Exceldə formul xətaları – #DIV/0! #REF! #NUM!

posted in: Excel, Xəbər | 0

Exceldə formul xətaları – #DIV/0! #REF! #NUM!

Exceldə formul yazarkən bəzi hallarda qarşımıza xəta mesajları çıxır. Hər birinin nə mənaya gəldiyini bilsək, problemi daha tez aradan qaldıra bilərik. Gəlin, qarşımıza çıxan xəta mesajlarını bir-bir ələ alaq.

 Formula errors - 2

#N/A

Bu xəta daha çox lookup funksiyaları istifadə edilərkən qarşımıza çıxır.  Lookup funksiyaları hər hansı bir məlumat bazasından müəyyən kriteriyaya uyğun gələn hər hansı bir məlumatın gətirilməsi zamanı istifadə olunur.

#DIV/0!

Xəta mesajları arasında nə olduğu ən asan anlaşılan xətadır. Hər hansı bir ədədi sıfıra böldüyünüz zaman qarşınızda bu xətanı görəcəksiniz.

#NAME!

Hər hansı bir formulun adı düzgün daxil edilmədiyi zaman qarşımıza NAME xətası çıxacaq. Məsələn, AVERAGE  funksiyasını səhvliklə AVERAEG olaraq daxil etsəniz, qarşınızda bu xəta mesajını görəcəksiniz. Və ya hər hansı bir aralığın cəmini hesablamaq istədiyinizdə, məsələn, SUM(A5:A23) əvəzinə A5 və A23 arasına : işarəsini qoymağı unudub SUM(A5A23) yazsanız, yenə eyni xətayla üzləşəcəksiniz.

 Formula errors - 1

#REF!

Fərz edin ki, A3, B4 və A5 xanalarındakı 3 ədədi  cəmləmək istəyirsiniz. Bunun üçün yazacağınız formul  – SUM(A3;B4;A5) olacaqdır. Enterə klikləyirsiniz. Lakin daha  sonra B sütununu bütünüylə silmək qərarına gəlirsiniz. Az öncə yazdığımız formuldakı B4 xanası da bu silmə əməliyyatı ilə birgə silinmiş olur və cəmləmə əməliyyatımız avtomatik  #REF! xətasını verəcəkdir.
#NUM!

Əgər xanadakı ədəd xanaya sığmayacaq uzunluqda isə, o zaman Excel bu cür xəta mesajı verəcək. Məsələn hər hansı bir xanaya 20-nin 300-cü dərəcəsini hesablamaq üçün = 20^300 yazıb Enter düyməsinə bassaq, NUM xətasını görəcəyik. Çünki nəticə o qədər uzundur ki, Excel xanasına yerləşmir.

#VALUE!

VALUE xətası siz rəqəmsal funksiyaya mətn xarakterli məlumat daxil etdiyinizdə çıxır. Məsələn “klm” və “mno” məlumatlarını cəmləmək istəsəniz, qarşınıza bu xəta çıxacaq.

#########

Hər hansı bir məlumat xanaya sığmadığı zaman xananın içində bu cür işarələr görəcəksiniz. Bunun üçün xananın genişliyini artırmaq lazımdır.

Başqa bir səbəb isə, mənfi ədəd olan xananın Date formatına çevrilməsidir. Ədədi müsbətə çevirdiyiniz zaman, xəta da ortadan qalxacaqdır.

Müəllif: Elçin Xəlilov


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ABŞ-ın ən varlı sakinləri milyardlarla dollar yoxsullaşıblar

posted in: Xəbər | 0

ABŞ-ın ən varlı sakinləri milyardlarla dollar yoxsullaşıblar

dollarABŞ-ın ən zəngin şəhəri olan Nyu-York sakinlərinin ümumi sərvəti son bir ildə koronavirus pandemiyasının nəticələrinə görə təxminən 336 milyard dollar (13 faiz) azalmışdır. Bu haqda Webster Pacific и New World Wealth-ın tədqiqatlarına istinadən Bloomberg agentliyi məlumat verib.

Ölkənin böyüklüyünə görə ikinci şəhəri sayılan San-Fransisko isə 105 milyard dollar (beş faiz) kasıblayıb. Orada milyarderlərin sayı iki nəfər (43 nəfərə kimi) azalıb, Nyu-Yorkda isə milyarder sayı beş nəfər (hazırda 60 nəfərdir) azalıb. İyunun 30-na olan vəziyyətə görə ölkə sakinlərinin payına 58 trilyon və ya bütün dünya sərvətinin 30 faizinə yaxını düşür. Orta hesabla hər bir insana 178 min dollar.

İş yerlərinin itirilməsi, gəlir səviyyəsinin və elit daşınmaz əmlakın dəyərinin azalması, 2020-ci ilin birinci yarısında ABŞ-da doqquz faiz səviyyəsində ümumi sərvətin azalmasına gətirib çıxarıb. Lakin, ABŞ digər ölkələrlə müqayisədə daha yaxşı vəziyyətdədir, hesabatda belə deyilir. Belə ki, dünyada rifah səviyyəsi 14 faiz, Rusiya və Braziliyada isə 20 faiz aşağı düşüb.

İkinci rübdə amerika iqtisadiyyatı müharibədən sonrakı dövrdə ən böyük tənəzzülə uğramışdır. ÜDM keçən ilin eyni dövrü ilə müqayisədə 32,9 faiz azalıb.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Böyük Britaniya haqqında 50 maraqlı fakt (4-cü hissə)

posted in: Xəbər | 0

Böyük BritaniyaBöyük Britaniya haqqında 50 maraqlı fakt

4-cü hissə

Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz

İngilis dilini öyrənənlər üçün Böyük Britaniyanın mədəniyyəti, ənənələri, dəyərləri haqqında daha çox öyrənmək faydalıdır. Bu, orada yaşayan insanları daha yaxşı başa düşməyə kömək edəcəkdir.

Siz bu ölkəyə işgüzar səfərə və ya turist kimi hazırlaşırsınız, ola bilsin oxumaq üçün gedirsiniz və yaxud internet vasitəsilə sadəcə özünüzə bir həmsöhbət axtarıb tapmısınız, bunlar önəmli deyil, bu məsləhətlər və faktlar sizə səmərəli ünsiyyət üçün çox faydalı ola bilər.

  • 1832-ci ilə qədər İngiltərədə yalnız iki unuversitet – Oksford və Kembridc universitetləri var idi.
  •  İngiltərənin York şəhəri Avropanın və dünyanın ən çox kabus (ruhlar) dolaşan bir neçə şəhərlərindən biri hesab olunur. Şəhərdə 500-ə yaxın belə hal müşahidə olunub.
  • İngiltərə kraliçası – pasportsuz səyahət edən yeganə Britaniya vətəndaşıdır.
  • Qolf – şotland milli oyunudur. Bu oyun barəsində ən erkən xatırlatmalar 1457-ci ilə aiddir.
  • Robin Qud real insan olmayıb. Bu, hekayəçilərin və menestrellərin bir araya gətirdiyi orta əsr İngiltərəsinin real cinayətkarlarına əsaslanan kollektiv bir görüntüsüdür.
  • London Gözü – adlandırılan karusel, dünyada ən hündür müşahidə çarxıdır. Onun bir dəfə dövrə vurması 30 dəqiqə çəkir.
  • 1877-ci ilə kimi Oksford universitetinin mühazirəçiləri ailə qura bilməzdilər, qadınlar isə yalnız 1920-ci ildə universitet dərəcəsi almaq hüququ əldə edə bilmişdilər.
  • Harri Porter haqda kitabın müəllifi Coan Roulinq dünyada ilk yazıçı milyarderdir. Onun kitabları İngiltərə və dünyada 400 milyon nüsxədə satılıb. Həmin kitablar 55 dildə, o cümlədən qədim yunan və latın dillərində də nəşr olunub.
  •  İlk qramplastinkalar (qramofon valları) satılan mağaza 1894-cü ildə Uelsdə, Kardiff şəhərində açılıb.
  • Çeşir – ən qədim ingilis pendir növlərindən birinin adıdır. O, hələ Roma dövründən menyuya daxil edilib.

Böyük Britaniya haqqında 50 maraqlı fakt (5-ci hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Almaniyanın vergi sistemi, formalaşması və inkişafı (4-cü hissə)

posted in: Vergi, Xəbər | 0

Almaniyanın vergi sistemiAlmaniyanın vergi sistemi, formalaşması və inkişafı

4-cü hissə

Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz

Almaniya Federativ Respublikası bir dövlət kimi siyasi və iqtisadi quruluşun müxtəlif mərhələlərini keçmiş, dəfələrlə dünya müharibələrinin yaratdığı dağıntılardan qalxmış, iqtisadi cəhətdən güclü, sosial yönümlü dövlətə çevrilmişdir.

Federal vergilər yenidən bölüşdürülə bilməz. Bunlara istehlak tələbatının məhsullarından büdcəyə daxilolmalar daxildir: benzin və digər neft yanacağı (5,6%), tütün (3,1%), şərab-araq (0,8%) və s. torpaq büdcəsində bir sıra istehlak mallarının (pivə, qəhvə, şəkər və s.) satışından vergi yığımları da müəyyən rol oynayır. Lakin, daha əhəmiyyətli komponent əmlak və nəqliyyat vergiləridir.

İcma yığımlarında mədən və torpaq vergiləri həlledici rol oynayır. Tamamilə müvafiq idarəetmə səviyyələrinin büdcələrində qalan federal və torpaq vergisindən fərqli olaraq, icma mədən vergisi qismən (təxminən 18%) federasiyanın və ərazinin sərəncamına verilir.

Federasiya vergilərin torpaq və federasiya arasında bölüşdürülməsi, gəlir vergisində bələdiyyə orqanlarının payı, maliyyə yurisdiksiyası və s. məsələləri həll edir. Federal vergi qanunları, torpaq və bələdiyyələrə məxsus olan hissəsi bundesratın razılığını tələb edir.

Əsas vergilərə gəlir vergisi, o cümlədən əməkhaqqı vergisi, mədən vergisi, torpaq vergisi, korporativ vergi, əmlak vergisi, kapitaldan gəlir vergisi, əlavə dəyər vergisi daxildir. Sadalanan beş vergi növünün məbləği ümumi vergi məbləğinin 92% -ni təşkil edir.

Gəlir vergisi Almaniyada ən əhəmiyyətli birbaşa vergilərdən biridir. Təqvim ilində əldə edilmiş məcmu illik gəlir fiziki şəxslərdən gəlir vergisinə cəlb edilir. Onlara muzdla işləyən şəxslərin əməkhaqqı, sərbəst peşələrdə çalışan şəxslərin gəlirləri(qonorarlar), kapitaldan daxil olan gəlirlər, bank əmanətləri üzrə faizlər, icarə, yaşayış sahələrinin icarəyə verilməsi, fərdi əmək fəaliyyəti və s. vergitutmanın əsasını onun mənbəyindən asılı olmayaraq, bərabər gəlirə bərabər vergi prinsipi təşkil edir. Vergitutmanın əsasını onun mənbəyindən asılı olmayaraq bərabər gəlirə bərabər vergi prinsipi təşkil edir.

Bu verginin hesablanması metodikası, məsələn, ABŞ-da olduğu kimi, mürəkkəbdir, lakin vergi bazasından nəzərdə tutulan vergi güzəştləri və vergi ayırmalarının sayı azdır. Gəlir vergisindən başqa, Almaniya vətəndaşları əməkhaqqı məbləğinin təxminən 7% – i (ümumi həcmin yarısı) məbləğində sosial ayırmalar edirlər.

Fiziki şəxslərdən gəlir vergisi dövlət gəlirlərinin əsas mənbəyidir. Bu, aşağıdakı kimi bölüşdürülür: daxilolmaların 42,5% – i federal büdcəyə, 42,5% – i müvafiq torpağın büdcəsinə və 15% – i yerli büdcəyə göndərilir.


Almaniyanın vergi sistemi, formalaşması və inkişafı (5-ci hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun