Dövlət Gömrük Komitəsi “Smart Customs” proqram təminatı ilə bağlı ən çox ünvanlanan sualları cavablandırıb

posted in: Xəbər | 0
gömrük risk qiymətləndirməsiDövlət Gömrük Komitəsinin “Sadələşdirilmiş Bəyannamə – Elektron Ticarət” layihəsinin təqdimatından sonra Komitənin sosial şəbəkələrdəki rəsmi səhifələrinə ən çox ünvanlanan sualları cavablandıraraq izləyicilərimizin diqqətinə çatdırırıq.
1. Ünvana çatdırılma ödənişsiz olacaq və necə həyata keçiriləcək?
Sifariş etdiyiniz məhsulun ünvana çatdırılması sifariş edənlə daşıyıcı şirkət arasında münasibətlərlə tənzimlənir.
2. 300 dollar limitini keçməsək yenə də bəyannamə verməliyik?
Hər bir halda sifariş etdiyiniz məhsul bu tətbiq vasitəsilə bəyan olunmalıdır.
3. Daşıyıcı şirkət fiziki şəxsin əvəzinə onun sifariş etdiyi mallar üçün bəyannamə verə bilərmi?
“Smart Customs” mobil tətbiqində sifariş edən fiziki şəxs yalnız özü sadələşdirilmiş bəyannaməni təqdim etməlidir.
4. “Smart Customs” proqramında bəyan etməklə daşıyıcı şirkət vasitəsilə telefon gətirmək olarmı?
300 dollar limit çərçivəsində istənilən məhsulu sifariş edə bilərsiniz. Limiti keçdiyiniz təqdirdə gətirdiyiniz məhsul gömrük ödənişlərinə cəlb olunacaq.
5. “Smart Customs” Proqramına girmək üçün mütləq Asan İmza olmalıdırmı?
Azərbaycan vətəndaşları üçün proqrama daxil olmaq Asan İmza və Elektron İmza ilə yanaşı, «Fərdi identifikasiya nömrəsi» (FİN) ilə də mümkündür. Qeydiyyat zamanı təyin edəcəyiniz şifrənin böyük və kiçik hərflərlə yanaşı, rəqəmdən ibarət olmasına da diqqət edin.
6. “Smart Customs” proqramı ilə 2 ədəddən artıq, amma 300 dollar limitini keçmədən sifariş verdikdə gömrük rüsumu ödəmək lazımdır?
Malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Vətəndaş şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. Fiziki şəxs tərəfindən gömrük sərhədindən keçirilən eyni və (və ya) eynicinsli malların miqdarı 2-dən çox olduqda, güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçiriləcək malların 2-dən çox olan miqdarı gömrük orqanları tərəfindən müəyyən edilir və müəyyən edilmiş miqdardan artıq keçirilən eyni və (və ya) eynicinsli mallara görə gömrük ödənişləri ödənilir.
7. “Smart Customs” proqramında səhvən bəyannamə verdim və limitim doldu, bunu necə ləğv edə bilərəm?
Bildiririk ki, “Smart Customs” proqram təminatı-nın tezliklə yenilənməsi nəzərdə tutulur. Yenilənəcək proqram təminatında qeyd olunan məsələ öz həllini tapacaq.
8. ASAN imza olmadan “Smart Customs” proqramında qeydiyyatdan keçmək olarmı? Hansı səbəbdən FİN kodla qeydiyyatdan keçmək olmur?
“Smart Customs” proqram təminatından istifadə «ASAN login» sisteminə daxil olmaqla yalnız «ASAN imza», «Elektron-imza» və ya «Fərdi identifikasiya nömrəsi» (FİN) vasitələri ilə mümkündür. Autentifikasiya vasitələrindən müvafiq olaraq biri seçilməlidir.
Qeyd: Şəxsiyyət vəsiqənizin vaxtı bitdiyi halda, mobil nömrə sizin adınıza olmadığı halda «ASAN login» sistemində qeydiyyatdan keçmək mümkün olmayacaq. Proqram təminatına daxil olduqda şifrənizi daxil etdikdən sonra “Mən robot deyiləm” xanası işarələnməlidir.
9. Telefon nömrəsi mənim adıma deyilsə, amma bağlama mənim adıma olacaqsa, bəyannamə necə veriləcək?
“Smart Customs” proqram təminatına daxil olmaq üçün “ASAN login” sistemində qeydiyyatdan keçməlisiniz. Telefon nömrəniz öz adınıza olmalıdır, əks halda «ASAN login» sistemində qeydiyyatdan keçə bilməyəcəksiniz.
10. Gətirəcəyim məhsulun aid olduğu kateqoriya sizin siyahıda yoxdur, bu halda nə etməliyəm?
Bildiririk ki, ölkə ərazisinə gətirilən mal kateqoriyaları tərəfimizdən analiz olunur və siyahıya yeni mallar əlavə olunacaq. Malların siyahısı mütəmadi olaraq yenilənir.
11. “Smart Customs” proqramında elektron xidmət haqqı hansı hallarda verilir?
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli 168 nömrəli qərarına əsasən bütün növ gömrük bəyannamələri üçün elektron gömrük xidmətinin göstərilməsinə görə gömrük yığımı tutulur.

Effektiv kollektiv necə toplanmalı? (2-ci hissə)

posted in: Xəbər | 0

kollektivEffektiv kollektiv necə toplanmalı?

2-ci hissə

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz.

İstənilən problemi həll edə biləcək “vahid işçi kollektiv”in yaradılması prosesində “cəhənnəmin” bir neçə dairəsindən keçmək lazım gəlir. Müsahibələrin səmərəliliyini artırmaq və “lazımsız” adamları tez bir zamanda seyrəltmək üçün minimum resurs və vaxt sərf etməyə çalışın.

Beləliklə, namizəd bütün yoxlamalardan keçdi və işə başladı. Əgər o, ağıl və məsuliyyət göstərirsə, amma, işlər hələ də qaydasında getməzsə, onun qabiliyyətlərinə daha uyğun olan digər vəzifələri tapmağa çalışın. Əgər işçi öz vəzifələrinin öhdəsindən açıq-aydın gəlmirsə, onu maksimum sürətlə işdən çıxarın. Əlbəttə ki, həmişə insana ikinci şans da vermək olar, amma təcrübə göstərir ki, demək olar ki, heç kim ondan istifadə etmir.

Belə diqqətli seçim etməklə siz şirkətə yalnız düzgün insanları gətirmək üçün zəmanət verəcəksiniz və sürətli işdən çıxarılma “uyğun olmayan” əməkdaşın biznesinizə zərər vurmasına imkan verməyəcək.

İndi isə sizə müəyyən sualları təqdim edəcəyik. Həmin sualların vasitəsilə şəxsin “sizin” namizəd olub-olmadığını müəyyən edə biləcəksiniz:

  1. Namizədin lazımi ixtisası və təcrübəsi varmı?
  2. O, ağıllıdırmı?
  3. O, hər şeylə maraqlanan və enerjili biridirmi?
  4. İşlədiyi sahə onun xoşuna gəlirmi?
  5. Mən onunla bir komandada işləmək istəyirəmmi?
  6. Mən onu idarə edə biləcəyəmi?
  7. Onun təcrübəsinə görə istədiyi qədər ödəməyə hazırammı?
  8. Həqiqətənmi, o götürdüyüm işdə maraqlıdır?

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kassa, yoxsa hesablama metodu?

posted in: Xəbər | 0

kassa metodu hesablama metoduSahibkarların tez-tez qaldırdıqları bu sualın cavabını maliyyə üzrə mütəxəssis Ramin Ramazanov aydınlaşdırır.

Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi tutulan gəlirin və xərclərin dəqiq əks etdirilməsi üçün onların uçotunu vaxtında və dəqiq aparmalı, tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur.
Vergi Məcəlləsinin 130.4-cü maddəsində göstərilir ki, vergi ödəyicisi vergi ili ərzində eyni metodu tətbiq etmək şərtilə vergilərin uçotunu kassa metodu və ya hesablama metodu ilə apara bilər.

Məcəlləyə əsasən, kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır.

Kassa metodunu tətbiq edən vergi ödəyicisi tərəfindən mal və xidmətlərə görə ödənişi hələ əldə etməyibsə, o zaman vergitutma obyekti yaranmır. Tutaq ki, vergi ödəyicisi 2020-ci ilin sentyabr ayı ərzində 100 min manat dəyərində xidmət təqdim edib və bu məbləğdə də elektron qaimə-faktura göndərib. 100 min manat dəyərində xidmət göstərilməsinə baxmayaraq, əgər bu xidmətə görə şirkətin bank və ya kassa hesabına ödəniş daxil olmayıbsa, vergi ödəyicisi heç bir gəlir vergisi ödəməyəcək. Əgər ödəmə 2021-ci ildə daxil olarsa, vergi öhdəliyi də 2021-ci ildə yaranacaq. Əgər həmin vergi ödəyicisi hesablama metodunu seçərsə, yuxarıda qeyd edilən dövr ərzində göstərilən xidmətə görə təqdim edilən elektron qaimədəki məbləğ 2020-ci il üzrə vergiyə cəlb edilməlidir.

Qısa desək, hesablama metodunda gəlir və xərc baş verdiyi anda uçota alınır və vergiyə cəlb edilir. Kassa metodunda isə gəlir və xərc yarandığı zaman deyil, onların ödənişinin alındığı zaman nəzərə alınır. Bir nüansı nəzərdən qaçırmayaq ki, vergi ödəyicisi mütləq bir vergi ili ərzində eyni metodu tətbiq etməlidir.

Kassa metodu ilə hesablama metodu arasında fərq nədir?

Fərq seçilən uçot dövrü üçün gəlir və xərclərin əks etdirilməsi üsulundadır. Yəni sual bu cür qoyulur ki, hesabat dövrü ərzində hansı əməliyyatları xərc, hansını gəlir hesab etmək olar? Bilirik ki, müəssisənin mövcud olduğu və fəaliyyət göstərdiyi müddət ərzində pul daxilolmalarının hamısı gəlirlər, bütün ödənişlər isə xərclərdir. Ancaq metod seçimi zamanı bizi bütün dövr deyil, konkret bir dövr maraqlandırır.

Kassa metodunu seçən zaman pul vəsaitlərinin kassaya və ya hesablaşma hesabına istənilən mədaxili gəlir, uçot dövrü ərzində həyata keçirilmiş istənilən ödəniş və ya köçürmə isə xərclər hesab edilir. Bu vəziyyətdə, eyni dövr üçün gəlir və xərclər arasındakı əlaqə heç bir əhəmiyyət daşımır.

Hesablama metodunda müəyyən bir dövr üçün gəlirlər onların ödənişindən asılı olmayaraq, həmin dövr ərzində satılmış malların və xidmətlərin satış dəyəri hesab olunur. Xərc isə realizə olunan malların və xidmətlərin maya dəyəri, habelə müəssisə tərəfindən malların və xidmətlərin istehlakıdır. Bu isə təchizatçıya ödəniş edilib- edilməməsindən asılı olmur. Başqa sözlə, əgər sizin gəlirləriniz mühasibat xidmətlərindən formalaşırsa, bu zaman həmin xidmətlə əlaqəli olan dövrə aid hər şey – icarə, mühasibin maaşı, kommunal xərclər və s. xərclər hesab olunur. Bu isə o deməkdir ki, bütün bunlar məhz həmin mühasibat xidmətinin satılmasına imkan yaradıb.

Hesablama metodu və kassa metodu – bu, əməliyyatların qeydiyyatı üçün istifadə olunan mühasibat uçotunun iki üsuludur. İki metod arasındakı əsas fərq əməliyyatın qeydə alınma vaxtıdır. Vaxt keçdikcə iki üsulun nəticələri təxminən eyni olur. Deyilənləri qısa etsək:

  • Hesablama prinsipi: əməliyyat və gəlir yarandıqda qeydə alınır və xərclər isə istehlak edildikcə qeyd olunur;
  • Kassa prinsipi: əməliyyat və gəlir müştərilərdən pul alındıqda əks olunur. Xərclər pul vəsaitləri təchizatçılara və əməkdaşlara ödənildikcə nəzərə alınır.

Misal 1: Avqust ayında şirkət alıcıya 30.000 manat məbləğində məhsul satıb. Sifarişçi bu hesabı sentyabr ayında ödəyib. Kassa metodundan istifadə zamanı şirkət satışı sentyabr ayında, yəni pul vəsaitlərini aldığı zaman qeydə alır. Hesablama metodu üzrə uçot zamanı isə şirkət satışı avqust ayında, ona hesab-faktura verildikdə qeydə alır.

Misal 2: Şirkət avqust ayında 1.500 manat dəyərində reklam xidməti alır, sentyabrda isə onun dəyərini ödəyir. Kassa metodu zamanı şirkət xərcini sentyabr ayında, ödəniş etdiyi zaman nəzərə alır. Hesablama metodu uçotu zamanı isə şirkət bunu avqust ayında, e-qaiməni (xidməti) təchizatçıdan aldığı zaman nəzərə alır.
Mühasibat sahəsinin nümayəndələrinə hər iki anlayış yaxşı tanış olsa da, bütün hallarda aydınlıq gətirməkdən ötrü prinsipial fərqi aydınlaşdırmaq zəruridir. Hesablama metodu gəlir və xərclərin kassadan faktiki olaraq nağd pul qəbulu/xaric olunmasından asılı olmayaraq, yarandığı dövrdə tanındığını bildirir. Kassa metodu isə əksinə, hesabdan pulun faktiki köçürülməsi/silinməsi zamanı gəlir və ya xərcləri tanıyır.

Nəzərə almaq lazımdır ki, hansı metodu istifadə etməyindən asılı olmayaraq, alınmış avans məbləğləri mal və ya xidmətlər təqdim edilməyənədək gəlir kimi nəzərə alınmır. Həmçinin, mal və xidmətlərə görə ödənilmiş avans məbləği həmin mal və xidmətlər silinməyənədək xərc hesab olunmur.

Hansı metod daha üstündür?

Həm hesablama metodunun, həm də kassa metodunun üstünlükləri və çatışmayan cəhətləri mövcuddur. Hesablama metodunun populyarlığının səbəbi ondadır ki, bütün gəlirləri və xərcləri yarandığı anda nəzərə alır. Kassa metodunda isə bu, ancaq ödəmə gəldiyi zaman nəzərə alınır.

Metodların seçilməsi, əslində, şirkətin, müəssisənin vəziyyətindən asılıdır. Kassa metodunun tətbiqi icra üçün daha asandır. Çünki ödəmə sistemlərinin məlumatlarına əsaslanır. Bunlar kassa və ya bank sistemində əks olunur və həmişə ilkin sənədlərlə təsdiqlənir. Bundan əlavə, kassa metodunun nəticəsi olan mənfəət kassa qalığı ilə uyğun gəlir, yəni çox asanlıqla (nağd pulların hesablanılması) yoxlanıla bilir.

Hesablama metodu isə daha mürəkkəbdir və onun mənfəəti kassadakı qalıqla üst-üstə düşmür. Lakin əldə edilən mənfəət müəssisənin rentabelliyinin göstəricisi hesab edildiyindən hesablama metodunun daha böyük əhəmiyyəti vardır. Çünki gəlir, xərc və mənfəət bir-biri ilə əlaqəlidir. Əgər sizin debitorlar ödənişləri gecikdirir və ya müqaviləyə əsasən uzun müddətdən sonra ödəyirlərsə, kassa metodu daha sərfəlidir. Nəzərə alın ki, kassa metodu nə dəqiq maliyyə hesabatlılığı mənzərəsi yarada bilir, nə də gələcək planlaşdırmaya kifayət qədər imkan verir.

Kassa metodunun üstünlükləri:

  • istifadədə çox sadədir, çünki yalnız ödənilmiş və ya əldə edilmiş nağd vəsaitləri nəzərə alır;
  • şirkətlərin pul axınını çox rahatlıqla izləmək mümkündür;
  • vergi öhdəlikləri ancaq vəsait daxil olduqda hesablanır;

Hesablama metodunun üstünlükləri:

  • Debitor və kreditor borcların daxil edilməsi, şirkətin uzunmüddətli gəlirliliyi barədə daha dəqiq fikir əldə etməyə imkan verir.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

PAŞA Bank AzerGold şirkətinin istiqraz emissiyasını müvəffəqiyyətlə yerləşdirmişdir

posted in: Bank, Xəbər | 0

PAŞA Bank Biznes kreditləri24 sentyabr tarixində Azərbaycanın aparıcı korporativ bankı, PAŞA Bankın dəstəyi ilə ölkənin kapital bazarlarında AzerGold şirkətinin istiqrazlarının buraxılışı uğurla həyata keçirilib. Bu buraxılış yerli bazarda ilk dəfə ölkə iqtisadiyyatının qeyri-neft sahəsini təmsil edən dövlət şirkətlərinin istiqrazlarının buraxılışı kimi qeyd olundu.

Bazar iştirakçılarının böyük marağına səbəb olan istiqrazların yerləşdirilməsi kütləvi yerləşdirmə metodu ilə həyata keçirilmişdir. PAŞA Kapital investisiya şirkətinin anderrayterliyi ilə həyata keçirilən yerləşdirmədə, istiqrazların planlaşdırılmış 20 mln. ABŞ dolları ümumi həcmidən ilk 10 mln. tranşı həyata keçirilib. İstiqrazların yerləşdirilməsinin müddəti 3 il, kupon ödənişləri – rüblük, hərrəcda irəli sürülə biləcək maksimal kupon faizi təklifi 4% təşkil etmişdir. Hərrac zamanı 40 investor tərəfindən qiymət intervalı 100.0000 (4.00%) və 102.8587 (3.00%) olan 88 sifariş təqdim edilmişdir. Auksion nəticəsində ümumi tələb 25 592 000 ABŞ dolları təşkil etmiş, orta illik faiz dərəcəsi 3.38% maksimal faiz həddi isə kəsmə qiymət üzrə 3.71% həcmində qeydə alınmışdır.

PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, bu istiqrazların yerləşdirilməsi borc bazarının və ümumilikdə ölkə iqtisadiyyatının inkişafındakı mühüm hadisələrindən biridir.

“AzerGold, Bakı Fond Birjası, PAŞA Bank və PAŞA Kapitalın sıx əməkdaşlığı nəticəsidə ilk dəfə olaraq Azərbaycanın qiymətli kağızlar bazarı tarixində iqtisadiyyatın qeyri-neft sektorunu təmsil edən və eksport yönümündə fəaliyyət göstərən bir dövlət şirkətinin istiqrazları ilk dəfə buraxılıb. Bu, ölkədə investisiyaların cəlb edilməsində və Azərbaycan iqtisadiyyatının real sektorunu təmsil edən həm özəl, həm də dövlət şirkətlərinin inkişafı üçün əlverişli şəraitin yaradıldığını açıq şəkildə nümayiş etdirir. PAŞA Bank olaraq biz əminik ki, belə mühüm istiqraz emissiyasıyaların yerləşdirmələri növbəti iri layihələrə yol açacaq və Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına gətirib çıxaracaq”, – deyə T.Kazımov bildirib.

Qeyd edək ki, PAŞA Bankın investisiya bankçılığı xidmətləri borc və səhm kapitalının cəlb olunması, istiqrazların ilkin bazarda yerləşdirilməsi, birləşmələr və qoşulmalar, sindikatlaşdırılmış kreditlərin təşkil olunması və kredit reytinqinin təyin olunması və artırılması üzrə məsləhətçilik xidmətlərini əhatə edir.

Son illər ərzində PAŞA Bankın investisiya bankçılığı istiqamətində və yerli kapital bazarının inkişafı istiqamətində apardığı işlərin nəticələri yüksək qiymətləndirilir və 2017-2018-ci illərdə Bank “EMEA Finance” nüfuzlu beynəlxalq maliyyə nəşrinin “Azərbaycanın Ən Yaxşı İnvestisiya Bankı” nominasiyası üzrə beynəlxalq mükafatına layiq görülmüşdür.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun