Auditorlar Palatası müsabiqə keçirir

posted in: Xəbər | 0

Auditorlar Palatası müsabiqə keçirir

Auditor

Azərbaycan Respublikasının Auditorlar Palatası yaranmasının 25 illiyi münasibətilə auditorların fəaliyyətini əks etdirən müxbir yazısı müsabiqəsi elan edib.

Müsabiqədə iştirak etmək arzusunda olanlar çap olunmuş materiallarını 1 sentyabr 2020-ci il tarixindən 15 fevral 2021-ci il tarixinədək Auditorlar Palatasının Müsabiqə Komissiyasına təqdim edə bilərlər.

Müsabiqədə ilk üç yeri tutanlar mükafatlandırılacaq.

Ünvan: AZ1072, Bakı şəhəri, S.Y.Bakuvi küç. 35
E-mail: audit-azerbaijan@audit.gov.az.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Rüşvət alarkən tutulan vergi işçilərinin məhkəməsi başlayır

posted in: Xəbər | 0

Rüşvət alarkən tutulan vergi işçilərinin məhkəməsi başlayır

rüşvətRüşvətdə ittiham olunan Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin əməkdaşları Azər Allahverdiyev və Cahid Tahirov cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.

Qeyd edək ki, Baş Prokurorluq və İqtisadiyyat Nazirliyinin yaydığı birgə məlumata əsasən, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin əməkdaşları Azər Allahverdiyev və Cahid Tahirovun qabaqcadan əlbir olaraq vətəndaşa məxsus çörək sexinə gələrək cari il ərzində vergi yoxlamalarının keçirilməməsi müqabilində 6000 manat məbləğində pul tələb etdiyi müəyyən olunub.

Xüsusi texniki vasitələrdən istifadə edilməklə aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hər iki vəzifəli şəxs həmin məbləğin bir qismini 04 may 2020-ci il tarixdə rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3-cü (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Həmin cinayət əməlinin A.Allahverdiyev və C.Tahirov tərəfindən törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən onlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Mənbə: apa.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Könüllü vergi ödəyicisi olmağın başlıca xüsusiyyətləri hansılardır?

posted in: Vergi, Xəbər | 0

vergi ödəyicisiKönüllü vergi ödəyicisi olmaq sahibkarlıq subyektlərinin müsbət imicinin başlıca xüsusiyyətidir.

Mövzunu şərh edən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev könüllü vergi ödəyicisinin bir sıra əlamətlərə görə müəyyənləşdirildiyini bildirib: “Bu əlamətlər ödəniləcək vergiləri könüllü olaraq heç bir kənar təzyiq olmadan hesablamaq, vergi bəyannamələrini vaxtında doldurub vergi orqanlarına təqdim etmək, vergi ödəmələrini vaxtında yerinə yetirmək, vergi sistemində aparılan yeniliklərin, islahatların tələblərinə əməl etmək, könüllü və intizamlı vergi ödəyicisi olmaq istiqamətində aparılan ilk addım vergi uçotu məlumatlarının vaxtında yenilənməsi və baş verən dəyişikliklərlə bağlı vergi orqanlarının məlumatlandırılmasıdır. Vergi uçotu məlumatlarını vaxtında dəyişdirməmək sahibkarın müvafiq maliyyə sanksiyaları ilə üzləşməsinə gətirib çıxarır, ona 40 manat cərimə tətbiq olunur”.

İqtisadçı əlavə edib ki, vergi uçotu məlumatlarını vaxtında dəyişdirməyən subyektlərlə vergi orqanlarının əlaqələri kəsilir, bunun da nəticəsində requlyator orqan tərəfindən şəxsin özünə yönəldilən müxtəlif xəbərdarlıqlar və ya məlumatlardan sahibkar xəbərsiz qalaraq vacib məlumatlardan və onların yaratdığı məsuliyyətdən gec xəbər tutur.

Bu cür hallar daha çox fərdi sahibkarlar və hüquqi şəxs yaradan mikro biznes subyektləri üçün xarakterikdir. Onlar təkbaşına fəaliyyət göstərdiklərindən heç bir maliyyə və vergi mütəxəssisinin xidmətindən yararlanmaqda maraqlı olmurlar.

Belə halların aradan qaldırılması üçün Dövlət Vergi Xidməti tərəfindən vergi uçotu məlumatlarının dəyişdirilməsi tam şəkildə elektronlaşdırılıb.

Mənbə: azertag.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək müqaviləsi bağlandıqda

posted in: Xəbər | 0

əmək müqaviləsiƏmək münasibətlərinin rəsmiləşdirilməsi zamanı əmrin tərtib olunması forması, əmrin məzmunu, əmrin verilməsi tarixləri ilə bağlı suallar yaranır. Mövzuya sərbəst auditor Altay Cəfərov aydınlıq gətirib.

Əmək Məcəlləsinin 81-ci maddəsinin 1-ci bəndinə əsasən, kargüzarlıq işini tənzimləmək məqsədilə zəruri hallarda bağlanmış əmək müqaviləsi qüvvəyə mindikdən sonra işəgötürənin mülahizəsinə əsasən onun əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilə bilər. Həmin maddənin 2-ci bəndində isə göstərilib ki, bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır.

Maddənin açıqlaması aşağıdakı kimi başa düşülməlidir:

  • əmək müqaviləsi işəgötürmə əmri ilə rəsmiləşdirilə bilər;
  • bunun üçün işəgötürənin istəyi əsas götürülür;
  • əmək müqaviləsini əmrlə rəsmiləşdirmək üçün hökmən ilkin olaraq əmək müqaviləsinin özü bağlanmalıdır;
  • işəgötürmə əmri kargüzarlıq işinin tənzimlənməsi məqsədi daşıyır, yəni normal kargüzarlıq aparan işəgötürən əmək müqaviləsi bağladıqdan sonra rəsmiləşdirmə əmri verilə bilər;
  • əmək müqaviləsi bağlamadan əmək münasibətlərinin rəsmiləşdirilməsi qadağandır;
  • əmək müqaviləsinin bağlanması üçün əvvəlcədən tapşırıqların verilməsinə görə əmr verilə bilər.

Məsələyə tam aydınlıq gətirmək üçün bir neçə misalı nəzərdən keçirək.

Misal 1: “AA” MMC 1 iyul 2020-ci ildə işçini işə qəbul edib və qaydalara uyğun olaraq işçi ilə əmək müqaviləsi bağlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bildiriş bazasına həmin tarixdə sənəd daxil edilib. Əlavə olaraq 3 iyul 2020-ci ildə işçinin işə qəbulu ilə bağlı əmr imzalanıb. Əmrdə yazılıb ki, işçi 1 iyul 2020-ci il tarixindən işə qəbul olunub.

Bu halda əmr düzgün tərtib edilibmi?

Əmrin tarixi 3 iyul 2020-ci il olsa da, əmr düzgün tərtib olunub və kargüzarlıq baxımından qaydalara uyğundur. Çünki əmək müqaviləsi 1 iyul 2020-ci ildə bağlanıb, bildiriş də həmin tarixdə əldə edilib və əmək müqaviləsi tam qüvvəyə minib. Bu halda, Əmək Məcəlləsinə əsasən, işəgötürənin rəsmiləşdirmə ilə bağlı əmr vermək səlahiyyəti vardır, əmrin verilməsi ilə bağlı isə müddət müəyyənləşdirilməyib. Yəni əmr müqavilənin qüvvəyə mindiyi tarixdə də verə bilər, daha sonra da.

Lakin qarışıqlıq yaranmaması üçün əmrin əmək müqaviləsinin qüvvəyə mindiyi tarixdə verilməsi daha məqsədəuyğundur.

Misal 2: “AA” MMC 1 iyul 2020-ci ildə işçini işə qəbul edib və qaydalara uyğun olaraq işçi ilə əmək müqaviləsi bağlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bildiriş bazasına isə bu barədə bildiriş 3 iyul 2020-ci ildə daxil edilib. Əmr 30 iyun 2020-ci il tarixində verilib və əmrdə yazılıb ki, “işçi ilə əmək müqaviləsi bağlanılsın”.

Burada silsilə suallar yaranır: Bu formada əmr vermək düzgündürmü? Bu, Əmək Məcəlləsinin 81.2.-ci maddəsinə zidd deyilmi? Əmrin məzmunu yuxarıdakı açıqlamalarla uyğunsuzluq təşkil etmirmi?

İlkin baxışda belə görünür ki, müqavilə iyulun 1-də bağlanıldığına və iyulun 3-də hüquqi qüvvəyə mindiyinə görə faktiki olaraq əmr də ən azı iyulun 3-də verilməlidir. Ancaq məsələnin məğzi bundan fərqlidir: burada əsas rolu işəgötürən tərəfindən verilən əmrin məzmunu oynayır. Əmək Məcəlləsinin 81.2-ci maddəsində göstərilib ki, əmək müqaviləsi olmadan əmr ilə əmək münasibətlərinin rəsmiləşdirilməsi qadağandır. Məsələn, əmrdə “əmək funksiyalarını yerinə yetirsin və işə başlasın” yazılsaydı, konkret 81.2.-ci maddənin və ümumiyyətlə, Məcəllənin tələbləri pozulmuş olardı. Ancaq 30 iyun 2020-ci ildə verilən əmr tapşırıq kimi verilən bir əmr olduğuna görə MMC rəhbərliyi qanunun heç bir tələbini pozmamışdır.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun