Tikinti şirkətlərinin gəlir və xərclərinin hesablanması

posted in: Xəbər | 0

Tikinti şirkətlərinin gəlir və xərclərinin hesablanması

gəlir xərcBina tikintisi ilə məşğul olan sahibkarlar həm hüquqi şəxs yaradaraq, həm də fiziki şəxs kimi fəaliyyət göstərirlər. Mütəxəssislər bu fəaliyyət növü üzrə uçotun, hesabatlılığın özünəməxsus xüsusiyyətlərinin olduğunu qeyd edirlər. Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Vergi Məcəlləsində edilmiş son əlavə və dəyişikliklərə görə bina tikintisi ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər. Məcəllənin 130.6-cı maddəsində göstərilir ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində yerinə yetirilmiş işlər (mərhələlər) üzrə təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz məbləğləri ilə həmin sahələrin tikintisi ilə bağlı çəkilən məsrəflər, o cümlədən torpaq sahələrinin alınması ilə bağlı çəkilən məsrəflər əsasında müəyyən edilir.

Bina tikinsi ilə bağlı gəlirlərin və xərclərin müəyyənləşdirilməsində aşağıdakı hallar nəzərə alınır:

  • bina tikintisi uzunmüddətli bir fəaliyyətdir;
  • bina tikintisi bir ildən başqa ilə, hətta illər üzrə həyata keçirilə bilər. Həmçinin, mərhələlər üzrə də aparıla bilər;
  • gəlirlərin müəyyənləşdirilməsi üçün yaşayış və qeyri-yaşayış sahəsinin təqdim edilməsi həyata keçirilməlidir;
  • tikinti sahəsi üzrə məsrəflər olmalıdır ki, xərc hissəsi formalaşsın;
  • gəlir və xərc formalaşması üçün binanın müəyyən hissəsi və ya müəyyən mərhələsi tikilməlidir.

Məcəllədə əks olunan gəlirlərin formalaşması üzrə digər maddələri də nəzərdən keçirək:

Maddə 13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur.

Bundan əlavə, malların təqdim edilməsi anlayışını aydınlaşdırmaq üçün Vegi Məcəlləsinin 13.2.10.-cu maddəsinə baxmalıyıq.

Maddə 13.2.10. Malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi.

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alğı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir.

Misal 1: Tutaq ki, “AA” MMC on mərtəbəli bina tikməyi qərara alıb və bunun üçün müvafiq olaraq elanlar verib. Tikinti işləri başlayana kimi bir neçə vətəndaşdan müqavilə əsasında 200.000 manat vəsait əldə edib.

Sual: Bu halda MMC-nin aldığı vəsait gəlir sayılırmı və bunun xərci nə qədərdir?

“AA” MMC-nin vətəndaşlardan aldığı 200.000 manat gəlir sayılmayacaq. Vətəndaşlarla müqavilə imzalamasına baxmayaraq, faktiki olaraq heç bir tikinti aparılmadığına görə bu məbləğ gəlir sayıla bilməz və bunun da xərci yoxdur. Amma bu məbləğdən əlavə dəyər vergisi hesablanılıb ödənilməlidir.

Belə ki, Vergi Məcəlləsinin 13.2.12.-ci maddəsinə əsasən, bina tikən şəxs təqdim etmə həyata keçirirsə, bu məbləğ onun gəliri sayılmalıdır. Bundan əlavə, 13.2.10.-cu maddəyə görə, bina tikən şəxsin bağladığı hər hansı bir alğı-satqı müqaviləsi və ya kooperativin qərarı ilə mənzilin özgəninkiləşdirilməsi gəlir sayılır. Buradan belə nəticə çıxarıla bilər ki, bina tikmədən əldə olunan məbləğ gəlir sayılmalıdır. Ancaq Vergi Məcəlləsinin 130.6-cı maddəsinə əsasən, gəlirlərin və xərclərinn formalaşması və tanınması üçün binanın hər hansı bir hissəsi və hər hansı bir mərhələsi tikilməlidir. Ona görə də misalda göstərilən 200.000 manat gəlir sayılmır.

Misal 2: Tutaq ki, “AA” MMC binanın bütün 10 mərtəbəsini vətəndaşlara satıb və satışdan 5.000.000 manat vəsait əldə edib. Faktiki olaraq isə 2020-ci ildə binanın ancaq 5 mərtəbəsini tikib yekunlaşdırıb və bunun satışından 2.900.000 manat əldə edib. Tikintinin smeta dəyəri 3.000.000 manatdır. 5 mərtəbənin faktiki tikintisi üçün 1.000.000 manat və torpaq sahəsinin alınması üçün 300.000 manat sərf edilib.

Sual: Bu zaman gəlirlər və xərclər necə formalaşır?

MMC-nin əldə etdiyi ümumi məbləğin 5.000.000 manat olmasına baxmayaraq, 2020-ci ildə gəlir kimi faktiki tikdiyi sahədən əldə etdiyi 2.900.000 manatı göstərəcək. Bundan əlavə, smeta dəyərinin 3.000.000 manat olmasına baxmayaraq, 2020-ci ildə xərc kimi faktiki çəkdiyi 1.000.000 manatı+ 300.000 manat torpağın dəyəri = 1.300.000 manat göstərəcək.

Beləliklə, bina tikintisində xərclər və gəlirlər faktiki yerinə yetirilmiş mərhələ üçün uçota alınır. Yerdə qalan daxilolmalar alınmış avans məbləğlər kimi, xərclər də gələcək dövrün xərcləri kimi uçota alınır və növbəti mərtəbələrdə və ya ilin sonunda binanın bir hissəsinin tikintisi yekunlaşdıqda yekunlaşan hissə üzrə gəlirlər və xərclər nəzərə alınır.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasiblər üçün olduqca faydalı 5 shortcut

posted in: Excel, Xəbər | 0

Mühasiblər üçün olduqca faydalı 5 shortcut

Qəbul etməliyik ki, Excel-də işləyərkən ilk baxışda çox sadə görünən əməliyyatlar bəzən çox uzun zaman və əmək aparır. O səbəbdən, mümkün olan hər bir imkanda Excel-dəki çox rahat shortcut-lardan istifadə etmək hər zaman tövsiyyə olunur. Bu gün, bu shortcut-lardan 5 dənəsi ilə tanış olacağıq.

1. Alt + E + S – Paste special dialoq qutusunun açılması

Bu kombinasiya böyük məlumat bazası, analitik cədvəllər, formullar istifadə edən professionalların daha çox istifadə etdiyi Paste Special dialoq qutusunun açılması üçündür.

shortcut

Əgər bu shortcutdan istifadə etməmiş olsaydıq, mouse düyməsinə sağ klikləyib ordan Paste Special seçməli olacaqdıq. Öz kompüterinizdə hər iki yolu sınaqdan keçirin, mouse-suz variantı bəyənəcəyinizdən əminəm.

2. Ctrl + Shift + 8 – Cədvəli bütövlükdə seçmək

Bu shortcut ilə müəyyən aralıqların və ya bütöv cədvəllərin avtomatik seçilməsinə nail oluruq. Məsələn aşağıdakı kimi bir cədvəli seçmək istəsək, təxminən belə bir şey etməli olacağıq.

shortcut

Bu, kiçik bir cədvəl olduğu üçün, çox da zaman itirmədik. Lakin cədvəllərin ölçülərinin ciddi şəkildə olduğu müasir dövrümüzdə eyni əməliyyatı edəcək Ctrl+Shift+8 shortcut-ı var. Necə rahatlıq gətirdiyinə aşağıdakı görüntüdən baxa bilərik. Cədvəlin istənilən xanasına gəlib Ctrl+Shift+8 basmağımız kifayət edəcəkdir.

shortcut

3. Alt + Down arrow key

shortcut

Mətn formatlı məlumat olan bir sütun olmuş olsun. Bu sütunun istənilən xanasına gəlib Alt + Down arrow key basdığımız zaman həmin sütunda daha əvvəl daxil edilmiş mətnlər drop-down list olaraq qarşımıza çıxacaq.

shortcut

Excel bundan əvvəl daxil etdiyimiz xanaları yadda saxlayaraq vaxta qənaət edə bilməmiz üçün hazır siyahı olaraq qarşımıza çıxarır. Bu, bir növ avtomatlaşdırılmış Drop-down list funksiyası daşıyır.

4. Alt + Enter – xana daxilinə ikinci sətirin əlavə edilməsi

Bəzən bir xananın daxilinə ikinci sətir əlavə etmək ehtiyacı olur.

shortcut

Məsələn, yuxarıdakı Product description sözünü soldakı kimi yazmaq istəsək, xana çox enli olmuş olacaq. Bunun əvəzinə, ikinci sözü bir sətir aşağı “ata” bilərik. Bunun üçün ilk sözün sonuna gəlib Alt+Enter klikləməyimiz kifayət olacaqdır.

5. Ctrl+Page down/Page up

Sheet-lər arası naviqasiya edərkən mouse-dan istifadəni minimallaşdırmaq üçün məhz bu kombinasiyadan istifadə edilməlidir. Ctrl düyməsi basılı tutularaq Page Down və Page Up düymələri ilə irəli-geri hərəkət etmək mümkündür.

shortcut

Müəllif: Elçin Xəlilov


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

227 sahibkarlıq subyektində zəruri qayda və tələblərin pozulduğu müəyyən edilib

posted in: Xəbər | 0

227 sahibkarlıq subyektində zəruri qayda və tələblərin pozulduğu müəyyən edilib

sahibkarlıq subyektləri

Sahibkarlıq subyektlərində zəruri qayda və tələblərə əməl olunmasına nəzarət monitorinqləri davam etdirilir.

İqtisadiyyat Nazirliyinin avqustun 20-də keçirdiyi nəzarət tədbirləri zamanı Nəsimi rayonunda “Ağ Çiçəyim” gül mağazasında, “Oliqarx Butik” mağazasında, “Şəki Xan Kafe”də, “İnab Kafesi”ndə, “Kövsər Dönər“də “Aptek 72”də, Xaqan Muradova məxsus “Gül Mağazası”nda, Xətai rayonunda “Real Elektroniks Mağazası”nda, “Oba Market”də, “Kafe Qaymaq”da, “Yaşıl Ada Kafe”də, Qaradağ rayonunda “24 Saat Market”də, “Kafe Terminal”da, “İnci Kafe”də, “Xəzri Restoranı”nda, Səbail rayonunda “Deko Mebel” mağazasında, “Kefli Local Wine&Snacks”də, “Osmanlı Kafe”də, “Restoran “Cookshop”da, “Asian Street Food”da, “Qəbələ Restoranı”nda, “Palma Kafesi”ndə, Nizami rayonunda “Taxta Çayxana”da, “Məkan Kafesi”ndə, “Qızılqaya Restoran”da, Binəqədi rayonunda “Murad Market”də, “Orxan Market”də, “Behrud Tikinti Malları Mağazası”nda, “Market MMS”də, “Novxanı Həyat İstirahət Mərkəzi”ndə, “Line Kafe”də, “Kafe Xocəsən”də, “Ovqat Restoran”da, Nərimanov rayonunda “Suşi Azərbaycan”da, Suraxanı rayonunda “Aydın Market”də, “Ordubad Kafesi”ndə, “Dost Kafe”də, “Tumurcuq Kafe”də, “Turşsu Restoranı”nda, “El-Bunger Kafesi”ndə, “Çənlibel” ictimai iaşə xidməti obyektində, Xəzər rayonunda “Uşaq Aləmi Kafe”də, “Nəqşi-Cahan Kafesi”ndə, “Khalcha Restaurant”da, Yasamal rayonunda “Ulduzlu Market”də, “Fidan Gözəllik Salonu”nda, “Buta Butik Mağaza”da, “Berlin Alman Malları” ticarət obyektində, Nərimanov rayonunda “Best Markalı Matras və Yataq Dəstlərinin Satışı” pərakəndə ticarət obyektində, “Sobsan-Boya” mağazasında, “Mayomed Klinikası”nda, ümumilikdə, monitorinq aparılmış 2336 obyektin 227-də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş subyektlər barədə İnzibati Xətalar Məcəlləsinə uyğun tədbirlər görülüb.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ASAN Xidmət-ə gömrük və miqrasiya ilə bağlı yeni səlahiyyətlər verilir

posted in: Xəbər | 0

ASAN XidmətPrezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana aşağıdakı dəyişikliklər edilib:

1.1. 5.1-ci bəndə “qeydiyyatı” sözündən sonra “ilə bağlı” sözləri əlavə edilsin;

1.2. Aşağıdakı məzmunda 5.1.9-cu yarımbənd əlavə edilsin:

“5.1.9. vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və onlarda dəyişiklik edilməsi, vətəndaşlıq vəziyyəti aktları qeydlərinin ləğvi, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpası;”;

1.3. 5.10-cu və 5.11-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“5.10. gömrük işi sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:

5.10.1. xarici ticarətin gömrük statistikası barədə məlumatların verilməsi;

5.10.2. gömrük qanunvericiliyi ilə bağlı məsləhət və məlumatların verilməsi;

5.11. miqrasiya sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:

5.11.1. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin, habelə haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin verilməsi;

5.11.2. şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və cavablandırılması;

5.11.3. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması;

5.11.4. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması;

5.11.5. Azərbaycan Respublikasında yaşayan şəxslərdən Azərbaycan Respublikası vətəndaşlığına qəbul, bərpa və Azərbaycan Respublikası vətəndaşlığından çıxma məsələlərinə dair vəsatətlərin qəbul edilməsi;

5.11.6. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemindən həmin Xidmətin fəaliyyət istiqamətləri üzrə arayışların verilməsi;”;

1.4. 5.11-1-ci və 5.11-2-ci bəndlər ləğv edilsin;

1.5. 5.17-ci bənddə “ilə bağlı əməliyyatların qeydiyyatı” sözləri “sahəsində xidmətlərin göstərilməsi ilə bağlı” sözləri ilə əvəz edilsin;

1.6. 5.19.3-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.20-ci bənd əlavə edilsin:

“5.20. kənd təsərrüfatı sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:

5.20.1. fermerlərin, təchizatçıların və tədarükçülərin, habelə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən digər subyektlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatı;

5.20.2. fermerlərə bitkiçilik sahəsində subsidiyaların verilməsi ilə bağlı sənədlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edilməsi üçün qəbulu.”;

1.7. 6-cı hissədən “Vergilər Nazirliyinə,” sözləri çıxarılsın və həmin hissədə “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri “Kənd Təsərrüfatı Nazirliyinə” sözləri ilə əvəz edilsin.

Mənbə: apa.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun