Daşınmaz əmlakın qanuniliyini necə bilmək olar?

posted in: Xəbər | 0

daşınmaz əmlakDaşınmaz əmlak bazarını tənzimləyən hüquqi və struktur islahatları nəticəsində bu sahənin inkişafını əngəlləyən mənfi halların miqyasını bir qədər azaltsa da, bina və torpaq satışı ilə bağlı müxtəlif əyinti və dələduzluq halları hələ də az deyil. Bunlardan əsasən eyni əmlakı iki, üç, dörd müştəriyə satılması hallarına rast gəlinir.

Belə ki, tikinti şirkətləri tərəfindən eyni mənzili bir neçə nəfərə satılması artıq adi hala çevrilib. Məlum olduğu kimi, yaşayış binasına dair (daşınmaş əmlakın dövlət reyestrindən) çıxarışlar yalnız binanın təhvil-təslimindən sonra verilsə də, bəzi tikinti şirkətləri hələ binanın təməlini atarkən artıq mənzil satışına girişir. Bu cür alış-verişlər tikinti şirkətilə daxili müqavilə əsasında həyata keçirilir. Və hər hansı dələduzluq, yaxud şirkətin müflisləşməsi halında bu kimi müqavilə təəssüf ki, aldanmış mənzil alıcısının karına gəlmir.

Vahid pəncərə və digər islahatlar

Məlum olduğu kimi, daşınmaz əmlakların, o cümlədən topraq sahələrinin qeydiyyata alınması və texniki inventarlaşması, həmçinin texniki sənədlərin hazırlanması sahəsində düz 5 ildir vahid pəncərə sistemi tətbiq olunub. Bu işlər İqtisadiyyat Nazirliyinin Dövlət Əmlak Məsələləri Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində görülür.

Nəticədə sənədlərin rəsmiləşdirilməsi, habelə kadastr, ölçü işləri, texniki inventarlaşma, elektron və faktiki məlumatların dəqiqləşdirilməsi kimi məsələlərin həlli xeyli asanlaşdı. Daşınmaz əmlaklar, onlara dair mövcud və keçmiş hüquqlar və həmin hüquqların daşıyıcılarına dair məlumatların saxlandığı dövlət reyestrinin özü də təkmilləşdirildi. Məsələn, ötən ildən dövlət reyestrindən çıxarışların kağız şəklində verilməsinə qəti son qoyuldu. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna verilən düzəlişlərə uyğun olaraq belə çıxarışlar yalnız elektron formada verililərək elektron hökumət portalında yerləşdirilir, yaxud əmlak sahibinə elektron vasitələrlə, o cümlədən e-mail vasitəsilə təqdim olunur. Reyestrin müvafiq bölmələrində hər bir daşınmaz əmlak barədə məlumatlar saxlanılır, o cümlədən torpaq sahəsi və üzərindəki tikili də vahid əmlak olaraq qeyd olunur.

Bəs dövlət reyestrindəki bu məlumatlarla tanış olmaq mümkündürmü? Məsələn, torpaq sahəsi almaq istəyən vətəndaş əvvəlcədən həmin əmlaka dair məlumat əldə edə, sənədlərinin lazımi qaydasında olub-olmadığını öyrənə bilərmi?

Onlayn tanışlıq

“Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı “Report”a bildirib ki, dövlət reyestrindən çıxarışı olan istənilən daşınmaz əmlaka (yaşayış və qeyri-yaşayış sahəsi, torpaq sahəsi, mənzil və ya fərdi ev) dair məlumatla Daşınmaz Əmlakın Dövlət Reyestrinin saytından (http://dedrx.gov.az/) müəyyən ödəniş müqabilində tanış olmaq olar. Həmin ödəniş əmlakın növündən asılı olaraq 15 manatdan artıq deyil. Bu məlumatı əldə etmək üçün Dövlət Əmlak Məsələləri Xidmətinin portalına http://e-emdk.gov.az/ daxil olmaq kifayətdir. Burada daşınmaz əmlak ilə bağlı 40-dan artıq əməliyyata dair məsələləri onlayn qaydada həll etmək olar.

“Lakin geniş ictimaiyyət üçün bağlı olan, qanunla qorunan məlumatlar da var ki, yalnız məhkəmənin qərarı ilə açıqlanması mümkündür”, – deyə ekspert bildirib.

Həmçinin daşınmaz əmlak ilə bağlı alış-satış, icarə, vərəsəlik və ya bağışlanma, girova vermək kimi müxtəlif əməliyyatlar üçün daşınmaz əmlakın yüklülüyünə dair arayış İ(loru dildə Forma 1) da alınmalıdır ki, bu sənəd 10-15 dəqiqə ərzində verilir.

Qısası, hər bir daşınmaz əmlakın qanuni olub-olmadığını öyrənmək üçün dövlət reyestrində olub-olmadığını öyrənmək gərəkdir. Varsa, deməli həmin əmlakla bağlı mülkiyyət hüququnu təsdiq edən sənədlər qaydasındadır.

Dövlət reyestri üçün sənədlər

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən “Report”a bildiriblər ki, hər hansı əmlakın ilkin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş yaşayış evlərə dair İcarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən, hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə:

1) torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd;

2) müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı tələb olunur.

Məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən, hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə isə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd də təqdim olunmalıdır.

Hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi  və layihəyə dair sənədlərdə əlavə həm də müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı və istismara qəbul aktı da təqdim olunmalıdır.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra inşa edilmiş fərdi yaşayış evinin qeydiyyatı üçün, tikintisinə icazə tələb olunandırsa:

1) torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd;

2) tikintiyə icazə verilməsi barədə qərar;

3) tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi;

4) tikinti obyektinin istismarına icazə tələb olunur.

Məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün isə:

1) torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd;

2) tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi;

3) sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd təqdim edilir.

Mənzillər üzərində hüquqların qeydiyyatı üçün isə tələb olunan sənədlər bunlardır:

1) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə  əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi (bu 3 sənəddən hər hansı biri);

2) mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan, həmin mənzilə hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzilə hüququ saxlanılan şəxslərin ərizəsi;

3) mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı.

MTK tərəfindən inşa olunmuş və istismara qəbul edilmiş binada yerləşən mənzillə bağlı isə:

1) Mənzilin verilməsi barədə MTK üzvlərinin ümumi yığıncağının qərarı;

2) Maliyyə arayışı (bu arayış mənzilə dair pay haqqının ödənildiyini və borcun olmadığını göstərir) təqdim edilir.

Qanun işləmirsə

Beləliklə, hər şeyin aydın şəkildə isbat olunduğu hüquqi sənədlər var, dövlət reyestrindən rahat istifadə etmək üçün də imkanlar yaradılıb. Bəs əmlak alış-verişi sahəsində bu qədər dələduzluq və fırıldaqçılıq haradandır? R.Osmanlı qeyd edib ki, bazarda əyri yollarla əldə edilən daşınmaz əmlaklar hələ də az deyil: “Məsələn, bələdiyyələrin satdığı torpaq sahələri qanunsuz, hərraca çıxarılmadan satılır və reyestrə salına bilməz. Eyni şeyi yeni yaşayış binalarda tikinti şirkətilə vətəndaş arasında daxili müqavilə ilə satılan mənzillər barədə də söyləmək olar. Bunların əksəriyyəti ilkin qeydiyyat arayışına da malik deyil”.

Hazırkı problemlərin daha çox qanunlardakı boşluqlarla yox, mövcud qanunların lazımınca yerinə yetirilməməsilə bağlı olduğu da qeyd edildi.

“Mülki Məcəllədə 2018-ci ilin 1 iyul tarixindən MTK-ların əmlaklarını satmalarına dair yeni qaydalar göstərilib. Orada tikinti şirkətləri tərəfindən mənzil satışları zamanı, o cümlədən ödənişlə bağlı hansı qaydalara əməl etməli olduğu aydın göstərilir. Həmin qaydalarda mənzillərin ilkin qeydiyyatına dair arayış almaq da var. Həmin arayış da məlumdur ki, Dövlət Əmlak Məsələləri Xidməti tərəfindən verilir”, – deyə Mərkəz rəhbəri qeyd edib.

Beləliklə, MTK mənzil satarkən DƏMX-ni xəbərdar etməli, notarial qaydada müqavilə bağlayıb dövlət qeydiyyatına dair elektron arayış almalıdır. Həmin arayışa əsasən mənzil alıcısı MTK qarşısında bütün öhdəliklərini yerinə yetirəndən sonra çıxarış, MTK isə istismar icazəsinə dair akt ala bilər.

Lakin bizdə düzgün yazılan qanunların həyatda tətbiqinin illərlə yubanmasını dəfələrlə görmüşük. Daşınmaz əmalk məsələlərinə cavabdeh qurumların yenidən qurulmasından sonra keçirilən islahatlar nəticəsində bunların da həllini tapacağına, nəticədə Azərbaycanda daşınmaz əmlak bazarının nəinki ölkə vətəndaşları, əcnəbilər üçün də cəlbedici hala gələcəyinə inanmaq istərdik.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Böyük Britaniya haqqında 50 maraqlı fakt (5-ci hissə)

posted in: Xəbər | 0

BritaniyaBöyük Britaniya haqqında 50 maraqlı fakt

5-ci hissə

Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz

İngilis dilini öyrənənlər üçün Böyük Britaniyanın mədəniyyəti, ənənələri, dəyərləri haqqında daha çox öyrənmək faydalıdır. Bu, orada yaşayan insanları daha yaxşı başa düşməyə kömək edəcəkdir.

Siz bu ölkəyə işgüzar səfərə və ya turist kimi hazırlaşırsınız, ola bilsin oxumaq üçün gedirsiniz və yaxud internet vasitəsilə sadəcə özünüzə bir həmsöhbət axtarıb tapmısınız, bunlar önəmli deyil, bu məsləhətlər və faktlar sizə səmərəli ünsiyyət üçün çox faydalı ola bilər.

  •  Hellouin – öz kökünü çoxsaylı şotland bütpərəst ənənələrindən birindən götürüb. Oktyabrın 31 – kelt təqvimində çox mühüm tarix idi. Həmin gün müqəddəslər günü kimi qeyd olunurdu, əfsanəyə görə o gündə ruhlar canlıları təqib etmək üçün geri qayıdırdı.
  • 30 milyona yaxın amerikalı hesab edir ki, onların şotland mənşəyi var. Onların sırasında bu şəxslər olub: prezidentlərdən Teodor Ruzvelt, Buş, bir də məşhur xanım Merilin Monro var.
  • Şotland (gel) dili – bizim günlərə kimi gəlib çıxan kelt dillərindən biridir. Digər üç dil – valliy, irland, korn, (Böyük Britaniyad) breton (Fransada) yoxa çıxmaq təhlükəsi altındadır.
  • Məşhur ingilis alimlərinə – Çarlz Darvin, Maykl Faradey, İsaak Nyuton, Stiven Hokinqi misal çəkmək olar.
  • Britaniya ixtiraçısı və alimi Tim Berners-Li ümumdünya hörümçək torunu ixtira edib.
  • İngiltərənin ən nüfuzlu və məşhur şairlərindən biri – Vilyam Şekspirdir. Onun hələ sağlığında bir çox portretləri çəkilib.
  • Britaniya monarxlarının Londonda rəsmi evi – Bukinhem sarayıdır. İndiyə kimi orada hər gündən bir qaravulların dəyişdirilməsi mərasimi keçirilir ki, bu tədbir bir çox turistləri cəlb edir.
  • Londonda üç dəfə – 1908, 1948 və 2012-ci illərdə yay Olimpiya oyunları keçirilib.
  • Futbol (cokker), reqbi və kriket – İngiltərədə ən populyar idman növləri hesab olunur.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Muğanbank” ASC “Muganbank Maliyyə – Hub” layihəsini açıqladı

posted in: Bank, Xəbər | 0

Muğanbank“Muğanbank” ASC artıq bir müddətdir mətbuatda müzakirə olunan “Muganbank Maliyyə-Hub” layihəsinin şərtlərini açıqladı. Yeni layihə kiçik və orta sahibkarlara hərtərəfli dəstəyi özündə ehtiva edən bir ekosistem olacaq. Müxtəlif tərəfləri özündə birləşdirəcək FinHub layihəsi Hub daxilində şirkətlərin sərfəli şərtlərlə öz bizneslərini inkişaf etdirməyinə xidmət edəcək. Belə ki, “Muğanbank” ASC Hub yaradıcısı olaraq, bu ekosistemin çalışmasını təmin edəcək, hub üzvləri arasında qarşılıqlı faydalı biznes əlaqələrinin qurulması üçün öz dəstəyini göstərəcək. Ən əsası isə Hub yaradıcısı olaraq Muğanbank, “Maliyyə Hub”-a  qoşulmuş fiziki şəxs sahibkar və hüquqi şəxslərə dövriyyələrindən asılı olaraq aylıq əsasda maliyyə dəstəyi göstərəcək.

“Muganbank – Maliyyə Hub”-ın əsas üstünlüklərindən biri də “FinHub”-a qoşulmuş üzvlərə bir aydan üç aya kimi ödənişsiz maliyyə-mühasibat xidmətlərinin göstərilməsidir. Ödənişsiz maliyyə xidmətlərinin müddəti vergi ödəyicisinin növündən asılı olaraq aşağıdakı qaydada dəyişəcək.

  • Fiziki şəxs sahibkarlar – 3 ay
  • Hüquqi şəxslər (mənfəət və ya sadələşdirilmiş vergi ödəyiciləri) – 2 ay
  • Hüquqi şəxslər (ƏDV ödəyiciləri) – 1 ay

Bundan əlavə FinHub layhəsi çərçivəsində startaplara xüsusi dəstək nəzərdə tutulur. Belə ki, fəaliyyətin ilk illəri startaplar üçün həyatda qalmaq dövrü hesab olunur. Bu baxımdan, FinHub layihəsinə qoşulan startaplara (fəaliyyəti iki ildən az olan şirkətlərə) həm maddi, həm də endirimlər baxımından özəl dəstək göstəriləcək. Eyni zamanda startaplar FinHub üzvləri arasında öz bizneslərini inkişaf etdirmək, netvorkinq, təqdimatlar və s. kimi üstünlüklərdən istifadə edə biləcəklər.

Ümumilikdə, “Muganbank Maliyyə-Hub” barədə ətraflı məlumatı əldə etmək, eləcə də qoşulmaq üçün “Muğanbank” ASC-nin rəsmi internet səhifəsinə (www.muganbank.az) daxil ola  bilərsiniz.

Qeyd edək ki, “Muğanbank” ASC -nin təqdim etdiyi “Muganbank Maliyyə-Hub” layihəsi ölkədə bir ilkdir. Eyni zamanda,“Muğanbank” ASC tərəfindən yaradılan ekosistemin pandemiya dövründə kiçik və orta sahibkarlara mühüm dəstək olacağı gözlənilir.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Gecikməyə görə tətbiq edilən cərimə ƏDV-yə cəlb edilirmi?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

ƏDV EDVSual: Beynəlxalaq yükdaşıma fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisədən xidmət alışı zamanı hər hansı səbəbdən meydana çıxan gecikməyə görə (gömrükdə, anbarda və s.) həmin müəssisə daşıma xidmətindən əlavə müəyyən məbləğdə hesabt faktura göndərir. Gecikməyə görə tərəfimizdən ödənilən bu məbləğ 10 % ÖMV-yə və 18% ƏDV-yə cəlb olunamlıdırmı? Yoxsa daşıma xidmətinin tərkib hissəsi kimi 6%-lə ÖMV-yə cəlb olunmalıdır?

Cavab: Bldiririk ki, Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələrindən ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergi tutulur.

Tərəflər arasında bağlanmış müqavilədə, razılaşmada və ya sifariş və ödəniş sənədlərində beynəlxalq daşımanın dəyəri yüklərin daşınması, yüklənməsi, boşaldılması və daşıma ilə bağlı yaranan digər xərclər, o cümlədən yüklərin sığortası, gecikməyə görə cərimə və s. də nəzərə alınmaqla müəyyən edildiyi halda həmin xərclər beynəlxalq daşımanın dəyərini təşkil edir.

Eyni zamanda, tərəflər arasında bağlanmış müqavilədə, razılaşmada və ya sifariş və ödəniş sənədlərində beynəlxalq daşımanın dəyəri digər xərclər o cümlədən, yüklərin sığortası, gecikməyə görə cərimə və s. nəzərə alınmaqla müəyyən edilmədiyi halda isə gecikməyə görə ödənilən həmin məbləğdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Əlavə olaraq bildiririk ki, rezident tərəfindən qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ödənişin vaxtından gec aparılması ilə bağlı qeyri-rezidentə cərimənin ödənilməsi ƏDV-nin vergitutma obyektini yaratmır.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 125-ci və 159-cu maddələri.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun