Gələcəyin mühasibatlığı (5-ci hissə)

posted in: Xəbər | 0

gələcəyin mühasibatlığıGələcəyin mühasibatlığı

5-ci hissə

Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz.

Gələcəyin mühasibatlığı necə olacaq? Mən onu tamamilə aydın görürəm.

Nəticə

Mühasibat uçotunun əsl kompüterləşdirilməsinin nəticələrini hesablamaq asandır. Bunlardan ən başlıcası, mühasiblərə aşağıdakı mühasibat funksiyalarının itməsi səbəbindən onların bugünkü anlayışına olan ehtiyacın aradan qalxmasıdır:

  • kağız sənədlər yazmaq və kompüterin məlumat bazasında sənədləri qeydiyyata almaq. Bu barədə məlumat verilib;
  • mühasibat hesabatlarını tərtib etmək. Mühasibatlıq vahid məlumat bazasında aparıldığı zaman başqa hansı hesabatlar var?! Bazaya daxil ol və əgər müvafiq hüquqlara maliksənsə, sorğunu generasiya et. Kimdənsə mühasibat hesabatanı tərtib etməyi xahiş etmək, kopüterdəki düymələri basmaq üçün xüsusi adam tutmaq kimi məntiqsiz bir şeydir.  Bəli, axı, kimin ağlına belə bir fikir gələ bilərdi ki, mühasibat hesabatının tərtib edilməsi üçün düyməyə basmaq və bir saniyə gözləmək lazım gələcək – bundan ötrü isə məlumat bazasında standart qeydlərin və müvafiq olaraq, mühasibat hesabatının tərtib edilməsi üçün gərək olan alqoritm standartlarının olması yetərlidir;
  • mühasibat normativlərindən baş çıxarmaq. Əslində, heç bir normativ və ya belə desək, tənzimləyici qalmayacaq: ümumkompüter uçotunda o kimə lazımdır – standart mühasibat proqramının azsaylı hazırlayıcıları və terminalların sazlanması üzrə mütəxəssislərə?
Məhz belədir: avtomat turniketlər biletləri inkar etdiyi kimi, kompüter uçotu da mühasibləri inkar edir. Tam kompüterləşdirilmiş cəmiyyətdə heç bir mühasib, eləcə də onların mövcudluğu ilə bağlı auditorlar və vergi işçiləri olmayacaq. Mühasiblərin yox olması nəticəsində, auditorların da audit aparmasına ehtiyac qalmayacaq. Eləcə də pul tranzaksiyalarının keçirilməsi zamanı vergilər avtomatik hesablanacaq və avtomatik olaraq alınacaq. Bu səbəbdən vergi orqanına da lüzum qalmayacaq.

Qeydiyyat qeydlərinin avtomatik daxil edilməsi zamanı yeganə düzgün və mümkün həll nədir: tərəflər sövdələşmə haqqında razılığa gəlirlər, vergilər də müvafiq olaraq dövlətin xeyrinə avtomatik olaraq, proqrama daxil edilmiş alqoritmlər əsasında tutulur!

Verginin hesablanmasında yanılmaq və ya ödənilməli olan məbləğin köçürülməməsi vergi ödəyicisi tərəfindən texniki cəhətdən mümkün deyildir.

Bax, gələcəyin mühasibatlığı belədir – adamsız və təhlükəsiz.

Müasir mühasibatlıq hələ də belə deyilsə, bu texniki imkanların olmaması səbəbindən deyil – artıq buna görə deyil! – bu köhnəlmiş metodlardan istifadə etməkdə maraqlı olan çox sayda insanın olması ilə əlaqəlidir. Mühasiblər, auditorlar, vergi müfəttişləri – onların hamısı əsl kompüter uçotundan sonra işsiz qalacaqlar.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qismən səfərbərliyə kimlərin cəlb olunacağı açıqlandı

posted in: Xəbər | 0

Qismən səfərbərlik“Bu gün Ali Baş Komandanın müvafiq sərəncamı ilə ölkədə qismən səfərbərlik elan edilib”.

“Report” xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev deyib.

Onun sözlərinə görə, sərəncamla quruma tapşırılıb ki, təsdiq edilmiş proqramlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağrılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirləri həyata keçirsin: “Qismən səfərbərlik zamanı təsdiq edilmiş planlara uyğun olaraq Xidmət tərəfindən ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər – əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar 35 yaş, zabitlər isə hərbi rütbəsindən asılı olaraq 50 və daha yuxarı yaş həddində ordunun komplektləşdirilməsinə cəlb olunacaq”.

Z.Abdullayev həmçinin bildirib ki, Xidmət Silahlı Qüvvələrin sifarişləri əsasında tələb olunan sayda hərbi vəzifəlilərin və hərbi-nəqliyyat vasitələrinin hərbi hissələrə təhvil verilməsini təmin etmək imkanlarına malikdir: “Xidmət adından hərbi vəzifəlilərin diqqətinə çatdırırıq ki, onlara zənglər və SMS-lər daxil olduqda hərbi qeydiyyatda olduqaları Xidmətin yerli idarə və şöbələrinə gəlsinlər”.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bu gündən şəhərlərarası ictimai nəqliyyat saat 20:00-a qədər işləyəcək

posted in: Xəbər | 0

şəhərlərarası ictimai nəqliyyatAzərbaycan ərazisində hərbi vəziyyət elan olunması ilə əlaqədar bu gündən şəhərlərarası ictimai nəqliyyat saat 06:00-dan 20:00-a qədər fəaliyyət göstərəcək.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidməti (DANX) məlumat yayıb.

“Məqsəd odur ki, ictimai nəqliyyat vasitələrinin sürücüləri idarə etdiyi nəqliyat vasitələrini qarajlara qoyduqdan sonra evlərinə çata bilsinlər”- deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, ölkəmizə qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, bu gecədən ölkənin bütün ərazisində hərbi vəziyyət elan edilib. Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-a qədər komendant saatı tətbiq edilib.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Barter əməliyyatlarının rəsmiləşdirilməsi necə aparılır?

posted in: Xəbər | 0

Barter əməliyyatlarıVergi Məcəlləsinin 67.13-cü maddəsinə əsasən, verginin məqsədləri üçün barter əməliyyatları malların (işlərin, xidmətlərin) bazar qiymətləri ilə satışı kimi qiymətləndirildikdə, müvafiq əməliyyatlar elektron vergi hesab-fakturaları ilə rəsmiləşdirilməlidir.

İqtisadçı ekspert Anar Bayramov mövzunu şərh edərək bildirib ki, əgər barter əməliyyatının elektron vergi hesab-fakturasında göstərilən məbləği azaldılmışdırsa, vergi orqanı vergitutma obyektlərini bazar qiyməti nəzərə alınmaqla dəqiqləşdirir, verginin məbləğini yenidən hesablayır və Azərbaycan Respublikasının vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan sanksiyaları tətbiq edir.

Misal: Tutaq ki, “A” müəssisəsi 60 kisə sementi “S” müəssisəsinə təqdim edərək əvəzində 20 ədəd stul alıb. Barter əməliyyatı zamanı “A” və “S” şirkətlərinin təqdim etdikləri malların barter əməliyyatı hesab olunmasına baxmayaraq, müvafiq olaraq sement və stulların dəyəri ilə bağlı elektron qaimə-faktura təqdim olunmalıdır. Vergi nəzarəti tədbirləri zamanı həmin əməliyyatlar həyata keçirilərkən qiymətlərin bazar qiymətlərinə uyğun təyin olunmadığı müəyyən edildiyi halda bazar qiymətləri tətbiq olunur. Eyni zamanda, barter əməliyyatları həyata keçirilərkən qiymətlərin qəsdən aşağı salınması səbəbindən gəlirin azaldılması yolu ilə vergi qanunvericiliyinin tələblərinə zidd olaraq vergi məbləğinin gizlədilməsinə görə Vergi Məcəlləsində nəzərdə tutulan sanksiyalar tətbiq edilir.

Mənbə: vergiler.az


Bax:


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun