BirBank-dan Visa kartları ilə 25 manat qazanmaq kampaniyasının müddəti uzadıldı

posted in: Bank, Xəbər | 0

BirbankBirBank-dan Visa kartları ilə 25 manat qazanmaq kampaniyasının müddəti uzadıldı.

Xəbər verdiyimiz kimi, Kapital Bank-ın 1 milyondan artıq yüklənən, ölkənin ən məşhur tətbiqi olan BirBank mobil tətbiqində Kapital Bank-ın Visa kartları ilə ödəniş edərək, keşbek qazanmaq mümkün olub. Bu aksiya Kapital Bank-ın Visa International şirkəti ilə tərəfdaşlığı çərçivəsində təqdim olunub.

10 avqust tarixində bitən kampaniyanın müddəti 10 sentyabr 2020-ci il tarixinədək uzadılıb. Şərtlərə görə, Visa kartları ilə hər biri minimum 5 manat olmaqla 10 ədəd təmassız ödəniş edən müştərilər 25 manat keşbek qazana bilirlər. Kampaniya müddətində hər Visa kart sahibi ay ərzində 1 dəfə kampaniyadan yararlanıb, qeyd olunan məbləği qazana bilər.

Qeyd edək ki, Android istifadəçiləri Kapital Bank-ın BirBank mobil əlavəsi vasitəsilə NFC ödənişlər üçün hər hansı bir Kapital Bank-ın Visa kartını təyin edib, telefonu POS terminala yaxınlaşdırıb, ödəniş edə bilərlər.

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 1 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, yerinde digital kartın aktivləşdirilməsi, NFC odənişlər, bonuslarin toplanılması və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Exceldə WORKDAY funksiyası

posted in: Excel, Xəbər | 0

Exceldə WORKDAY funksiyası

Fərz edək ki, hər hansı bir layihənin başlanğıc tarixini və layihənin müddətini bilir, lakin layihənin dəqiq bitəcəyi tarixi hesablamaq istəyirik. Layihənin müddəti bir çox halda iş gününə əsasən hesablandığı üçün, adi qaydada “başlanğıc tarixi + gün sayı = bitiş tarixi” olaraq hesablaya bilməyəcəyik, çünki şənbə və bazar günlərinin aradan çıxarılması lazımdır.

Və yaxud gün əsası işləyən işçilərə son ödəmə tarixinin müəyyən edilməsi zamanı da eyni problemlə qarşılaşılacaqdır. Bütün bu çətinliklərin öhdəsindən gəlmədə WORKDAY funksiyası əvəzsiz rol oynamaqdadır. Etməli olduğumuz isə çox bəsitdir.

22 yanvar 2015-ci il tarixdə başlayan və 34 gün davam edəcək olan layihəmiz varsa, layihənin bitiş tarixini aşağıdakı kimi hesablaya bilərik.

Workdays - 1

WORKDAY funksiyasının içinə layihənin başlanğıc tarixini (start_date) və layihənin müddətini (days)daxil etdikdən sonra işimiz bitmiş sayılacaq. Funksiya bizə layihənin bitməli olduğu tarixi göstərəcəkdir. Fikir versək görərik ki, adi qaydada Start date + Days etsəydik, nəticə 11 Mart yox, 25 Fevral olacaqdı, çünki hesablamaya həftə sonları da daxil edilmiş olacaqdı. WORKDAY funksiyası isə ancaq iş günlərini hesablayıb daha dəqiq nəticə verir.

Funksiyaya xas bir digər xüsusiyyət isə onun 3-cü komponenti olan bayram günlərinin (holidays) daxil edilməsidir. Bu nə işə yarayır?

Bayram günləri üçün əlavə bir siyahı tərtib edilir və funksiyanın üçüncü komponenti olması səbəbilə bayramlar yer alan tarixlərin olduğu ümumi aralığa istinad verilir. Bayramlardan savayı, qeyri-iş günlərinin siyahısı olsa daha dəqiq olar. Adıkeçən siyahı hər il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən istehsalat təqvimi adı altında dərc edilir.

Fərz edək ki, 2015-ci ilin qeyri-iş günləri aşağıdakı tarixlərə təsadüf edir.

Workdays - 2

Bu aralıqdakı tarixləri funksiyamıza daxil etdikdən sonra, funksiya son halını almış və yekun nəticənin hesablanmasında həftə sonları ilə birgə bütün qeyri-iş günləri də nəzərə alınmış olacaqdır.

Workdays - 3

İnsan resursları sahəsində çalışan peşəkarlar da bu funksiyanın nə qədər faydalı olduğunu müşahidə edəcəkdir.

Funksiya ilə daha yaxından tanış olmaq üçün əlavədəki faylı endirə bilərsiniz.

Faylı yükləyin:  Workday funksiyası (956 downloads )

Mənbə: Elçin Xəlilov

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

trendyol.com-da PAŞA Bank VISA kart sahibləri üçün endirim kampaniyası başladı

posted in: Bank, Xəbər | 0

trendyol.com-da PAŞA Bank VISA kart sahibləri üçün endirim kampaniyası başladı

Onlayn alış-veriş sevənlərə şad xəbər!

Ölkəmizdə də kifayət qədər ziyarətçiyə malik, Türkiyənin məşhur onlayn alış-veriş saytlarından biri olan trendyol.com-da PAŞA Bank VISA kart sahibləri üçün endirim kampaniyası başladı.

Dəbli geyim, ayaqqabı, aksesuarlardan tutmuş elektronikaya qədər yüzlərlə məhsulu almaq indi daha sərfəlidir.

PAŞA Bank VISA kartları ilə trendyol.com saytından 600 TL və daha çox məbləğdə alış-veriş edin və 60 TL endirim qazanın.

Qısa müddət davam edən kampaniyadan yararlanmağa tələsin! Kampaniya 5 oktyabr 2020-ci il tarixinədək keçərlidir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda xeyriyyəçiliklə bağlı qanun layihəsi hazırlanacaq

posted in: Xəbər | 0

Azərbaycanda xeyriyyəçilik ilə bağlı qanun layihəsi hazırlanacaq

xeyriyyəçilik“Milli Məclisin payız sessiyasında “Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun layihəsini hazırlamağı düşünürük”.

Bunu açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O qeyd edib ki, xeyriyyəçilik fəaliyyəti çox vacib bir sahədir:

“Xüsusilə də Heydər Əliyev Fondunun bu sahədə kifayət qədər təcrübəsi var. Biz bunun qanunvericilik əsaslarını da yarada bilərik”.

M.Quliyev bildirib ki, yeni qanun layihəsinin hazırlanması üçün işçi qrup yaradılacaq: “Həmin işçi qrup tərəfindən dünya təcrübəsi öyrəniləcək. Qanun layihəsində xeyriyyəçiliyin təbliğ olunması, stimullaşdırılması, xeyriyyəçilik fəaliyyəti göstərən özəl qurumlara müəyyən vergi güzəştlərinin, imtiyazlarının verilməsi kimi məsələlər nəzərdə tutula bilər”.

Komitə sədri qeyd edib ki, sessiya çərçivəsində həmçinin “Turizm haqqında” qanun layihəsinin üzərində də işlər aparılacaq.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun