» » » İl ərzində mükəlləfiyyəti mənfəət vergisindən ƏDV-yə dəyişdikdə dividendin ÖMV-dən azad olması necə hesablanır?

İl ərzində mükəlləfiyyəti mənfəət vergisindən ƏDV-yə dəyişdikdə dividendin ÖMV-dən azad olması necə hesablanır?

posted in: Xəbər | 0
birbank biznes

Vergi Məcəlləsi, 102.2.5 maddəsindəki güzəşt, 102.2.5 maddəsi, güzəşt, sənədlər, gəlirlər, ƏDV, EDV,Ödəniş,Vergi qanunvericiliyinin pozulmasıSual: Mənfəət vergisi ödəyicisi olan MMC mikrosahibkarlıq subyektidir. 2019-cu ilin bölüşdürülməmiş mənfəətin bir hissəsini dividend formasında 2020-ci ilin yanvar, fevral və mart aylarında ödəyir və müvafiq bəyannamədə göstərilir. Ödəmə anında mikrosahibkarlıq subyektləri 106.1.20 maddəsinə əsasən dividendə görə 10 faiz mənbədə vergidən azaddır. MMC 2020-ci ilin aprel ayında könüllü olaraq 177.5 maddəsinə əsasən ərizə ilə müraciət edərək arxa tarixdən, yəni 2020-ci ilin fevral ayının 1-dən ƏDV qeydiyyatına alınır. Bilmək istəyirəm ki, 2019-cu il üçün (mikrosahibkarlıq dövrü üçün) fevral və mart ayında ödənilən dividend ÖMV-yə cəlb olunur ya yox?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 106.10-cu maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır.

Buna əsasən sorğuda göstərilən halda rezident müəssisənin ƏDV qeydiyyatı olmayan dövr üzrə formalaşan bölüşdürülməmiş mənfəətindən dividendin elan edilməsi və ödənilməsi zamanı ƏDV qeydiyyatında olması onun Vergi Məcəlləsinin 106.10-cu maddəsi ilə müəyyən edilən güzəşt hüququnu məhdudlaşdırmır. Müəssisənin ƏDV qeydiyyatında olduğu dövrdə formalaşan bölüşdürülməmiş mənfəətindən dividendlərin elan edilməsi və ödənilməsi isə onun vergi mükəlləfiyyətindən asılı olmayaraq ümumi qaydada vergiyə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 106-cı və 122-ci maddələri.

Mənbə: taxes.gov.az


Bax:


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun