Qeyri-yaşayış sahələrinin satışından vergi öhdəlikləri

posted in: Vergi, Xəbər | 0

Qeyri-yaşayış sahələrinin satışından vergi öhdəliklərivergi öhdəlikləri, Qeyri-yaşayış sahələri

ƏDV ödəyicisi olan müəssisənin mülkiyyətindəki qeyri-yaşayış sahəsi digər hüquqi şəxsə satılarkən müəssisənin bu satışla bağlı hansı vergi öhdəlikləri yaranır? 

Vergilər Nazirliyinin şərhində bildirilir ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, hüquqi şəxslər tərəfindən mülkiyyətində yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinin notarius tərəfindən sadələşdirilmiş vergiyə cəlb olunması ləğv edilib. Buna əsasən, 1 yanvar 2020-ci il tarixdən sonra ƏDV ödəyicisi olan müəssisə tərəfindən mülkiyyətində olan qeyri-yaşayış sahəsinin digər şəxsə təqdim edilməsindən ümumi qaydada mənfəət vergisi və ƏDV hesablanır.

Mənbə: vergiler.az


Bax:

Karantin rejiminin pozulmasına nəzarət edən qurumların sayı artırılıb

posted in: Xəbər | 0

Karantin rejiminin pozulmasına nəzarət edən qurumların sayı artırılıb

işsizlikdən sığorta

Prezident İlham Əliyev “İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” 29 dekabr 2015-ci il tarixli qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli fərmanına dəyişiklik edib.

Dəyişikliyə əsasən, bundan sonra karantin rejiminin pozulmasına Daxili İşlər Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə yanaşı, Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Turizm Agentliyi baxacaq.

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12 (I kitab), maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, № 8, maddələr 1678, 1697, № 9, maddə 1840, № 11, maddələr 2244, 2256, 2273, 2289, № 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, № 1, maddələr 52, 68, № 3, maddə 426, № 4, maddələr 602, 630, № 5, maddələr 825, 846, 852, № 6, maddələr 1035, 1046, № 8, maddələr 1395, 1401, № 11, maddə 1700; 2020, № 3, maddələr 238, 240, 241, № 5, maddələr 540, 564, № 6, maddələr 691, 709; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 iyul tarixli 1083 nömrəli, 10 iyul tarixli 1100 və 1104 nömrəli, 10 avqust tarixli 1124 nömrəli, 11 avqust tarixli 1129 nömrəli fərmanları) 5.6-2-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“5.6-2. həmin Məcəllənin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, sahibkarlıq fəaliyyəti (ictimai iaşə, turizm və mehmanxana (mehmanxana tipli digər obyektlər daxil olmaqla) fəaliyyəti istisna olmaqla) subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə, həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə, həmçinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, turizm və mehmanxana (mehmanxana tipli digər obyektlər daxil olmaqla) fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi baxır;”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 sentyabr 2020-ci il.

Mənbə: president.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mikayıl Cabbarov: “İqtisadi geriləmə gözlədiyimizdən az olacaq”

posted in: Xəbər | 0

maliyyə hesabatları“Koronavirus pandemiyasına görə bu il Azərbaycanda Ümumi Daxili Məhsulun (ÜDM) azalması gözlədiyimizdən az olacaq”.

Bunu Daşkəsəndə keçirdiyi qısa brifinqdə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“Əgər bu ilin may-iyun aylarında 4,5,-4,7% iqtisadi geriləmə gözlənilirdisə, artıq həmin rəqəmi 3,5-3,7% arasında gözləyirik. Bütün bu proqnozlar pandemiyanın II dalğasının olub-olmaması, olacağı təqdirdə nə dərəcədə sərt keçməsi, ən əsası vətəndaşlarımızın müvafiq qaydalara riayət edib-etməsi ilə birbaşa bağlıdır. Çünki iqtisadiyyat və iqtisadi aktivlik birbaşa sosial aktivliklə bağlıdır, bunlar bir-birindən ayrılmamalıdır və ayrıla bilməz. Hər iki sahədə qəbul edilən addımların ahəngliyi və bir-biri ilə uzlaşması, icra edilməsi kimi tədbirləri nəzərdə tuturam”, – deyə o, qeyd edib.

Nazir sahibkarlara müraciət edərək onları pandemiyanın yayılmasının qarşısını almaq üçün onları həyata keçirilən tədbirlərə ciddi yanaşmağa çağırıb: “Bunlar yalnız onların və digər vətəndaşların həyatına, sağlamlığına deyil, həmçinin bizneslərinin uğuruna və yaxud uğursuzluğuna təsir edən əsas amillərdir”.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mikayıl Cabbarov ölkə prezidentinin qarşıya qoyduğu əsas hədəfi açıqladı

posted in: Xəbər | 0

Mikayıl Cabbarov, Sahibkarlara dövlət dəstəyi“AzerGold” QSC-nin istiqraz emissiyası ilə bağlı 3 əsas fikri bölüşmək istərdim. Bunlardan biri emissiyanın şirkətin fəaliyyətinə müsbət təsiri, digər fikir prosesin dövlət mülkiyyətində olan müəssisələrin səmərəliliyi üçün imkanlar yaratması, üçüncü fikir isə ölkə iqtisadiyyatına müsbət təsirlə bağlıdır”.

Bunu “AzerGold”un istiqrazlarının hərraca çıxarılması ilə bağlı keçirilən tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“Ölkə prezidentinin qarşımızda qoyduğu hədəf ondan ibarətdir ki, dövlət mülkiyyətində olan şirkətlər tam rəqabətli, beynəlxalq standartlara uyğun, korporativ idarəetmə prinsiplərini əsas tutan müəssisələrə çevrilməli, iqtisadiyyatın şaxələndirilməsinə töhfə verməlidir. Bu mənada istiqrazların buraxılışı bizim üçün vacibdir. İqtisadiyyat Nazirliyi “AzərGold”un Müşahidə Şurasının səlahiyyətlərinə aid edilən bir sıra funksiyaları yerinə yetirir və əminəm ki, istiqrazların uğurla yerləşdirilməsi müəssisənin maliyyə dayanıqlığının, şəffaflığının, institusional və fərdi investorlarun ona inamının göstəricisi olacaq. Həmin bazardan cəlb edilmiş vəsaitlər yeni yataqların işlənilməsinə, şirkətin fəaliyyətinin genişləndirilməsinə yönəldiləcək. İlkin əldə etdiyimiz məlumata görə, bu istiqrazlara maraq çox yüksəkdir. Biz də səbirsizliklə yerləşdirmənin nəticələrini gözləyəcəyik. Bu işdə iştirak edən maliyyə institutlarına, “Bakı Fond Birjası” QSC-yə təşəkkür edirəm”, – deyə o, qeyd edib.

“Dövlət müəssisələri bu maliyyə alətindən indiyə qədər nadir hallarda istifadə edib. İndiyənə qədər dövlət şirkətləri arasında yalnız daxili bazarda iqtisadiyyatımızın flaqmanı olan SOCAR-ın qiymətli kağızları dövriyyəyə çıxarılıb. Qeyi-neft sektorunu təmsil edən, bu sektorun əsas ixracatçılarından olan “AzerGold”un  qiymətli kağızlarının bazarda daha aşağı faizlə yerləşdirilməsi bizim üçün çox gözəl imkanlar açır. Çünki digər dövlət müəssisələri üçün də alternativ maliyyələşmə imkanı açılır. Çalışacağıq ki, gələcəkdə digər şirkətlərimizə də dəstək olaq, yardımçı olaq. Tamamilə aydındır ki, bu növ əməliyyatlar və kapital bazarlarının inkişafı bütün tərəflərə faydalıdır. Həm qiymətli kağızları yerləşdirən, yəni kapitala ehtiyacı olan müəssisələrə, həm də ki, qiymətli kağızları alan investorlara”, – deyə M.Cabbarov əlavə edib.

“Nəhayət ölkə iqtisadiyyatına təsiri barədə söyləyək. Bilirsiniz ki, bizim əsas hədəfimiz ölkənin iqtisadiyyatının davamlı inkişafıdır və bunun üçün kapital bazarlarının inkişafı, kapitala çıxış, maliyyə alətlərinin genişləndirilməsi zəruri olan alətlərdir. Hesab edirəm ki, bu mənada da bugünkü hadisə əlamətdar haldır, iqtisadiyyatın maliyyə dayanıqlığının artırılması, yalnız dövlət sektorunda deyil, həmçinin özəl sektorda fəaliyyət göstərən müəssisələr üçün gözəl bir nümunə kimi çıxış edə bilər. İqtisadiyyat Nazirliyi olaraq biz bu halların gələcəkdə sayının artmasını dəstəkləməyə hazırıq”, – deyə nazir fikrini tamamlayıb.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun