Muzdla çalışan işçilərin əmək haqqı artıb

posted in: Xəbər | 0

Muzdla çalışan işçilərin əmək haqqı artıb

orta aylıq əmək haqqı

Bu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 23 faiz artaraq 720 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əmək haqqı neft-qaz sektorunda 3571 manat, qeyri neft-qaz sektorunda 657,9 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 627 manat, özəl müəssisələrdə isə 839,8 manat olub. Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Əmək münasibətləri və məşğulluq” altsistemi hazırlanır

posted in: Xəbər | 0

“Əmək münasibətləri və məşğulluq” altsistemi hazırlanır

məşğulluq əmək münasibətləriƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi ölkə üzrə məşğulluğa dair məlumatları, ölkənin məşğulluq xəritəsini, məşğul şəxslərin reyestrini özündə birləşdirəcək “Əmək münasibətləri və məşğulluq” altsistemini hazırlayır.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, altsistem işəgötürənlər, işə qəbul olunanlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər üçün vahid əmək münasibətləri paltforması rolunu oynayacaq.

Məqsəd işçilərlə işəgötürənlər arasında elektron əmək müqaviləsinin bağlanması, rəqəmsal kadr uçot sisteminin yaradılması, əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqi, zərərli iş yerlərinin attestasiyası, əməyin hesablanması və ödənilməsinin qanunvericiliyə uyğun təşkili və s. sahələrdə işəgötürənlərə zəruri və çevik dəstək verməkdir. Həmin altsistem əmək münasibətlərinin həyata keçirilməsi sahəsində qanunvericiliyin tətbiqi üzrə bütün məqamlarda işəgötürənlər üçün önəmli resurs olacaq.

Aktiv məşğulluq tədbirlərinin təşkili altsistemin əsas funksional istiqamətlərindən birini təşkil edəcək. Özünüməşğulluğa cəlb edilmiş şəxslərin reyestrinin formalaşdırılması, onlara ən uyğun biznes istiqamətinin innovativ həllərlə seçimi, növbəlilik prinsiplərinin elektron qaydada təşkili “Əmək münasibətləri və məşğulluq” altsistemi vasitəsi ilə həyata keçiriləcək. Həmçinin ölkə üzrə vakansiya bankının formalaşdırılması və rəsmi karyera portalı bu altsistemin tərkibində olacaq.

İstehsalatda baş verən bədbəxt hadisələrin reyestrinin formalaşdırılması, əməyin təşkili və müafizəsi sahəsində tədqiqat işlərinin aparılması və yoxlamaların həyata keçirilməsi məqsədi ilə altsistemin tərkibində risk əsaslı yoxlama, elektron audit və elektron cərimə modulları da yaradılacaq.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank-da işləmək istəyənlər üçün yeni portal yaradıldı

posted in: Bank, Xəbər | 0

Kapital BankÖlkənin ən böyük işəgötürən təşkilatı olan Kapital Bank, burada işləmək arzusunda olanlar üçün növbəti yeniliyi təqdim edib. Belə ki, müxtəlif vakansiyalar üzrə namizəd olmaq istəyən şəxslər www.hr.kapitalbank.az portalına daxil olmaqla, özlərinə şəxsi kabinet yarada bilərlər.

Effektiv platformanın yaradılması üçün bir sıra vendorlardan təkliflər alınıb və nəticədə “Crocusoft” şirkəti bu layihə üçün seçilib. Portalı hazırlayarkən yüksək peşəkarlıq nümayiş etdirən şirkət, qarşısına qoyulan bütün texniki tapşırıqları operativ şəkildə, innovativ yanaşma ilə icra edib.

İstifadədə olduqca sadə olan portalda şəxsi kabinet yaradarkən namizədlər özləri barədə ətraflı məlumatları – ad, soyad, təvəllüd, ünvan, əlaqə vasitələri, təhsil, dil bilikləri, sertifikatlar və iş təcrübəsi qeyd etməlidirlər. Şəxsi kabinet hazır olduqdan sonra, namizədlər müxtəlif vakansiyalar üzrə Kapital Bank-a müraciət ünvanlaya bilərlər. Bankda olan bütün mövcud vakansiyalar barədə portalda ətraflı məlumatlar qeyd olunub.

Namizəd müəyyən vakansiyanı seçdikdən sonra, şəxsi kabinetdə ona uyğun olan digər vakansiyalar da avtomatik olaraq təqdim olunacaq. Bundan başqa iş sahələri üzrə açar sözlərindən istifadə etməklə portaldakı müxtəlif vakansiyalar üzrə axtarışlar da vermək mümkündür.

“Bildiyiniz kimi Kapital Bank ölkə bankları arasında ən çox əməkdaşı olan maliyyə qurumudur. Belə bir portalı yaratmaqda məqsəd həm yeni namizədlərin müraciət prosesini asanlaşdırmaq, həm də bank üçün müəyyən bir elektron namizəd bazasının yaradılmasıdır. Pandemiya dönəmində onlayn platformaların yaradılması olduqca önəmlidir. Artıq xeyli müddətdir ki, Kapital Bank-ın HR komandası  namizədlərlə olan müsahibələri Zoom proqramı üzərindən, onlayn formatda keçirir. Həmçinin bankdaxilində olan bir sıra proseslər də onlayn platformaya keçirilərək, məsafədən istifadəyə şərait yaradıb”, – deyə, Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova qeyd edib.

Qeyd edək ki, yeni portalda Kapital Bank-da olan iş mühiti, komanda ruhu, dəyərlər, eyni zamanda karyera qurmaq üçün məsləhətlər, faydalı məlumatlar, məqalələr yerləşdirilib. Əgər Siz də Kapital Bank ailəsinin üzvü olmaq, karyeranızı ölkənin birinci bankında başlamaq və ya davam etdirmək istəyirsinizsə, www.hr.kapitalbank.az portalına daxil olub, qeydiyyatdan keçə bilərsiniz.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 17 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ezamiyyə xərclərinin hesablanması

posted in: Xəbər | 0

Ezamiyyə xərclərinin hesablanmasıEzamiyyə xərclərinin hesablanması

Qanunvericiliyə əsasən, vergi ödəyicisinin sərəncamı ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Ezamiyyə xərclərinin hesablanması ilə bağlı maraq doğuran məsələlərə iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirib.

Ezamiyyə yalnız işçiyə ödənilən məbləğdir. Ezamiyyə məbləğinin gəlirdən çıxılmasına gəlincə, Vergi Məcəlləsinin 109.7-ci maddəsinə əsasən, faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi gəlirdən çıxılmır. Məcəllədə normalar dedikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 nömrəli qərarı ilə təsdiq edilən həm respublika daxili, həm də xarici ezamiyyə normaları nəzərdə tutulur.

Misal 1: Tutaq ki, işçi Lənkərandan 5 günlük ezamiyyəyə göndərilib: 3 gün Bakı şəhərində, digər 2 gün isə regionlarda – 1 gün Gəncədə (50 manat mehmanxana çeki təqdim edib), 1 gün isə Şəkidə (52 manat mehmanxana çeki təqdim edib) gecələyib. Bakı şəhərində 2 gecə qalsa da, yalnız 1 günün gecələmək qəbzini təqdim edib. Həmin qəbzdə gecələmə xərci 80 manat göstərilib. Bu halda işçiyə nə qədər ezamiyyə haqqı ödənilməlidir?

Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli “Ezamiyyə xərclərinin normaları haqqında” qərarında yazılıb: “Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65 manat müəyyən edilsin. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi ödənilir”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Baş Nazirinin imzaladığı 20 iyun 2018-ci il tarixli, 269 saylı qərara əsasən, ezamiyyə normalarının bu məbləğlərlə hesablanması 1 iyul 2018-ci ildən həyata keçirilir. Qaydalara istinad etsək:
1-ci gün Bakı şəhəri üçün gündəlik xərc – 90 manat x 20 faiz = 18 manat
1-ci gün Bakı şəhəri üçün mehmanxana xərci:
90 manat x 80 faiz = 72 manat

Mehmanxana xərci üçün 80 manatlıq çek təqdim edilməsinə baxmayaraq, qaydalara görə 72 manat ezamiyyə xərci hesablanılmalıdır.
2-ci gün Bakı şəhəri üçün gündəlik xərc – 90 manat x 20 faiz – 18 manat

2-ci gün Bakı şəhəri üçün mehmanxana xərci:
90 manat x 80 faiz x 50 faiz – 36 manat

Qaydalara görə, işçi mehmanxana çeki təqdim etmədiyinə görə, ona ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi ödənilir.

3-cü gün Bakı şəhəri üçün gündəlik xərc:
90 manat x 20 faiz – 18 manat

Bakı üzrə cəmi ezamiyyə xərcinin cəmi 162 manat hesablanacaq:
18 manat x 3 gün (3 günlük gündəlik xərc) + 72 manat (1-ci günün mehmanxana xərci) + 36 manat (2-ci günün mehmanxana xərci) = 162 manat.

3-cü gün Gəncə şəhəri üçün 50 manatlıq mehmanxana qəbzi (normaya uyğun mehmanxana xərci 56 manat (70 manat x 80 faiz) olsa belə) təqdim edildiyi səbəbindən həmin məbləğ nəzərə alınır.

3-cü gün Gəncə şəhəri üçün gündəlik xərc:
70 manat x 20 faiz – 14 manat

Gəncə şəhəri üzrə cəmi ezamiyyə xərci 64 manat hesablanacaq:
14 manat (1 günlük gündəlik xərc) + 50 manat (1 günlük mehmanxana xərci) = 64 manat.

4-cü gün Şəki şəhəri üçün mehmanxana xərci:
65 manat x 80 faiz – 52 manat

5-cü gün Şəki şəhəri üçün gündəlik xərc
65 manat x 20 faiz – 13 manat

Şəki şəhəri üzrə cəmi ezamiyyə xərci 65 manat hesablanır:
13 manat (1 günlük gündəlik xərc) +52 manat (1 günlük mehmanxana xərci) = 65 manat.

Ezamiyyə xərclərinin yekunu:
162 manat + 64 manat + 65 manat = 291 manat.

Əlavə olaraq bildirək ki, Bakı üzrə təqdim olunan sənədlərdəki məbləğlə mehmanxana xərci norması arasında 8 manat (80 manat – 72 manat) fərq var. Təşkilat rəhbərliyi bu məbləği mənfəət hesabına ödəsin qərara alsa, işçiyə 299 manat (291 manat + 8 manat) ezamiyyə xərci ödənilməlidir.

Ezamiyyətdə olarkən gündəlik xərclər üçün hər hansı təsdiqedici sənədlər tələb olunmur.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun