» » » Vergi ödəyicilərinin əvvəlcədən onlayn növbə tutmaqla qəbuluna başlanılır

Vergi ödəyicilərinin əvvəlcədən onlayn növbə tutmaqla qəbuluna başlanılır

posted in: Xəbər | 0

onlayn növbəHörmətli Vergi ödəyiciləri!

12 may 2020-ci il tarixdən etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (https://www.e-taxes.gov.az/ebyn/novbe/) onlayn növbəyə yazılmaq imkanından vergi ödəyiciləri tərəfindən səmərəli istifadəsinin təmin edilməsi və sui istifadə hallarının qarşısının alınması və bununla da vergi ödəyicilərinə xidmət mərkəzlərində Dövlət Vergi Xidməti tərəfindən göstərilən xidmətlərdən mümkün qədər çox vergi ödəyicilərinin yararlanması üçün onlayn növbəyə yazılma zamanı vergi ödəyicisinə məxsus mobil telefon nömrələrinə SMS vasitəsilə təsdiq kodunun göndərilməsi imkanının yaradılması nəzərdə tutulur və yaxın günlərdə yenilik istifadəyə veriləcəkdir.

Aşağıdakı link vasitəsi ilə onlayn növbə tuta və ya öncədən tutulmuş növbəni ləğv edə bilərsiniz:

Onlayn növbəyə yazılmış şəxslər xidmət mərkəzinə yaxınlaşdıqda özləri ilə şəxsiyyət vəsiqələrini (Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə təqdim edilən daimi və ya müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi və ya qaçqın vəsiqəsini) və ya Fiziki şəxsin uçotu haqqında şəhadətnaməni (fiziki şəxs müraciət etdikdə) mərkəzin məsul şəxsinə təqdim etməlidirlər.

Nəzərinizə çatdırırıq ki, tibbi maska olmadan xidmət mərkəzində qəbul həyata keçirilmir.

Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə yalnız zəruri hallarda, yəni əldə olunması nəzərdə tutulan xidmətin elektron analoqu olmadıqda müraciət etməyiniz xahiş olunur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun