Vergi güzəştləri tətbiq edilmiş sahələr üzrə yeni bəyannamə formaları istifadəyə verilib

posted in: Xəbər | 0

Vergi güzəştləri tətbiq edilmiş sahələr üzrə yeni bəyannamə formaları istifadəyə verilib

maliyyə dəstəyiAzərbaycanda koronavirus (COVID-19) pandemiyasının yayılmasının iqtisadi fəallığa təsirinin azaldılması və sahibkarlıq subyektlərinə mənfi təsirlərinin minimallaşdırılması üçün dəstək tədbirləri və proqramları həyata keçirilir. Tədbirlər çərçivəsində vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, ölkədə müvəqqəti vergi rejiminin tətbiqinə başlanılıb, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə əhəmiyyətli güzəştlər və azadolmalar verilib. Belə ki, bu şəxslər 2020-ci il üzrə əmlak və torpaq vergilərindən tam azad ediliblər, mənfəət və ya gəlirlərinin 75 faizi miqdarında vergi güzəştləri əldə ediblər.

Bundan əlavə, fiziki şəxslərdən daşınmaz əmlak icarəyə götürdükləri halda, onlar üçün daşınmaz əmlaka görə ödənilən icarə haqqının dərəcəsi 14 faizdən 7 faizə endirilib. Zərər çəkmiş sahələrdə çalışan vergi ödəyiciləri və mikro sahibkarlıq subyekti olmayan şəxslərin gəlir və mənfəət vergisi üzrə hesablanmış vergilərin ödəmə müddətləri 1 sentyabr 2020-ci il tarixə kimi uzadılıb. Eyni zamanda, mikro sahibkarlıq subyektlərinin 2020-ci ilin 1-ci və 2-ci rübləri üzrə vergi orqanına təqdim etməli olduqları sadələşdirilmiş vergi bəyannaməsinin verilmə müddəti 2020-ci il sentyabrın 1-nə kimi uzadılıb və həmin hesablanmış vergilərin də ödəmə müddəti son olaraq 1 sentyabr 2020-ci il müəyyən edilib.

Bu güzəşt və azadolmaların bəyannamə formalarında əks etdirilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bir sıra bəyannamələrin, onların əlavələrinin formaları və tərtib edilməsi qaydaları təsdiqlənib.

19 avqust tarixindən “Bəyannamə Tərtibatı Proqramı”nın (BTP) növbəti yeni versiyası istifadəyə verilib. Burada pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri tərəfindən müvafiq güzəşt və azadolmaları özündə ehtiva edən “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”, “Torpaq vergisi bəyannaməsi” və “Gəlir vergisi bəyannaməsi”nin elektron formada tərtib edilərək vergi orqanına təqdim olunması imkanı yaradılıb. Hazırda digər tədiyyələr üzrə, o cümlədən əlavə dəyər vergisi, mənfəət və əmlak vergisi üzrə bəyannamələrin elektron qaydada tərtibatı zamanı güzəşt və azadolmaların nəzərə alınması istiqamətində işlər aparılır. Yaxın vaxtlarda həmin bəyannamələrin də elektron forması vergi ödəyicilərinin istifadəsinə veriləcək.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Regionda ilk dəfə PAŞA Bank çirkli pulların yuyulmasının qarşısını almaq məqsədi ilə NICE Actimize proqram təminatını təqdim etdi

posted in: Bank, Xəbər | 0

PAŞA Bank NICE ActimizeAzərbaycanın aparıcı korporativ bankı – PAŞA Bank qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə aparan müasir proqram təminatının yaradılmasını uğurla həyata keçirmişdir. Dünyanın müxtəlif növ maliyyə cinayətlərinə qarşı mübarizə vasitələri hazırlayan şirkətlərdən biri olan NICE Actimize tərəfindən yaradılan bu proqram regionda ilk dəfə olaraq PAŞA Bank tərəfindən təqdim edilmişdir.

​Hərtərəfli bir proqram həllinin köməyi ilə NICE Actimize Banka Müştəri əməliyyatlarının və məlumatların qorunmasını daha yüksək səviyyədə təmin etməyə, çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində bütün aparıcı standartlara və təcrübələrə riayət etməyə, habelə əməliyyatlarının bu sahədəki beynəlxalq qanun və qaydalara uyğunluğunu təmin etməyə imkan verir. NICE Actimize proqram təminatının tətbiq olunan komponentləri Banka əməliyyat xərclərini azaltmağa, bu sahədə fəaliyyətlərin avtomatlaşdırılmasına, şəxslərin və təşkilatların şübhəli əməliyyatlarının erkən mərhələlərdə aşkarlanmasını təmin etməyə imkan verir. Bu texnoloji həll fırıldaqçılıq nəticəsində maliyyə itkisi ehtimalını da aradan qaldırır və tənzimləmə sanksiyalarından yayınır. Beləliklə, NICE Actimize-də quraşdırılmış proqram maliyyə mənbələri ilə bağlı mümkün olan qeyri-qanuni hərəkətlərə qarşı effektiv şəkildə mübarizə aparır və müştəri əməliyyatlarının qorunma səviyyəsini artırır.
PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, 2018-2020-ci illər üçün Bankın inkişaf strategiyası PAŞA Bank-ın biznes modelinin transformasiyasını və yüksək texnoloji həllərdən fəal istifadəsini nəzərdə tutur.

“Bunu nəzərə alaraq dəyişən tənzimləmə tələblərinə və mümkün təhdidlərə operativ reaksiya vermək üçün maliyyə qurumları təhlükəsiz, etibarlı və eyni zamanda çirkli pulların yuyulmasına qarşı çevik vasitələrə ehtiyac duyur. Bu sahədəki liderlərdən biri olan NICE Actimize-dən yeni hərtərəfli bir həllin tətbiqi PAŞA Banka maliyyə axınının şəffaflığının təmin edilməsi üzərində nəzarəti daha da gücləndirməyə və həm Azərbaycanda, həm də xaricdəki müştərilərinin maksimum qorunmasını təmin etməyə imkan verəcəkdir “

 Qeyd edək ki, NICE Actimize şirkətinin hərtərəfli həlli Barclays, Scotiabank, Societe Generale, Union Bank, Brown Brothers Harriman və dünyanın digər aparıcı maliyyə qurumlarında tətbiq olunaraq uğurla istifadə edilmişdir. PAŞA Bankın əməliyyat fəaliyyətinə bu proqram təminatının yeridilməsi NİCE-nin rəsmi ortağı – Türkiyənin 3-D Bilişim Teknoloji şirkəti tərəfindən həyata keçirildi.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Şərikli sığorta anlayışı, onun mahiyyəti və səciyyəvi xüsusiyyətləri

posted in: Xəbər | 0

sosial sığorta haqqıŞərikli sığorta

Gənc mütəxəssisslər və tələbələr üçün öyrədici material

Bu yazıdan siz biləcəksiniz:

  • Şərikli sığorta anlayışı, onun mahiyyəti və səciyyəvi xüsusiyyətləri
  • Şərikli sığortada aparıcı (lider) sığortaçı və onun rolu
  • Şərikli sığortanın ikiqat və ya çoxqat sığortadan fərqi
  • Şərikli sığortanın təkrarsığorta ilə müqayisəsi və fərqli cəhətləri
  • Şərikli sığortada ən mükəmməl və kəsərli olan mexanizm – Sığorta daxılı
  • Şərikli sığorta qanunvericilikdə
  • Şərikli sığortada pay bölgüsü nümunələri
  • Şərikli sığortanın əhəmiyyəti
Şərikli sığorta anlayışı, onun mahiyyəti və səciyyəvi xüsusiyyətləri

Şərikli sığorta – eyni bir sığorta obyektinin bir neçə sığortaçı tərəfindən (şərikli sığortaçılar tərəfindən) vahid sığorta müqaviləsi əsasında birgə sığortalanmasını nəzərdə tutur. Həm də bu risk bölgüsü vahid sığorta müqaviləsi tərtib olunmaqla müəyyən faiz nisbəti əsasında həyata keçirilir. Sığorta müqaviləsində şərikli sığortada iştirak edən bütün iştirakçıların adı və risk payları göstərilir.

Başqa sözlə bu, eyni bir riskin müxtəlif sığortaçılar tərəfindən birgə sığortalanmasını nəzərdə tutan bir mexanizmdir. Misal: Sığortaçı A, Sığortaçı B, Sığortaçı C, Sığortaçı D və Sığortaçı E aralarında bağladıqları müqaviləyə əsasən öz güclərini birləşdirir, eyni bir obyekti, deyək, İmişli şəkər zavodunu yanğın riskindən şərikli qaydada sığortalayırlar. (Aşağıda dəqiq pay bölgüsü göstəriləcəkdir.) Bu zaman şəriklərin risk payı bərabər bölünə bildiyi kimi, fərqli nisbətdə də bölüşdürülə bilər. Sığortaçılar qarşılıqlı razılaşma əsasında pay nisbətlərini dəqiqləşdirirlər. İstənilən halda iştirakçı sığortaçılar bu yolla öz risklərini azaltmış olur və rahat fəaliyyət göstərirlər. Burada bir vacib məsələni xüsusi qeyd etmək lazımdır ki,  şərikli sığorta müqaviləsinin iştirakçıları şərikli sığortalanan müvafiq sığorta növü üzrə lisenziyaya malik olmalıdırlar.  Şərikli sığortaçılardan birinin lisenziyası olmadığı halda, sonradan həmin müqavilə lisenziyasız şərikin payı hissəsində etibarsız sayılır.

Hazırda şərikli sığorta mexanizmi dünya sığortaçılığında çox geniş tətbiq edilir.

Bütün deyilənləri ümumiləşdirərək, şərikli sığorta üçün səciyyəvi olan aşağıdakı cəhətləri qeyd edə bilərik:

  • Sığortalı qismində bir şəxs çıxış edir;
  • Sığorta eyni bir obyektlə bağlı həyata keçirilir;
  • Bir sığorta müqaviləsi bağlanılır;
  • Sığortaçı qismində eyni zamanda bir neçə sığortaçı çıxış edir;
  • Şərikli sığortaçıların hər biri şərikli sığortalanan sığorta növü üzrə lisenziyaya malik olmalıdırlar;
  • Eyni sığorta riskinə görə təminat verilir.
Şərikli sığortada aparıcı (lider) sığortaçı və onun rolu 

Şərikli sığorta müqavilələri bağlanarkən sığortaçılar, bir qayda olaraq, aparıcı (lider) sığortaçını təyin edirlər. Həmin aparıcı sığortaçı bir növ lider sığortaçı statusunda çıxış edir və faktiki olaraq, şərikli sığorta müqaviləsinin bütün texniki şərtlərinin icrasını təmin edir. Daha dəqiq ifadə etsək, aparıcı sığortaçı şərikli sığorta müqaviləsi üzrə bütün inzibati prosedurun icrasını, o cümlədən, iştirakçı sığortaçılar arasında sənəd mübadiləsini təmin edir, digər sənədləri təqdim edir, sığorta hadisəsi baş verdikdə, hadisə yerinə baxış keçirir, zərəri müəyyənləşdirir, sürveyer təyin edir,  sığorta haqları, iddialar və digər sənədləşmə işlərinə görə məsuliyyəti öz üzərinə götürür və sığortalı ilə münasibətlərdə bütün şərikləri təmsil edir..

Başqa sözlə, o, bütün digər şəriklərin adından sığortalı ilə yuxarıdakılarla bağlı danışıqların aparılmasını və qarşılıqlı münasibətlərin aydınlaşdırılmasını öz üzərinə götürür. Müqavilənin qüvvədə olduğu müddət ərzində həmin müqavilədən doğan bütün məsələlərdə aparıcı rola malik olur. Bu işlərin icrasına görə hər bir şərikli sığortaçı aldığı (payına düşən) sığorta haqlarından aparıcı sığortaçının hesabına ən azı 2, ən çoxu isə 4 faiz komissiya ödəyirlər. Əlbəttə, bu komissiyanın məbləği iştirakçı sığortaçılar arasında razılaşdırılır.

Şərikli sığortanın ikiqat və ya çoxqat sığortadan fərqi

Şərikli sığortanı ikiqat və ya çoxqat sığortadan da fərqləndirmək lazımdır. Əsas fərq ondan ibarətdir ki, şərikli sığortada yalnız bir sığorta müqaviləsi bağlanılır. İkiqat və ya çoxqat sığortada isə iştirakçı sığortaçıların sayı qədər də sığorta müqaviləsi olur. Belə ki, sığortalı hər bir sığortaçı ilə müstəqil sığorta müqaviləsi bağlayır.  Düzdür, şərikli sığortada da hər bir sığortaçı öz öhdəlik payına uyğun xüsusi sığorta şəhadətnaməsi verir, lakin hüquqi planda hər halda bir müqavilədən söhbət gedir. Yeri gəlmişkən, şərikli sığortada sığorta müqaviləsi birgə polis formasında da tərtib edilə bilər.

Şərikli sığortanın təkrarsığorta ilə müqayisəsi və fərqli cəhətləri

Şərikli sığortanın zahirən təkrarsığorta ilə bəzi oxşarlıqları vardır. Əsas oxşarlıq ondan ibarətdir ki, hər iki halda söhbət sığorta obyekti üzrə riskin bir neçə sığortaçı arasında bölüşdürülməsindən gedir. Fərq ondan ibarətdir ki, şərikli sığortanın şərtlərinə əsasən sığorta hadisəsi baş verdikdə, sığorta ödənişinin verilməsi üzrə bütün şərikli sığortaçıların öz məsuliyyət payı həddində öhdəlikləri yaranır.  Bundan başqa, şərikli sığorta müqaviləsinə əasəsən sığortalı sığorta ödənişi üçün şərikli sığortaçılardan hər birinə qarşı onların pay nisbəti həcmində iddia qaldırmaq hüququna malikdir.

Təkrarsığortada isə vəziyyət tam fərqlidir. Belə ki, burada yalnız ilk sığortaçı sığorta ödənişinin sığortalıya verilməsi üzrə tam və birbaşa məsuliyyət daşıyır. Digər sığortaçılar-təkrarsığortaçılar isə sığortalıya münasibətdə  heç bir məsuliyyət daşımırlar. Aşağıdakı sxemdə şərikli və təkrarsıgortanın müqayisəsində bu aydın görünür:

 

Şərikli sığortada ən mükəmməl mexanizm – Sığorta daxılı

Sığorta daxılı sığortaçıların hüquqi şəxs olmayan könüllü ittifaqıdır. Bu ittifaqın yaradılmasında sığortaçıların əsas məqsədi sığorta əməliyyatlarında maliyyə dayanıqlığını təmin etməkdən ibarətdir. Başqa sözlə bu, daxıl iştirakçıları adından bağlanmış sığorta müqavilələri üzrə öhdəliklərin həmrəylik şəraitində daha dolğun və etibarlı şəkildə yerinə yetirilməsini özündə ehtiva edir.   

Sığorta daxılının üzvləri eyni tipli obyektlərin vahid qayda və tariflərlə sığortalanmasında və təkrarsığortalanmasında birgə fəaliyyət göstərirlər.

Sığorta daxılını yaradan sığortaçılar ilk öncə aşağıdakıları hədəfləyirlər:
  • Konkret götürülmüş sığorta növü üzrə maliyyə dayanaqlılığını təmin etmək;
  • Mümkün maliyyə çatışmazlığını aradan qaldırmaq;
  • Böyük risklərin sığortalanmasında iştirak imkanı qazanmaq;
  • İri risklər üzrə sığorta ödənişlərini təmin etmək.
Şərikli sığorta qanunvericilikdə

Sığorta qanunvericiliyinə şərikli sığortaya dair bəndlər daxil edilmişdir. Məsələn, Azərbaycan Respublikasının Mülki Məcəlləsində şərikli sığortaya belə tərif verilmişdir:  “Şərikli sığorta bir neçə sığortaçının aralarında bağladıqları müqaviləyə müvafiq olaraq, sığorta ödənişi üzrə öhdəlikləri bölüşdürməklə sığorta müqaviləsi ilə müəyyən edilmiş sığorta risklərini eyni zamanda sığortalamaları ilə bağlı fəaliyyət və bununla əlaqədar yaranan münasibətlərdir”.

Eyni zamanda qeyd olunur ki, müvafiq sığorta növü üzrə fəaliyyət göstərməyə icazəsi olmayan sığortaçı şərikli sığortada iştirak edə bilməz.

Şərikli sığortada pay bölgüsü nümunələri

Beləliklə, ölkəmizdə fəaliyyət göstərən 5 sığortaçı yuxarıda qeyd etdiyimiz kimi, İmişli Şəkər Zavodunun bütün emal və inzibati tikililərini şərikli sığorta müqaviləsi əsasında yanğından sığortalayırlar. Fərz edək ki, sığorta məbləği 8 000 000 manat, sığorta tarifi 0,5% təşkil edir. Şərikli sığortaçılar riski aşağıdakı pay bölgüsü üzrə sığortalayırlar: sığortaçı A – 15%, sığortaçı B – 25%, sığortaçı C (aparıcı (lider) sığortaçı) – 30%, sığortaçı D – 10% və sığortaçı E – 20%

Gəlin, riskin və komissiyanın bölgüsü cədvəlini tərtib edək:

Şərikli sığortaçıların payı Sığorta məbləği Sığorta haqqı Aparıcı sığortaçının komissiyası Hər bir sığortaçının aparıcı şəriklinin komissiyasında payı
A – 15% 1 200 000 6 000 2% 120
B – 25% 2 000 000 10 000 2% 200
C – 30% 2 400 000 12 000
D – 10% 800 000 4 000 2% 80
E – 20% 1 600 000 8 000 2% 160
100% 8 000 000 40 000 560
Şərikli sığortanın əhəmiyyəti

Yuxarıdakı yarımbaşlıqlarda verilən şərhlərdə şərikli sığortanın əslində hansı zərurətdən yaranan bir mexanizm olması aydın görünür. Şərikli sığortada sığortaçılar iri, “bahalı” obyektlərin sığortalanması zamanı riski minimuma endirmək üçün öz güclərini birləşdirirlər. Bu, təkrarsığortada da belədir. Lakin şərikli sığortada biz fərqli bir mexanizmin olduğunu görürük. İndiki dövrdə insanların əmlak mənafeləri ilə bağlı iki məqamı xüsusi olaraq qeyd etmək olar: 1)   əmlak mənafeləri ilə bağlı risk amillərinin təbii çoxalması- qlobal istiləşmə, müxtəlif təbii kataklizmlər, yeni xəstəliklər və s.; 2) dövlətlərin və insanların malik olduğu müxtəlif təyinatlı əmlakın dəyərinin hədsiz dərəcədə artması. Bax, bu iki amil sığortaçıları şərikli sığorta mexanizmindən yararlanmaqla bir araya gəlməyə və birgə fəaliyyət göstərməyə vadar edir və bundan sonra da edəcəkdir. Başqa sözlə, heç bir sığortaçı indiki “narahatlıqlar” dövranında öz atını təkbaşına çapmaqda maraqlı deyildir.


Müəllif: Sığorta mütəxəssisi, Şükür Hüseynov


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Almaniyanın vergi sistemi, formalaşması və inkişafı (5-ci hissə)

posted in: Xəbər | 0

vergi sistemiAlmaniyanın vergi sistemi, formalaşması və inkişafı

5-ci hissə

Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz

Almaniya Federativ Respublikası bir dövlət kimi siyasi və iqtisadi quruluşun müxtəlif mərhələlərini keçmiş, dəfələrlə dünya müharibələrinin yaratdığı dağıntılardan qalxmış, iqtisadi cəhətdən güclü, sosial yönümlü dövlətə çevrilmişdir.

Vergitutma məqsədləri üçün bütün vergi tutulan gəlir yeddi növə bölünür. Xüsusilə, gəlirlər bu sahələrə ayrılır: müstəqil fəaliyyət, sənaye fəaliyyəti, kənd və meşə təsərrüfatlarında iş, muzdlu əməkdən istifadə, kapital, icarəyə verilməsi və s.

Korporasiyaların mənfəət vergisi hüquqi şəxslər tərəfindən ödənilən əsas vergidir. Ümumi vergi dərəcəsi 45 faiz təşkil edir. Sözügedən vergi, fiziki şəxslərin səhmdarlarının maraqlarını nəzərə almağa imkan verir.

Korporasiyalar üzrə vergi federal və torpaq büdcələri arasında 50%/ 50% nisbətində bölünür.

Satış vergisi də hər üç büdcə arasında bölüşdürülür, lakin nisbətlər çox vaxt dəyişir. Əvvəllər isə satış vergisi aşağıdakı kimi paylanırdı: 60% – federal büdcəyə, 35% – torpaqların büdcələrinə və 5% – yerli büdcələrə. Satış vergisi tənzimləyici gəlir mənbəyi kimi xidmət edir. Bunun sayəsində torpaqların maddi vəziyyəti bərabərləşir.

Almaniyada hazırda ən böyük iki vergi var – fərdi gəlir vergisiəlavə dəyər vergisi (ƏDV). Ölkənin büdcə gəlirlərində ƏDV-nin payı 28%  təşkil edir. Ümumi faiz dərəcəsi 15% təşkil edir, lakin bir sıra ərzaq məhsulları və kitab-jurnal məhsulları minimum 7% dərəcə ilə tutulur.

Almaniyada vergilər hökumət tərəfindən dövlətin ölkə iqtisadiyyatının inkişafına təsirinin əsas aləti kimi nəzərdən keçirilir, büdcədə onların yeri çox yüksəkdir. Büdcənin ümumi gəlirlərində vergilər, bir qayda olaraq, 80% təşkil edir.

Almaniyanın maliyyə katibi, professor X. Sitzelsberger hesab edir ki, dövlətin maliyyə siyasətinin əsas məqsədi struktur və konyunktur işsizliyin azaldılmasıdır. İnvestisiya qoyuluşu şərtləri tam rəqabət qabiliyyətli olmalıdır. Vergilərin azaldılması alman və xarici investorlara əhəmiyyətli iqtisadi və maliyyə-psixoloji stimul verəcəkdir. İslahatla müəyyən edilmiş uzunmüddətli meyarlar dövlət maliyyə siyasətinin etibarlılığını təmin edəcəkdir. Eyni zamanda, ölkədə qısa müddət ərzində təsir edə biləcək iqtisadi artımın canlanması üçün bir ilkin şərt yaradılacaqdır. Mövcud hesablamalara görə, vergi tədbirləri hər il təqribən 1% -lik əlavə bir inkişaf tempinə nail olmağa imkan verəcəkdir.

Alman siyasətçiləri, İsveçrəni Almaniya vətəndaşlarına vergidən yayınmaqda  kömək etməkdə günahlandırırlar. Lakin, Almaniya vergi sistemi -nin özü də buna töhfə verir, Deutsche Welle köşə yazarı Nikita Zholkver belə deyir.

AFR hökuməti artıq iki il ərzində ikinci dəfədir ki, öz gəlirlərini  “vergi oazislərində” gizlədən ölkəin zəngin adamları ilə bağlı məlumtları qeyri-leqal yolla satın alır. Birinci halda Lixtenşteyndən, indi isə İsveçrədən söhbət gedir. Yəni, alman hökuməti faktiki olaraq digər cinayətkarları üzə çıxarmaq üçün başqa bir cinayətkarla sövdələşməyə gedir.


Almaniyanın vergi sistemi, formalaşması və inkişafı (6-cı hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun