Daha çox8
Daha çox8

Mühasibat exceldə – 4 faydalı üsul (2-ci üsul)

posted in: Excel, Xəbər | 0

tarix saatMühasibat exceldə – 4 faydalı üsul

2-ci üsul

1-ci üsulu bu linkə daxil olaraq oxuya bilərsiniz.

Məlumatların emalı

Bu, verilən məlumatları artan / azalan qaydada yerləşdirməyə imkan verən çox rahat bir funksiyadır. Həmçinin məlumatları tarixə görə emal etmək və qaydaya salmaq olur.

Bunu yerinə yetirmək üçün emalı tələb olunan hissəni seçmək lazımdır. Ardınca menyünün yuxarı hissəsində “Məlumatlar” bölümündə  “Artım üzrə emal” düyməsini basırsınız, onu siz “AZ” işarəsi altında tapa bilərsiniz. Sizin məlumatlar ilk sütunda kiçikdən böyüyə doğru yerləşəcək.

Mühasib üçün Excel cədvəli ayrılmış ilk sütundan başlayaraq məlumatları emal etməyə imkan verir. Əgər siz özəkləri soldan sağa doğru ayırmısınızsa, onda ardıcıllıq sol tərəfdəki son sütunda həyata keçəcək. Yox əgər sağdan sola ayırmısınızsa, onda sağ tərəfdən.

Əgər məlumatları orta sütunda emal etmək lazımdırsa, onda “Məlumatlar” menyüsündə – “Emal” – “Emal diapazonu”ndan istifadə etmək lazımdır. “Emal” bölümündə sütunu və emal növünü seçmək lazımdır.


Mühasibat exceldə – 4 faydalı üsul (3-cü üsul)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vahid büdcə təsnifatı barədə Qərara dəyişiklik edilib

posted in: Xəbər | 0

xüsusi karantin rejimi, vahid büdcə,Nazirlər Kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarına dəyişiklik edib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Şəhərsalma və Tikinti Məcəlləsinin 11.5-ci maddəsinə əsasən tikinti fəaliyyəti sahəsində göstərilən xidmətlərdən daxilolmalar, eləcə də şəhərsalma və tikinti qanunvericiliyinin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilolmalar vahid büdcə təsnifatına daxil edilib.


“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” 1999-cu il 4 avqust tarixli 176 nömrəli və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1034 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155; 2019, № 3, maddələr 528, 534, 544, 563, 566, 568, № 4, maddə 753, № 5, maddələr 935, 945, 971, № 7, maddə 1325, № 8, maddə 1475, № 10, maddə 1677, № 11, maddə 1878, № 12, maddələr 2091, 2095; 2020, № 3, maddə 344, № 4, maddə 479, № 5, maddə 643; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 iyun tarixli 194 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.4.2.5.9.3-cü yarımmaddəsi aşağıdakı redaksiyada verilsin:

1 4 2 5 9 3 Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11.5-ci maddəsinə əsasən tikinti fəaliyyəti sahəsində göstərilən xidmətlərdən daxilolmalar
  1. 1.4.2.5.9.4-cü yarımmaddəsindən sonra aşağıdakı məzmunda 1.4.2.5.9.5-ci yarımmaddəsi əlavə edilsin:
1 4 2 5 9 5 Sair xidmətlər üzrə daxilolmalar
  1. 1.4.3.8.0.0-cı paraqrafdan sonra aşağıdakı məzmunda 1.4.3.9.0.0-cı paraqraf əlavə edilsin:
1 4 3 9 0 0 Şəhərsalma və tikinti qanunvericiliyinin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilolmalar

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 31 avqust 2020-ci il
№ 317

Mənbə: nk.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

PAŞA Bank Azərbaycan bazarında ilk dəfə olaraq bonus milləri toplamaq imkanına malik unikal biznes kartı təqdim etdi

posted in: Xəbər | 0

unikal biznes kartıAzərbaycanın aparıcı korporativ bankı PAŞA Bank Miles&Smiles xəttinin yeni kart məhsulunu – PAŞA Bank Miles&Smiles Visa Business Platinum kartını təqdim etdi. Biznes kartın və Miles&Smiles mil kartının bütün üstünlüklərini özündə cəmləşdirən bu premium sinif kartı iş adamlarının ehtiyacları üçün hazırlanmış və ilk dəfə Azərbaycan bazarında təqdim edilmişdir.

Unikal premium sinif kart məhsulu PASHA Bank Miles&Smiles Visa Business Platinum, Bankın və Visa beynəlxalq ödəmə sisteminin təklif etdiyi bütün müasir üstünlüklərdən yararlanmağa imkan yaradır. Bu biznes kartı sahibkarlara əməliyyat hesablarını və müvafiq hesabatların hazırlanması vaxtını optimallaşdırmağa, biznes proseslərini sürətləndirməyə, o cümlədən zəruri mal və xidmətlərin alınmasına, təchizatçılarla hesablaşma əməliyyatlarının həyata keçirilməsinə və s. imkan verir. Öz növbəsində, bu məhsul həm Azərbaycanda, həm də xaricdə istənilən əməliyyatlar üçün bonus milləri qazanmaq və hava limanlarında 300-dən çox istiqamətə aviabilet almaq üçün mübadilə etməyə imkan verən PASHA Bank Miles&Smiles Visa Platinum mil kartının bu kimi üstünlüklərini özündə cəmləşdirir. PAŞA Bankın premium biznes kartının digər üstünlüklərindən biri, kartın istifadəçiləri arasında ən çox tələb olunan xidmətlərdən biri olan və hava uçuşları tam bərpa olunduğu zaman, aktiv işgüzar turistlər üçün aktual olacaq Lounge Key1 şəbəkəsinin biznes zallarına pulsuz girişidir.

“PAŞA Bank olaraq müştərilərin biznes ehtiyaclarını ödəmək və ən yaxşı beynəlxalq təcrübəni tətbiq etmək üçün fərdi yanaşma sayəsində məhsul və xidmətlərimizin keyfiyyətini daim artırırıq, sahibkarlara bütün biznes problemlərini həll etməyə kömək edirik. Eyni yanaşmanı premium sinif kart məhsulu PASHA Bank Miles&Smiles Visa Business Platinumun hazırlanmasında istifadə etdik. Bu ödəmə vasitəsi, kart sahibi üçün geniş imkanlar açır və bununla da biznes xərclərini optimallaşdırmaq üçün əlverişli hesablaşma vasitəsi kimi istifadə olunmasına imkan verir, eyni zamanda PASHA Bank Miles&Smiles mil proqramından geniş imtiyaz və bonuslardan istifadə edir. Əminik ki, ölkənin iş adamları Azərbaycanın bank bazarında ilk dəfə olaraq PAŞA Bank tərəfindən təqdim olunan bu üstünlükləri layiqincə qiymətləndirəcəklər” – deyə, PAŞA Bankın İdarə Heyəti sədrinin müavini Cavid Quliyev vurğuladı.

“Sahibkarlığın dəstəklənməsi “Visa”-nın əsas qlobal prioritetlərindən biri olaraq qalır. Azərbaycan bazarının yeni məhsullara açıq olması bizi sevindirir və bu, bizi iş üçün daha rahat həllər təklif etməyə sövq edir. Müasir dünyada daimi dəyişikliklərə və yeni şərtlərə tez uyğunlaşmaq və çətinliklərə tez cavab vermək vacibdir. Yeni kart məhsulu PASHA Bank Miles&Smiles Visa Business kartın ölkə daxili xidmətlərə, məsələn taksi, poçt, ofis xərclərinə və s. endirimlərərin olması, sahibkarların gündəlik işlərin öhdəsindən asanlıqla gələ biləcək, strateji biznes inkişafına vaxt ayıracaqdır. Kartın digər bir vacib xüsusiyyəti, korporativ kartlardan sui-istifadədən sığortalanmaqdır2. Beləliklə, sahibkarlar və menecerlər təşkilatın xərclərini effektiv şəkildə idarə edə və bütün xərclərin şəffaflığına və hesabatlılığına arxayın ola bilərlər” – deyə, “Visa”-nın Qafqaz üzrə regional meneceri Kristina Doroş vurğuladı.

PASHA Bank Miles&Smiles Visa Business Platinum kartını 3 il müddətinə birdəfəlik ödənişi cəmi 100 AZN təşkil edir və əlavə olaraq 2000 welcome-milini əldə etmək imkanı verir. Müştərilər bu kartı hər il hissə-hissə 30 AZN ödəyərək də əldə edə bilər. Bu halda welcome-mili 500 mil təşkil edəcək.

PAŞA Bank Miles&Smiles Business Platinum kartını almağa və ilk sahiblərindən biri olmağa tələsin!

PASHA Bank Miles&Smiles Visa Business Platinum kartının mil imtiyazlarının tam siyahısı ilə tanış olmaq və kartı sifariş etmək üçün http://www.miles.pashabank.az/  saytına keçid almaq və ya *9123 və (012) 496 50 00 nömrələrinə müraciət etmək kifayətdir. Həmçinin PAŞA Bankın filiallarına müraciət edərək kartları sifariş edə bilərsiniz.

Visa biznes-kartları üçün bütün imtiyazların tam siyahısı Visa veb saytında mövcuddur, əlavə təkliflər ilə isə Visa-nın Kiçik Bizneslərə Dəstək Platformasında tanış olmaq mümkümdür.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə protokol tərtib olunub

posted in: Xəbər | 0

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə protokol tərtib olunub

sahibkarlıq subyektləriİqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olummasına nəzarət tədbirlərini davam etdirir.

28-30 avqust tarixlərində keçirilən monitorinqlər zamanı Qaradağ rayonunda “Mister şef kafe”də, “Vedi kafe”də, “Mavi dalğa kafesi”ndə, Aqil Alıyevə məxsus pərakəndə ticarət obyektində, Binəqədi rayonunda “Tuana geyim mağazası”nda, “24 saat market”də, “Nihad market”də, “Kafe Şah dağ”da, “Kafe karvan”da, “Kafe yaşıl bağ”da, “Star kafe”də, “Kafe gəl gör”də, Elçin Qaniyevə, Elnur Yusifliyə məxsus mağazalarda, Nəsimi rayonunda “Queen flovers gül mağazası”nda, “Kral ucuzluq kişi geyimləri mağazası”nda, “Vətən kafesi”ndə, “Zəngəzur kafesi”ndə, “Cəngavər kafe”də, “Parkur launge kafe”də, “Ada təpə restoran”da, “Turkuaz ailəvi restoran”da, “Qəbələ kafe”də, Sabunçu rayonunda “Uğur market”də, “Kafe qaqo”da, “Ləvləv kafe”də, Qasıməli Mustafayevə, Ağakərim Kərimova məxsus ərzaq mağazalarında, Pirallahı rayonunda “Yaşıl ada restoranı”nda, Xəzər rayonunda “Dükkan restoranı”nda, “Eldorado restoranı”nda, “Kafe tut”da, İmdad İskəndərova, Mehdi Əlizadəyə məxsus ərzaq mağazalarında, Xumar Hüseynovaya məxsus ərzaq mağazasında, “Buta Farm” MMC-yə məxsus “Aptek”də, Suraxanı rayonunda “PVC profil satışı mağazası”nda, “Qonaqlıq kafe”də, “Zığ kafesi”ndə, “Pub kafe”də, “Naxçıvan kafesi”ndə, Nizami rayonunda “Güvən santexnika mağazası”nda, “Tutto Bella mebel mağazası”nda, “Sərin restoranı”nda, “Qoşa bulaq çayxanası”nda, “Qəbələ ləzzət restoran”da, Nərimanov rayonunda “İstanbul market”də, “Montin kafesi”ndə, “Köz Tantuni” iaşə obyektində, Xətai rayonunda “Asif Market”də, “Nur market”də, “Gədəbəy mətbəxi” iaşə obyektində, “Orion kafesi”ndə, “Randevu çay evi”ndə, “Mirvari kafe”də, “Yağmur kafe”də, “Bizim ailəvi restoran”da, “Asiman restoran”da, Səbail rayonunda “Palma kafe”də, “Gourment restoran”da, “Şəki restoran”da, “Ulu Göyçə kafe”də, “Marsel kafe”də, “Taverna kafe”də, “Kafe Xızı dağları”nda, “Nori suşi bar”da, “Mugs coffee and food cafe”də, Yasamal rayonunda “Zebra kids” mağazasında, “Nur market”də, “Eylül kafe”də, “Pakdad kafe”də, “Eliza gözəllik salonu”nda, “DOKTA” MMC-yə məxsus “Aptek”də, Gəncə şəhərində “İdeal market”də, “Uğur market”də, “Azərin hədiyyələr mağazası”nda, “Maqnolia çay evi”ndə, “Narınc psixologiya mərkəzi”ndə, Sumqayıt şəhərində “Ledi-N-Modalar evi”ndə, Cavad Nəsirova məxsus “Şirniyyat evi”ndə, Xanəli Allahverənova məxsus mağazada, İlqar Bayramova məxsus iaşə obyektində, Mingəçevirdə Sənayə Sadıqovaya, Azər Əbilova, Rüxsarə Kazımovaya məxsus mağazalarda, Abşeron rayonunda “Hüseyn market”də, “Pizzaline kafe”də, Salyan rayonunda Abduləzim Kərimova, Səbinə Abbasovaya, İlqar Süleymanova məxsus mağazalarda, Masallı rayonunda “Oba market”də, Yunus Hüseynova məxsus mağazada, Cəlilabad rayonunda İlkin Əliyevə, Ruslan Əsədova məxsus mağazalarda, Bərdə rayonunda Bayram Cəfərova məxsus yanacaqdoldurma məntəqəsində, Sabir Qasımzadəyə, İqbal Zeynalova, Rafəddin Əliyevə, Ənvər Rəcəbova məxsus mağazalarda, Yevlax rayonunda “Orxan-Vüsal” MMC-yə məxsus yanacaqdoldurma məntəqəsində, Rafiq Məmmədova, Reyhan Həsənovaya, Samir Babazadəyə, Nəsimi Hüseynzadəyə məxsus mağazalarda, Göygöl rayonunda “Xanlar yurdu” kafesində, “Sevimli məkan ailəvi istirahət mərkəzi”ndə, Goranboy rayonunda “Maral oil yanacaq dolduma məntəqəsi”ndə, “Elit cehizlik mallar mağazası”nda, “Tac market”də, Elşad Muradova məxsus iaşə obyektində, Xaçmaz rayonunda “Şabran restoranı”nda, “Kafe Uyut”da, Allahqulu Vəlibəyova, Yaşar Məmmədova məxsus mağazalarda, ümumilikdə, nəzarət tədbirləri keçirilmiş 6.186 obyektin 412-də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər tərtib olunub.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

error: Content is protected !!