Dəfn pulunun hesablanması

posted in: Xəbər | 0

dəfn pulunun hesablanması dəfn puluƏmək Məcəlləsinin 74 maddəsinin 1-ci hissəsinə əsasən, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq işçi vəfat etdikdə əmək müqaviləsinə xitam verilir. Mövzunu iqtisadçı ekspert Mahmud Abasquliyev şərh edir.

Əmək Məcəlləsinin 77.7 bəndində göstərilib ki, əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c”, 74-cü maddəsinin birinci hissəsinin “a” və “c” bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əməkhaqqının azı 2 misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əməkhaqqının azı 3 misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “ç” bəndi ilə xitam verildikdə işəgötürən işçiyə orta aylıq əməkhaqqının azı 3 misli miqdarında müavinət ödəyir.

“Sosial müavinətlər haqqında” Qanunun 4-cü maddəsində nəzərdə tutulan dövlət qulluqçularına ömürlük müavinət, eləcə də yaşa, əlilliyə görə müavinət, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, ailə başçısını itirməyə görə müavinət, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlik müavinəti alan şəxslərdən biri vəfat etdikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dəfn üçün müavinət təyin edilməsi ilə bağlı müraciətlərə baxılır.

İşləyən vətəndaş vəfat etdikdə Dövlət Sosial Müdafiə Fonduna müraciət edilməlidir. Bu zaman dəfn pulu almaq üçün ölüm haqqında şəhadətnamənin surəti, haqq-hesab cədvəli, protokol, Dövlət Sosial Müdafiə Fonduna məktub, eyni zamanda şəxsin vərəsəliyini təsdiq edən müvafiq sənədlər təqdim olunmalıdır.

İş yerində isə sənədləşmə üçün ölüm haqqında şəhadətnamə və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr kifayətdir. Xitam əmri yazıldıqdan sonra ölüm haqqında şəhadətnamənin surəti əmrin arxasına tikilir.

Mövcud qanunvericiliyə əsasən, dəfn pulundan vergi və məcburi sosial sığorta haqları tutulmur.

Dəfn pulunun hesablanması

Əmək Məcəlləsinin 177.3 maddəsində göstərilib ki, 2 aydan az işləmiş işçilər üçün orta aylıq əməkhaqqını hesablamaq üçün işçinin faktiki işlənmiş günlər ərzində qazandığı əməkhaqqını həmin günlərə bölməklə bir günlük əməkhaqqı müəyyən edilir, alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulur.

Misal 1: Aylıq əməkhaqqı 400 manat olan işçi bir ay (iyun ayı) işlədikdən sonra vəfat edib. İşlədiyi 1 ayda 22 iş günü olub. O zaman 1 günün əməkhaqqı 400 : 20 = 20 manat olacaq.

Vəfat etdiyi ayda iş günlərinin sayı 22 olduğu üçün məbləğ 20 x 22 = 440 manat olacaq.

Əmək Məcəlləsinin 77.7-ci maddəsinə əsasən, vəfat edən şəxsə orta aylıq əməkhaqqının 3 misli verilməlidir: 440 x 3 = 1320 manat. Deməli, yuxarıda göstərilən şərtlərlə 1 ay işlədikdən sonra vəfat edən şəxsə iş yerindən 1320 manat vəsait ödənilir.

Misal 2: Tutaq ki, aylıq əməkhaqqı 400 manat olan işçi iyul ayında vəfat edib.

May ayında iş günlərinin sayı 20, iyun ayında 22 olub. Əmək Məcəlləsinin177.2 maddəyə əsasən, əmək məzuniyyəti dövrü üçün verilən əməkhaqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əməkhaqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əməkhaqqı tapılır və alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.

20+22=42
800:42 = 19,05 manat.

Bir iş gününə 19,05 manat vəsait düşür. İşçinin vəfat etdiyi ay iş günlərinin sayı 22 olub.

19,05 x 22 = 419,10 manat.

Əmək Məcəlləsinin 77.7 maddəsinə əsasən, dəfn pulu kimi orta aylıq əməkhaqqının 3 misli verilməlidir: 419,10 x 3=1257,30 manat.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əməyin təhlükəsizliyinin standartlaşdırılması üzrə Texniki Komitə yaradılıb

posted in: Xəbər | 0

Əməyin təhlükəsizliyinin standartlaşdırılması üzrə Texniki Komitə yaradılıb

MDSSİqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin təşəbbüsu əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə birlikdə Əməyin təhlükəsizliyinin standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 21) yaradılıb.

Bu barədə Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Texniki Komitə ilkin, dövlət, regional, dövlətlərarası və beynəlxalq standartların hazırlanması üçün yaradılan birgə məşvərətçi qurumdur. Texniki Komitə əmək və peşə sahəsində müasir tələblərə cavab verən milli standartların işlənib hazırlanması, ekspertizasının aparılması, mövcud olan standartların yenilənməsi və sonrakı istifadəsi ilə bağlı təhlilərin aparılması, eyni zamanda müvafiq beynəlxalq və dövlətlərarası təşkilatların işində iştirak etmək məqsədi ilə təsis edilib.

AZSTAND/TK 21-ə Fövqəladə Hallar Nazirliyi, Dövlət Neft Şirkəti (SOCAR), Sahibkarlar (İşəgötürənlər) Təşkilatı Milli Konfederasiyası və Həmkarlar İttifaqı Konfederasiyası  daxildir.

Texniki Komitənin tərkibinə bərabərlik və könüllülük əsasında müvafiq icra hakimiyyəti orqanları, elmi təşkilatlar, sahibkarlar, ictimai birliklər, kommersiya və qeyri-kommersiya qurumları da daxil ola bilərlər.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İdxal və ixrac gömrük rüsumlarının dərəcələri ilə bağlı qərarda dəyişiklik edilib

posted in: Xəbər | 0

İdxal və ixrac gömrük rüsumlarının dərəcələri ilə bağlı qərarda dəyişiklik edilib

xüsusi karantin rejimi, Vahid büdcə təsnifatı,

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164; 2018, № 3, maddə 586, № 9, maddə 1904, № 10, maddə 2169, № 11, maddə 2427; 2019, № 1, maddə 148, № 2, maddə 332, № 4, maddələr 747, 748, 759, № 5, maddə 939, № 7, maddələr 1314, 1323, № 8, maddə 1473, № 12, maddələr 2047, 2055, 2061; 2020, № 1, maddə 84, № 2, maddələr 185, 195, 219, № 3, maddələr 345, 375, № 4, maddə 488) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 5603 11 900 0 alt yarımmövqeyinə aid sətir aşağıdakı redaksiyada
verilsin:

5603 11 900 – – – digərləri
5603 11 900 1 – – – – tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların istehsalı məqsədilə 15 (31.12.2022-ci il

tarixinədək 0%)

5603 11 900 9 – – – – digərləri 15

2. 5603 12 900 0 alt yarımmövqeyinə aid sətir aşağıdakı redaksiyada
verilsin:

5603 12 900 – – – digərləri
5603 12 900 1 – – – – tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların istehsalı məqsədilə 15 (31.12.2022-ci il

tarixinədək 0%)

5603 12 900 9 – – – – digərləri 15

3. 5603 13 900 0 alt yarımmövqeyinə aid sətir aşağıdakı redaksiyada
verilsin:

5603 13 900 – – – digərləri
5603 13 900 1 – – – – tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur

üçün) maskaların istehsalı məqsədilə

15 (31.12.2022-ci il

tarixinədək 0%)

5603 13 900 9 – – – – digərləri 15

4. 6307 90 980 0 alt yarımmövqeyinə aid sətir aşağıdakı redaksiyada
verilsin:

6307 90 980 – – – – digərləri
 

6307 90 980 1

– – – – – tibbi (cərrahiyyə

əməliyyatı    və    ya   prosedur üçün) respiratorlar

 

əd

15 (31.12.2021-ci il

tarixinədək 0%)

 

 

6307 90 980 2

 

– – – – – tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar

 

 

əd

15 (31.12.2021-ci il

tarixinədək 1 ədəd – 0,03 ABŞ dolları)

6307 90 980 9 – – – – – digərləri 15

Əli Əsədov

Azərbaycan Respublikasının Baş Naziri

 

Bakı şəhəri, 29 avqust 2020-ci il

№ 313

Mənbə: nk.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat exceldə – 4 faydalı üsul (2-ci üsul)

posted in: Excel, Xəbər | 0

tarix saatMühasibat exceldə – 4 faydalı üsul

2-ci üsul

1-ci üsulu bu linkə daxil olaraq oxuya bilərsiniz.

Məlumatların emalı

Bu, verilən məlumatları artan / azalan qaydada yerləşdirməyə imkan verən çox rahat bir funksiyadır. Həmçinin məlumatları tarixə görə emal etmək və qaydaya salmaq olur.

Bunu yerinə yetirmək üçün emalı tələb olunan hissəni seçmək lazımdır. Ardınca menyünün yuxarı hissəsində “Məlumatlar” bölümündə  “Artım üzrə emal” düyməsini basırsınız, onu siz “AZ” işarəsi altında tapa bilərsiniz. Sizin məlumatlar ilk sütunda kiçikdən böyüyə doğru yerləşəcək.

Mühasib üçün Excel cədvəli ayrılmış ilk sütundan başlayaraq məlumatları emal etməyə imkan verir. Əgər siz özəkləri soldan sağa doğru ayırmısınızsa, onda ardıcıllıq sol tərəfdəki son sütunda həyata keçəcək. Yox əgər sağdan sola ayırmısınızsa, onda sağ tərəfdən.

Əgər məlumatları orta sütunda emal etmək lazımdırsa, onda “Məlumatlar” menyüsündə – “Emal” – “Emal diapazonu”ndan istifadə etmək lazımdır. “Emal” bölümündə sütunu və emal növünü seçmək lazımdır.


Mühasibat exceldə – 4 faydalı üsul (3-cü üsul)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun