Excel-də illər üzrə artım tempini necə hesablamalı?

posted in: Excel, Xəbər | 0

Excel-də illər üzrə artım tempini necə hesablamalı?

Çox sadə riyazi düsturla hesablanmasına baxmayaraq, bir çoxumuzun ilk baxışda çətinlik çəkdiyi mövzulardan biri – aylar / illər üzrə satış məbləğlərinin artım nisbətinin hesablanmasıdır. Yəni, 2015-ci ildə 2014-cü ilə görə neçə faiz daha çox satış etmişik?

Growth rate - 1

Ümumiyyətlə, bu cür artım tempi hesablanması əsasən 3 cür olur:
  1. İldən ilə artım;
  2. Bütün dövr ərzindəki ümumi artım;
  3. İllik ortalama artım.
İldən ilə artım

İldən ilə artımı hesablayarkən, düsturumuz çox sadədir:

(Sonrakı il – Əvvəlki il) / Əvvəlki il. Yəni (2015 – 2014) / 2014.

Misalımızda illər üzrə artımı tapmaq üçün aşağıdakı düturdan istifadə edəcəyik.

Growth rate - 2

2011-ci ilə aid heç bir məlumat olmadığına görə, 2012-ci ildəki artışı hesablamaq mümkün deyildir. Amma sonrakı illəri isə eyni düstur vasitəsilə tapmaq olar.

Bundan əlavə, düsturu daha da sadələşdirmək istəsək, riyazi biliklərimizi xatırlamaq kifayət edəcəkdir. (D3-C3)/C3 düsturunu D3/C3 – C3/C3 kimi yaza və onu D3/C3 – 1 kimi sadələşdirə bilərik.

Dövr ərzindəki ümumi artım

Bunu hesablamaq da son dərəcə asandır. Belə ki, ildən ilə artımı hesablayarkən arxa-arxaya gələn illərdən istifadə etdiyimiz halda, bu dəfə ilk və son illəri təməl alaraq hesablamamızı aparacağıq.

Growth rate - 3

Bu o deməkdir ki, 2012-ci ilə nisbətdə 2015-ci ildəki satışlarımız 69% artmışdır. Bu göstərici elə də informativ xarakter daşımır.

İllik ortalama artım

Sonuncu məqam isə yuxarıdakı kimi hər bir ilə aid artım dəyərləri olan satışlarımızın bu 3 il ərzində (2013-2015) illik ortalama neçə faiz artmış olduğudur. İllik artım faizlərinin ortalamasını almaq çox yanlış nəticə verəcəkdir, çünki bu dəyərlər arasındakı əlaqə xətti deyil.

İllik ortalama artımı hesablamaq üçün Corporate Finance (Korporativ Maliyyə) dərslərini yada salmalı olacağıq. Sualımızı tamamilə fərqli perspektivdən dəyərləndirməliyik. Belə ki, misalımızda olduğu kimi, 2012-ci ildə 13,000 AZN-i hansı fazi dərəcəsi ilə investisiya etməliyik ki, 3 il sonra (2015-ci ildə) 22,000 AZN olsun?

Bu sualın riyazi və maliyyə dilində qarşılığı aşağıdakı kimidir.

Growth rate - 4

Düsturu həll etdikdən sonra nəticənin 19% olduğunu görəcəyik. Düsturun Excel vasitəsilə həlli isə aşağıdakı kimidir:

Growth rate - 5

Həll yolu tamamilə cəbridir.

  • Öncə 22,000-ni 13,000-ə bölür;
  • Sonra 3-cü dərəcədən kökünü hesablayır;
  • Aldığımız nəticədən 1 çıxırıq.

Yuxarıda göstərdiyim düsturda x-in yerinə 19% (vəya 0,19)  yazsaq, nəticənin doğru olduğundan əmin olacağıq.

Formulu analiz etmək üçün faylı əlavədən yükləyə bilərsiniz.

Faylı yüklə:  İllər üzrə artım tempinin hesablanması (835 downloads )

Müəllif: Elçin Xəlilov


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünyanın ən varlı adamı öz şirkətinin səhmlərindən xilas olub

posted in: Xəbər | 0

Dünyanın ən varlı adamı öz şirkətinin səhmlərindən xilas olub

Jeff BezosDünyanın ən varlı adamı və Amazon şirkətinin sahibi Jeff Bezos  öz şirkətinin milyona yaxın səhmini 3,1 milyard dollara satıb. Bu haqda Forbes jurnalı məlumat verib.

Vergiləri ödədikdən sonra Bezos təxminən 2,4 milyard dollar qazanc əldə edib. Sövdələşmə 3-4 avqust arası baş tutub. Bundan bir neçə gün əvvəl isə Amazon ötən ilin eyni dövrü ilə müqayisədə rüblük qazancın 40 faiz həcmində yüksəlişi barədə hesabat vermişdi. Səhmlərin hər birinə görə təmiz qazanc 10,3 dollar təşkil etmişdi.

Bu il ərzində Amazon şirkətinin yaradıcısı artıq 4,1 milyard dollarlıq səhmləri satıb. Yalnız yanvar ayından bu yana Bezos qiymətli kağızlara görə 7,2 milyard dollar qazanc əldə edib. İndiki an üçün şirkətin 54 milyon səhmi Amazon rəhbərinə məxsusdur. Onun sərvəti hazırda 190 milyard dollar dəyərində qiymətləndirilir.

Amerikalı iş adamı artıq bir neçə ildən sonra dünyanın ilk trilyonerinə çevrilə bilər. Ekspertlər bunun artıq 2026-cı ildə baş verə biləcəyini əminliklə söyləyirlər.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Baş nazir tapşırıq verdi – Bu şəxslərin işləməyi qadağan edilsin

posted in: Xəbər | 0

Baş nazir Əli Əsədov Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə məktub ünvanlayıb.

Baş nazirMəktubda bildirilir ki, koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək və icrasına ciddi nəzarət edilməsi sizə tapşırılır:

1. İclasların, müşavirələri və toplantıların yalnız telefon rabitəsi (selektor), mobil və internet vasitəsilə keçirməsinə üstünlük verilsin;

2. Mümkün olduğu halda, əməkdaşların məsafədən işləmələri məsələsinə baxılsın;

3. 60 yaşdan yuxarı şəxslərin və öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlər tətbiq edilsin;

4. İşçilərin və onların ailə üzvlərindən birinin qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi halları olduğu təqdirdə həmin işçilərin işə çıxması qadağan edilsin;

5. Xüsusi zərurət olduğu hallar istisna olmaqla, bütün ezamiyyətlər dayandırılsın. Ezamiyyətə xüsusi zərurət olduğu hallarda, razılıq alınması məqsədilə dövlət orqanlarının və qurumlarının rəhbərləri tərəfindən operativ qərargaha əsaslandırılmış  rəsmi müraciət edilsin;

6. Əməkdaşların xarici ölkələrə rəsmi səfərləri dayandırılsın;

7. Vətəndaş qəbulu ilə əlaqədar aşağıdakı qaydalara riayət edilsin:

7.1 qəbul otağında vətəndaşların qrup və fərdi surətdə qəbulların təxirə salınsın;

7.2 yerlərdə səyyar qəbulların keçirilməsi dayandırılsın;

7.3 vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yalnız elektron və və telefon rabitəsi vasitəsilə həyata keçirilsin, bu məqsədlə hər orqan və qurumda elektron və telefon əlaqə ünvanları və nömrələri müəyyən edilsin, habelə qaynar xətlərin fasiləsiz fəaliyyəti təmin edilsin;

7.4 vətəndaş müraciətlərinin yalnız elektron və telefon vasitəsilə qəbul edilməsi məqsədilə hər orqan və qurumda məsul əməkdaşlar müəyyən edilsin;

7.5 mümkün olduğu halda, vətəndaşlara səyyar xidmətlərin göstərilməsi təşkil edilsin;

7.6 göstərilən tədbirlər barədə vətəndaşların məlumatlandırılması təmin edilsin;

7.7. mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət qurumları vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla yanaşsınlar.

8. Əməkdaşlara sosial məsuliyyəti davranmaları, xüsusi zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq hər cür ehtiyat tədbiri görmələri tapşırılsın.

9. Yuxarıda qeyd olunan müddəalar hüquqi mühafizə və hərbi xidmət orqanlarına, dövlət əhəmiyyətli və həyta təminatlı obyektlərə, fasiləsiz iş rejimində fəaliyyət göstərən müəssisələrə, səhiyyə və digər tibb müəssisələrinin işçilərinə şamil edilmir.

Mənbə: apa.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Fərdi sahibkarlara maliyyə dəstəyi göstərilməsinə başlanılıb

posted in: Vergi, Xəbər | 0

Fərdi sahibkarlara maliyyə dəstəyi göstərilməsinə başlanılıb

maliyyə dəstəyiAzərbaycan Respublikası Prezidentinin tapşırığına və Nazirlər Kabinetinin sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə müvafiq qərarına əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən fərdi (mikro) sahibkarlara vəsaitlərin köçürülməsi ilə bağlı prosesə start verilib. Maliyyə dəstəyinin ikinci mərhələsi çərçivəsində belə dəstəyə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödənilir.

Avqustun 11-dən başlayaraq, ikinci mərhələ çərçivəsində 49.421 fərdi (mikro) sahibkarın bank hesablarına maliyyə dəstəyi köçürülməsinə başlanılıb. Birinci mərhələdən fərqli olaraq, bu dəfə vergi ödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur. Maliyyə dəstəyi üzrə ödənişlər əvvəllər bu dəstəyi almış vergi ödəyiciləri üzrə həyata keçirilir.

Qeyd edilməlidir ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramının birinci mərhələsi çərçivəsində indiyədək daxil olmuş və təsdiqlənmiş 111.209 müraciət üzrə maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün təqdim edilib. Təsdiq olunmuş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 63,66 milyon manat təşkil edir. Artıq birinci mərhələ çərçivəsində 63,55 milyon manat vəsaitin 106.907 nəfər fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin olunub.

Yaxın zamanlarda isə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi prosesinə başlanılacaq. Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, bu günədək pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və dövlət başçısının çağırışına cavab olaraq, işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayına münasibətdə bir aylıq əməkhaqqı fondu həcmində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun