“Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxs yaradılır

posted in: Xəbər | 0

“Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxs yaradılır

Əməyin Mühafizəsi MərkəziƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin yaradılması istiqamətində işlər görülür.

Nazirlikdən verilən məlumata görə, mərkəz əmək hüquqları, əməyin mühafizəsi və əməyin təhlükəsizliyi sahəsində məsləhət xidmətləri verəcək.

Təlimlər, standart norma və qaydaların müəssisələrdə tətbiqi, sertifikasiya və inspeksiya nəzarətinin keçirilməsi, fərdi və kollektiv mühafizə vasitələrinin sertifikatlaşması, iş yerlərinin attestasiyası kimi xidmətlər də Mərkəzin fəaliyyət dairəsinə aid olacaq. “Əməyin Mühafizəsi Mərkəzi” xidmət çeşidlərinin artırılmasına və xidmətlərin təkmilləşdirilməsinə şərait yaradacaq.

Beynəlxalq Əmək Təşkilatının da rəyi alınmaqla Mərkəzin Nizamnaməsinin layihəsi hazırlanıb və təsdiq edilməsi istiqamətində işlər aparılır.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ödəniş xaricdəki bank hesabımızdan edildiyi halda qeyri-rezidentə ödənişdən ÖMV tutulmalıdır?

posted in: sual-cavab, Xəbər | 0

ÖMV, qeyri-rezidentÖdəniş xaricdəki bank hesabımızdan edildiyi halda qeyri-rezidentə ödənişdən ÖMV tutulmalıdır?

Sual: Azərbaycanın hüquqi şəxsi xaricdə tenderi udur. Xaricdəki işləri yerinə yetirmək üçün subpodratçı olaraq digər qeyri-rezidentlərlə müqavilə bağlayır. Vergi orqanına məlumat verərək həmin ölkənin istənilən bankında cari hesab açır. Görülmüş işlərə görə xaricdəki hesaba vəsait daxil olur, eyni zamanda subpodratçılara ödənişlər edilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 159.2 maddəsinə əsasən işlər respublika hüdudlarından kənarda olduğu üçün ƏDV-yə cəlb edilmirik, ümumi qaydada mənfəət vergisi ödəyirik. Bilmək istəyirik ki, işlər xaricdə görüldüyü üçün və subpodratçılara xarici bankdan ödəmələri həyata keçirəcəyiksə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 125.1.5 maddəsinə əsasən subpodratçı qeyri-rezidentlərdən ödəmə mənbəyində vergi (ÖMV) tutmalıyıqmı?

Cavab: Bildiririk ki, sorğunuzda qeyd edilən halda qeyri-rezident tərəfindən göstərilən xidmətlərin müqabilində ödənilməli olan vəsaitdən rezident müəssisə 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutmalıdır.

Eyni zamanda, işlərin görülməsi və xidmətlərin göstərilməsi Vergi Məcəlləsinin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyat sayılır. Məcəllənin 168-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir.

Əsas: Vergi Məcəlləsinin 125.1.5-ci, 159.2-ci, 167-ci və 168-ci maddələri.

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat exceldə – 4 faydalı üsul (4-cü hissə)

posted in: Excel, Xəbər | 0

Mühasibat exceldə – 4 faydalı üsul

4-cü hissə

3-cü üsulu bu linkə daxil olaraq oxuya bilərsiniz.

Excel-in işlək klavişlər dəsti, hansı ki, onlarsız keçinmək mümkün deyil

Bu, Excel-də uzlaşan klavişlərin tətbiqi işlərini sürətləndirir və məlumatların təhlilinə, qrafiklərin qurulmasına və cədvəlin formatlaşdırılmasına kömək edir.

  • F4 – formulu daxil edərkən, dəlil növlərini tənzimləyir (nisbi və qeydə alınmış). Son hərəkəti təkrarlamaq üçün istifadə olunur.
  • Shift+F2 – qeydləri redaktə etmək
  • Ctrl+; – cari tarixin daxil edilməsi (bəzi kompüterlər üçün Ctrl+Shift+4)
  • Ctrl+ʼ – cari dəyər üzərində olan özəyin əhəmiyyətinin kopyalanması (bəzi kompüterlər üçün Ctrl+Shift+2 kombinasiyası işləyir)
  • Alt+F8 – makros redaktorunun açılması
  • Alt+= – cari özəkdən yuxarıda və ya solda olan özəklərin diapozonlarının yekunu
  • Ctrl+Shift+4 – özəklərin pul formatını təyin edir
  • Ctrl+ Shift+7 – təyin edilmiş özəklərin diapozonlarının daxili sərhədinin qurulması
  • Ctrl+Shift+0 – özəklərin ümumi formatının təyin edilməsi
  • Ctrl+Shift+F – bu kombinasiya özəklərin formatlaşdırılmasından ötrü dialoq pəncərəsini açır
  • Ctrl+Shift+L – filtrin açılması/bağlanması
  • Ctrl+S – faylın yaddaşda saxlanılması (qiymətli məlumatların itirilməməsindən ötrü onu tez-tez yaddaşa vermək lazımdır)

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Private Banking müştəriləri üçün xüsusi təklif!

posted in: Bank, Xəbər | 0

Private Banking müştəriləri üçün xüsusi təklif!

 

Sərfəli və etibarlı kapital yatırımı barədə düşünürsünüz?

Bu halda PAŞA Kapitalın xüsusi olaraq hazırladığı təklifdən yararlana bilərsiniz.

PAŞA Kapitala təzə qoşulan PAŞA Private Banking müştəriləri üçün istiqraz və kapital ticarəti komissiyası 50%-ə endirilib. Komissiyanın minimal məbləği 50 ABŞ dolları təşkil edir.

Kampaniyanın keçirilmə müddəti: 01.09.2020-01.12.2020.

PAŞA Private Banking – Sizin etibarlı tərəfdaşınız!

Bizimlə əlaqə: (012) 464 05 55

https://www.pashaprivate.az/


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun