» » » Professor Y.V. Sokolovun mühasiblər üçün təlimatları (9-cu hissə)

Professor Y.V. Sokolovun mühasiblər üçün təlimatları (9-cu hissə)

posted in: Xəbər | 0
birbank biznes

MühasiblərProfessor Y.V. Sokolovun mühasiblər üçün təlimatları

9-cu hissə

Məqalənin 8-ci hissəsini buradan oxuya bilərsiniz

Mühasibatlığa və mühasiblərə sevgi

Professor Yaroslav Vasilyeviç Sokolov (1938-2010-cu illər) mühasibat uçotunu və mühasibləri çox sevirdi. “Sevgi – necə gözəl səslənməsinə baxmayaraq, olduqca qeyri-müəyyən sözdür”, – Sokolov yazırdı.

Mühasibat uçotu, onun nəzəriyyəsi və xoşbəxtliyi

Sokolov özünün məşhur məqaləsində yazırdı ki, indi “Skeptisizm iqtisad elminin metodu kimidir”, – oxucu belə bir sual verə bilər: nə olsun ki? Cavab belə ola bilər: skeptisizm ən azı iki bərabər qiymətləndirilmiş məntiqi şərhin mühüm nəzəri problemlərin olmasını nəzərdə tutduğuna görə, bu halda demək olar ki, həmişə onlardan yalnız sosial qruplar tərəfindən başqalarının hesabına istifadə etmək imkanı yaranır. Bu, iqtisadi nəzəriyyənin ağırlıq mərkəzini (və xüsusilə də mühasibat nəzəriyyəsi) sosioloji problemlər sahəsinə köçürməlidir: bu iddialar kimə sərf edir və kimə nə dərəcədə sərf etmir. Əslində, bir matrisa ortaya çıxır: onun bir vektoru, nəzəri konsepsiyaları əks etdirir, digəri isə sosial qrupları təmsil edir. Bu halda nəzəri quruluşlar çox böyük praktiki əhəmiyyət kəsb edir.  Bu onunla əlaqədardır ki, ənənəvi elm hansısa A-nın düzgün olduğunu qeyd edir, yerdə qalan nəzəriyyələri isə səhvdir… Və bütün mümkün nəzəri quruluşlar həyati əhəmiyyət kəsb edən kimi şərh edilir və konstruktiv iş üçün zəruri olan bir şey kimi qəbul olunur. …Elə bu, iqtisadiyyat elmi və təsərrüfat həyatı ilə bağlı sakit skeptik bir şübhə doğurur.

Skeptisizmin etiraf edilməsi ilə real həyata əsl müdriklik, tolerantlıq və sonsuz xeyirxahlıq nüfuz edir. Beləliklə, sketisizm, düşüncəni ümidlə birləşdirərək, bütün insanları və xüsusilə iqtisadçıları xoşbəxt edir.

Sketisizmin və skeptisizm-daşıyıcılarının bəlası bundadır ki,  onlar problemləri görürlər, amma, çox vaxt onları necə həll etməyi bilmirlər. Lakin, dərindən düşündükdə, məlum olur ki, nəzəriyyə problemlərin təhlilini verir və o nəyisə həll etməli deyil.  Qərarlar praktikantlar tərəfindən ağıl, nəzəriyyə və skeptisizm baxımından qəbul edilir”.

Pofessor Pomazkovun tramvayı

“Hər işdə elm dərhal doğulmur. Xalis praktiki biliklərin elmə çevrilməsinə kimi bir çox əsrlər keçir. Əlkimyanın kimyaya çevrilməsinə qədər olduqca böyük zaman keçmişdi, mühasibatlıq sənətinin – hesabdarlığın – mühasibat elminə çevrilməsinə qədər isə bundan da çox vaxt tələb olunmuşdu. Lakin, mühasibatlıq sahəsində fəaliyyət göstərənlərin heç də hamısı elmlə məşğul olmur.

Bir dəfə tələblər professor .S. Pomazkovdan soruşmudular: “Nikolay Semyonoviç, mühasibatlıq elmdir və ya deyil?” O, belə cavab verib: “Vaqon sürücüsünü təsəvvürünüzə gətirin. O, dəstəyi fırladır və tramvay hərəkətə gəlir. Tramvay sürücüsünün elmi işlə məşğul olduğunu söyləmək gülüş doğurardı.  Lakin, onun əməyi kiminsə elektriki kəşf etməsi, bir başqasının tramvayı və tramvay xəttini layihələndirməsi sayəsində mümkün olub. Və həmin adamlar şübhəsiz ki, elmlə məşğul olmuşlar”. Kompüterin düymələrini basan, uçot registrinin müxtəlif sütunlarında kiçik və böyük rəqəmləri qeyd edən mühasib, elmlə məşğul olmur , o – vaqon sürücüsü kimidir, lakin, təsərrüfat proseslərinə nəzarət sistemini layihələndirən, hesablama qeydiyyatı qanunlarını kəşf edən, təsərrüfat fəaliyyətinin təhlili yollarını açan mühasib əsl alimdir və onun insan düşüncəsinin xəzinəsinə verdiyi töhfələr göz qabağındadır.

Bundan yaxşı izahı çətin ki, tapmaq mümkün olsun”.

“İstənilən peşəyə daxil olan hər bir kəs yadda saxlamalıdır: “sənin ruhunda bütöv bir dünya var” (F. Tyutçev) və hər bir kəs həmin dünyanı kəşf etməlidir, onu və özünü dərk etməlidir, özünü özü və öz doğmaları, bütün vicdanlı adamlar üçün kəşf etməlidir. Bu çox çətin məslədir, amma, siz bunu edə bilsəniz, onda mühasibatlıq məna kəsb edəcək, Sizin həyatınız isə onun məzmunu ilə dolub-daşacaqdır. Və sizə sevinc təşrif buyuracaqdır”.

Sevinc hissini öz peşəkar həyatınıza buraxmaq üçün öz peşənizi sevməlisiniz, mühasibat uçotunu sevməlisiniz və onu iqtisadiyyat elminin bir hissəsi və ümumilikdə cəmiyyət həyatının biliyi kimi inkişaf etdirməyə səy göstərməlisiniz. Bu işdə bizlərə mühasiblər üçün də daxil olmaqla, öz əsərlərini yazan böyük filosofların işlərinin işığında mühasibat problemlərinin təhlili kömək edə bilər.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun