Yeni “Pensiya kalkulyatoru” e-xidməti hazırlanır
Yeni “Pensiya kalkulyatoru” e-xidməti hazırlanır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi elektronlaşdırma proqramı çərçivəsində yeni və geniş fuksional imkanlara malik “Pensiya kalkulyatoru” e-xidmətini hazırlayır.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, həmin e-xidmət vətəndaşlara pensiyanın nə vaxt və qanunvericilikdə nəzərdə tutulan hansı şərtlərlə təyin ediləcəyini real vaxt rejimində öyrənmək imkanı verəcək.
Kalkulyator mövcud qanunvericiliklə vətəndaşa yaşa görə əmək pensiyası hüququnun yaranacağı tarix, pensiya hüququnu əldə edəcəyi tarixdəki yaşı, habelə hər üç pensiya növü (yaşa, əlilliyə və ya ailə başçısını itirməyə görə) üzrə tələb olunan sığorta stajı, pensiya kapitalı, hazırda pensiyaçı olub-olmaması və s. barədə məlumat verəcək.
Yeni e-xidmətin yaxın bir ay ərzində istifadəyə verilməsi nəzərdə tutulur.
Mənbə: vergiler.az

PAŞA Bank ailəsinə qoşulun! Biznes proqram təminatlarına dəstək üzrə mütəxəssis axtarırıq! Bütün tələblərə cavab verən namizədlərdən CV-lərini
İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə sentyabrın 2-də keçirdiyi monitorinqlər zamanı Qaradağ rayonunda “Vahid market”də, Elgün Mahmudova məxsus kafedə, Raqif İmanova məxsus çayxanada, Xətai rayonunda “Peppe geyim mağazası”nda, “Sport brend geyim mağazası”nda, “Nərgiz geyim mağazası”nda, “Harry Potter dəftər-kitab ləvazimatları mağazası”nda, “M-kontakt mağazası”nda, “24 saat ərzaq mağazası”nda, “Kilo kabab kafe”də, “Şarm gözəllik salonu”nda, Nərimanov rayonunda “Canan Butik” ticarət obyektində, “Abşeron market”də, “Rijaal ətir mağazası”nda, “Adana restoran”da, “Azalea restoran”da, Pərvin Abbasova məxsus mağazada, Xəzər rayonunda “Abşeron market”də, “Araz market”də, “Oba market”də, Nizami rayonunda “Elmir market”də, “Panorama kafe”də, “Şaurma 1”da, “Bəri bax çayxana”da, “İceland kafe”də, “Elit aptek”də, “Zeytun aptek”də, “Alfa klinika”da, “Xəzər klinikası”nda, Suraxanı rayonunda “Erro market”də, “Cavid market”də, “Dağlar kafesi”ndə, “Borçalı kafesi”ndə, Sabunçu rayonunda “Vaqif oğlu market”də, “Paşah dönər”də, “Cirə kafe”də, “Pizza line”da, “Qardaş kafesi”ndə, Yasamal rayonunda “Premier computers”, “Sevimli dad”, “Piserro geyim” mağazalarında, Nəsimi rayonunda “Nicat market”də, “Qızıl ulduz mağazası”nda, “Helium” pərakəndə ticarət obyektində, “Star lab klinika”da, Binəqədi rayonunda “Bərəkət market”də, “Məhəllə market”də, “Kafe Qədim Şəki”də, Səbail rayonunda “Badam kafe”də, “Talking cup” iaşə obyektində, “Kaspi Təhsil Mərkəzi”ndə, Sumqayıt şəhərində “Zeytun kafe”də, Seyidəli Miradiyevə məxsus mağazada, “Sadr” MMC-yə məxsus istehsal sexində, Abşeron rayonunda “Restoran Yenilik”də, Rəfan Həşimova məxsus tikinti malları mağazasında, ümumilikdə, 115 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.