Zəruri qayda və tələblərin pozulmasına görə 161 sahibkarlıq subyekti barədə tədbir görülüb

posted in: Xəbər | 0

sahibkarlıq subyektiİqtisadiyyat Nazirliyinin pandemiya şəraitində zəruri qayda və tələblərə əməl edilməsinə nəzarət tədbirlərini davam etdirir. Nazirliyin avqustun 26-da keçirdiyi monitorinqlərdə Qaradağ rayonunda “Tural kafe”də, “Karvan kafe”də, Binəqədi rayonunda “Dədə restoran”da, “Qəbələ restoran”da, “Sarvan kafe”də, “Sulutəpə kafesi”ndə, Rüstəm Eyyübova məxsus “Ərzaq topdan satış” mağazasında, Nəsimi rayonunda “Rodigio restoranı”nda, “Koza restoranı”nda, “Möhtəşəm məkan” iaşə obyektində, “Zəngəzur kafesi”ndə, “Fəvvarə pub”da, “Muğan kafe”də, Nərimanov rayonunda “Holdom mağaza”da, “Kənan inşaat kafel-metlax mağazası”nda, “SR Dent” klinika”da, “Yanar dönər”də, Vasif Kərimzadəyə məxsus “Kişi geyimləri mağazası”nda, Xətai rayonunda “Azgranata” mağazasında, “Pinqvin paltar mağazası”nda, “Ucuzluq” pərakəndə ticarət obyektində, “Oba market”də, “Məkan Aygün kafesi”ndə, “Buta Farm” MMC-yə məxsus “Aptek”də, Xəzər rayonunda “Mərdəkan kafe”də, Rüfət Məmmədova məxsus “Kafe-çayxana”da, Əli Məhsumova, Rüfət Ramazanova, Fizuli Murtuzayevə məxsus mağazalarda, Sabunçu rayonunda Rasim Süleymanova məxsus “Xırda bəzək əşyaların təmiri” xidmət obyektində, İbrahim Əskərova, Ağasəlim Əsgərova məxsus mağazalarda, Nizami rayonunda “Şəms uşaq oyuncaqları” mağazasında, “Arpaçay restoranı”nda, “Keyfiyyət dönər”də, “Həyat kafe”də, “Murad telekom mağazası”nda, “Əlioğlu qapı satışı” mağazasında, Səbail rayonunda “Forestra paltar mağazası”nda, “Trabzon Dönər”də, “Ponarama kafe”də, “Kafe-come in club”da, “Taksim kebab”da, “Cafe city”də, Suraxanı rayonunda “Xilə” iaşə obyektində, “Parkdadlı dönər”də, “Viktoriya-F” firmasına məxsus kafedə, Yasamal rayonunda “Avtoplus”, “Ekonom AVM”, “ARZ geyim” pərakəndə ticarət obyektlərində, “Babat dönər”, “İz kulinariya” iaşə obyektlərində, “FN Dent” klinikasında, Gəncə şəhərində “Musa motors” mağazasında, Kamran Əhmədova məxsus divar kağızı mağazasında, Almaz Quliyevaya məxsus pərakəndə ticarət obyektində, Sumqayıt şəhərində “On beer pub”da, Elnur Abduləzimova, Elvin Şamıyevə məxsus mağazalarda, Yasin Mirzəyevə məxsus kafedə, Mingəçevirdə “Elvin market”də, Mahal Vəliyevə məxsus kafedə, Röyal Şərifova məxsus mağazada, Abşeron rayonunda “Uğur market”də, Daşqın Mirzəyevə, Ramil Camalova, Şəhriyar Mürvətliyə məxsus kafelərdə, Masallı rayonunda İntiqam Mahmudova məxsus mağazada, Əhməd Zamanova məxsus aptekdə, Cəlilabad rayonunda Kamal Nəsirova məxsus mağazada, Xaçmaz rayonunda Mübariz Rəcəbova, Qiyas Salayevə, Hümmət Qürbətova məxsus iaşə obyektlərində, Bərdə rayonunda Məhəmməd Əhmədova məxsus mağazada, Asif Bərxudarova məxsus iaşə obyektində, Yevlax rayonunda “Lux oil petrol” yanacaqdoldurma məntəqəsində, “Dokta” aptekində, Ceyhun Süleymanova məxsus ət mağazasında, Salyan rayonunda Rüfət Cəfərova məxsus mağazada, Göygöl rayonunda “Al market”də, Rasim Xudiyevə məxsus ərzaq mağazasında, Goranboy rayonunda Ramin Qasımova, Hakim Göyüşova, İmaməddin Hümbətova məxsus ticarət obyektlərində, ümumilikdə, nəzarət tədbirləri keçirilmiş 2341 obyektin 161-də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“PASHA Bank Cup – II” yarışmasının final mərhələsinə hazır olun!

posted in: Xəbər | 0

“PASHA Bank Cup – II” yarışmasının final mərhələsinə hazır olun!

30 avqust, 10:00 – 14:00 arasında baş tutacaq “PASHA Bank Cup – II” yarışmasının final mərhələsində ölkənin güclü beyinləri birincilik uğrunda mübarizə aparacaqlar.

Xatırladaq ki, hədiyyə fondu 3 ədəd Apple MacBook Pro 13, 2 ədəd Apple iPad 9.7 32Gb Wi-Fi, 3 ədəd Apple AirPods 2, 2 ədəd Pocketbook 614 və digər qiymətli hədiyyələrdən ibarətdir.

Yarış HackerRank platforması üzərindən onlayn keçiriləcək.

Ətraflı məlumat əldə etmək və yaranan suallara cavab almaq üçün, həmçinin ümumi proqramlaşdırma mövzularında müzakirələr üçün “Slack” kanalına (https://join.slack.com/t/digital-engineers-az/shared_invite/) qoşula bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Anbarı və istehsal sahəsi olmayan vergi ödəyicilərinin riskləri

posted in: Xəbər | 0

vergi ödəyicilərinin riskləri vergi ödəyiciləriNazirlər Kabinetinin təsdiq etdiyi “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nda iki anlayış – riskli vergi ödəyicisi və riskli əməliyyat anlayışları konkretləşdirilib.

İqtisadçı ekspert Anar Bayramov bildirib ki, vergi orqanının təhlillər əsasında riskli əməliyyatları aşkarlamaq imkanı olsa da, bəzi riskli vergi ödəyicilərinin meyarlara uyğunluğunu müəyyən etmək üçün vergi nəzarəti (operativ vergi və səyyar vergi yoxlamaları) tədbirlərini həyata keçirməlidir.

Misal 1: Tutaq ki, vergi ödəyicisi dövrü olaraq topdansatış fəaliyyəti həyata keçirsə də, səyyar vergi yoxlamaları zamanı müəyyən olunur ki, onun obyektinin sahəsi satışın miqyaslarından kiçikdir. Göründüyü kimi, vergi ödəyicisi malların təqdim edilməsi zamanı birbaşa riskli əməliyyat həyata keçirməyib, amma obyektin həcmi ilə satış dövriyyəsi arasında uyğunsuzluq onun riskli vergi ödəyicisi olmaq ehtimalını yaradır.

Misal 2: Vergi ödəyicisi satış üçün ancaq geyim malları əldə edir. Buna baxmayaq digər vergi ödəyicilərinə təqdim etdiyi elektron qaimə-fakturalarda onun tikinti materialları satdığı müəyyən edilir.

Qaydaların 2.1.2-ci maddəsində qeyd edilir ki, aparılmış vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyat dedikdə vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar nəzərdə tutulur.

Misal 3: Tutaq ki, vergi ödəyicisi 40.000 manatlıq mebel avandanlığı satıb. Yoxlama zamanı isə məlum olub ki, sahibkar həmin mebel avandanlığının alışını həyata keçirməyib. Bundan əlavə o, mebel avandanlığı düzəltmək üçün istehsalat sahəsinə də malik deyil.

Misal 4: Vergi ödəyicisi 20.000 manatlıq montaj işinin görülməsi ilə bağlı qarşı tərəflə müqavilə imzalayıb. Vergi nəzarəti tədbirləri zamanı məlum olub ki, vergi ödəyicisinin montaj işi üçün hər hansı fəaliyyəti olmayıb və bu əməliyyat sadəcə sənədləşmə üçün həyata keçirilib.

Bəzi həmkarlarımız riskli vergi ödəyicisi anlayışının yalnız mallara tətbiq olunduğu fikrindədirlər. Ancaq nəzərə almaq lazımdır ki, əmtəəsiz əməliyyatlar anlayışında xidmətlər də nəzərdə tutulduğundan riskli vergi ödəyicisi meyarları xidmət sektoruna da şamil olunur.

Qaydaların 2.1.3-ci maddəsində qeyd edilib ki, idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur.

Bu maddə sırf vergi ödəyicisinin obyekti ilə bağlı risk meyarlarını müəyyən edir.

Misal 5: Tutaq ki, vergi ödəyicisi 300.000 manatlıq məbləğində mal idxal edib. Buna baxmayaraq, vergi orqanı onun hər hansı obyektə malik olmadığını müəyyən edir. Bu zaman vergi ödəyicisinin obyektinin olmaması riskli vergi ödəyicisi meyarlarına aid edilməsinə əsas verir.

Misal 6: İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi 200.000 manat dəyərində, litrlik meyvə şirələri təqdim edib. Vergi nəzarəti tədbirləri nəticəsində isə məlum olub ki, vergi ödəyicisinin anbar kimi təqdim etdiyi obyektin sahəsi cəmi 50 kvadratmetrdir. Bu zaman vergi ödəyicisinin riskli vergi ödəyicilərinə şamil olunması ehtimalı var.

Misal 7: Tutaq ki, obyekti olmayan və ya obyektinin sahəsi kiçik olan vergi ödəyicisi idxal etdiyi 180.000 manatlıq malı sifarişçi olan vergi ödəyicisi ilə bağladığı müqaviləyə əsasən digər sahibkara təqdim edir. Bu halda malları idxal edən riskli vergi ödəyicisi hesab olunmur. Çünki, qaydalarda şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna edilir.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

BirBank-dan Visa kartları ilə 25 manat qazanmaq kampaniyasının müddəti uzadıldı

posted in: Bank, Xəbər | 0

BirbankBirBank-dan Visa kartları ilə 25 manat qazanmaq kampaniyasının müddəti uzadıldı.

Xəbər verdiyimiz kimi, Kapital Bank-ın 1 milyondan artıq yüklənən, ölkənin ən məşhur tətbiqi olan BirBank mobil tətbiqində Kapital Bank-ın Visa kartları ilə ödəniş edərək, keşbek qazanmaq mümkün olub. Bu aksiya Kapital Bank-ın Visa International şirkəti ilə tərəfdaşlığı çərçivəsində təqdim olunub.

10 avqust tarixində bitən kampaniyanın müddəti 10 sentyabr 2020-ci il tarixinədək uzadılıb. Şərtlərə görə, Visa kartları ilə hər biri minimum 5 manat olmaqla 10 ədəd təmassız ödəniş edən müştərilər 25 manat keşbek qazana bilirlər. Kampaniya müddətində hər Visa kart sahibi ay ərzində 1 dəfə kampaniyadan yararlanıb, qeyd olunan məbləği qazana bilər.

Qeyd edək ki, Android istifadəçiləri Kapital Bank-ın BirBank mobil əlavəsi vasitəsilə NFC ödənişlər üçün hər hansı bir Kapital Bank-ın Visa kartını təyin edib, telefonu POS terminala yaxınlaşdırıb, ödəniş edə bilərlər.

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 1 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, yerinde digital kartın aktivləşdirilməsi, NFC odənişlər, bonuslarin toplanılması və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun