» » » Vergi ödəyicilərinin bağlanmış banklarda olan vəsaitləri ümidsiz borc kimi tanına bilərmi?

Vergi ödəyicilərinin bağlanmış banklarda olan vəsaitləri ümidsiz borc kimi tanına bilərmi?

posted in: sual-cavab, Xəbər | 0
birbank biznes

əmək haqqıSual: Vergi ödəyicilərinin bağlanmış banklarda olan vəsaitləri geri alına bilmədikləri üçün onlar ümidsiz borc kimi tanına bilərmi? Burada əsas məqam odur ki, bu vəsait vergi ödəyicisinin debitor borcu deyil, aktividir. O səbəbdən də, vergi orqanlarının həmin vəsaitləri ümidsiz borc kimi qəbul edib etməməsini qanunvericilik çərçivəsində izah etməyiniz xahiş olunur.


9 Oktyabrda başlayacaq “Əlavə Dəyər Vergisi üzrə nəzəri və praktiki təlim”


Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 111.1-ci maddəsinə əsasən əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir. Buna əsasən sorğuda göstərilən halda vergi ödəyicisinin debitor borcu ilə əlaqədar olmayan bağlanmış banklarda olan və geri alına bilməyən aktivlərinin ümidsiz borc hesab edilərək gəlirdən çıxılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Mənbə: taxes.gov.az


Bax



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun