İşçilərin nahar fasiləsi necə müəyyən edilir?

posted in: Xəbər | 0

İşçilərin nahar fasiləsi necə müəyyən edilir?

nahar fasiləsiAyrı-ayrı müəssisə və təşkilatlarda nahar vaxtının müddəti, saatları, intervalı kimi məsələlər sual doğurur. Mövzunu sərbəst auditor Altay Cəfərov aydınlaşdırır.

Bu məsələ ilə bağlı ortaya çıxan suallara cavab tapmaq üçün Əmək Məcəlləsinin “İstirahət və nahar üçün fasilə” adlanan 103-cü maddəsinə nəzər yetirmək lazımdır. Maddənin müddəalarını sadə və qısa şəkildə aşağıdakı kimi xülasə etmək olar:

  • İş günü ərzində fasilə təkcə nahar etmək üçün yox, həm də istirahət etmək üçün verilir. Yəni həmin müddətdə işçi nahar da edə bilər, istirahət də edə bilər, bu vaxtdan başqa məqsədlə də istifadə edə bilər.
  • Bu fasilənin vaxtı əmək müqaviləsi və ya kollektiv müqavilədə göstərilməlidir. Eləcə də bu müqavilələrdə konkret müəssisədaxili intizam qaydalarına, növbə cədvəllərinə istinad yazılmalıdır və işçi bu intizam qaydaları, növbə cədvəlləri ilə tanış olmalıdır ki, fasilənin vaxtı haqqında məlumatlı olsun.
  • Ardıcıl iş günlərində nahar fasiləsinin başlanma vaxtı fərqli ola bilər. Amma fərq 12 saatdan az olmamalıdır.
  • İstirahət və nahar fasiləsi müəyyənləşdirilmiş gündəlik 8 saat iş vaxtına daxil deyildir.
  • Fasilə müddəti fərqli ola bilər.

Deyilənləri konkretləşdirmək üçün misallara baxaq.

Misal 1: “AA” MMC-nin daxili intizam qaydalarına görə nahar fasiləsinin başlama vaxtı 13.00-dan 14.00-a qədərdir. Bir işçi ilə bağlanmış əmək müqaviləsində nahar fasiləsinin vaxtı 13.00-dan 14.00-a kimi yazılıb. Başqa bir işçi ilə bağlanımış müqavilədə isə bu müddət 12.00-dan 14.00-a kimi yazılıb.

Bundan əlavə, üçüncü bir işçi ilə bağlanmış müqavilədə nahar fasiləsinin müddəti tək günlərdə 13.00-14.00-a, cüt günlərdə 14.00-dan 15.00-a kimi yazıb. Yeni işə qəbul olunan işçi ilə müqavilədə konkret nahar fasiləsinin başlanma və başa çatma tarixləri isə yazılmayıb.

Bu halda, “AA” MMC-nin bağladığı bu əmək müqavilələrində nahar fasiləsi ilə bağlı müddəalar nə dərəcədə düzgündür?

– Birinci işçi ilə müqavilədə fasilə müddəti konkret yazılıb və müqavilədə daxili qaydalara tam riayət olunub.

– İkinci müqavilədə müddət iki saat kimi yazılıb ki, bu da düzgündür. Çünki Əmək Məcəlləsində nahar fasiləsinin müddəti haqqında konkret tələb yoxdur. Amma təcrübi olaraq işin davamlılığının pozulmaması məqsədilə nahar fasilələrinin müddəti, adətən, bir saatdan az, iki saatdan çox olmur.

– Üçüncü işçi üçün həftənin günləri ərzində fərqli nahar fasiləsi vaxtlarının müəyyənləşdirilməsi də düzgündür. Daxili nizam-intizam qaydalarında nahar vaxtı 13.00-14.00-a kimi olsa da, əmək müqaviləsində fərqli müddətlər yazıla bilər: əmək müqaviləsi daha üstündür. Burada bir şey də nəzərə alınmalıdır ki, birinci günün nahar fasiləsi ilə növbəti günün nahar fasiləsi arasında müddət 20 saatdan çoxdur.

– Dördüncü işçinin müqaviləsində müddət yazılmadığına görə sənədləşmə düzgün aparılmayıb. Düzgünlük naminə müqavilənin həmin hissəsində ən azı istinad kimi MMC-nin daxili nizam-intizam qaydaları yazılmalıdır və işçi həmin qaydalarla tanış olmalıdır.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Uçotda olmayan fiziki şəxslərdən malların alışı zamanı sənədləşmə prosedurları

posted in: Vergi, Xəbər | 0

Ezamiyyə xərclərinin hesablanmasıVergi ödəyiciləri tərəfindən vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışı “Malların alış aktı” ilə sənədləşdirilməli və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin PİN-i, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilməlidir.

Vergi Məcəlləsində edilmiş və 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Bununla yanaşı, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən vergi ödəyicisi tərəfindən elektron alış aktı tərtib edilməklə çap edilib vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanması təmin edildiyi halda, həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Alış aktının elektron qaydada tərtib edilməsi üçün proqram təminatından istifadə qaydaları barədə məlumat əldə edilməsi üçün aidiyyəti üzrə qeydiyyat vergi orqanına və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilə bilər.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Rayonlara gediş-gəliş açılır

posted in: Xəbər | 0

Rayonlara gediş-gəliş açılır

Rayonlara gediş-gəlişNazirlər Kabineti yanında Operativ Qərargah yeni qərar qəbul edib.

Qərara əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəliş ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər aradan qaldırılır (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla).

Qərar sentyabrın 8-i saat 00:00-dan qüvvəyə minəcək.

Qeyd edək ki, bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı açıqlamada bildirilib ki, Azərbaycan Respublikasında xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində və vətəndaşların məsuliyyətli davranışı sayəsində koronavirus (COVID -19) infeksiyasının yayılması məhdudlaşdırılmış, yoluxma hallarının sayında azalmaya nail olunub:

“Avqustun 5-dən başlayaraq sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi məhdudiyyətlər aradan qaldırılmış və yumşalmalar təmin edilmişdir.

Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il sentyabrın 8-i saat 00:00-dan aşağıdakı sahələr üzrə əlavə yumşalma tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır:

– Müvafiq karantin qaydalarına riayət olunmaqla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarına uyğun olaraq saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə verilir.

Mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək və virusa yeni yoluxma hallarına yol verməmək üçün bir daha hamını tətbiq olunmuş karantin rejiminin tələblərinə, tibbi-profilaktik qaydalara əməl etməyə çağırırıq”.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Meri Harris Smit – dünyada ilk qadın mühasib

posted in: Xəbər | 0

Meri Harris Smit – dünyada ilk qadın mühasib

Meri Harris qadın mühasibBu gün heç kimin ağlına belə gəlməz ki, mühasib – qadın peşəsi deyil. Həqiqətən, mühasibatlıqda kişilərə elə də tez-tez rast gəlinmir. Qarışıq sahələrdə – maliyyə, vergitutma, auditdə – onların sayı daha çoxdur. Lakin, heç də həmişə belə olmayıb. Ötən əsrin əvvəllərinə kimi mühasibatlıq sırf  kişi məşğuliyyəti olub. Və əgər bəzi qadınlar xüsusi israrçılıq və inadkarlıq nümayiş etdirməsəydilər, ola bilsin ki, şirkətlərdə maliyyə işləri indiyə kimi kişilərin əlində qala bilərdi.  Qadınlar isə kağızları bir-birinin üzərinə qalaqlamaq və ilkin sənədləri toplamaqla,  mühasibatlıqda ikinci rolları oynamaqda davam edərdilər. Peşəkar mühasib attestatını ilk qadın 1920-ci ildə alıb. Onun adı Meri Harris Smit olub. Attestata doğru gedən yol ondan ötrü heç də asan olmayıb.

Meri Harris Smit Kinqslenddə Londonda, 1844-cü ildə Syuzanna və Henri Smitlərin ailəsində anadan olub. Onda mühasibat uçotuna maraq bank işçisi olan atasının mühasibatlıqla bağlı evinə gətirdiyi sənədlərlə tanışlıqdan sonra yaranmışdı. Belə ki, Meri bu işlərdə atasına kömək etməyə başlamışdı. On altı yaşı olanda, 1860-cı ildə o, qadınların məşğulluğunun təşviqi cəmiyyətinin təşkil etdiyi ilk mühasibat kurslarında mühasibat uçotunun əsaslarını öyrənməyə başlamışdı.  19-cu əsrin ortalarından başlayaraq qadınlardan mühasibatlıqda köməkçi kimi istifadə olunmasına başlanılmışdı. Onlara sənədlərin müqayisəsi, arifmetik hesablamalar və ilkin məlumatların qeydiyyatı kimi sadə gündəlik işlər tapşırılırdı.

1887-ci ildə Meri özünün “M.Harris Smit, mühasib və auditor ” şəxsi mühasibatlıq firmasını təsis edir.  Eyni zamanda, o, həmin vaxt həm də dünyanın ilk peşəkar mühasiblər birliyinə – İngiltərə və Uelsdə peşəkar mühasiblər İnstitutuna (ICAEW) üzvlük üçün ərizə ilə müraciət etdi. Lakin, ICAEW-ın prezidenti onun ərizəsini qəbul etmədi. 1891-ci ildə o, yenidən buna cəhd edir və təkrarən uğursuzluqla üzləşir. 1919-cu ildə Böyük Britaniyada  “Cins əsasında diskvalifikasiya haqqında” qanun qəbul olundu və Meri sözügedən quruma daha bir ərizə ilə müraciət etdi. Meri ixtisas imtahanları vermədiyinə görə onu fəxri üzvlüyə qəbul edirlər. Bütün hallarda o, nəhayət ki, diplom əldə edə bilir. Bu hadisə yeri gəlmişkən, düz 100 il bundan əvvəl – 1920-ci ilin may ayında baş vermişdi. Bütün hallarda Meri Harris ICAEW-in həqiqi üzvü oldu və o, dünyada ilk diplomlu qadın mühasib kimi tarixə düşdü. Həmin vaxt onun artıq 72 yaşı var idi.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun