühasibatlığı belədir – adamsız və təhlükəsiz.

Müasir mühasibatlıq hələ də belə deyilsə, bu texniki imkanların olmaması səbəbindən deyil – artıq buna görə deyil! – bu köhnəlmiş metodlardan istifadə etməkdə maraqlı olan çox sayda insanın olması ilə əlaqəlidir. Mühasiblər, auditorlar, vergi müfəttişləri – onların hamısı əsl kompüter uçotundan sonra işsiz qalacaqlar.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun