Sual: Mənim sualım Qeyri Hökumət Təşkilatları ilə bağlıdır. İlk növbədə bilmək istərdim QHT-lər dövlət yoxsa qeyri-dövlət sektoruna aiddir? Bir QHT müəyyən layihələrin həyata keçirilməsi məqsədi ilə həm dövlətdən həm də digər QHT-lərdən maliyələşir. Dövlət tərəfindən maliyələşən zaman onun işçilərinin əmək haqqından 14% gəlir vergisi tutulmalıdırmi? Həmçinin DSMF ödənişləri hesablaması dövlət sektoruna görəmi hesablanmalıdır?
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan müddəalarına əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi 7 il müddətinə güzəştli dərəcələrlə hesablanır.
“Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları” (bundan sonra – Meyarlar) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Meyarların 2.2-ci bəndinə əsasən dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər və vergi ödəyicisi olan fiziki şəxslər qeyri-dövlət sektoruna aid edilir.
Bildiririk ki, dövlət orqanının elan etdiyi tenderdə qalib olmuş Qeyri Hökumət Təşkilatı ilə tərəflər arasında bağlanmış müqaviləyə əsasən xidmətlərin göstərilməsi və işlərin görülməsinə görə qrantın ayrılması dövlət büdcəsindən maliyyələşmə hesab edilmir. Buna əsasən Qeyri Hökumət Təşkilatı qeyri-dövlət sektoru hesab edilir və işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi Vergi Məcəlləsinin 101.1-1-ci maddəsində qeyd olunan cədvələ uyğun olaraq güzəştli dərəcələrlə hesablanır.
Müvafiq olaraq həmin şəxslərin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manat və az olarsa məbləğin 3 faiz, 200 manatdan çox olduqda 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur.
Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci maddələri, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.
Mənbə: taxes.gov.az
Bax:
-
Gəlirdən çıxılmayan xərclər hansı halda ÖMV-dən azad edilir?
-
İşçi həm 101.1, həm də 101.1-1 maddəsindəki dərəcələrlə gəlir vergisinə cəlb edilə bilərmi?
-
Təsisçiyə müəssisə kassasından verilən pul dividend kimi nəzərə alınır?
-
Maddi yardım məcburi dövlət sosial sığortasına cəlb edilməyən gəlirlərə aiddir?
-
Təsisçi tərəfindən verilmiş əsas vəsaitlərə hansı halda amortizasiya hesablana bilər?
-
Satışdankənar gəlirlər ƏDV bəyannamələrində qeyd olunmalıdırmı?
-
ƏDV ödəyicisindən sadələşdirilmiş vergi ödəyicisinə necə keçməli?
-
Məzuniyyətə görə kompensasiya və əmək haqqı ayrılıqda məcburi dövlət sosial sığorta haqlarına cəlb edilməlidir?
-
Şirkətlər bir-birinə faizsiz borc verə bilərmi?
-
Ödəniş xaricdəki bank hesabımızdan edildiyi halda qeyri-rezidentə ödənişdən ÖMV tutulmalıdır?