Professor Y.V. Sokolovun mühasiblər üçün təlimatları (6-cı hissə)

posted in: Xəbər | 0

MühasiblərProfessor Y.V. Sokolovun mühasiblər üçün təlimatları

6-cı hissə

Məqalənin 5-ci hissəsini buradan oxuya bilərsiniz

Mühasibatlığa və mühasiblərə sevgi

Professor Yaroslav Vasilyeviç Sokolov (1938-2010-cu illər) mühasibat uçotunu və mühasibləri çox sevirdi. “Sevgi – necə gözəl səslənməsinə baxmayaraq, olduqca qeyri-müəyyən sözdür”, – Sokolov yazırdı.

  1. Kont (1798-1857-ci illər) sistemləşdirilmiş biliyi elm kimi və ikili qeydiyyat prinsiplərinə əsaslanan mühasibat uçotunun bu meyara mübahisəsiz cavab verməsinin şübhə doğurmadığını başa düşürdü. …K. Popper (1902-1994-cü illər) iddiaların elmi nəzəriyyəyə aid edilməsinin iki meyarını təklif edib: köhnə ənənəvi – təcrübə – həqiqət meyarı (yoxlama) və yeni – hər hansı bir nəzəriyyə, əgər o, elmi statusa iddia edirsə, bir çox praktiki vəziyyətləri izah etməlidir, lakin onların heç də hamısı (saxtakarlıq) deyil. … Mühasibat uçotunda balans nəzəriyyəsi öz vəsaitlərinin hesablarının mənbələrinə aid yazıları yaxşı izah edir, lakin, hesablaşma hesabları üzrə qeydləri məntiqli şəkildə izah edə bilməz və əksinə, hesablaşma hesablarına görə qeydləri yaxşı izah edən mübadilə nəzəriyyəsi, öz vəsaitlərinin hesabları üzrə qeydlərin xarakterini kifayət qədər aydın şəkildə izah etmir, yəni, Popper meyarları baxımından, mühasibat uçotu – şübhəsiz ki, elmdir.
  2. Kun (1922-1995-ci illər) paradiqma ideyasını irəli sürüb, yəni, ümumqəbul olunmuş biliklərin məcmusu. Bir paradiqmadan digərinə keçid özlüyündə elmi inqilabdır. Əgər biz mühasibat uçotunun inkişaf mərhələlərinə müraciət etsək, görərik ki, bu mərhələlərin hər biri paradiqma ilə səciyyələnir və paradiqmaların dəyişməsi təsərrüfat həyatı faktlarının abstraksiyasının və dərk edilməsinin yeni səviyyəsi və mühasibat düşüncəsinin inkişafında intellektual inqilab demək idi. Mühasibat uçotu tarixində paradiqmaları vurğulamaq üçün bir neçə dəfə cəhd edilmişdir. Ən inandırıcı yanaşma – bu, sadə (uniqrafik), kameral və ikili (digrafik) mühasibatlığı nəzərdən keçirməkdir.

Nəhayət, P. Feyrabend (1924-1994-cü illər) təsdiq edirdi ki, elm alimlərin nəsillərinin dəyişməsinə uyğun olaraq inkişaf edir. Hər yeni bir nəsil özündən əvvəlki nəslin fikirlərini inkar edir, elə bu inkişaf etməkdə olan elmdir, bu onun ardıcıllılığı və fasilələridir”.

“Özümüzdən əlavə edək ki, – professor Sokolov bu fikirlərə yekun vurur, – hər bir bilik yalnız o zaman elm olur ki, o, ciddi, mürəkkəb problemlərlə üzləşir. … Ən vacibi isə əksər hallarda hər bir problemin ən azı iki nəzəri cəhətdən bərabər, zahirən bir-birini istisna edən, lakin təcrübədə bir-birini tamamlayan qərarları nəzərdə tutduğunu başa düşməkdir. Buradan belə çıxır ki, mühasib həm nəzəriyyədə (hesabşünaslıq), həm də təcrübədə (hesabdarlıq) sağlam skeptisizm hissinə malik olmalıdır”.

Skeptisizm

Yaroslav Sokolovun özü fəlsəfi düşüncənin istiqaməti və hər cür sağlam düşüncənin əsası kimi skeptisizmin qəti tərəfdarı idi. Sokolovun sözlərinə görə, məhz qlobal skeptisizm onun müəlliminin, şən və həyatsevər insanın mənsub olduğu elmi istiqamətin müəyyənləşdirici prinsipi olub, yerli statistikanın tarixində ən parlaq izlərdən birini – Nikolay Markoviç Novoselskiy (1897-1975-ci illər) qoyub.


Professor Y.V. Sokolovun mühasiblər üçün təlimatları (7-ci hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Yüz il bundan əvvəl qadınlar mühasibatlığa giriş etdilər

posted in: Xəbər | 0

Yüz il bundan əvvəl qadınlar mühasibatlığa giriş etdilər

qadınlar mühasibatlığa girişBu gün heç kimin ağlına belə gəlmir ki, mühasib qadın peşəsi deyildir. Bir çox  ölkələrdə mühasiblərin əksəriyyətini qadınlar təşkil edir. Lakin cəmi 100 il bundan əvvəl hər şey tamamilə başqa cür idi: qadınları mühasibatlığa gətirən nə olub?

Qadın mühasibatlığının tarixi də Beynəlxalq qadınlar gününün tarixi kimi 100 il bundan əvvəl başlanıb. Əlbəttə, qadınların çötkələrdən istifadə etmək haqqını əldə etmələri üçün Klara Setkin tərəfindən elan edilən mitinqlər və ya tətillərə gərək yox idi.

Lakin əgər bəzi qadınlar bu işdə xüsusi inadkarlıq nümayiş etdirməsəydilər, ola bilsin ki, şirkətlərdə maliyyə işləri indiyə kimi kişilərin əlində olardı. Qadınlar isə kağızları bir-birinin üstünə qalaqlamaq və ilkin sənədləri toplamaq kimi ikinci rolları yerinə yetirməli olacaqdılar.

Mühasib diplomunu alan ilk qadın ingilis Meri Harris Smit olub. Demək olar ki, təxminən 30 il ərzində Meri Harris peşəkar mütəxəssis hüququnu əldə etmək üçün İngiltərə və Uels mühasiblər və auditorlar İnstitutuna (ICAEW) ərizə ilə müraciət edirdi. Bir neçə dəfə ona rədd cavabı verilmişdi. Bütün hallarda o, nəhayət ki, mühasib diplomunu ala bilmişdi.  Meri Smit ICAEW (Institute of Chartered Accountants in England and Wales) üzvlüyünə 76 yaşında qəbul olunmuşdu. Bu hadisə isə 100 il bundan əvvəl – 1920-ci ilin may ayında baş vermişdi.

Bu gün isə zərif cinsin nümyəndələri təkcə mühasibat uçotu üzrə xidmətlər göstərmir, həm də beynəlxalq mühasiblər assosiasiyalarına rəhbərlik edirlər. Məsələn, Reyçal Graymz Beynəlxalq mühasiblər federasiyasına rəhbərlik edir.  


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Şəxsi istifadə üçün ölkəyə mal gətirilməsi qaydaları sərtləşdirildi

posted in: Xəbər | 0

mal gətirilməsi qaydalarıNazirlər Kabineti 14 oktyabr 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, bundan sonra ölkənin gömrük ərazisinə ayda bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarından artıq olmayan mallar gömrük rüsumundan azaddır. İndiyə qədər bu şərt ümumi gömrük dəyəri 1500 ABŞ dollarından (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dollarından) artıq olmayan mallara aid edilirdi.

Həmçinin, bundan sonra beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə gömrük rüsumu tutulmayacaq. İndiyə qədər bu məbləğ 1 000 ABŞ dolları idi.

Qərarda həmçinin deyilir ki, 2 ildən az olmayaraq diplomatik nümayəndəliklərdə və konsulluqlarda xidmət etmiş, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər, xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin və konsulluqların mühafizəsini həyata keçirən hərbi qulluqçular tərəfindən müvafiq olaraq Xarici İşlər Nazirliyi və xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən dövlət orqanı tərəfindən xarici ölkəyə ezam olunmuş əməkdaşın təyinat və geri çağırılma əmrlərinin təsdiq olunmuş surətləri gömrük orqanına təqdim edilməklə, onların xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın, o cümlədən ümumi gömrük dəyəri 40 000 ABŞ dollarının ekvivalenti məbləğindən və mühərrikin həcmi 3 000 kubsantimetrdən artıq olmayan bir ədəd avtonəqliyyat vasitəsinin (avtonəqliyyat vasitəsinin dəyərinin ödənilməsi haqqında sənəd, avtonəqliyyat vasitəsinin bir il müddətində özgəninkiləşdirilməməklə sahibliyi, həmçinin avtonəqliyyat vasitəsini idarə etmək hüququ istisna olmaqla üzərində digər sərəncam verməmək barədə avtonəqliyyat vasitəsi sahibinin öhdəliyinə dair sənəd təqdim olunmaqla) gömrük ərazisinə gətirilməsinə görə gömrük ödənişləri tutulmur. İndiyə qədər bu məsələlərdə limit olmayıb.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Gömrük risk qiymətləndirməsini tam avtomatlaşdıracaq

posted in: Xəbər | 0

gömrük risk qiymətləndirməsiGömrük risk qiymətləndirməsini tam avtomatlaşdıracaq

Dövlət Gömrük Komitəsinin tətbiq edəcəyi daha bir yeni layihəyə əsasən sərhədkeçmə əməliyyatları zamanı risk qiymətləndirməsi tam avtomatlaşdırılacaq.

Bu barədə Komitədən bildirilib.

Qurumun Risklərin İdarəolunması və Audit Baş İdarəsinin rəisi Fərid Əliyevin verdiyi məlumata görə yeni layihə gömrük-sərhəd buraxılış məntəqələrinin mövcud potensialından daha səmərəli istifadə olunmasına, Komitənin sərəncamında olan resursların daha riskli sahələrə yönləndirilməsinə, eləcə də gömrük orqanlarında beynəlxalq tələblərə cavab verən risklərin idarəolunması sisteminin qurulmasına şərait yaradacaq. Eyni zamanda, bu yenilik Komitənin səlahiyyətlərinə aid edilən sərhədkeçməyə sərf olunan vaxtın azaldılmasını da özündə ehtiva edir ki, bu da “Doing Business” indeks göstəricisi üzrə ölkəmizin mövqeyinin gücləndirilməsinə təsir göstərən mühüm amildir.

Nəzərdə tutulan yeniliyin detallarına gəlincə isə sistem hər bir sərhədkeçmə əməliyyatı üzrə müəyyən olunmuş risk meyarlarına əsasən məlumatları emal edir, onlara riyazi müəyyən olunmuş əhəmiyyətlilik dərəcəsi üzrə xüsusi çəki verir və nəticədə aparılmış qiymətləndirməyə görə əməliyyatın riskli olub-olmaması ehtimalını müəyyən edir.Qiymətləndirmənin nəticəsinə uyğun olaraq avtomatik şəkildə həyata keçiriləcək gömrük nəzarətinin forması müəyyənləşdirilir.

Qeyd edək ki, hal-hazırda layihənin tam şəkildə tətbiqi məqəsədilə texnoloji proseslərin işlənilməsi həyata keçirilir.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun