“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir

posted in: Xəbər | 0

komisyonçu agent“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir.

“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik təklif olunur.

Dəyişikliklə qanunun 18.65.3-1-ci bəndi yeni redaksiyada verilir.

Yeni redaksiyaya əsasən, yaxın qohumlara (ər-arvad, uşaqlar, valideynlər, övladlığa götürənlər və götürülənlər, babalar, nənələr, nəvələr, doğma və ögey qardaşlar və bacılar) bağışlanması halları istisna olmaqla, fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələr və hərracın nəticələri haqqında protokol əsasında həmin minik avtomobillərinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Qanunun hazırkı bəndi isə belədir:

“Hər il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin müvafiq icra hakimiyyəti orqanlarında dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir”.

Qanunun qeyd hissəsində göstərilib ki, təklif olunan dəyişikliklər aşağıdakıları nəzərdə tutur:

Minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğinin hər il üçün təsdiq olunması mexanizmindən imtina olunması və rüsumların daimi olaraq müəyyən edilməsi;

Həmin dövlət rüsumlarının minik avtomobilləri hərracda özgəninkiləşdirildiyi hallara da şamil edilməsi;

Yaxın qohumlara bağışlanması hallarına görə dövlət rüsumunun istisna olunması və bu hala görə daha az dövlət rüsumunun (10 manat müəyyən edilməsi).

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

PAŞA Bank onlayn biznes ehtiyacları üçün “Link ilə ödəniş” xidmətini təqdim edir

posted in: Xəbər | 0

PAŞA Bank link ilə ödənişAzərbaycanın aparıcı korporativ bankı – PAŞA Bank, kiçik və orta bizneslər və fərdi sahibkarların ehtiyaclarının ödənilməsinə və işlərinin optimallaşdırılmasına yönəldilmiş alətlərin çeşidini genişləndirməyə davam edir.

Beləliklə, PAŞA Bank, yeni “Link ilə ödəniş” xidməti əsasında biznes sahibləri bir neçə saniyə ərzində bank hesabına bağlı olan ödəmə linkini yarada və öz müştərilərinə ödəniş üçün göndərə biləcəklər. Bu link vasitəsilə pul köçürməsinin tam təhlükəsizliyi təmin edilir, və satıcı heç bir kart məlumatlarını qarşı tərəfə ötürmək məcburiyyətində qalmır.

Kartı məlumatlarının və həyata keçirilən əməliyyatların tam təhlükəsizliyini təmin etməklə yanaşı, “Link ilə ödəniş” pul köçürmələrinin operativliyini və başa çatmış bütün əməliyyatlar üzrə tam nəzarəti təmin edir. “Link ilə ödəniş” veb sayt və ya mobil tətbiq olmadıqda belə, onlayn satış ilə məşğul olan sahibkarların ehtiyacları üçün ideal vasitədir.

Daha ətraflı məlumat üçün PAŞA Bank Əlaqə Mərkəzinə müraciət edin: * 8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün), * 9123 / (+99412) 4965000 (fiziki şəxslər üçün).


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Yaxın günlərdə bu şirkətin işçilərinə bir aylıq müavinətin ödənilməsi təmin ediləcək

posted in: Xəbər | 0

Yaxın günlərdə “Azəralüminium”un işçilərinə bir aylıq müavinətin ödənilməsi təmin ediləcək

müavinətin ödənilməsiAzərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən, özəlləşdirilməsi başa çatmayan dövlət müəssisələrində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığına zərər dəymiş işçilərə müavinət müəssisə tərəfindən ödənilməlidir.

Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, 2009-cu ildən fəaliyyətini dayandırmış və özəlləşdirilməsi başa çatmamış “Azəralüminium” ASC tərəfindən işçilərə müavinətlərin ödənilməsində çətinliklər yaranıb. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarına uyğun olaraq, müəssisədə aylıq ödənc almaq hüququ olan şəxslər bu ödəncin əvəzinə aylıq müavinət almaq hüququna malikdirlər. Bu baxımdan “Azəralüminium” ASC-nin fəaliyyəti tamamilə dayandığı üçün müəssisədə aylıq ödəniş alan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə aylıq ödənişin əvəzinə aylıq müavinət ala bilərlər. Bu barədə həmin şəxslərə dəfələrlə izah verilib. Qaydalara əsasən seçim könüllüdür.

Məlumat üçün bildiririk ki, 2017-ci il dekabrın 4-dən bu il sentyabrın 1-dək Əmlak Məsələləri Dövlət Xidmətinə ayrılmış vəsait çərçivəsində qeyd olunan məsələnin həlli istiqamətində Maliyyə Nazirliyinin xətti ilə “Azəralüminium” ASC-yə 2,706 milyon manat vəsait ayrılıb və qurumun işçilərinə ödənilib. Bundan əlavə, müəssisə bu müddət ərzində öz vəsaiti hesabına bu kateqoriyadan olan işçilərinə 95 min manatın ödənilməsini təmin edib. Yaxın günlərdə “Azəralüminium” ASC-nin işçilərinə bir aylıq müavinətin ödənilməsi təmin ediləcək.

Mənbə: azertag.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Excel-də Weekday funksiyası

posted in: Excel, Xəbər | 0

Excel-də Weekday funksiyası.

Hər hansı bir tarixin həftənin neçənci gününə təsadüf etdiyini WEEKDAY funksiyası ilə öyrənə bilərik. Bunun üçün WEEKDAY funksiyasının daxilinə həmin tarixi əlavə edib, kiçik bir nüansı da əlavə etməliyik.

Mövzuya başlamadan öncə qeyd etmək istərdim ki, Excel-də təqvim 01.01.1900 il tarixdən başlayır. Yəni, hər hansı bir səbəblə daha əvvəlki tarixə aid hər hansı bir hesablama aparmaq istəsək, Excel o tarixi tanımayacaq. Bundan əlavə, hər bir tarixin ardıcıl məntiqlə seriya nömrəsi mövcuddur. Təbii olaraq, 01.01.1900-cu il tarixinin seriya nömrəsi 1-dir. Günlər keçdikcə seriya nömrələri də ardıcıl qaydada artır.

Maraq üçün, gəlin həmin tarixin həftənin neçənci gününə düşdüyünə baxaq. Öncə formulu yazıb, daha sonra izahını verəcəyəm.

WEEKDAY function - 1

Formul bizə 01.01.1900-cu il tarixin həftənin bazar gününə düşdüyünü göstərir. Formulun düzgün işlədiyindən əmin olmaq üçün 01.01.1900 tarixindən 08.01.1900 tarixinə qədər olan günləri müqayisəli şəkildə analiz edək.

WEEKDAY function - 2

Gördüyümüz kimi, formul düzgün işləyir, tarix irəlilədikcə, həftənin günləri də müvafiq olaraq dəyişir. İndi isə, gəlin formulun komponentlərinə baxaq.

İlk screenshot-dan da gördüyümüz kimi, formul aşağıdakı kimi yazılır.

=WEEKDAY(tarix_olan_xana;2)

Bəs, bu 2 rəqəmi nə ifadə edir?

Formulu yazarkən, tarix olan xananı qeyd etdikdən sonra, funksiyanın ikinci komponenti ilə qarşılaşırıq (return_type).

WEEKDAY function - 3

Excel bizdən həftəmizin hansı gün ilə başlanmasını istədiyimiz soruşur. Bizim normal həftəmiz Bazar Ertəsi (1) ilə başlayıb, Bazar günü (7) ilə bitdiyi üçün, 2 rəqəmini seçirik. Əgər heç bir rəqəm seçməsək, Excel avtomatik 1 rəqəmi kimi nəzərə alacaq, yəni həftənin başlanğıcını Sunday olaraq götürəcəkdir.

İstənilən tarixin (gələcək də daxil) həftənin hansı gününə düşdüyünü öyrənə və bunu hesabatlarda istifadə edə bilərik.

Müəllif: Elçin Xəlilov


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun