Bakı üzrə muzdlu işçilərin orta aylıq nominal əmək haqqının məbləği açıqlanıb

posted in: Xəbər | 0

Bakıda muzdlu işçilərin orta aylıq əmək haqqı 960 manata çatıb

əmək haqqı

Bakı Şəhər Statistika İdarəsi Bakı üzrə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqının məbləğini açıqlayıb.

Bu ilin yanvar-iyun aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 17,5% artaraq 959,8 manat təşkil edib.

Xatırladaq ki, cari ilin yanvar-may aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı üzrə göstərici 984 manata bərabər olub.

Mənbə: apa.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi Məcəlləsində edilmiş dəyişikliklər çərçivəsində görülən tədbirlər

posted in: Xəbər | 0

maliyyə dəstəyi pandemiyaAzərbaycanda koronavirus (COVID-19) pandemiyasının yayılmasının iqtisadi fəallığa təsirinin azaldılması və sahibkarlıq subyektlərinə mənfi təsirlərinin minimallaşdırılması üçün dəstək tədbirləri və proqramları həyata keçirilir.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, tədbirlər çərçivəsində Vergi Məcəlləsinə bir sıra dəyişikliklər edilib, vergi ödəyicilərinə əhəmiyyətli güzəştlər və azadolmalar verilib, müvafiq güzəşt və azadolmalardan istifadə etmək üçün vergi orqanlarına təqdim edilməli hesabatlarda yeniliklər edilib. Dövlət Vergi Xidmətinin baş idarə rəisinin müavini Elmir Ramazanov Vergi Məcəlləsində edilmiş dəyişikliklər çərçivəsində həyata keçirilən tədbirləri şərh edib.

O bildirib ki, ölkədə müvəqqəti vergi rejiminin tətbiqinə başlanılıb, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə geniş miqyasda vergi güzəştləri və azadolmalar verilib. Bu şəxslər 2020-ci il üzrə əmlak və torpaq vergilərindən tam azad ediliblər, bu ildə əldə edəcəkləri mənfəət və ya gəlirlərinin 75%-i miqdarında vergi güzəştləri əldə ediblər. Bundan əlavə, fiziki şəxslərdən daşınmaz əmlak icarəyə götürdükləri halda, onlar üçün daşınmaz əmlaka görə ödənilən icarə haqlarından tutulan verginin dərəcəsi 14%-dən 7%-ə endirilib. 8% vergi dərəcəsi ilə sadələşdirilmiş rejimdə fəaliyyət göstərən ictimai – iaşə obyektləri üçün vergi dərəcəsi 4%-ə, 2% dərəcə ilə vergi ödəməklə fəaliyyət göstərən sadələşdirilmiş verginin ödəyiciləri üçün isə bu rəqəm 1%-ə endirilib. Müvəqqəti vergi rejimi müddətində əhalinin sağlamlığı və zəruri ehtiyaclarının təmin edilməsi məqsədi ilə idxal edilmiş məhsullar ƏDV-dən azad edilib, eyni zamanda həmin müddətdə hava nəqliyyatı daşıyıcılarının sərnişindaşıma fəaliyyətində istifadə etdikləri hava gəmiləri əmlak vergisindən tam azad edilib.

“Mikrosahibkarlıq subyektlərinin 2020-ci ilin 1-ci və 2-ci rübləri üzrə vergi orqanına təqdim etməli olduqları sadələşdirilmiş vergi bəyannaməsinin verilmə müddəti, hesablanmış vergiləri, eyni zamanda pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən mikrosahibkarlıq subyekti olmayan vergi ödəyicilərinin 2019-cu il üzrə hesablanmış mənfəət, gəlir və əmlak vergisi üzrə öhdəlikləri  2020-ci il sentyabrın 1-nə kimi uzadılıb. Bundan əlavə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin 2019-cu il üzrə hesablanmış mənfəət, əmlak və gəlir vergiləri üzrə cari ödəmələri, eyni zamanda əvvəlki ildə fəaliyyəti olmayıb cari ildə qeydiyyatdan keçmiş vergi ödəyiciləri mənfəət, gəlir və əmlak vergiləri üzrə cari ödəmələrindən tam məbləğdə azad ediliblər”, – E.Ramazanov deyib.

Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, Qanun 8 may 2020-ci il tarixdə təsdiqlənməsinə baxmayaraq, bu il yanvarın 1-dən qüvvədə olduğu üçün 1-ci rüb üzrə vergi orqanları tərəfindən hesablanmış, eyni zamanda vergi ödəyiciləri tərəfindən könüllü təqdim edilmiş arayışlar üzrə hesablanmış cari hesablamalar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən tam məbləğdə azaldılıb.

O qeyd edib ki, bu güzəşt və azadolmaların bəyannamə formalarında əks etdirilməsi üçün Dövlət Vergi Xidməti tərəfindən bir sıra bəyannamələrin, onların əlavələrinin formaları və tərtib edilməsi qaydaları təsdiqlənib. İlk növbədə, sadələşdirilmiş verginin ödəyiciləri üçün “Sadələşdirilmiş vergi bəyannaməsi” düzəlişlər edilməklə istifadəyə verilib. 19 avqust tarixindən “Bəyannamə Tərtibatı Proqramı”nın (BTP) növbəti yeni versiyası istifadəyə verilib. Burada pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə verilmiş müvafiq güzəşt və azadolmaları özündə əks etdirən “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”, “Torpaq vergisi bəyannaməsi” və “Gəlir vergisi bəyannaməsi”nin elektron formada tərtib edilərək vergi orqanına təqdim olunması imkanı yaradılıb. Hazırda digər tədiyyələr üzrə, o cümlədən əlavə dəyər vergisi, mənfəət və əmlak vergisi üzrə bəyannamələrin elektron qaydada tərtibatı zamanı güzəşt və azadolmaların nəzərə alınması istiqamətində işlər aparılır. Rəis müavini yaxın vaxtlarda həmin bəyannamələrin də elektron formasının vergi ödəyicilərinin istifadəsinə veriləcəyini bildirib.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Rusiyalılara maaşların dollarla verilməsi perspektivi qiymətləndirilib

posted in: Xəbər | 0

Rusiyalılara maaşların dollarla verilməsi perspektivi qiymətləndirilib

RusiyaRusiyalıların əmək haqlarının dollarla verilməsi mümkün deyil. Ölkənin milli valyutası rubldur, o səbəbdən başqa bir valyutaya yalnız ixrac ödənişlərini bağlamaq mümkündür. Beləliklə, NSN telekanalının efirində ruslara dollarla əməkhaqqı verilməsi perspektivi iqtisadçı Denis Rakşa tərəfindən bu cür qiymətləndirilib.

O, qeyd edib ki, əmək haqlarının dollara çevrilərək ödənilməsi məsələsi hətta müzakirə belə edilməyəcək, bir müddət əvvəl sözügedən məsələ ilə bağlı keçirilən sorğunu isə iqtisadçı ağılsızlıq adlandırıb. “Vətəndaşlar müxtəlif şeylər istəyə bilərlər. Son dəfə belə bir şey ötən əsrin 90-cı illərinin əvvəlində baş vermişdi”, – Denis Rakşa sözügedən təklifə qəzəbli formada reaksiya verib.

Qeyd edək ki, bir müddət əvvəl Superjob portalının həyata keçirdiyi sorğunun nəticələri dərc olunmuşdu. Həmin sorğuya əsasən rusiyalıların üçdə biri öz məvaciblərini valyutada almaq istəklərini bəyan ediblər. Sorğuda iştirak edənlərin 39 faizi isə maaşlarını rublla almaqda davam etmək istədiklərini söyləyiblər.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Almaniyada dördgünlük iş həftəsinə keçid üzərində düşünürlər

posted in: Xəbər | 0

Almaniyada dördgünlük iş həftəsinə keçid üzərində düşünürlər

dördgünlük iş həftəsiAlmaniyanın əmək naziri Hubertus Hayl əmindir ki, iş həftəsinin dörd günə qədər qısaldılması, koronavirus pandemiyası üzündən ortaya çıxan böhranı aradan qaldırmağa kömək edə bilər. Bu haqda  Sueddeutsche Zeitung qəzeti məlumat verib.

Bundan əvvəl isə IG Metall sənaye həmkarlar ittifaqının rəhbəri Yorg Hofman yeni iş rejiminə keçid barədə düşünməyi təklif etmişdi, çünki bu, “avtomobil sənayesi kimi sektorlarda struktur dəyişikliklərinə cavab” ola bilər və iş yerlərini saxlamağa imkan verə bilərdi.

Hayl hesab edir ki, əmək haqqının qismən kompensasiyası ilə iş vaxtının azaldılması böhranla mübarizə məsələsində əlverişli tədbirdir.  Amma, Almaniyanın iqtsadi tədqiqatlar institutunun (DIW) prezidenti Marsel Fratsşer qeyd edib ki, onun fikrincə “dördgünlüyün” tətbiqi mümkündür, lakin,  bu zaman əməkhaqqı kompensasiya edilməməlidir.

İkinci rübdə ölkənin ÜDM-i koronavirus pandemiyası səbəbiylə əvvəlki rübə nisbətən 10,1 faiz aşağı düşüb. İşsizlik isə iyul ayında 6,4 faiz səviyyəsində qalıbdır.

Bir müddət əvvəl  bəzi ekspertlər koronovirus pandemiyasına görə Rusiyada da dördgünlük iş həftəsinin tətbiqini mümkün addımlardan biri kimi qiymətləndirmişdilər. Hələ ötən il Rusiya Əmək nazirliyi tərəfindən qeyd olunmuşdu ki, belə bir təşəbbüs işçilərin sağlamlığının qorunmasına və onların həyat səviyyəsinin yüksəldilməsinə yardım edə bilər.

Lakin, Rusiya hökuməti yanında maliyyə universitetinin prorektoru Aleksandr Safonov bildirmişdi ki, dördgünlük iş həftəsinin tətbiqi rusların gəlirlərinin və əmək məhsuldarlığının azalmasına səbəb ola bilər. Həmçinin əlavə etmişdi ki, bu da Rusiya iqtisadiyyatının rəqabətqabiliyyətliliyinə mənfi təsir göstərəcək.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun