İcarə haqqından gəlir vergisinin hesablanması

posted in: Xəbər | 0

icarə haqqıVergi Məcəlləsinin 124-cü maddəsinin tətbiqində əsas məqsəd daşınan və daşınmaz əmlak üçün icarə haqqından gəlirlərin hansı formada vergiyə cəlb olunduğunu müəyyən etməkdir. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Vergi Məcəlləsinin 124.1-ci maddəsində göstərilir ki, daşınan və daşınmaz əmlak üçün icarə haqqından gəlir Vergi Məcəlləsinin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən bu maddəyə uyğun olaraq vergini 14 faiz dərəcə ilə özü ödəyir və Vergi Məcəlləsinin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir.

Qeyd edək ki, Vergi Məcəlləsinin 124.3-cü maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün hüquqi şəxslərə (rezident müəssisələrə və ya qeyri-rezidentlərin daimi nümayəndəliklərinə) ödənilən icarə haqqından ödəmə mənbəyində vergi tutulmur.

Misal 1: Fərz edək ki, A fiziki şəxs icarəyə verən, B fiziki şəxs isə icarəyə götürəndir (icarəçi). Bu halda, Vergi Məcəlləsinin 124.1-ci maddəsinin tələblərini rəhbər tutaraq və fiziki şəxslərin vergi statusundan asılı olaraq aşağıdakı mümkün halları nəzərdən keçirək:

1. A və B fiziki şəxslərinin heç biri vergi ödəyicisi deyil.

Bu halda, Vergi Məcəlləsinin 33-cü və 149-cu maddələrinə uyğun olaraq, icarəyə verən özü vergi uçotuna durur və illik gəlir vergisi bəyannaməsi təqdim edir.

2. A vergi ödəyicisi deyildir, B isə vergi ödəyicisidir.

Bu halda, A fiziki şəxsin vergi uçotuna durmasına və hər hansı bəyannamə verməsinə ehtiyac yoxdur. Vergi Məcəlləsinin 150.1.6-cı maddəsinə əsasən, A fiziki şəxsin icarə gəlirindən vergini ödəmək B fiziki şəxsin vəzifəsinə aid edilmişdir.

3. A və B fiziki şəxslərin hər ikisi vergi ödəyicisidir.

Bu halda da A fiziki şəxsin vergi ödəyicisi olmasına baxmayaraq, icarə gəlirindən mənbədə tutulmaqla vergini ödəmək vəzifəsi sahibkarın – B fiziki şəxsin üzərinə qoyulmuşdur. A fiziki şəxsi öz bəyannaməsində bu məbləği icarə gəliri kimi göstərir, lakin bu gəlirdən heç bir vergi ödəmir.

4. A vergi ödəyicisidir, B isə vergi ödəyicisi deyil.

Bu halda, icarə gəlirindən vergini A fiziki şəxsi özü ödəyir və Vergi Məcəlləsinin 149-cu maddəsinə uyğun olaraq müvafiq bəyannaməni vergi orqanlarına təqdim edir.

Misal 2: Fiziki şəxs özünə məxsus yaşayış evini ayda 200 manata hüquqi şəxsə icarəyə vermişdir. Hüquqi şəxs icarə haqqından 14 faiz, yəni 28 manat ödəmə mənbəyində vergi tutur və fiziki şəxsə ayda 172 manat ödəyir. Fiziki şəxsin bu gəliri bir daha vergiyə cəlb olunmur. Fiziki şəxs həmin evi vergi ödəyicisi olmayan şəxsə (tələbəyə, digər kirayəçiyə) 200 manata icarəyə verdikdə ondan ödəmə mənbəyində vergi tutulmur. Yəni icarəçi vergi ödəyicisi olmadığından ödəmə mənbəyində icarə haqqından vergi tutmur. Bu halda, icarə haqqı alan fıziki şəxs özü vergi orqanında vergi uçotuna alınaraq əldə etdiyi gəlirdən aylıq 28 manat (200 x 14% = 28 manat) olmaqla illik 336 manat (28 x 12 = 336 manat) gəlir vergisi hesablamalı və hesabat ilindən sonra mart ayının 31-dən gec olmayaraq vergi bəyannaməsini vergi orqanına təqdim etməlidir.

Misal 3: 2020-ci ilin əvvəlində A müəssisəsi aylıq 3.000 manat olmaqla binasını B müəssisəsinə icarəyə vermişdir. Bu halda, B müəssisəsi aylıq 3.000 manat icarə haqqını A müəssisəsinə ödəyir və mənbədə heç bir vergi tutmur. A müəssisəsi illik icarə haqqı məbləğini (3000 x 12 = 36.000) 2020-ci ilin mənfəət vergisi bəyannaməsinə daxil edərək mənfəət vergisinə cəlb etməlidir.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank Raiffeisen Bank International tərəfindən mükafatlandırılıb

posted in: Bank, Xəbər | 0

Raiffeisen Bank International Kapital BankKapital Bank dünyanın nüfuzlu maliyyə qurumlarından olan Raiffeisen Bank International AG tərəfindən “STP Quality Award 2019” mükafatı ilə təltif edilib. Bu mükafat beynəlxalq ödənişləri yüksək keyifyyətlə icra edən banklara təqdim olunur.

Məlumatların avtomatlaşdırılmış qaydada emal olunması müasir bank sistemində, xüsusilə köçürmələr və ödənişlər sahəsində mühüm rol oynayır. Beynəlxalq ödənişlərin icrası ilə bağlı prosesin avtomatlaşdırılması əməliyyat xərclərini minimuma endirərək hesablaşma-klirinq prosesini sürətləndirir. Raiffeisen Bank International beynəlxalq köçürmələrin və ödənişlərin icrası prosesinin təkmilləşdirilməsində əməkdaşlıq etdiyi müxbir bankların göstərdiyi səyləri yüksək qiymətləndirir.

“Beynəlxalq ödənişlərin təkmilləşdirilməsi sahəsi Kapital Bank üçün çox böyük əhəmiyyət kəsb edir. Məhz bu sahəyə verdiyi töhfələrə, yüksək STP göstəricisi ilə beynəlxalq köçürmələri keyfiyyətlə icra etdiyimizə görə “STP Quality Award 2019” mükafatına layiq görüldük. Pandemiya şəraitində Bankımızın belə bir nüfuzlu mükafata layiq görülməsi bank ödənişlərinin icrası ilə bağlı göstərilən ximətin yüksək səviyyədə olmasının ən bariz nümunəsidir”, – deyə, Kapital Bankın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib.

Qeyd edək ki, STP (Straight-Through Processing) – davamlı, tam avtomatlaşdırılmış informasiya emalı prosesidir və ödənişlərin keyfiyyətli icrasının əsas göstəricisi hesab olunur. Müvafiq standartlara riayət edilməsi avtomatlaşdırılmış rejimdə ödənişlərin heç bir müdaxilə olmadan həyata keçirilməsində vacib rol oynayır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əqli Mülkiyyət Agentliyi auditor seçib

posted in: Xəbər | 0

Əqli Mülkiyyət Agentliyi auditor seçib

auditor rəyi

Əqli Mülkiyyət Agentliyi 2019-cu il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditi üçün elan etdiyi açıq tenderə yekun vurub.

Vahid dövlət satınalmaları portalına istinadən xəbər verilir ki, tenderin qalibi “Abak-Az Crowe LTD” MMC-dir.

Qalib şirkətə 4 720 manat ödəniləcək.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat exceldə – 4 faydalı üsul (3-cü üsul)

posted in: Excel, muhasibat, Xəbər | 0

Excel fundamental alət kimi

2-ci üsulu bu linkə daxil olaraq oxuya bilərsiniz.

Birbaşa məsuliyyətlərdən əlavə, mühasibin funksiyasına ticarət təklifləri hazırlamaq, müqavilə qiymətlərini və s. hesablamağı da daxil etmək olar. Hesabatların hazırlanması ilə bağlı işlər zamanı müxtəlif əmsallardan və düzəlişlərdən, eləcə də konvertasiya olunan qiymətlərdən istifadə etmək zəruridir və ən başlıcası, bütün bu əməliyyatları tez, vaxtında və əsas öhdəliklərə zərər yetirmədən yerinə yetirməkdir.

Mühasib üçün Excel, əsas sənədi hazırlamaqda kömək edəcək, hansı ki, onu başlıca səhifədə, əlavə hesabları isə ayrıca səhifələrdə edə bilər.

Belə ki, valyuta məzənnəsini hesablayarkən, bir özəkdə qiyməti, ikincidə valyutanın kursunu, üçüncüdə isə hesablama formulunu verə bilər (= birinci özək * ikinci özək), ardınca Enter düyməsini basmaq və qiyməti manatda almaq mümkündür. Birinci səhifədə lazım olan özəkdə bu işarəni qoymaq “=”, ikinci səhifəyə keçmək və üçüncü özəkdə yekunu göstərmək mümkündür. Yenə də Enter düyməsini basıb nəticəni əldə edirsən.

Yalnız qiymətlərin dəyişdiyi yerdə və əgər çoxlu sayda bəndlər üzrə hesablamalar aparmaq lazım gəlirsə, bu zaman Excel-in fundamental üsulundan – əmsalın avtomatik doldurulması və ya cəzb etməsindən istifadə etmək olar.

Əmsalları cəzbetmə imkanları – proqramın əsas baza funksiyalarından biridir. Bu, eyni formul dəfələrlə yazılmadan, bir cədvəldə məlumatların hesablanması prosesini avtomatlaşdırır.  Cəzbetmə əmsalını aşağıdakı formada yerinə yetirmək olar:

Sətirdə əmsal və cədvəldən nəticə ilə bağlı məlumatlar üzrə dəlillər arasında özəkdə bərabərlik işarəsi (=A3)  qoyuruq. Bundan sonra biz sadəcə cədvəldəki qiymətlərin təkrarını əldə edəcəyik.Bu özəyin cəzb etməsi nəticəsində məlumatlarla bağlı cədvəlin surətini əldə edəcəyik, hansı ki, başlanğıc cədvəlində olan məlumatın dəyişməsi ilə uyğun olaraq dəyişəcək. Bu fiksasiya olunmamış diapozonlar olan özəklərin cəzb olunması nümunəsidir.

 

Onun tam cəzb olunma zamanı sətirdə və ya sütunda dəyişilməz qalmasından ötrü dəlili bərkitmək mümkündür. Sətirdə bu əmsalın qeyd olunması $  işarəsinin köməyilə yerinə yetirilir. Bu işarə istinaddakı koordinatın o hissəsində qoyulur ki, onun qeyd olunması zərurudir:

$ hərfin əvvəlində – sütun üzrə qeyd olunanda – $С1

$ rəqəmin əvvəlində – sətir üzrə qeydə alınanda – С$1

$ hərf və rəqəm qarşısında – özəklərin tam şəkildə qeydə alınması zamanı – $С$1.


Mühasibat exceldə – 4 faydalı üsul (4-cü hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun