Əmtəəsiz əməliyyat nədir?

posted in: sual-cavab, Xəbər | 0

Əmtəəsiz əməliyyatƏmtəəsiz əməliyyat nədir?

Sual: Vergi Məcəlləsinin 109.9-cu maddəsini xahiş edirəm ki, misallarla izah edəsiniz. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Əsasəndə “və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır” hissəsini.

Cavab: 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə “əmtəəsiz əməliyyat” və “riskli vergi ödəyicisi” anlayışları gətirilmişdir. Belə ki, vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar əmtəəsiz əməliyyat sayılır. Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır.

Nazirlər Kabineti tərəfindən müvafiq meyarlar təsdiq edildikdən sonra riskli vergi ödəyicisinin meyarları, habelə vergi ödəyicisinin riskli vergi ödəyicisi olması və riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmə mexanizmləri barədə ətraflı məlumat veriləcəkdir.

Vergi Məcəlləsinin 14-cü maddəsi ilə həmin qiymətlərin bazar qiymətinə əsasən hesablanması, 67-ci maddəsi ilə isə, vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablaması nəzərdə tutulur.

Əsas: Vergi Məcəlləsinin 13.2.81-ci, 13.2.82-ci maddələri.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibat exceldə – 4 faydalı üsul (1-ci üsul)

posted in: Excel, Xəbər | 0

Mühasibat exceldə – 4 faydalı üsul

1-ci üsul

Hazırda təşkilatların bütün şöbələri tərəfindən hazırlanan müxtəlif hesabatların sayı daim artır. Çox vaxt müəssisələr hesabatların avtomatlaşdırılmasını müxtəlif proqram məhsulları əsasında (SAP, 1C, İntalev və s.) həyata keçirirlər. Lakin, hətta sistemin “avtomatlaşdırıldığı” təşkilatlarda belə Excel-siz keçinmək mümkün deyil.

Belə ki, avtomatlaşdırılmada istifadə olunan proqram məhsullarında hesabatlar ümumi prinsiplərə əsaslanır, hər bir müəssisə isə – özlüyündə unikaldır, xüsusi proqram məhsullarında bütün hesabatları unifikasiya etmək (vahid şəklə salmaq) çox mürəkkəb bir işdir, bəzi vaxtlarda isə bunu, ümumiyyətlə, etmək mümkün deyil. Və belə hallarda Excel elektron cədvəlləri köməyə çatır. Bu cədvəllər yüklənmiş 1C proqramı əsasında hesabatları lazımi formada emal etməyə, məlumatları təqdim etməyə imkan verir, bəzi vaxtlarda isə idarəetmə və digər hesabatlılıq üçün ümumiyyətlə, başlıca proqram kimi xidmət edirlər.

Excel proqramı Microsoft Office baza paketləri arasında ən çox tələb olunan proqramlardan biri hesab olunur. Satış üzrə menecer cədvəldən istifadə etməklə müştərilərlə işi sistemləşdirir. Katibə bütün lokal normativ aktların, korrrespondensiyanın uçotunu aparır və ya istehsalat müşavirələri üçün diaqramları hazırlayır. İqtisadçı ilkin məlumatları emal edir və şirkətin iş göstəricilərini hesablayır. Elektron cədvəllər – bunlar müxtəlif fəaliyyət istiqamətləri üzrə fərqli xidmətlər əməkdaşları tərəfindən istifadə olunan ən populyar proqramlardır.

Bunlar, əgər onların üzərinə planlaşdırma və idarəetmə uçotu ilə bağlı funksiyalar qoyulubsa, maliyyə-iqtisadiyyat şöbələri və mühasibatlıq üçün xüsusilə faydalı proqramlardır.  Mühasib üçün Excel proqramı, məlumatları həm emal etməyə, həm də bir neçə fayldan məlumatları bir faylda birləşdirməyə imkan verir. Ayrıca cədvəllər yaratmaqla və ya mənbə cədvəlindəki məlumatları gizlətməklə, lazımi məlumatı seçməyə imkan verir.  Tələb olunan əlamətlər üzrə mövcud məlumatları sistemləşdirməyə və yekun vurmağa imkan yaradır.

Bu ya digər formada Excel-də mühasibat uçotu üsulları, məlumatlarla iş sürətini artıra biləcək bir sıra faydalı metodlar tətbiq etsəniz, məlumatlarla işləmək daha asan və sürətli alınacaq.  Tərəfimizdən hazırlanan nümunələrin bir mühasib üçün necə faydalı ola biləcəyini öyrənin.  Mühasiblərin işləməsi hazırladığımız Excel məşğələləri onlardan ötrü təkcə faydalı olmayacaq, həm də bir zərururiyyət kəsb edəcək.

1-ci üsul
Təqvim günlərinin hesablanması
 

Excel hətta təqvim günlərinin hesablanması kimi ən sadə işləri yerinə yetirmək üçün belə əvəzolunmaz köməkçidir. Faizləri, penyaları, dəbbə pulu, kredit və bu kimi şeyləri hesablamaqdan ötrü mühasibə bu və ya digər dövrdə neçə gün olduğunun dəqiq sayını bilmək çox zəruridir.

Əgər, bu kiçik bir dövrü əhatə edirsə, onu təqvimdən istifadə etməklə də hesablamaq olar, lakin, daimi hesablamalar üçün bu elə də rahat format deyil. Belə hallarda Excel mühasibin köməyinə çatır.

Bu hesablamanı aparmaqdan ötrü cədvəldə üç boş özək ayırmaq zəruridir. Onlardan birinə ilkin tarix, ikinciyə son tarix yazılır, üçüncü isə nəticələri əldə etməkdən ötrü boş saxlanılır.

Tövsiyə: klaviaturanın rəqəmlər hissəsində tarixi belə yığın: 12/10/2016. Proqram özü həmin məlumatları bu formaya – 12.10.2016 – salacaq.

Sonra üçüncü özəyi götürürük və “Funksiyanı qoymaq”ın üzərinə basırıq, siz onu bu işarə ¶x altında tapa bilərsiniz. Üzərinə basdıqdan sonra “Master funksii” pəncərəsi açılacaq. “Kateqoriya” siyahısından “Tarix və vaxt”ı seçirik, “Funksiya” siyahısından isə “360 günü”  seçirik və Ok düyməsini basırıq. Peyda olan pəncərəyə başlanğıc və son tarixin dəyərini qoyuruq.  Bunu etmək üçün sadəcə bu tarixlərlə cədvəldəki özəklərin üzərinə basın, “Metod” sətrinə isə bir rəqəmini qoyub, Ok-in üzərinə basın. Əgər yekun rəqəm formasında əks olunmasa, onda özəyin formatını yoxlamaq lazımdır: mausun sağ düyməsini basırsınız və menyudan “Özək formatı”nı seçirsiniz, oradan “Rəqəm formatını” qoyursunuz və Ok-in üzərinə bazırsınız.

Burada həm də günlərin hesablanmasını bu cür də həyata keçirmək olar: üçüncü özəkdə belə yığırsınız = Günlər 360 (B1;B2; 1). Mötərizədə tarixlə bağlı ilk iki özəyin koordinatını göstərmək vacibdir, metod üçün isə vahidin dəyərini qoyursunuz. Həftə ərzində faizlərin hesablanması üçün əldə olunan günləri 7-ə bölmək olar.

Həmçinin günlə bağlı tarixə istənilən sayda günləri həm əlavə etmək, həm də çıxmaq olar. Bundan ötrü bir özəkdə tarix yazılır, ikinciyə isə bərabərlik işarəsi yerləşdirilir, sonra tarixlə bağlı özəyin üzərinə basılır və “+” və ya “-” və tələb olunan günlərin sayı  yığılır.


Mühasibat exceldə – 4 faydalı üsul (2-ci üsul)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Professor Y.V. Sokolovun mühasiblər üçün təlimatları (7-ci hissə)

posted in: Xəbər | 0

mühasiblərProfessor Y.V. Sokolovun mühasiblər üçün təlimatları

7-ci hissə

Məqalənin 6-cı hissəsini buradan oxuya bilərsiniz

Mühasibatlığa və mühasiblərə sevgi

Professor Yaroslav Vasilyeviç Sokolov (1938-2010-cu illər) mühasibat uçotunu və mühasibləri çox sevirdi. “Sevgi – necə gözəl səslənməsinə baxmayaraq, olduqca qeyri-müəyyən sözdür”, – Sokolov yazırdı.

Skeptisizm anlayışını “Fəlsəfi ensiklopdik lüğət” belə müyyən edib: “Skeptisizm” (yunan dilində, baxan, tədqiqat aparan deməkdir) – e.ə. 4-cü əsrin sonlarında Elidadan olan Pirron tərəfindən əsası qoyulan qədim yunan fəlsəfə istiqamətidir. Hissiyyat orqanlarının dəlillərinə əsaslanan biliyin etibarsızlığı barədə Demokrit təlimlərindən uzaqlaşan, skeptiklər Diogen Laertiusun fikrincə, etibarlı bilik əldə etmə imkanı vermirdilər və davranış normalarının rasional əsaslandırılmasının mümkünlüyünə inanmırdılar. …Görünüşləri həqiqətin yeganə meyarı elan edən skeptiklər, digər istiqamətlərin bütün filosoflarına doqmatistlər kimi baxır və onları axmaq hesab edirdilər”.

N.M. Novoselskidə qlobal məsələsi ondan ibarət idi ki, “biz işin gedişində aldığımız göstəricilərin obyektiv xarakteri ilə məşğul oluruq, yoxsa onlar bizim fantaziyamızın bu və ya digər dərəcədə meyvəsidir”. N.M. Novoselskiy sonuncu fikrə meyillənirdi. O, “iddia edirdi ki, statistika və onun idrak metodları öz-özlüyündə dərk edilən dünyadan müstəqil şəkildə mövcuddur. Ustadın bu iddiası onun qlobal skeptisizmini müəyyən etdi”.

“Novoselskiy səmimiyyətlə inanırdı ki, “düşüncəni həqiqət axtarışında istifadə etmək, tamamilə mümkün olmayan bir işi ona həvalə etmək deməkdir” (A. Frans), dərhal yeni bir sual yarandı: praktiki vəzifələri həll edərək, statistika necə hərəkət etməlidir? N.M. Novoselskiy sadə cavab verirdi: bu və ya digər maraqlı qrupların xeyrinə qaçılmaz olan hər hansı bir qərarın indekslərdə çəkilərin əvəz edilməsi deyil, elmdə və həyatda ehkamçıların “heyvan imanının” məhv edilməsi ilə aradan qaldırılması lazımdır. Bütün sosial-iqtisadi prosesləri öyrənərkən həmişə belə etmək lazımdır. Statistikanın reallığı [və onun bir hissəsi kimi çıxış etdiyi mühasibat uçotu] – şərti simvolların dəsti ilə təqdim olunan xəyali bir dünya, statistikanın öyrənilməsi isə onları oxumaq və ən müxtəlif formalarda özünü büruzə verənləri anlamaq bacarığından ibarətdir”.

Novoselskiy, “statistik metodologiyanın şərtliliyini və bunun nəticəsi olaraq, hamının və ya demək olar ki, bütün statistik göstəricilərin nisbiliyini etiraf edərək, hesab edirdi ki, statistika yalnız kommunikasiyanın deyil, həm də anlayışın dili deməkdir. Bir tərəfdən, heç bir anlaşma olmadan statistika yoxdur, digər tərəfdən – tam anlaşma da mümkün deyil: biz hər zaman dərinliklərə varırıq, amma çox nadir hallarda həqiqətə çatırıq”.

Və budur, statistika ilə mühasibat uçotu, müəlliminin əqidəsi, Britaniya uçot məktəbi, qədim yunan skeptiklərinin baxışları və müasirliyi arasında qırılmaz əlaqəni vurğulayaraq, Y. V. Sokolov qeyd etmişdir: “İkinci Dünya müharibəsindən sonra İngiltərədə mühasibat konsepsiyası doğuldu – True and Fair View –  etibarlı və vicdanlı baxış. “Etibarlı” sözü bu o deməkdir: doğru deyil, lakin mümkün olan ən az risk şəraitində təsirli bir qərar vermək üçün kifayətdir. İkinci “vicdanlı” terminidir, birincisindən daha vacibdir, çünki vicdanlı bir statistik [və mühasib] olmadan etibarlı statistika [və mühasibatlıq] yoxdur və ola da bilməz”.


Professor Y.V. Sokolovun mühasiblər üçün təlimatları (8-ci hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Excel-də tarix və saat funksiyaları

posted in: Excel, Xəbər | 0

Excel-də tarix və saat funksiyaları.

Excel-də tarix və saatla işləmək üçün bir çox faydalı funksiya mövcuddur. Bu yazımızda aşağıdakı funksiyalar haqqında məlumat verməyə çalışacağam:

  • TODAY və NOW funksiyaları;
  • HOURMINUTESECOND funksiyaları;
  • YEARMONTHDAY funksiyaları.
  • DATE funksiyası.
TODAY və NOW funksiyaları

TODAY funksiyası faylın açıldığı hər bir tarixdə o günə olan tarixi göstərir. Hər hansı bir xanaya =TODAY() yazsaq, fayl hər açıldıqda, o günə olan tarixi göstərəcək.

Bu günə olan tarixi göstərmənin ən qısa yolu Ctrl+; shortcut-ıdır. Amma belə olan halda, shortcut ilə yazsaq, TODAY funksiyasında olduğu kimi, günlər keçdikcə tarix yenilənməyəcək.

NOW funksiyası isə, TODAY funksiyası ilə tək bir fərq istisna olmaqla eynidir. TODAY funksiyası sadəcə tarixi verdiyi halda, NOW funksiyası tarixlə birgə saatı da göstərir. İstifadə qaydaları aşağıdakı kimidir.

Date and Time functions - 1

NOW funksiyasına xas bir xüsusiyyət də ondan ibarətdir ki, hər hansı bir xanaya hər hansı bir məlumat daxil etdiyimizdə, və ya hər hansı bir məlumatı dəyişdirdiyimizdə, NOW funksiyası yazılan xana da avtomatik yenilənəcəkdir. Əlavədəki faylı endirib bunun şahidi ola bilərsiniz.

HOUR, MINUTE, SECOND funksiyaları

Adından da aydın olduğu kimi, saat formatlı xanaları komponentlərinə ayırmağa yardım edən funksiyalardır. C2 xanasına hər hansı bir saat daxil etdikdə, onu saat, dəqiqə və saniyələrinə adıkeçən funksiyalar ilə bölə bilərik.

Date and Time functions - 2

YEAR, MONTH, DAY funksiyaları
Bu funksiyalar da, bundan öncəkilər kimi çox sadə və anlaşıqlıdır. Hər hansı bir tarix formatlı xananı il, ay və gün olaraq komponentlərinə ayırmağa yardım edən funksiyalardır. Saat funksiyaları ilə eyni məntiqdə işləyirlər.

Date and Time functions - 3

DATE funksiyası
DATE funksiyası isə YEARMONTH və DAY funksiyalarının tam tərsidir. Yəni, adıçəkilən 3 funksiya bir tarixi 3 kompenentinə ayırırsa, DATE funksiyası, ayrı-ayrılıqda olan 3 komponenti bir yerə yığmaya yarayır. Fərz etsək ki, il, ay və gün 3 fərqli xanada yerləşir, o zaman DATE funksiyası ilə onları birləşdirib tarix əldə edə bilərik.

Date and Time functions - 4

Sintaksı gördüyümüz kimi, çox sadədir. Öncə il, sonra ay, sonda isə gün funksiyanın içinə daxil edilir.

DATE funksiyası əsasən ödəmə qrafiklərinin tərtib olunması, işçilərin iş stajlarının hesablanması, investisiya layihələrinin qiymətləndirilməsi və ölçülməsi zamanı daha sıx istifadə olunur.

Formullar olan faylı əlavədən endirə bilərisiniz.

Uğurlar!

Faylı yükləyin:  Tarix və Saat funksiyaları (963 downloads )

Müəllif: Elçin Xəlilov


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun