» » » Professor Y.V. Sokolovun mühasiblər üçün təlimatları (8-ci hissə)

Professor Y.V. Sokolovun mühasiblər üçün təlimatları (8-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

mühasiblərProfessor Y.V. Sokolovun mühasiblər üçün təlimatları

8-ci hissə

Məqalənin 7-ci hissəsini buradan oxuya bilərsiniz

Mühasibatlığa və mühasiblərə sevgi

Professor Yaroslav Vasilyeviç Sokolov (1938-2010-cu illər) mühasibat uçotunu və mühasibləri çox sevirdi. “Sevgi – necə gözəl səslənməsinə baxmayaraq, olduqca qeyri-müəyyən sözdür”, – Sokolov yazırdı.

Dəqiqlik və səhihlik

Mühasibat məlumatlarının etibarlılığı meyarı kimi “həqiqətin deyil, səhihlik” anlayışının zəruriliyini, Y. V. Sokolov mühasibat uçotunun bir elm olaraq inkişafının rəhni kimi görürdü. Təəssüflər olsun ki, bizim həmkarlarımızın heç də hamısı uçotu belə başa düşmür. Onlara bu işdə etibarlı məlumatların dəqiqliyinin qədim mühasibat ideyası mane olur.

“Özünün “Mən – riyaziyyatçıyam” memuarlarında kibernetikanın banisi N. Viner (1894-1964-cü illər) xatırlayırdı ki, günlərin birində ona elmi hesablamaları aparmaq üçün bir nəfər lazım gəlmişdi. Mühasib dəvət etmək qərarı verimişdik. Və dərhal da işdən çıxardıq: yazıq son sentə kimi hesablamağa vərdiş etmişdi və burada da hər bir işarəyə kimi hesablamağa başlamışdı. Bu alimləri dəhşətə salmışdı və onlar belə bir nəticəyə gəlmişdilər: elm sahəsinə mühasibləri cəlb etmək olmaz. Lakin, alimlər səhvə yol vermişdilər.

Bu, mühasibat hesabatlarının məlumatlarının dəqiqliyi ilə bağlı bizim həmkarların məzəli və sadəlövh və ya belə desək, sadəlövh və məzəli arzusu, bu günə kimi bir çox lətifələrə rəvac verib. Mühasibat uçotunun ünvanına tənqidlər daim səslənir. Onları ümumi şəkildə Henri Ford belə tərtib etmişdi: “Mən öz balansımı öyrəndikdə, orada iki şeyi görə bilmirəm: mənim markamın dəyərini və öz kadrlarımın qiymətini. Lakin, məhz, onlar məni sərvət sahibi edilər”.

Əslində mühasibat məlumatlarının etibarlılığı çox şübhəlidir və mühasiblər bunu  başa düşmürlər; onlar səmimiyyətlə düşünürlər ki, əgər hər şeyi təlimatlara uyğun olaraq edirlərsə və hər şeyi qəpiyinə, hər bir sentə, santimə və s.qədər hesablayarlarsa, son instansiyada həqiqətə çata və onu təqdim edə bilərlər. Bu isə elə deyildir, hansı ki, özlərinin klerk-mühasiblərinə maliyyə hesabatlarına görə heç bir qiymət verməyən H. Ford kimi sahibkarlar bunu yaxşı anlayırlar”.

“Məsələ ondadır ki, ümumi qaydalar ola bilməz, mühasibə qaydaları təlimat yox, təsərrüfat həyatı faktlarının bitib-tükənməyən axını verir. Və bu qaydalar bir dəyişməz şərtdən irəli gəlir: işin gedişində təsadüfi və gözlənilməz hərəkətləri tanıya bilmək bacarığı. Bu, iqtisadi proseslərin idarə olunmasıdır. Mühasibat uçotunun özü isə P.J. Prudonun (1809-1865-ci illər) baxışlarına görə, – həqiqi siyasi iqtisaddır, mühasibdən isə sadəcə onun həqiqi adı – “iqtisadçı” – oğurlanıb”.


Professor Y.V. Sokolovun mühasiblər üçün təlimatları (9-cu hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun