Milyarderlərdən 30 milyon insanı xilas etmək tələb olunub

posted in: Xəbər | 0

BMT,CNBC-nin məlumatına görə, BMT-nin ərzaq üzrə rəhbəri Devid Bisli bu il bütün dünyada aclıqdan ölmək riski olan 30 milyon insanın xilası ilə bağlı milyarderlərə və müəssisələrə çağırış edib.

İl ərzində ehtiyacı olanları qidalandırmaqdan ötrü təşkilatlara 4,9 milyard dollar vəsait tələb olunur. Bisli bildirib ki, bütün dünyada səkkiz trilyon dollarlıq kapitalı olan iki mindən çox milyarder var. “Onlardan bəziləri pandemiya dövründə milyardlar qazanıblar. Təbii ki, mən onların kapitalının artmasının əleyhinə deyiləm, lakin, bəşəriyyət böyük bir böhran ilə üzləşib”, – o, əlavə edib.

BMT-nin ərzaq məsələləri üzrə rəhbəri bəyan edib ki, aclıq dalğası hələ də bütün dünyanı təhdid etməkdə davam edir,o, hökumətləri və özəl biznesi öz səylərini artırmağa çağırıb.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi müavinətinin hesablanması

posted in: Xəbər | 0

Əmək qabiliyyətinin müvəqqəti itirilməsi Əmək qabiliyyətiMövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir. İşəgötürən tərəfindən işçiyə əmək qabiliyyətinin müvəqqəti itirilməsi üçün görə müavinətin hesablanmasını oxucular üçün asanlaşdırmaq məqsədilə qanunvericiliyin tələbləri əsasında aşağıdakı düstur formasına salmışıq:

Müavinətin məbləği = (((əvvəlki 12 ayın qazancı)/ (əvvəlki 12 ayda iş günlərin sayı) x müavinət dövründəki iş günlərin sayı) x (staj və kateqoriyaya görə faiz)

Əvvəlki 12 ayın qazancı – müavinət hesablandığı cari tarixdən öncəki 12 ay ərzində işçinin aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxil olmaqla cəmi əməkhaqqıdır.

Əvvəlki 12 ayda iş günlərinin sayı – müavinət hesablandığı cari tarixdən öncəki 12 ay ərzindəki iş günləridir. Burada işçinin neçə gün işləməsi nəzərə alınmır. İstehsalat təqviminə əsasən, aylar üzrə iş günlərinin sayı nəzərə alınır.

Müavinət dövründəki iş günlərinin sayı – işçinin xəstəlik dövründəki iş günlərinin cəmidir.

Staj və kateqoriyaya görə faiz – əsasnaməyə görə, işçinin iş stajı və digər sosial kateqoriyasına görə müəyyənləşdirilir.

İndi isə misal üzərində düsturun köməyi ilə hesablama aparaq.

Misal: Həftədə 5 günlük iş rejimində fəaliyyətdə göstərən “A” MMC-nin 15 illik stajı olan işçisi xəstəlik vərəqəsi təqdim edir ki, 11 okyabr 2019-cu il tarixdən əmək qabiliyyətini 6 günlük itirib. Əvvəlcə düstür üçün istifadə edəcəyimiz göstəriciləri müəyyən edək.

a) Əvvəlki 12 ayın qazancı:
İçinin əməkhaqqı 500 manatdır və son 12 ayda dəyişməz olduğundan son 12 aylıq gəliri 6.000 (500 manat x 12 ay) manat olub.

b) Əvvəlki 12 ayda iş günlərin sayını:

İşçi oktyabr ayında xəstələndiyi üçün son 12 aylıq (1 oktyabr 2018- 30 sentyabr 2019-cu il) dövrü əhatə edən iş günlərinin sayını tapaq:

Ay İş günlərinin sayı
1 Oktyabr 2018 23 gün
2 Noyabr 2018 21 gün
3 Dekabr 2018 20 gün
4 Yanvar 2019 21 gün
5 Fevral 2019 20 gün
6 Mart 2019 15 gün
7 Aprel 2019 22 gün
8 May 2019 21 gün
9 İyun 2019 16 gün
10 İyul 2019 23 gün
11 Avqust 2019 20 gün
12 Sentyabr 2019 21 gün

Cəmi: 243 gün

Cədvəldən göründüyü kimi, son 12 ay ərzində işçinin iş günlərinin sayı 243 gün olub.

c) Müavinət dövründəki iş günlərinin sayı

Xəstəlik vərəqəsinə əsasən, işçi 11 okyabr 2019-cu il tarixdən 6 gün işə çıxmayıb. İşçinin əmək qabiliyyətini itirməsinin başlanma tarixi (11 oktyabr 2019-cu il) cümə günüdür. 12-13 oktyabr 2019-cu il tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən işçi xəstəliyi səbəbindən əmək funksiyasını cəmi 4 iş günü (11, 14, 15 və 16 oktyabr 2019) icra etməyəcək.

d) Staj və kateqoriyaya görə faiz

Misalımızda işçinin stajı 15 il olduğu üçün, əsasnamənin 62-ci bəndinə əsaslansaq, 12 il və daha çox sosial sığorta stajı olan işçilər üçün qazancın 100 faizi miqdarında hesablama aparılmalıdır.

İndi isə əldə olunan göstəriciləri düsturda qeyd edək:

Müavinətin məbləği = ((6.000 manat)/ 243 gün) x 4 iş gün x 100 faiz = 98,76 manat.

Deməli, işəgötürən tərəfindən işçiyə əmək qabiliyyətini itirdiyi 11-16 oktyabr 2019-cu il tarixləri üçün 98,76 manat müavinət hesablanıb ödəniləcək.

Mənbə: vergiler.az


Bax:


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Zəruri qayda və tələblərə əməl etməyən 225 sahibkarlıq subyekti barədə tədbir görülüb

posted in: Xəbər | 0

sahibkarlıq subyektiİqtisadiyyat Nazirliyinin pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə sahibkarlıq subyektlərində 21-22 sentyabr tarixlərində keçirdiyi monitorinqlər zamanı Binəqədi rayonunda “Ucuzluq univermaq”da, “Sabit market”də, “Ərəzin restoranı”nda, “Line lahmacun kafesi”ndə, “Bir ləzzət kafesi”ndə, “Zeytun pharmaceuticals” MMC-yə məxsus “Aptek”də, Xəzər rayonunda “Buta market”də, “Kaspian market”də, “RV Baku geyim mağazası”nda, “Sizin market”də, “Evqur xırdavat” mağazasında, “4 yol market”də, “Bol market”də, Qaradağ rayonunda “Soliton” mağazasında, “Old Baku kafe”də, “Sahil “kafe”də, Umud Sadıqova məxsus “Dəftərxana və ofis ləvazimatları mağazası”nda, Xətai rayonunda “Restoran Olivium”da, Sabunçu rayonunda “Al market”də, “Oba market”də, “Asim market”də, “Fantaziya şirniyyat sexi”ndə, “Kafe Emin”də, “N1 kafe”də, “Üzümlü kafe”də, Suraxanı rayonunda “Güllücə ərzaq mağazası”nda, “Halal süfrə” iaşə obyektində, “Kafe-Elit”də, “Tumurcuq kafe”də, Yasamal rayonunda “MM market”də, “Ruzi market”də, “Fuad market”də, “Ləvəngi restoranı”nda, Nəsimi rayonunda “Təndir kafe”də, “Dönərxana kafe”də, “Titanik kafesi”ndə, “Pitixana kafe”də, “Mütəkkə çay evi”ndə, “Vita aptekləri” MMC-yə məxsus “Aptek”də, Səbail rayonunda “Old city market”də, “Vitrin geyim mağazası”nda, “Colins geyim mağazası”nda, “Albatros geyim mağazası”nda, “Orxideya gül salonu”nda, “Lanarkine geyim mağazası”nda, “Pizza holiday kafe”də, Nizami rayonunda “Baku ceramik mağazası”nda, Orxan Tahirliyə, Məhəmməd Qaracayevə məxsus pərakəndə ticarət obyektlərində, “Xəzri restoran”da, “Sandıq restoran”da, “Tayqa kafe”də, Nərimanov rayonunda “Etrok xlrdavat” mağazasında, “Zərif gül salonu”nda, “Xəzər market”də, “535 çay evi”ndə, “Cook mood kafe və restoran”da, Sumqayıt şəhərində “Ağababa market”də, “Forte fashion” mağazasında, Abşeron rayonunda “Güzella geyim mağazası”nda, “Restoran yenilik”də, ümumilikdə, 225 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Effektiv kollektiv necə toplanmalı? (1-ci hissə)

posted in: Xəbər | 0

Effektiv kollektiv necə toplanmalı?

1-ci hissə

İstənilən problemi həll edə biləcək “vahid işçi kollektiv”in yaradılması prosesində “cəhənnəmin” bir neçə dairəsindən keçmək lazım gəlir. Müsahibələrin səmərəliliyini artırmaq və “lazımsız” adamları tez bir zamanda seyrəltmək üçün minimum resurs və vaxt sərf etməyə çalışın.

Adamlar – bu biznesin başlıca həəkətverici qüvvəsidir. Ona görə, əgər “mühərrikin” qüsursuz işləməsini istəyirsinizsə, onu ən yaxşı hissələrdən yığın. Lakin, bütün bunlardan əvvəl gələcək əməkdaşın hansı keyfiyyətlərə və bacarıqlara malik olacağını dəqiq təsvir edin. Vəzifə təlimatlarını düşünüb, yaradın – nümunə kimi bunların bir neçəsini internetdən yükləyin. Sonra isə namizədlərin axtarşına başlayın.

Daha çox sayda əməkdaş tapmaq üçün kadrlar şöbəsinə daha bir satış şöbəsi kimi baxın. Prinsipcə bu həqiqətə yaxındır: kadrlar şöbəsi soyuq zənglər edir, çoxsaylı CV-lər arasından ən yaxşılarını seçir, müntəzəm olaraq görüşlər keçirir. Və sonda konversiya barədə hesabat verir. Kadrlar şöbəsinin işini oxşar şəkildə qurun. Əməkdaşlar arasında əməkhaqqını onların effektivliyindən asılı olaraq bölüşdürün. Və sizin iş siyahısında dərhal onlarla müsahibə ortaya çıxacaq.

Ancaq, namizədlərlə hər bir görüşə vaxt sərf etməyin. Üç mərhələli seçim sistemini daxil edin: birinci – şöbə rəisi ilə müsahibə, ikinci – test tapşırığı, üçüncü – sizinlə şəxsi görüş. İlk iki mərhələ namizəd sayını xeyli seyrəldir, lakin, siz özünüz görüşərkən, çox yəqin ki, həmin adamın vəzifəyə uyğun gəlib-gəlmədiyini müəyyən edə biləcəksiniz.

Bir namizədin şəxsən necə qiymətləndiriləcəyi ilə bağlı bu göstərişlərə əməl edin:

  1. Kadrlar şöbəsi tərəfindən namizədlə bağlı verilən hesabatı diqqətlə öyrənin. Rəyllərlə yanaşı, həmin şəxsin sosial şəbəkədəki profilinə baxın, CV-ni və motivasiya məktubunu oxuyun. Müsahibəyə hazır olduqda siz bu şəxsin harada oxuması və nə ilə məşğul olmasını dəqiqləşdirməyib, dərhal mahiyyəti üzrə sualları verəcəksiniz .
  2. Namizədin bədən dilinə diqqət yetirin. Burada hər şey çox mühümdür: intonasiya, gülümsəmə, baxış, əllərin və bədənin vəziyyəti.  Özü də bədən dilinə tələb vəzifədən vəzifəyə fərqlənir – satış üzrə potensial menecer gülümsəməlidir. Gözlərə baxmalıdır, anbar müdiri isə sakit və təmkinli bir insan olmalıdır.
  3. İlk təəssürata etibar edin. Məlum olduğu kimi, ilk təəssürat ən doğru olandır. Əgər elə gəlirsə ki, namizəd nələrisə gizlədir, nələrisə uydurur və ya “özünün” olduğu kimi təsəvvür yaratmır – hətta qarşınızdakı dünya şöhrətli ekspert olsa belə, ona cəsarətlə “xoş getdin” deyin. Düzgünlük və dəqiqlik – uyğun namizədin əsas ölçüsüdür.
  4. Namizədin təcrübə və vərdişlərini dəyərləndirin, onun vəzifəyə uyğunluğunu yoxlayın. Bütün mümkün vasitələrdən istifadə edin: müsahibə, test tapşırığı, zəmanətlər və s.
  5. Şəxsi keyfiyyətləri qiymətləndirin. Hər bir işçi komandada işləyir, buna görə də onun ünsiyyət tərzi, davranış tərzi və açıqlıq səviyyəsi uyğun səviyyədə olmalıdır.
  6. Proqnozlaşdırıla bilən əməkdaşları axtarın. Bütün sirli və gizli şəxslərə “yox” deyin – sizin əməkdaşın güclü və zəif tərəfləri, həm də proqnozlaşdırılan davranış nümunəsi və stresə adekvat reaksiyası var.
  7. Zəkasını və yenilikləri öyrənməyə hazırlığını yoxlayın. Yalnız böyük coşqu ilə biliklərlə maraqlanan əməkdaş, öz inkişafı ilə şirkəti də irəli aparacaq. Bunu öyrənmək üçün həmin şəxsin bir insanın nəyi sevdiyini, oxuduğunu və seyr etdiyini öyrənin.
  8. Məhz, sizin şirkətdə işləməyi arzu edən əməkdaşları axtarın. Namizədin sadəcə iş axtarmadığına və ilk fürsətdə ayrılmayacağından əmin olun.
  9. Yoxlayın, bu şəxs öz işinin nəticələrini bilirmi. Bu yolla siz namizədin işin dəyərindən xəbərdar olduğunu və onun məqsədini aydın şəkildə başa düşdüyünü anlayacaqsınız.
  10. Oyun qaydalarını dəqiq razılaşdırın. Namizədə şirkətdəki gələcəyin tam təsvirini təqdim edin: maaş həddi, yüksəliş perspektivi, iş qrafikinin variantları, daxili menecment prinsipləri. Həmsöhbətinizin reaksiyasını izləyin –  bu, sizin bir-birinizə uyğun olub-olmadığınızı aydın şəkildə göstərəcəkdir.

    Effektiv kollektiv necə toplanmalı? (2-ci hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun