Daha çox8
Daha çox8

NETWORKDAYS funksiyası – 2 tarix arasındakı iş günlərinin sayı

posted in: Excel, muhasibat, Xəbər | 0

NETWORKDAYS funksiyası – 2 tarix arasındakı iş günlərinin sayı

HR və ya əmək haqqı üzrə mühasib sahəsində çalışırsınızsa, hər ayın sonunda işçilərə əmək haqqı hesablayarkən həmin aya aid iş günlərinin sayını bilməlisiniz. Bütün mühasibatlıq proqramları bunu avtomatik hesablayır, lakin eyni əməliyyatı Excel-də biz özümüz də həyata keçirə bilərik. Bunun üçün NETWORKDAYS funksiyasından istifadə edəcəyik.

Hesab edək ki, aşağıdakı bu 2 tarix arasındakı iş günlərinin sayını bilmək istəyirik.

NETWORKDAYS - 1

Funksiyanı yazıb, daha sonra isə izahını verməyə çalışacağam.

NETWORKDAYS - 2

Görüldüyü kimi, funksiya 3 hissədən ibarətdir:

Start date – dövrün əvvəllinə olan tarix

End date – dövrün sonuna olan tarix

Holidays – həmin dövrü əhatə edən bayram/qeyri-iş günləri olan siyahı. Bu siyahı hər il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən istehsalat təqvimi adı altında dərc edilir.

Funksiyanın 3-cü komponenti olan Holidays ixtiyaridir, yəni ora hər hansı bir aralıq yazılmasa da olar, amma nəticənin tam dəqiq olması üçün (xüsusilə əmək haqqı hesablandığı zaman) istifadə edilməsi mütləq tövsiyyə edilir.

Hesablamaların olduğu faylı əlavədən endirə bilərsiniz.

Faylı yükləyin:  Networkdays Funksiyası (887 downloads )

Müəllif: Elçin Xəlilov


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Almaniyanın vergi sistemi, formalaşması və inkişafı (6-cı hissə)

posted in: Xəbər | 0

vergi sistemiAlmaniyanın vergi sistemi, formalaşması və inkişafı

6-cı hissə

Məqalənin 5-ci hissəsini buradan oxuya bilərsiniz

Almaniya Federativ Respublikası bir dövlət kimi siyasi və iqtisadi quruluşun müxtəlif mərhələlərini keçmiş, dəfələrlə dünya müharibələrinin yaratdığı dağıntılardan qalxmış, iqtisadi cəhətdən güclü, sosial yönümlü dövlətə çevrilmişdir.

Məqsəd vasitələri doğruldur?

Sizin çox yəqin ki, başqa imkanlarınız yoxdur, Berlində olanlar əllərini yelləyirlər, çünki Lixtenşteyn və İsveçrə kimi müqəddəs bank sirlərinə əməl edən ölkələr, hətta vergidən yayınmalar haqda əsaslı şübhələr olan almanlarla bağlı Almaniya hökumətinə heç bir hüquqi yardım göstərmirlər. Onlar külli miqdarda ziyan vururlar, ona görə də vicdanlı vergi ödəyicilərinin üzərinə əsassız olaraq yüksək fiskal yük düşür.

Hesab olunur ki, zəngin almanlar xaricdəki hesablarda 300 milyard avro vəsaitlər saxlayırlar.  Bunlar isə ümumiyyətlə, vergilərin ödənilmədiyi “yan” gəlirlər də ola bilər və ya ola bilsin ki, vicdanla qazanılıb, amma müəyyən faiz qismində dövlətlə bölüşdürülməlidir.

Güman edək ki, bu pulların yarısı İsveçrədə saxlanılır. Təsəvvür edək ki, İsveçrə, Vaşinqtonun təzyiqi ilə amerikalılara münasibətdə olduğu kimi, bank sirrini də açacaq və alman investorları barədə məlumat verəcəkdir. Güman edək ki, bu bir neçə min insan xəzinəyə lazım olan məbləği ödəyəcək. Yəqin ki, layiqli bir məbləğ – bir neşə yüz milyon avro olacaq. Lakin, bu alman vergi ödəyicilərinin Almaniyada ödəməkdən yayındıları məbləğin yanında kiçik bir rəqəm təşkil edər.

Sistemin paradoksları

Məsələn, Almaniya Federativ Respublikası sakinlərinin yarıdan çoxu, mənzilləri kirayələyirlər və əmlak sahibinə kirayə haqqı ödəyirlər, mənzil sahibləri isə həmin gəlirlərindən vergi ödəməlidirlər. Lakin, onlar bu vergini ödəmirlər, bunu evin saxlanılması xərclərinin həmin gəlirlərdən daha çox olması ilə əsaslandırırlar.

Alman vergi qanunvericiliyi dünyada ən qarma-qarışıq olanıdır. Həmin qanunvericilikdə o qədər qaydalar, istisnalar, istisnaların özündən də istisnalar və güzəştlər vardır ki, vergi məsləhətçisi olmadan ondan baş çıxarmaq mümkün deyil. Heş uzağa getmək də lazım deyil!

Bax, elə bizlər – Almaniyada qanuni əsaslarla yaşayan jurnalistlər tam qanuni əsasda  qəhvə xərclərini vergi tutulan gəlirimizdən çıxara bilərik. Kimsə, nə vaxtsa belə düşünüb ki, jurnalist qəhvəsiz keçinə bilməz. Bununla da biz qəhvəyə görə 500 avroluq vəsaiti istehsal xərcləri kimi rəsmiləşdirə bilərik. Beləliklə də, bu məbləği vergilərdən silə bilirik.

Sadə alman milyonçusu

Bəzi alman “biliciləri” qanunla münaqişəyə girmədən, o qədər arifmetik şəkildə yoxsullaşır ki, bəzən maliyyə müfəttişi onlardan heç bir məbləğ tuta bilmirlər və ya güman ediləndən çox aşağı bir məbləğ ala bilirlər.

Almaniyada maksimum vergi dərəcəsi 42 faizdir. Lakin, bu faizi tək-tük adamlar ödəyirlər. Alman iqtisadi tədiqatlar institutunun hesabladığına görə hətta Almaniyanın 450 ən zəngin adamı belə xəzinəyə orta hesabla öz gəlirlərinin yalnız 34 faizini ödəyirlər. Maliyyə müfəttişinin sadə bir alman milyonerinin ağır vergi bəyannaməsini yoxlamaq üçün cəmi üç saat yarım vaxtı var.

Almaniyanın dövlət xəzinəsinə qanuni və qanunsuz vergidən yayınma nəticəsində dəyən ziyan, mütəxəssislər hər il 200 milyard qiymətləndirilir. 200 milyard illik büdcənin üçdə ikisini və cari il üçün planlaşdırılan yeni borcun iki qatından daha çoxunu təşkil edir.

Vergilər və hovuzda su

Bununla yanaşı, almanların əksər hissəsi, ümumiyyətlə, vergiləri vicdanla ödəyir, hətta gizlədilməsi mümkün olan gəlirlərindən də bunu yerinə yetirirlər. Məs, mən və həyat yoldaşım idman rəqsləri üzrə məşqçidən müntəzəm dərslər alırıq və ödənişi də nağd şəkildə edirik, bu zaman hər hansı bir sənəd də imzalamırıq. Mən dəqiq şəkildə bilirəm ki, məşqçimiz bizdən əldə etdiyi gəlirdən də vergiləri ödəyir.

Hamıda olmasa da, almanların əksəriyyətində belə bir anlayış var ki, onların maşınla qət etdikləri yolların vəziyyəti, axşamlar istifadə etdikləri şəhər hövuzunda təmiz suyun hərarəti, övladlarının təhsil aldığı sinif otağının həcmi, teatra və muzeylərə biletlərin dəyəri  və s. məhz, bu vergi ödənişlərindən asılıdır.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

PAŞA Bankın VISA kart sahibləri üçün “Beymen” onlayn mağazasından 10% endirim!

posted in: Bank, Xəbər | 0

PAŞA BankAzərbaycanın aparıcı korporativ bankı PAŞA Bank, plastik kart sahiblərinə təqdim olunan imkanları genişləndirməyə davam edir.

Beləliklə, VISA debet və ya kredit kartına sahib olan PAŞA Bank müştərilərinə Beymen.com onlayn mağazasında böyüklər və uşaqlar üçün geyim və aksesuarlara 10% endirimdən yararlanmaq imkanı verilir. Endirim markanın yaz-payız və payız-qış kolleksiyalarından olan məhsullarına aiddir.

Endirimdən yararlanmaq üçün PAŞA Bankın VISA kart sahiblərinə Beymen.com saytından alış-veriş edərkən VISA10 promo kodunu daxil etmək yetərlidir. Kampaniya 30 sentyabr 2020-ci ilədək davam edəcək.

Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün), *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) nömrələri ilə Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.

Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün) , *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.

PAŞA Bank müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirir və müştəri məmnunluğunun artırılması üzrə mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu səbəbdən də, Müştərilərimizlə daima əlaqədə olmaq və göstərdiyimiz xidmətlər haqqında onların fikirlərini bilmək bizim üçün olduqca mühümdür. Bunu nəzərə alaraq bizimlə bölüşmək istədiyiniz məqamları customer.care@pashabank.az ünvanına elektron məktub yazmaqla çatdıra bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ASK ilə AİBNDX arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olundu

posted in: Xəbər | 0

ASK ilə AİBNDX arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olundu

ASKAzərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti (AİBNDX) arasında görüş keçirilib. Görüş Dövlət Xidməti ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi, sahibkarların maarifləndirilməsi və digər məsələlərin müzakirə edilməsi məqsədini daşıyıb.

Video-konfrans formatında keçirilən görüşdə sahibkarları maraqlandıran məsələlərə toxunulub. Dövlət satınalmaları sahəsində şəffaflığın təmin edilməsi, sahibkarlar üçün satınalmalar prosesində bərabər imkanların yaradılması, istehlakçıların hüquqlarının daha etibarlı müdafiəsi, istehlak bazarına nəzarət, süni qiymət artımı ilə mübarizə, haqsız rəqabətin qarşısının alınması, standartlaşdırma, metreologiya və s. istiqamətlərdə qanunvericiliklə müəyyən edilmiş kompleks tədbirlərin görüldüyü vurğulanıb. Bildirilib ki, yeni normativ hüquqi sənədlərin hazırlanması və bəzi qanunların təkmilləşdirilməsi üzərində ciddi işlər aparılır.

Görüşdə qurumlar arasında İkitərəfli Əməkdaşlıq Şurasının yaradılması təklif edilib və bu məsələnin müzakirə edilməsi qərara alınıb.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

error: Content is protected !!