“Məşğul şəxslərin reyestri” gələn ilin əvvəlindən istifadəyə veriləcək

posted in: Xəbər | 0

“Məşğul şəxslərin reyestri” gələn ilin əvvəlindən istifadəyə veriləcək

Məşğul şəxslərin reyestriƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən “Məşğul şəxslərin reyestri”nin hazırlanması işlərinin bu ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.

Nazirlikdən verilən məlumata görə, reyestr dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə formalaşdırılır.

Burada vətəndaşların iş yerləri, torpaq pay mülkiyyətçiləri, ailə kəndli təsərrüfatının üzvləri, sahibkarlar, haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər və s. barədə məlumatlar toplanacaq. Vətəndaşların xərclərinin strukturu barədə də informasiyalar da reyestrdə əksini tapacaq.

Reyestrin yaradılmasında məqsəd əmək bazarı ilə bağlı informasiya bazasını inkişaf etdirmək, qeyri-formal məşğulluğa nəzarət tədbirlərini gücləndirmək və daha effektiv fəaliyyəti təşkil etməkdir.

“Əmək münasibətləri və məşğulluq” altsisteminin tərkib hissəsi kimi hazırlanan reyestr gələn ilin əvvəlindən artıq istifadəyə veriləcək.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşçinin gəlir vergisi üzrə iki güzəşti varsa, hansı tətbiq edilir?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

İşçinin gəlir vergisi üzrə iki güzəşti varsa, hansı tətbiq edilir?

gəlir vergisi

Sual: Böyük vətən müharibəsi iştirakçılarının övladlarına əmək haqqından tutulan vergi hesablanarkən 400 manat, yoxsa 600 manat güzəşt edilir? Əgər işçi II qrup əlildirsə.

Cavab: Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:

  • AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;
  • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;
  • Azərbaycan Respublikası Müdafiə Nazirliyinin,  Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Qeyd olunanlara əsasən, güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin və ya ərinin (arvadının) həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

2-ci qrup əlillərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Yuxarıda qeyd olunan iki güzəştin ən yüksək olanı tətbiq olunur.

Eyni zamanda, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisi -ndən azaddır. Qeyd olunanlara əsasən, siz azadolmanı təsdiq edən sənədləri təqdim etməklə 600 manat güzəştdən faydalana bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasiblərin sürətini artıracaq 8 shortcut

posted in: Excel, muhasibat, Xəbər | 0

Mühasiblərin sürətini artıracaq 8 shortcut

Müasir dövrdə sürət hər şey deməkdir. Nə qədər sürətli işləsəniz, bir o qədər daha çox şey öyrənmiş və etmiş olarsınız. Bu səbəblə, Excel-də nə qədər çox shortcut bilsəniz, həm işinizi qısa zamanda bitirmiş, həm də ciddi şəkildə inkişaf etmiş olarsınız.

Excel – yeni bir dil öyrənmək kimidir. Nə qədər çox istifadə etsəniz, bir o qədər tez avtomatlaşdırarsınız.

Aşağıda işinizdə çox böyük asanlıqlar yaradacaq 8 shortcut var. Mütləq öyrənməyə və işinizdə tətbiq etməyə çalışın.

Shortcut 1: Ctrl + A – Bütün səhifəni seçmə

Worksheet-də olan bütün xanaları tək bir kombinasiya ilə seçməyə yarayır. Bütün sheet-in fontunu, onun rəngini, ölçüsünü dəyişmək istəsəniz, tək bir kombinasiya ilə bütün xanaları seçə bilərsiniz. Eyni funksiyanı aşağıdakı screenshot-da gördüyünüz qutucuğa klikləyərək də edə bilərsiniz.

10 shortcut - 1

Shortcut 2: Shift + Space – Sətiri bütövlükdə seçmə

Bütün sətri seçməyə yarayır. Bütünüylə seçmək istədiyiniz sətirin hər hansı bir xanasına gəlirsiniz və bu kombinasiyanı həyata keçirərək bütün sətri seçmiş olursunuz. Əgər birdən çox sətir seçiləcəksə, o zaman Shift düyməsi ilə birgə Aşağı düyməsinə basaraq lazımi qədər sətir seçmək mümkündür.Eyni əməliyyatı bütünüylə seçmək istədiyiniz sətirin nömrəsinə klikləyərək də edə bilərsiniz.

10 shortcut - 2

Shortcut 3: Ctrl + Space – Sütunu bütövlükdə seçmə

Bu kombinasiya isə bütün sütunu seçməyə yarayır. Eynilə 2-ci shortcut-da olduğu kimi. Bütün prinsiplər tamamilə eynidir.

10 shortcut - 3

Shortcut 4: Shift + Ctrl + “=” – Sətir/sütun əlavə etmə

2 sətir və ya sütun arasına yeni sətir/sütun əlavə etmək üçün istifadə olunur. Eyni funksiyanı mouse-un sağ düyməsinə klikləyib ordan Insert də seçilə bilər, lakin istifadə etməyə başladıqca, necə asan və effektiv yol olduğunu görəcəksiniz. Həyata keçirilməsi çox sadədir. Əvvəlcə, yeni sətir/sütunun hara əlavə ediləcəyini müəyyən edirsiniz, aşağıdakı screenshot-a nəzər yetirək.

10 shortcut - 4

 

Fərz edək ki, 9-cu sətirdən sonra yeni 2 sətir əlavə etmək istəyirik. Bu halda, 9-cu sətirdən sonra 2 sətir bütünüylə seçilir və Shift+Ctrl+= kombinasiyası həyata keçirilir. Yeni sütunlar əlavə etmək istəsəniz, eyni prinsipə baş vura bilərsiniz.

P.S. “=” düyməsi Backspace düyməsinin solundakı düymədir.

Shortcut 5: Ctrl + “-” – Sətir/sütun silmə

Bir öncəki shortcut yeni sətir/sütun əlavə edirdisə, bu shortcut, o sətir/sütunları silməyə yarayır. Silinmək istənən sətir/sütun bütünüylə seçilir və Ctrl + “-” kombinasiyası həyata keçirilir.

P.S. “-” düyməsi Backspace düyməsinsən 2 soldakı düymədir.

Shortcut 6: Ctrl + 1 – Formatlama

Hər hansı bir xananı formatlamaq istəsəniz (rəqəm, mətn, tarix, faiz dərəcəsi və s.), ya Home menusundan aşağıdakı screenshot-da göstərilən kiçik ox işarəsinə klikləməli, ya da daha effektiv yol olaraq Ctrl+1 kombinasiyasında istifadə etməlisiniz.

10 shortcut - 5

 

Hər iki halda da, qarşımıza tanış olan qutucuq çıxacaq. Bu qutucuqdan istənilən formatı verə bilərik.

10 shortcut - 6

 

Shortcut 7: Shift + Ctrl + L – Filteri aktiv/deaktiv etmə

Hər hansı bir cədvəli filterləmək istədiyimizdə, o cədvəli seçib, Data menusundan Filter düyməsini klikləməliyik. Lakin bunu klaviatura ilə etmək dəfələrlə asandır. Bunun üçün lazımi cədvəl seçilir və Shift+Ctrl+L kombinasiyası həyata keçirilir.

Shortcut 8: F2 – Xananı Edit etmə

Xananın daxilini edir etməyə yarayır. Hər hansı bir xanadakı formulu araşdırmaq istəsək, ya həmin xanaya 2 dəfə arxa-arxaya klikləmək, ya da F2 düyməsini basmağımız gərəkir. Hansının sizin üçün daha effektiv olduğuna özünüz qərar verin.

Müəllif: Elçin Xəlilov


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“ASAN imza sertifikatı”nın verilməsi xidmətində problem yaranıb

posted in: Xəbər | 0

Asan XidmətASAN-da xidmətlərdən birinin göstərilməsində problem yaranıb

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində xidmətlərdən birinin göstərilməsində problem yaranıb.

Qurumun mərkəzlərində “ASAN imza sertifikatı”nın verilməsi xidməti dayandırılıb.

Belə ki, “ASAN xidmət” mobil tətbiqi vasitəsilə həmin xidmət üzrə onlayn növbə verilsə də, mərkəzlərdə vətəndaşlara həmin xidmətin dayandırıldığı bildirilir və bu, proqram yenilənməsi ilə izah edilir.

Qeyd olunur ki, “ASAN imza sertifikatı” verilməsi xidməti avqustun sonu, sentyabrın əvvəli bərpa olunacaq.

Onu da bildirək ki, bu xidmətin “ASAN xidmət” mərkəzlərində göstərilməsinə baxmayaraq, bu işi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları həyata keçirir. Dövlət Vergi Xidmətindən “Report”a bildirilib ki, məsələ ilə bağlı dəqiqləşdirmə aparılır.

Xatırladaq ki, 27 aprel tarixindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu “ASAN xidmət” mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun