Sual: Vergi məcəlləsinin 175.6-cı maddəsinə əsasən “Dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilmir.” Vergi məcəlləsinin 175.10-cu maddəsinə əsasən Gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verir.
Bilmək istərdik ki, Gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq Dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına alınmış mallar (işlər, xidmətlər) alınarkən də əvəzləşdirilməsinə əsas verir?
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 175.6-cı maddəsinə əsasən subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına mallar (işlər, xidmətlər) alınarkən ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilmir.
Qeyd olunanları nəzərə alaraq bildiririk ki, dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına mallar (işlər, xidmətlər) alınarkən ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilmir.
Mənbə: taxes.gov.az
Bax:
Əlavə Dəyər Vergisi ödəyicisindən sadələşdirilmiş vergi ödəyicisinə necə keçməli?
Vergi ödəyicilərinin bağlanmış banklarda olan vəsaitləri ümidsiz borc kimi tanına bilərmi?
Əvvəlki dövrlərə aid e-qaimə ləğv edildikdə, dəqiqləşməni cari yoxsa e-qaimənin aid olduğu dövrə vermək lazımdır?
Məzuniyyətə görə kompensasiya və əmək haqqı ayrılıqda məcburi dövlət sosial sığorta haqlarına cəlb edilməlidir?
Satışdankənar gəlirlər əlavə dəyər vergisi bəyannamələrində qeyd olunmalıdırmı?

